İki ölkə,
Təxminən 70 ildir ki, bir-birinə düşmən olan iki böyük ölkə,
Biri BMT-nin İnsan İnkişafı İndeksinə görə 136-cı yerdə olmasına baxmayaraq, dünyanın 1 nömrəli silah alıcısı, digəri isə eyni indeksə görə 146-cı yerdə və dünyanın ən çox silah idxal edən 11-ci ölkəsi,
Bundan əlavə, hər iki ölkə də çox saylı nüvə silahına malikdir,
Təxmin etdiyiniz kimi, bu iki ölkə Hindistan və Pakistandır.
Düşmənçiliyin əsas səbəbi isə Kəşmirdir.
Kəşmirin yaxın keçmişi
Tez-tez xəbərlərdə eşitdiyimiz Kəşmir üç böyük ölkənin birləşdiyi yerdə- Hindistan, Pakistan və Çin arasında kiçik bir ərazidir. Ancaq son dövrlərin ən uzun müddət davam edən beynəlxalq münaqişələrindən birinin səbəbidir. ABŞ-ın eks-prezidenti Bill Klintonun ifadəsi ilə “dünyanın ən təhlükəli bölgəsi”dir.
1947-ci il Hindistanın müstəqilliyini qazandığı və Pakistanın qurulduğu il olaraq bilinir. Eyni zamanda da Kəşmir probleminin də dünya siyasəti səhnəsinə çıxış ilidir. Kəşmir o tarixdə ingilis müstəmləkəsi və hindli bir maxaraca tərəfindən idarə edilən bir krallıq idi. Maharacanın Hindistana birləşmə qərarını verməsi və ilhaq müqaviləsini imzalaması bir dönüş nöqtəsi oldu. Beləliklə, 1947, 1965 və 1999-cu illərdə Hindistan və Pakistan arasındakı üç ayrı müharibə, qiyamlar, sərhəd qarşıdurmaları və zülmlərlə yadda qalacaq Kəşmir problemi başladı.
Hazırki Kəşmir 1947-ci il müharibəsindən sonra formalaşdı və əslində üç fərqli ərazidən ibarətdir. Cammu-Kəşmir olaraq adlandırılan orta və cənub əraziləri Hindistanın bir əyalətidir. 12 milyonluq əhalisinin təxminən 70%-i müsəlman, 25%-i isə hindu, həmçinin şihlər, buddistlər kimi kiçik azlıqlardan ibarətdir. Kəşmirin şimal hissəsi Gilgit-Baltistan və qərbindəki Azad Kəşmir isə Pakistanın nəzarəti altındadır. 3.6 milyonluq əhalinin hamısı müsəlmandır. Şərqdə Çinin işğalı altında olan məskunlaşma ərazisi olmayan bir bölgə də mövcuddur.
Problemin həll edilə bilməməsi tərəflərin tamamilə zidd baxış bucağı ilə bağlıdır. Hindistan 1947-ci ildəki ilhaq ilə Kəşmirin hamısının “Hindistanın ayrılmaz bir parçası” olduğunu, Pakistan isə əksəriyyəti müsəlman olan Cammu-Kəşmirin Pakistana aid olduğunu irəli sürür.
Kəşmirin qaranlıq illəri
Kəşmirin bugünkü sərhədləri və statusundan təkcə Yeni Dehli və İslamabad rəhbərlikləri deyil, Kəşmir xalqının büyük əksəriyyəti də məmnun deyil. İki rəqib dövlətin arasında sıxılıb qalan, tamamilə özləri ilə bağlı məsələlərdə söz haqqı verilməyən, terror, qorxu və təzyiq şəraitində yaşamaq məcburiyyətində qalan, məzlum Kəşmir xalqıdır. Bunlardan ən çox təsirlənən isə əsasən Hindistan idarəçiliyində olan Kəşmir müsəlmanlarıdır.
Cammu-Kəşmir 70%-lik nisbətlə Hindistanda müsəlmanların çox olduğu yeganə əyalətdir. Müsəlmanlar arasında muxtariyyat, müstəqillik və ya Pakistana birləşmək kimi müxtəlif meyillər var. Hələ problemin başlanğıcında 1948-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında Kəşmir xalqının öz müqəddaratını təyin etmək üçün xalq səs verməsi keçirilməsi istiqamətində qərar alınsa da, Hindistan bunu qəbul etmir.
1980-cı illərdə reaksiyalar aksiyalara çevrilməyə başladı. 1990-cı illərin əvvəlindən etibarən Pakistan tərəfindən dəstəklənən silahlı hərbçi qrupların hərəkətə keçməsi ilə müqavimət və qiyamlar daha da artdı. Hindistan tərəfi üsyanları dəf etsə də çox qan töküldü və o dövrdə təxminən yüz min insan həyatını itirdi.
Hindistan ordusuna bağlı bəzi qrupların insan hüquqlarını pozması tez-tez dünya gündəminə gəlir. Bunlar arasında həbsdə ölümlər, sui-qəsdlər, işkəncə, itkin və təcavüz hadisələri var. Zaman-zaman aşkar olunan kütləvi qəbiristanlıqlar həmin qaranlıq dövrə şahidlik edir.
Hələ də təhlükəsizliyi təmin edə bilmək üçün bölgədə saxlanılan böyük hərbi güc var. Belə ki, Kəşmir torpaqlarındakı Hindistan əsgərlərinin sayı 700 mindir, yəni hər 17 nəfərə 1 əsgərdir.
Bölgədə həyatı çətinləşdirən problemlər yalnız təhlükəsizliklə məhdud deyil, əlbəttə ki. Hüquq və azadlıqların məhdudlaşdırıldığı bir mühitdə Kəşmir xalqı yoxsulluq, işsizlik, cəhalət və çatışmazlıqlar içində həyat mübarizəsi aparır.
Kəşmiri gözləyən iki yol
Son dövrlər Kəşmirdə silahların səsi daha az eşidilsə də, şiddət hadisələrində azalma olsa da, bunu həllin başlanğıcı olaraq izah etmək böyük səhv ola bilər. Tərəflər arasında davam edən nifrət, gərginlik və silahlanma yarışı pusquda gözləyən nəhəng təhlükənin xəbərdarlıq siqnallarıdır.
Davam edən anlaşılmazlıq ancaq Hindistan, Pakistan və Kəşmir arasında ədalətli və sülh yollu çözümlə mümkündür. Təzyiq və hərbi üsullar qəti şəkildə həll yolu deyil. Son dövrlər Pakistan rəhbərliyi gözləmə mövqeyindədir. Hindistanda isə may ayındakı seçkilərdə qalib gələn Modi və yeni hökumətin yanaşması həyati əhəmiyyət daşıyır.
Kəşmirin gələcəyini, müxtəlif variantlara baxmayaraq, nəticədə iki yoldan biri təyin edəcək.
Şübhəsiz ki, arzu olunan odur ki, Hindistan və Pakistan aralarındakı kin və düşmənçiliyi tamamilə tərk edərək, səmimi cəhd və ciddi siyasi iradə göstərərək problemə son qoysunlar. Ədalətli həll yolu həm Kəşmirə, həm də Cənubi Asiyaya dinclik, rahatlıq, sabitlik və inkişaf gətirər. İki böyük ölkə məhdud qaynaqlarını silahlara və ordulara deyil, təhsil, sağlamlıq və inkişafa xərcləyərək işıqlı bir gələcək qura bilər. Kəşmirin məhsuldar torpaqları, zəngin yeraltı qaynaqları, təbii gözəllikləri və yaxşı xasiyyətli insanları buna lazım olan zəmini təmin edə bilər.
Həll yolunun açarı tərəflər arasında sevgi və anlayışa əsaslanan bir siyasətdir. Bu günə qədər tətbiq edilən şablon üsullar problemi daha da böyütməkdən başqa bir işə yaramamıştır. İstər İslamın, istərsə də, hinduizmin təməlində sevgi var. Hər ikisi də fərqli dindən və inancdan olan insanlara qarşı şəfqət və mərhəmətlə davranmağı tövsiyə edir.
Belə ki, Hindistanda hindu radikalların və Pakistanda xurafatçıların sayı olduqca çoxdur. Hər iki tərəf də inanclarının əksinə hərəkət etdiklərini görə bilməyəcək qədər kor və kar olublar. Beynəlxalq ictimaiyyət müdaxilə etmək istəmir. Radikal ünsürlərin razı edilməsi isə ancaq İslam ölkələrinin birlik içində dəstəyi ilə mümkün ola bilər.
Radikal qruplar söz sahibi olsalar, digər yol, yəni Kəşmiri gözləyən gələcək çox qaranlıq ola bilər. Üstəlik qaranlıq təkcə Kəşmiri yox, Allah qorusun, iki milyard insanın yaşadığı bütün cənubi Asiyanı əhatə edə bilər.
Adnan Oktarın Daily Mail News-də nəşr olunan məqaləsi:
http://www.dailymailnews.com/2014/06/17/columns-articles/1.php