Canlı bədənindəki lazımsız, xətalı və ya xəstə hüceyrələr özlərini öldürürlər. Bir çox hüceyrə özünü məhv etmək üçün bir sıra zülal istehsal edir. Ancaq, hüceyrə orqanizmə faydalı olduğu müddətdə bu zülalı, yəni öz ölüm maşınını dayandırır. Hüceyrə xəstələnər, pis xasiyyətli hala çevrilər və ya orqanizmin sağlamlığını təhdid etməyə başlayarsa öldürücü zülallar istehsal edilir, fəal hala gəlir və hüceyrəni öldürürlər.
Hüceyrənin tam zamanında və yerində qərar verməsi çox önəmlidir. Əks təqdirdə, yəni ölüm zülalları, hüceyrə sağlam ikən hərəkətə gətirilərsə, bədəndəki sağlam hüceyrələr daim öləcəklər və bu da, canlının ölümü ilə nəticələnəcək. Zərərli və xəstə hüceyrələrin yaşamağa davam etməsi isə yenə canlının ölümü ilə nəticələnəcək.
Ölməli olan və ölüm zülalını aktiv hala gətirən hüceyrə əvvəl büzülər və özünü ətrafdan təcrid edər. Sonra üzərində qabarcıqlar əmələ gələr və bu hüceyrə qaynayırmış kimi bir görüntü yaradar. Sonra nüvə və daha sonra da hüceyrənin bütün hissələri parçalara ayrılar. Özünü parçalayan hüceyrələrin artığı isə dərhal ətrafdakı digər hüceyrələr tərəfindən məhv edilər. Daha da maraqlı olan isə, ölü hüceyrələrin hamısının digər hüceyrələr tərəfindən təmizlənməməsidir. Bəzi ölü hüceyrələr xüsusilə saxlanılar, çünki bunların bədəndəki vəzifələri hələ də bitməyib. Məsələn, gözün linzası, dəri, dırnaq kimi, toxumalar ölü hüceyrələrdən ibarətdir, amma bunlar bədənə lazımlı olduğu üçün yox edilməzlər. Hüceyrələrin, hansı ölü hüceyrələri məhv etmək, hansılarını saxlamalarına qərar vermələri və bu qərara bədəndəki trilyonlarla hüceyrənin ahəng göstərməsi, üzərində düşünülməli olan çox əhəmiyyətli bir mövzudur. Bütün hüceyrələr canlının həyatını davam etdirə bilməsi üçün ən ideal şəkildə yaradılmışlar. Həyatın hər bir detalında Allahın bənzərsiz yaratma və sonsuz elminin təzahürü aydın şəkildə görünür.