Çox şükür ki, insanlara yol göstərici olan və doğrunu yanlışdan ayıran Qurani- kərimin endirildiyi daha bir mübarək Ramazan ayında qardaşlarımızla birlikdə orucumuzu tutur, iftarımızı, sahurumuzu edir, təravih namazlarında birlikdə saf tuturuq. Aclıq və susuzluğu təfəkkür edərək kasıbların vəziyyətini və onlara yardım etməyin əhəmiyyətini daha yaxşı dərk edir, saleh əməl etməyə, axirətimiz üçün azuqə toplamağa, Rəbbimizin rizasını qazanmağa cəhd edirik. Nəfslərimiz tərbiyə olunur, əxlaqımız daha da gözəlləşir və bütün bu xeyirlərə səbəb olan gözümüzün nuru Ramazan qəlblərimizi işıqlandırmağa davam edir.
Hər gününü ayrı bir bayram sevinci içində keçirdikləri mübarək Ramazan ayı ilə birlikdə Allaha olan qulluq məsuliyyətlərini dərindən hiss edən möminlərin bu ay ərzində yerinə yetirdikləri ibadətlər ruhlarına mənəvi mənada böyük töhfələr verərkən, ixlasları və dini şüurları də eyni nisbətdə artır. Oruc ibadəti ilə birlikdə nəfslərini kontrol altına alan və nəfsin arzularını tənzimləyən möminlər pis əxlaqdan, yəni gözəl olmayan söz deməkdən, qeybət etməkdən, yalan söyləməkdən, insanların qəlblərini qırmaqdan, hirslənməkdən, təvəkkülsüz davranmaqdan çəkinir və daim gözəl əxlaq göstərməyə çalışırlar.
Şübhə yoxdur ki, xeyir və bərəkət dolu bu ayın ən gözəl xüsusiyyətlərindən biri möminlər arasındakı sevgi və qardaşlıq əlaqələrinin güclənməsidir. Qarşılıqlı sevgi, hörmət və mərhəmət duyğularının, səbir etməyin və yardımlaşmanın ön plana çıxdığı bu müqəddəs ayla bağlı Peyğəmbərimiz (səv) belə buyurur: "Ey insanlar! Bərəkətli və böyük bir ayın kölgəsi üzərinizə düşmüşdür. Bu, elə bir aydır ki, Allah o ayda oruc tutmağı fərz etmiş, gecələri nafilə ibadətlə keçirməyi təşviq etmişdir. Ramazan ayı səbir ayıdır. Səbrin savabı isə cənnətdir. Ramazan yardım etmək və yaxşı əməl etmək ayıdır. Bu ayda möminin ruzisi artır". (İbn Huzeyme, Səhih, III, 191-192)
Allahın maddi və mənəvi ruzilərinə sahib olduğumuz, ibadət zövqünün gətirdiyi dərin mənəviyyatı, namazları, tövbə və duaları, zəkat və sədəqələri, iftar və sahurları ilə hər il həsrətlə gözlədiyimiz Ramazan ayının saymaqla bitməyən hikmətlərindən bir digəri də sahib olduğumuz nemətlərin fərqinə varmaqdır. Ən böyük dostumuz, yardımçımız, hamimiz olan Allahın qüsursuzluq içində yaratdığı dünyaya gözlərini açan və vaxt ötdükcə yaşadığı sistemin mükəmməlliyinə və ətrafındakı müxtəlif möcüzələrə alışaraq nemətləri görməməyə başlayan insanın Ramazan ayı ilə birlikdə gözlərindəki ülfət pərdəsi qalxır, Allahın onun üçün təqdir etdiyi nemətlərin fərqinə vararaq Onun qədrini, gücünü daha yaxşı dərk etməyə başlayır. İftar süfrəsində önünə düzülən nemətləri, cəlbedici rəngləri, qoxuları və bənzərsiz ləzzəti ilə qara palçıqlı torpağın içindən çıxan müxtəlif tərəvəzləri, meyvələri, heyvanlardan əldə edilən müxtəlif növ məhsulları görəndə Allahın sənətinə qarşı heyranlığı artır. Heç bir dadı, qoxusu olmayan qara palçığın içindən sapsarı bananın, qıpqırmızı almanın və ya inkişaf etmiş texnologiyayla belə qoxusu tam olaraq təqlid edilə bilməyən çiyələyin çıxmasının necə böyük bir möcüzə olduğunu daha yaxşı dərk edir. Qısa müddətli də olsa bu nemətlərdən uzaq qalaraq orucunu açmaq üçün süfrəyə oturduqda qarşısındakı nemətlərin dəyərini daha yaxşı anlamış olur. Allah istəsə insanlara bir növ ruzi yaradar və o da çıxdığı əraziyə uyğun olaraq acı, dadsız və rəngsiz ola bilərdi. Ancaq Allahın mərhəməti və qullarına olan sevgisi bütün lazımi qidaların bənzərsiz bir ləzzətə və çox estetik bir görünüşə sahib olduğunu Ramazanla birlikdə bir daha xatırlayır. Beləliklə, Allahın Rəhman və Rəhim isminin təcəllisi qarşısında təslimiyyəti daha da artır.
Təfəkkür gücümüzü artıran, Allaha yaxınlığımızın artmasına və Ona qarşı qəlblərimizdə duyduğumuz sevgini iradə və qətiyyətlə göstərməyimizə səbəb olan Ramazan ayını yaşayarkən, dünyanın dörd bir tərəfində zülm görən din qardaşlarımızı də unutmuruq. Mühasirə və bombardman altında fitnə və bəlalarla sarsılan məzlum Yaxın Şərq xalqlarının, Suriyada, Fələstində, İraqda, Əfqanıstanda, Rohincada, Kəşmirdə, Şərqi Türküstanda, Patanidə, Moroda, Krımda və dünyanın bir çox yerində zülm altında yaşayan, soyqırımlara, qırğınlara, işgəncələrə məruz qalan və yox edilməyə çalışılan qardaşlarımızın qurtuluşu üçün birlik və bərabərliyə nə qədər ehtiyac olduğunu xatırlayır, bombalarla məhv edilən dinc insanları, yan-yana düzülmüş uşaq cəsədlərinin görüntülərini yadımızdan çıxarmır, hər iftar açanda onları düşünür, onlar üçün dua edir, qurtuluşları üçün şərt olan İttihadı İslamın sürətlənməsi üçün əlimizdən gələnin ən çoxunu etməyə bir daha niyyət edirik. Arzumuz odur ki, uca Rəbbimiz dualarımızı qəbul etsin, Allaha məhəbbətlə bağlı olan Müsəlmanlar olaraq Allah eşqi ilə orucumuzu tutub, Allah eşqi ilə iftarımızı açarkən bir an belə unutmadığımız bütün məzlum qardaşlarımıza qurtuluş nəsib etsin. İslam dünyasının ayrılıq və inciklikləri bir kənara qoyub ən qısa zamanda həsrətlə qucaqlaşdığını, axan qanın dayandığını, acıların bitdiyini, dünyada əmin-amanlıq və təhlükəsizliyin hakim olduğunu bizlərə göstərsin.
Adnan Oktarın «Arab News»də nəşr olunan məqaləsi:
http://www.arabnews.com/islam-perspective/news/767306
http://newsbaku.info/post/47182-nemetlerin-ferqine-varilan-mubarek-ramazan-ayi.html
http://edebiyyat-az.com/nem%C9%99tl%C9%99rin-f%C9%99rqin%C9%99-varilan-mubar%C9%99k-ramazan-ayi/
http://bakisesi.com/maraqli/1522-nemetlerin-ferqine-varilan-mubarek-ramazan-ayi.html
AİM Araştırma Informasiya Merkezi
http://aim.az/2015/07/nem%C9%99tl%C9%99rin-f%C9%99rqin%C9%99-varilan-mubar%C9%99k-ramazan-ayi/
http://azxag.com/maraql%C4%B1/330-nemtlrin-frqin-varilan-mubark-ramazan-ayi.html