Muminun surəsi; 61 (Dünyada təqva yarışı vardır, mömin var gücüylə ən yaxşısını əldə etməyə çalışacaq.)
ucgen

Muminun surəsi; 61 (Dünyada təqva yarışı vardır, mömin var gücüylə ən yaxşısını əldə etməyə çalışacaq.)

1193

Adnan Oktarın 15 fevral 2011 Qaziantep Olay Tv-dəki canlı reportajı

ADNAN OKTAR: Ya Allah bismillah. Muminun surəsi. Bismillah. Şeytandan Allaha sığınıram. 61-ci ayə. "Onlar, xeyirlərdə yarışırlar." Xeyirlərdə yarışmaq necə olar? Var gücüylə hər kəs ən yaxşısını əldə etməyə çalışacaq. "Və onlar buna görə önə keçirlər." Deməli, bir yarış, təqva yarışı var dünyada, inşaAllah. "Heç kimsəyə" bax, Allah bir sirr verir; "güc çatdıracağından çoxunu yükləmərik." Allahın heyrət olunacaq bir möcüzəsidir. Heç kimə güc çatdıracağından çoxunu Allah yükləmir. "Əlimizdə haqqı söyləyən bir kitab vardır." Qədərdə bu yazılmışdır, deyir Allah. "Və onlar heç bir haqsızlığa məruz qalmazlar." "Həqiqətən, Mənim ayələrim sizə oxunurdu, lakin siz topuqlarınız üzərində geri dönürdünüz." Bax, Quran ayələri oxunurdu, lakin siz topuqlarınız üzərində geri dönürdünüz, deyir. Kimlər geri dönür? Bunu, mürtəcelər edər. Quranı qəbul etmirlər, xurafatı qəbul edirlər. Adam saatlarla xurafat izah edir, xurafatları ağzı açıq dinləyir . Söyləsənə; Qurandan izah et bizə, tam doğrunu izah et, bizə Kutub-i Sittədən izah et. Əhli-Sünnə alimlərinin açıq əsərlərini izah et bizə, demir. Sonuna qədər xurafatları dinləyir. "Həqiqətən, sən onları doğru olan bir yola çağırırsan" deyir. Bunun da əbcədi yenə mehdiyyətin dövrünü verir. "Əgər haqq, onların həva (istək və ehtiras)larına uyğun olsaydı" yəni Quran xaricində bir vəziyyət olsaydı, "heç müzakirəsiz, göylər, yer və bunların içində olan hər kəs (və hər şey) pozulardı." İndi nə oldu dünyada? Bu oldu mu? Oldu. Bax, göylər; ozon təbəqəsi belə pozuldu. Göylər, yer; ərazi pozuldu, yer üzü ərazisi pozuldu, torpaqlar quraqlaşdı, eroziya başladı. "Bunların içində olan hər kəs (və hər şey) pozuldu." İnsanlar pozuldu, heyvanlar pozuldu, mühit pozuldu. "Xeyr, Biz onların öz şan və şərəf (zikr)lərini gətirmiş olarıq, lakin onlar öz zikrlərindən üz çevirirlər" deyir. Allah Qurandan üz çevirirlər, deyir. Allah dəccaliyyət dövrünü izah edir. "Yoxsa sən onlardan xərac mı istəyirsən? Rəbbinin xəracı (dünya və axirət hədiyyəsi) daha xeyirlidir. O, ruzi verənlərin ən xeyirlisidir. Həqiqətən, sən onları doğru olan bir yola çağırırsan." Mehdiyyətin yoluna, Haqqın yoluna, Quranın yoluna, inşaAllah. "Ancaq axirətə inanmayanlar, şübhəsiz, yoldan azanlardır" deyir Allah.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr