Dezinformasiya: inanmaq və ya inanmamaq
ucgen

Dezinformasiya: inanmaq və ya inanmamaq

2138

İnsanlar həm bir-biri ilə ünsiyyətdə qalmaq və həm də xəbərləri izləmək üçün bir çox yola əl atırlar. Məlumat mübadiləsi geniş kütlələr arasında baş verdikdə kütləvi rabitə adını alır. İyirmi birinci əsrin ən populyar kütləvi informasiya vasitəsi isə heç şübhəsiz, ənənəvi medianın yerini alan İnternetdir. 80-ci illərin əvvəllərində kompüter başında vaxt keçirmək qeyri-adi bir xobbi kimi qiymətləndirilərkən indi dünyanın demək olar ki, digər ucundakı insanlarla ünsiyyət qurmağın ən təsirli və sürətli yolu budur. 1995-ci ildə ortaya çıxan sosial media Facebookun bazarda yerini alması ilə daha da genişləndi. Facebook 1.3 milyard aktiv istifadəçisi ilə hazırda ən sürətli məlumat mübadiləsi aparılan informasiya vasitəsidir. Ancaq sosial mediada qarşımıza çıxan bir məlumatın eynilə digər media vasitələrində olduğu kimi düzgün məlumat, yoxsa dezinformasiya (səhv məlumatlandırma) olduğunu anlamaq çox çətin hala gəldi.

 

Dezinformasiya nədir?

 

Dezinformasiya fərdləri və cəmiyyətləri istiqamətləndirmək məqsədilə yanlış məlumat vermək və ya həqiqətləri gizlədərək əskik məlumat verməkdir. Bu, mediada, siyasətdə, iqtisadiyyatda, idman və hərbi sahələrdə tez-tez istifadə edilən psixoloji müharibə metodudur. Əslində insanların sosial mediaya bu qədər intensiv maraq göstərməsinin səbəbi aldıqları qlobal xəbərlərin yenilənməsinə anındaca malik ola bilmək imkanlarıdır. Amerika hərbi qurumları cəmiyyətləri istənilən istiqamətdə təsir altına almaq məqsədi ilə informasiyadan istifadə edilməsini alqı idarəçiliyi kimi ifadə edirlər.

 

Bəzi aksiyalar gözlənildiyindən daha uzun müddət davam etdikdə təxribata daha açıq olur və sosial media da bu hadisələri idarə etmək üçün ən asan vasitə olur.

 

 

Dezinformasiyanın təsiri bizim düşündüyümüzdən də çoxdur. Hətta bəziləri gənclər tərəfindən sırf əyləncə məqsədi ilə yayılır. Ancaq əsasən qarışıqlığa səbəb olmaq və ya cəmiyyəti manipulyasiya etmək üçün istifadə edilir. Bu səbəbdən sosial mediada yayılmış xəbərlərin doğruluğuna dərhal qənaət gətirməməli, həqiqiliyini mütləq mühakimə etməliyik.

 

Pev Araşdırma Mərkəzinin verdiyi məlumata görə, orta nəsil xəbər oxumaq üçün sosial mediaya yönəlir. Pev tərəfindən keçirilən sorğuya əsasən bu nəslin 61%-i bütün siyasi xəbərləri Facebookdan öyrənərkən, sadəcə 31%-i ənənəvi TV xəbər kanallarına etibar edir. İndi Türkiyədə və dünyada qarışıqlıq vaxtlarında yayılmış məşhur dezinformasiya nümunələrini birlikdə araşdıraq.

 

Sosial mediadakı dezinformasiya nümunələri

 

Taksim Meydanının bərpasına etiraz olaraq başlayan Gəzi Parkındakı aksiyaların qarışıqlığa və qarşıdurmaya çevrilməsinin mühüm amillərindən biri Twitter vasitəsilə yayılan dezinformasiyadır. O vaxt cəmiyyəti qızışdırmaq üçün doğru olmayan bir çox tweet yazıldı. Sosial Media Təqib Sisteminin yaradıcısı Yasin Kəsənə görə, təkcə 31 mart 2013-cü il tarixində 15.247.000 tweet yazıldı və bunun beş milyonu təxribat xarakterli məlumatlar idi. Bu aldadıcı tweetlərin birində Avrasiya Marafonunda iştirak edən insanların şəkilləri "nümayişçilərin əksəriyyəti körpünü keçib" mesajı Boğaz Körpüsündən Taksimə yürüş şəklində əks etdirildi.

 

Amerikada da səhiyyə, siyasət, təbii fəlakətlər və müxtəlif cinayətlər haqqında çoxlu dezinformasiya yayılır. Məsələn, Amerikadakı bütün xəstələr Ebola virusu testindən keçdikdə nəticələr mənfi idi. Buna baxmayaraq, insanlar su, hava və qida yolu ilə xəstəlik bütün şəhərlərə böyük sürətlə yayılmış kimi "tweet"lər yazdılar. Yenə 2012-ci ildə Nyuton hücumunda və 2013-cü ilin aprel ayında meydana gələn Boston Marafonundakı partlayışda həqiqətlərdən uzaq məlumatlar paylaşıldı və cinayətkarların kimliyi haqqında cəmiyyət yanlış istiqamətləndirildi.

 

İngilis mediası da dezinformasiya məsələsində geri qalmır. Qısa bir müddət öncə BBC 2003-ci ildə İraqda çəkilmiş və müharibənin dəhşətini nümayiş etdirən bir fotoşəkili Suriyanın Hula bölgəsində meydana gələn qətliam açıqlaması ilə tanıtdı. Halbuki şəkli çəkən Marko di Lauro məsələ ilə bağlı «Daily Telegraph»a bu bəyanatı vermişdi:

 

"Mənim əsas çaşıb qaldığım məqam BBC kimi böyük miqyaslı xəbər qurumunun mənbələrə nəzarət etmə ehtiyacı hiss etməməsi, istər aktivist, istər vətəndaş və ya jurnalist olsun, kimdən nə gəlirsə-gəlsin, dərhal paylaşmağa bu qədər istəkli olmasıdır! Bu qədər"!

 

 Marko di Lauro həmçinin bunu demişdir:

 

"Bir nəfər başqa birinin çəkdiyi fotoşəkili şüurlu olaraq təbliğat materialı kimi rahat şəkildə istifadə edə bilir".

 

Bundan sonra BBC-nin səlahiyyətli nümayəndəsi həmin şəkilin fotonun mənbəyi müəyyən olunan kimi BBC-nin internet səhifəsindən dərhal çıxarıldığını və təkzib edildiyini yazdı. Yenə başqa bir misal da «Daily Star» müxbiri Riçard Peppiarddandır. Peppiard "The Guardian" qəzetində nəşr etdirdiyi bir açıqlama ilə müsəlmanların əleyhinə yazılar yazmağı rədd etdiyi üçün "Daily Star" qəzetindən istefa etdiyini bildirdi.

 

Cəmiyyəti dezinformasiyadan necə qoruya bilərik?

 

Kompüter başında hər hansı biri, məsələn, bir gənc otağında dizinin üstündə noutbuku ilə oturarkən öz dünyagörüşünü ehtiva edən bir məlumatı heç bir mənbə göstərmədən hazırlayıb saniyələr ərzində sosial media vasitəsilə bütün dünyaya yaya bilər. Twitterı tədqiq etdikdə həqiqət kimi qəbul etdiyimiz bir çox istehsal edilmiş məlumat görürük. Ancaq bunların az qisminin yanlış olduğu aşkar edilmiş və təkzib edilmişdir. Bəs neçə nəfər bu yalan məlumat kampaniyasının fərqindədir?

 

Əlbəttə, aparılan bu məkrli xəbərlərə veriləcək ən təsirli cavablardan biri yenə sosial media vasitəsilə doğru xəbərləri yaymaq üçün səy göstərməkdir. Araşdırmaqdan heç vaxt imtina etməməliyik. Çünki sosial mediada davamlı bir yeniləmə mövcuddur və biz həmişə verilən məlumatların doğruluğunu, mənbənin etibarlı olub-olmadığını araşdırmaq məcburiyyətindəyik. Sosial mediadan istifadə edən bəzi pis niyyətli insanların qarışıqlıq çıxarmağa, nifrəti təşviq etməyə və hər hansı bir yerdə çıxmış böhranın tərəflərindən birini yanlış istiqamətləndirərək digər tərəfin adını ləkələməyə meyilli olduğunu unutmamalıyıq. Sosial media insanların etibarlı mənbələrə malik, təsdiq olunmuş həqiqi məlumatları bölüşdükləri bir platforma olmalıdır. Bu mesajlar qətiyyən din, irq və cinsiyyətə qarşı nifrət mesajları olmamalı, sevgini və dostluğu təşviq etməlidir. Tweet yazarkən yazdıqlarımızı əvvəlcə vicdanımızla qiymətləndirməliyik. Əks təqdirdə həm yalan, həm də qarışıqlığa səbəb olan bir informasiyanın yayılmasından məsul olarıq.

 


Adnan Oktarın «Pravda.ru»da dərc edilən məqaləsi:

http://english.pravda.ru/opinion/columnists/23-10-2015/132402-disinformation-0/

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr