Ramazan ayında bir çox insan yanlış qidalandığına görə sağlamlıq problemlərindən şikayət edir. Halbuki bir neçə incəliyə diqqət edilsə, sahur və iftar vaxtı yaranan narahatlıqları dəf etmək mümkündür.
İftar və sahurda xüsusilə çox yemək yeməmək, ağır yeməklərdən çəkinmək lazımdır. Mümkünsə iftarın iki hissəyə bölünərək edilməsi, sahura mütləq durmaq və susuzluq olmasa da iftar və sahur arasında tez-tez su içmək sağlam bədən üçün çox vacibdir.
İsti havaların təsirindən artan tərləmə zamanı lazımi qədər maye qəbul edilmədiyi təqdirdə orqanizmdə su və mineral itkisi baş verir. Buna bağlı olaraq da ürək getmə, ürək bulanması, baş gicəllənməsi kimi sağlamlıq problemlərinə rast gəlinir.
Bunlardan əlavə iftar və suhurda mədəni birdən-birə çox doldurmaq da təhlükəlidir. Bu, yeməkdən sonra təzyiqin artmasına səbəb ola bilər. Aclıq hissinin çox olması ilə yanaşı axşam yeməyində qəbul edilən qida miqdarının artması isə hiperqlikemiyaya, yəni qan şəkərinin yüksəlməsinə səbəb ola bilir.
Dolayısilə iftarda mümkün olduğu qədər buğlama, zeytun yağlı yüngül yeməklərə üstünlük verilməli, qovrulmuş, hisə verilmiş və qızardılmış qidalardan uzaq durulmalıdır.
Tez-tez yemək yeməkdən çəkinməli, yeməklər yavaş-yavaş və yaxşıca çeynənilərək yeyilməlidir.
Boşqaba böyük porsiyalarda yemək qoymaq əvəzinə, iftardan sonra müəyyən fasilələrlə hər dəfə kiçik porsiyalarda yemək yeyilməlidir.
İftardan sonra əgər mümkündürsə, hərəkət edilməli, qısa məsafəli yürüyüşlər edilməlidir.
Həm sahurda, həm də iftarda diqqət edəcəklərimizi isə bu şəkildə sıralaya bilərik. Ancaq burada yenidən xatırlatmaqda fayda var ki, oruc sağlam və uzun müddətli aclığa və susuzluğa tab gətirə bilən insanlara fərz edilmiş bir ibadətdir. Dolayısilə bunlar insanların sağlamlıq vəziyyəti ilə bağlı təyin edilən və lazım gəldikdə həkimlə məsləhətləşiləcək tövsiyələrdir.
SAHURDA BUNLARA DİQQƏT EDİN
-Orucu mütləq sahura qalxaraq tutun.
-Sahur yeməklərini yaxşıca çeynəyərək yeyin.
-Çiy tərəvəzlər, pomidor, xiyar kimi qidaları da sahurda mütləq yeməyə çalışın.
-Yumurta, süd, qatıq, pendir kimi qidalar mədənin boşalma vaxtını uzadaraq aclığı gecikdirir. Dolayısilə bu qidaları çox olmamaq şərti ilə sahurda yeyin.
-Çox miqdarda maye qəbul etməyə diqqət edin.
İFTARDA BUNLARA DİQQƏT EDİN
-Orucunuzu su, zeytun və ya xurma (3 ədəd) ilə aça bilərsiniz.
-Yeməyə orta istilikdə yüngül şorba ilə başlamağa çalışın
-Şorbadan əlavə iftarda ətli və ya ətsiz, çox yağlı olmayan tərəvəz yeməyi yeyə bilərsiniz.
-Qızartmalar kimi ağır yeməklərdən çəkinin.
-Yeməklərinizdə duzu mütləq azaltmağa çalışın.
-Qatıq və meyvəni süfrənizdən əskik etməyin.
-Çox şərbətli, yağlı ağır şirniyyatlardan uzaq durmağa çalışın.
-Meyvədən əlavə südlü şirniyyat da yeyə bilərsiniz.
İman gətirənlər tərəfindən müjdə kimi gözlənilən oruc ibadəti insanda səbir, təvəkkül, mətanət kimi gözəl xüsusiyyətlərin artmasına səbəb olur. Allah üçün ibadət edən, oruc tutan insanın Allah üçün etdiyi bu cəhdi və səbrinə görə özünə olan güvəni artır. Bu da dinə daha qəti şəkildə bağlanmasına, İslam əxlaqının yayılması üçün daha şövq və istəklə cəhd etməsinə səbəb olur. Yoxluq, çətinlik görməmiş bir insan belə bu vəsilə ilə ac və yoxsul insanların halını bir daha düşünür. Beləliklə daha yardımsevər, daha anlayışlı insan olur.
Bunun təsirini ətrafımızda və öz nəfsimizdə də görürük. Oruc ibadəti xəstəliyi olmayan və gücü çatan bütün müsəlmanlara Allahın fərz buyurduğu, bizim üçün bir çox faydası və hikməti olan bir ibadətdir. Bu ibadət dünyanın hər yerinə yayılmış müsəlmanların bir-birinə bağlılıq və şövqünü daha da artırır. Orucun birlikdə tutulması isə mənəviyyatın daha da artmasına səbəb olur.
Ramazanın çox heyrətamiz bir bərəkəti olduğunu hamımız bilirik. Ramazan çadırlarında hər gün minlərlə insana iftar verilir, ehtiyac içində olanlar doyurulur, evsizlərə sığınacaq üçün yer tapılır, qonşular öz aralarında yardımlaşırlar. Ramazanın həm maddi, həm də mənəvi bərəkəti ilə birlikdə hər kəs digərini düşünməyə başlayır.
Əslində Ramazan boyunca yardımlaşmanın artması, başqalarını ön planda tutma kimi gözəl xüsusiyyətlər digər aylarda da yaşana bilər ki, bu da çox gözəl bir əxlaqın cəmiyyətdə hakim olmasına səbəb olar.
Şübhəsiz ki, Ramazan ayının və oruc ibadətinin hikmətləri bunlarla məhdud deyil. Bizim bilmədiyimiz və ya təqdir edə bilmədiyimiz, ancaq Allahın insanlar üçün xeyirli gördüyü daha bir çox hikmət bu ibadətdə gizlidir.
Bu mübarək ayın bütün insanlığa, bərəkət, bolluq, sülh və əmin-amanlıq gətirməsini, İslam dünyasındakı zülmün və sıxıntıların bir an öncə aradan qalxmasını Allah nəsib etsin.
Adnan Oktarın «Harakah Daily»də dərc olunan məqaləsi:
http://www.harakahdaily.net/index.php/article/36205-suggestions-for-a-healthier-ramadan