Hörmətli Adnan Oktarın Türk və müsəlman ölkələrə etdiyi əməkdaşlıq və həmrəylik çağırışları öz nəticəsini verməyə başladı. İslam alimlərinin bir araya gələrək, qardaşlıq və birliyin üzərində durduğu yığıncaqların, Türk-İslam dünyasının birlik olması lazım olduğunu ifadə edən dövlət adamlarını yanında bu birliyin təməlini meydana gətirəcək siyasi və iqtisadi əhəmiyyətli addımlar da atıldı. Bunlardan biri, “Dəmir İpək Yolu” olaraq adlandırılan tarixi proyektin həyata keçirilməsidir.
İngiltərəni Çinə bağlayacaq uzun yolun ən əhəmiyyətli keçid bölgəsi olan Bakı-Tiflis-Qars dəmir yolu inşaatı, həm Türkiyənin geostratejik əhəmiyyətini artırması baxımından həm də türk dövlətlərində yaşayan soydaşlarımız və qardaşlarımızla insani və iqtisadi əlaqələrin gücləndirilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Beləcə;
1) Türk-İslam dünyasının Türkiyənin liderliyində birlik olması və bölgəyə barış, hüzur, sabitlik və rifah gəlməsinin infrastrukturu meydana gəlir.
2) Həm türk qardaşlarımız və soydaşlarımız, həm də bütün dünya xalqları üçün son dərəcə əhəmiyyətli olan enerji qaynaqlarının güvən içində paylaması təmin ediləcək.
3) Rahat nəqliyyat sayəsində iqtisadi və ticari iş birlikləri daha asan qurulacaq.
4) Cəmiyyətlər arası ictimai və mədəni fəaliyyətlər artacaq, qaynaşma və həmrəylik daha sürətli olacaq.
5) Bu proyekt, regional digər iş birlikləri üçün zəmin olacaq.
“Hürriyet” qəzeti, 25 iyul 2008-ci il
Türk-İslam dünyasının ittifaqına əhəmiyyətli zəmin təşkil edəcək bu proyektlə əlaqədar olaraq mətbuatda yer alan xəbərlərdə isə, hörmətli prezident Abdullah Gülün açıqlamaları da diqqət çəkicidir. Hörmətli Gül ilk növbədə bu proyektin Türkiyə, Gürcüstan və Azərbaycan arasında “iqtisadi bölgə” meydana gətirdiyinə diqqət çəkmişdir. Ancaq hörmətli Gülün çıxışında daha da diqqət çəkici olan bir xüsus, barış və dostluq mesajıdır. Hörmətli Gül, “Proyekt yaxşı qonşuluq əlaqələrində olmaq arzusu göstərən hər kəsə aydındır.” sözləriylə bölgədə barış və sabitliyin qabaqcılı olacaq bir dəvətdə olmuşdur. Bundan qısa müddət əvvəl, 2008-ci ilin may ayının son günlərində, hörmətli Adnan Oktarın əsərlərindən faydalanılaraq hazırlanan elanlarda da barış və dostluq çağırışı edilmiş, Azərbaycan və Türkiyənin edəcəyi ortaq layihələrə üstünlük verilməsi lazım olduğu ifadə edilmiş, Türk-İslam Birliyinin qabaqcılının Azərbaycan-Türkiyə ittifaqı olacağının əhəmiyyətlə üzərində dayanılmışdır. Bütün bu açıqlamaların bu qədər qısa müddət ərzində təsirini göstərməsi, ölkəmiz və bölgənin işıqlı gələcəyi baxımından məmnuniyyət vericidir.
“Sabah” qəzeti, 25 iyul 2008-ci il
“Star” qəzeti, 25 iyul 2008-ci il
HÖRMƏTLİ ADNAN OKTARIN ƏSƏRLƏRİNDƏN FAYDALANILARAQ HAZIRLANAN “İKİ DÖVLƏT TƏK MİLLƏT OLARAQ AZƏRBAYCAN -TÜRKİYƏ BİRLƏŞSİN” BAŞLIQLI ELANDAN NÜMUNƏLƏR:
...İqtisadi, siyasi və ticari birlik bütün tərəflərə fayda verəcək, bu şərtlər altında çox rahat və layihələrə üstünlük verilməsi firavan yaşama imkanı yaradacaq. Bölgədə davamlı artan gərginlik yerini barışa verəcək. Bu barışdan bütün tərəflərin fayda görəcəyi ortadadır. Bu gün edilməsi lazım olan, keçmişi buraxıb gələcəyə baxmaqdır. Davamlı keçmişdə nələr olduğunu danışmaq yerinə, gələcəkdə nələr edilə biləcəyini, bölgədə iqtisadi şərtlərin necə inkişaf etdirilə biləcəyini, mədəni bir irəliləyişin necə edilə biləcəyini, sabitliyin necə təmin edilə biləcəyini, anlaşılmazlıqların necə tamamilə ortadan qaldırıla biləcəyini danışmaq lazımdır. Əhəmiyyət veriləcək şey budur.
HÖRMƏTLİ ADNAN OKTARIN “KUŞADASI TV” REPORTAJINDAN (14 iyul 2008-ci il)
Aparıcı: Türk İslam Birliyi ilə əlaqədar bizə nələr söyləyə bilərsiniz? Yəni əksər adam bunu utopiya olaraq qiymətləndirir. Əksəriyyət hadisəyə belə baxır. Bunun olacağına həqiqətən inanırsınız?
Adnan Oktar: ...Eyni dindənik, eyni dili danışırıq, eyni irqdənik. Hər şeyimiz eynidir. Mədəniyyətimiz, adətimiz, ənənəmiz, yəni ayrı olması üçün heç bir səbəb yoxdur. Onun üçün bu ölkələrin arasında, türk dövlətlərinin və İslam ölkələrinin arasında pasportun və vizanın aradan qalxmalıdır. İnsanlar istədiyi kimi gedib gəlsin. Ticarət rahat olsun, əlaqələr rahat olsun. Avropa Birliyində olursa, bəs niyə Türk İslam Birliyində ola bilmir? Avropa Birliyində istəyən istədiyi ölkəyə gedir, istədiyi kimi yerləşir. Pasport və viza istifadə etmir. Yaxşı, biz qardaşlar olaraq nə üçün bunu edə bilmirik? Yəni heç bir səbəb yoxdur. Türk İslam dövlətlərinin olduğu ölkələr ən gözəl mənzərələri olan, ən gözəl coğrafiyası olan ölkələrdir və dünyanın ən zəngin mədən qaynaqları bu coğrafiyadadır. Ən zəngin neft qaynaqları bu coğrafiyadadır. Un var, yağ var, şəkər var, təkcə halva bişirmək qalır. Bütün Türk xalqının istəyi budur..
HÖRMƏTLİ ADNAN OKTARIN “DENGE TV” REPORTAJINDAN (3 iyul 2008-ci il)
ADNAN OKTAR: Ağlı başında Türk İslam Birliyi məclisi yaradılsa bu problemlər, dərdlər kökündən ortadan qalxar. Və İslam əxlaqının dünyaya hakimiyyəti an vəsiləsi olar. Və ildırım kimi meydana gələr. Onun üçün birlik mövzusunun üzərində çox durmaq lazımdır. Bütün Türk dövlətləri hamısı müsəlmandır, aşağı-yuxarı və bütün müsəlman dövlətləri tək bir dam altında yığıb. Belə bir Türk İslam NATO-su kimi, Türk İslam Ortaq Bazarı kimi böyük quruluş yaratmaq, hamısını milli dövlətlər olaraq ayrı-ayrı tutmaq, yəni dövlətlərin dəyişməsinə ehtiyac yoxdur. Sistem içində ağlı, səmimiyyəti, sevgi və şövqü əsas tutmaq lazımdır. Rəsmi üslubu aradan qaldırmaq çox əhəmiyyətlidir. Yəni rəsmiyyət ruhu qırar. Rəsmiyyətdən qaçmaq lazımdır. Birinci sevgidir, ikinci səmimiyyətdir. Son dərəcə sevgi və səmimiyyətlə bu işlərin həll olması lazımdır.
Hörmətli Adnan Oktarın əsərlərindən faydalanılaraq hazırlanan, 2008-ci il iyun ayı ərəfəsində nəşr olunan və Türk-İslam dünyasının siyasi, ticari, iqtisadi, hərbi, mədəni olaraq ittifaq etməsini təşviq edən elanlardan nümunələr:
Enerji və xammal qaynaqlarından Türk-İslam Birliyinin zəmanətində ən yaxşı şəkildə faydalanılacağı:
Türk-İslam Birliyinin vəsilə olacağı aydınlanma bütün dünyaya gözəllik təqdim edəcək. ABŞ, Rusiya, Çin, İsrail və bütün Avropa dövlətləri Türk-İslam Birliyinin qurulmasıyla uzun illərdir davam edən kökləşmiş problemlərin bir anda həll olduğunu görəcək, bu vəziyyətdən hamı faydalanacaq. Türk-İslam dünyası xaricində qalan böyük dövlətlərin təhlükəsizliyə, iqtisadiyyata, mədəni dəyərlərə dair bütün narahatlıqları bu birliyin qurulmasıyla tamamilə ortadan qalxacaq. Terrorla mübarizə sona çatacaq, mədəni qarşıdurma riski tamamilə ortadan qalxacaq, yeraltı qaynaqlar və xammaldan bütün insanların ən gözəl şəkildə faydalanması təmin ediləcək, iqtisadiyyat sabitliyə qovuşacaq və böhran ehtimalı aradan qaldırılacaq, hərbi xərclərə ayrılan büdcə insanların daha keyfiyyətli və etibarlı yaşamaları üçün sərf ediləcək. Aydındır ki, güclü Türk-İslam Birliyinin varlığı bütün millətlərin mənfəətinədir.
İqtisadi və ticari sazişlərin təşviq edilməsi:
Türk-İslam Birliyinin ticarəti canlandıracaq, iqtisadiyyatı gücləndirəcək. İqtisadiyyatda, siyasi sahədə və mədəni sahədə müsəlman ölkələr arasında reallaşdırılacaq bütünlük, geri qalmış olanların sürətlə irəliləməsinə, lazımlı imkana və infrastruktura sahib olanların bunları ən səmərəli şəkildə istifadə etmələrinə imkan tanıyacaq. İqtisadi böyümə, elm və texnologiyaya ediləcək sərmayələri artıracaq. İqtisadiyyatın inkişafı ilə birlikdə təhsil səviyyəsində də yüksəliş olacaq, cəmiyyət hər tərəfli inkişaf edəcək.
Hörmətli Adnan Oktarın 2003-cü il tarixində nəşr olunan “İslam Birliyinə Çağırış” adlı əsərindən mövzuyla əlaqədar hissələr:
“Ediləcək ortaq sərmayələr və ortaq cəhdlər bu nöqtədə əhəmiyyətli addım olacaq. Ortaq cəhdlər sayəsində, həm ölkələr qarşılıqlı olaraq bir-birlərinin təcrübələrindən istifadə edəcəklər, həm də yaradılan sərmayə sahələri hər iki tərəfin iqtisadiyyatı üçün də gəlir mənbəyi olacaq.”
“İslam dünyasının imkanlarını və gücünü birləşdirməsini təmin edəcək ortaq cəhdlərlə, yüksək texnologiya məhsulu olan bir çox vəsait müsəlman ölkələrdə də aparıla biləcək. Yaradılacaq İslam ortaq bazarı sayəsində, bir ölkədə istehsal olan məhsullar, gömrük, kvota kimi sərhəd maneələrə fikir vermədən bir başqa ölkədə asanlıqla satışa çıxarıla biləcək. Ticarət sahəsi genişlənəcək, bütün müsəlman ölkələrin bazar payı artacaq, ixracat inkişaf edəcək, bu, müsəlman ölkələrdəki sənayeləşmə müddətini sürətləndirəcək, iqtisadiyyatda təmin ediləcək inkişaf ilə texnologiyada da inkişaf yaşanacaq. Müsəlman ölkələr digər sərmayə qruplarına qarşı ortaq güc olaraq hərəkət edə biləcək və qlobal iqtisadiyyatın əhəmiyyətli bir parçası halına gələcəklər.”
“İqtisadi əməkdaşlıq, həm sabitliyin təmin edilməsi, həm də inkişaf baxımından əhəmiyyətlidir. Bir çox müsəlman ölkənin təcili ehtiyacı, iqtisadiyyatının sabitliyə qovuşması və möhkəm təməllər üzərinə oturdulmasıdır. İslam dünyasında sənayenin inkişafına əhəmiyyət verilməsi, lazımlı sərmayələrin edilməsi zəruridir. Bütün olaraq inkişaf proyekti inkişaf etdirmək lazım olduğu da aydın şəkildə görülür. Təhsil, iqtisadiyyat, mədəni quruluş, elm və texnologiya bir yerdə inkişaf etməlidir. Bir tərəfdən iş sahələri texnoloji olaraq inkişaf etdirilərkən, digər tərəfdən işçilərin təhsil səviyyəsinin və keyfiyyətinin artırılması təmin edilməlidir. Cəmiyyətlər daha çox istehsal etməyə diqqət yetirməlidir.”