Hz. Mehdi (ə.s)-ın düz burnunun başlanğıcında, iki qaş arasında kiçik bir çuxur var. Yanağındakı xalı hz. Musa (ə.s)-da olduğu kimi qabarıq və ulduz kimi parlaqdır. Dərisi çox parlaqdır. (Bihar-ül Envar, Cild:13, Səh. 243 (Farsca tərcümə)
Hədisdə hz. Mehdi (ə.s)-ın yanağındakı açıq rəngli xalın bənzərinin, hz. Musa (ə.s)-ın yanağında da olduğuna diqqət çəkilmişdir. Hz. Mehdi (ə.s), Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in soyundan olacaq və bütün peyğəmbərlər eyni nəsildəndir. Allah qan bağını da vəsilə edərək hz. Mehdi (s.ə.v) ilə digər peyğəmbərlər arasında bənzərliklər yaratmışdır. Hədisdə, eyni zamanda hz. Mehdi (ə.s)-ın dərisinin parlaqlığına da diqqət çəkilmişdir. Dərisinin parlaqlığı, Axırzamanda, ümumiyyətlə, insanlarda rast gəlinməyən dərəcədə diqqətə çarpan olacaq.