Son üç aydır nəşr olunan “NTV Bilim” jurnalında yer alan geniş darvinist təbliğat olduqca diqqətçəkici ölçülərdədir. Jurnalın nəşr olunduğu ilk aydan etibarən saxta təkamülün bütün iddiaları, müxtəlif şəkillərdə gündəmə gətirilmişdir və gətirilməyə davam edilməkdədir.
Bu, əlbəttə, gözlənilən bir şeydir. Darvinizmin dəhşətli məğlubiyyətinin darvinist dairələr üzərindəki dağıdıcı təsiri o qədər böyük olmuşdur ki, darvinistlər kompensasiya üçün müxtəlif üsullara müraciət etmişlər. Elm adına çıxarılan bu yeni jurnalın Darvinə həsr edilməsi və bütün darvinist yalanlara səhifələrlə yer ayrılmasının da səbəbi tam olaraq budur.
Hazırda dünya səviyyəsində, başda ateist Riçard Doukinz olmaq üzrə bütün darvinistlər darvinizmin ölümünün şokunu yaşamaqdadırlar. Darvinizmi xilas etməyə çalışmaqda və bu səbəblə nəzarətsiz şəkildə demaqoqluğa müraciət etməkdədirlər. Lakin onun da nəticə vermədiyini təəssüflə izləməkdədirlər. Bu məğlubiyyətinin ölkəmizdəki təsiri isə çox daha böyük olmuşdur. Çünki ölkəmizdə darvinizmin çöküşünə dair verilən elmi dəlillərin təsiri çox şiddətli təsir yaratmış və xalqımızın 95%-i təkamülə inanmadığını bəyan etmişdir. Çünki insanlara gerçək elmi dəlilər göstərilmişdir. Elmi sərgilərdə posterler, broşuralar, saxta şəkillər deyil təkamülün olmadığını göstərən, Yaradılışı sübut edən GERÇƏK FOSİLLƏR göstərilmişdir. İnsanlar bunları öz gözləriylə görmüşlər, öz əlləriylə araşdırmışlar. Elmi kitablarda darvinist saxtakarlıqların şəkilləri və ya rekonstruksiyalar deyil, GERÇƏK FOSİLLƏR YER ALMIŞDIR. İnsanlara darvinistlərin davamlı olaraq saxtakarlıq etdikləri, fosilləri on illər boyunca gizlətdikləri, tək bir zülal belə təsadüfən meydana gələ bilməzkən “palçıqlı suda ilk hüceyrə öz-özünə meydana gəldi” yalanını təldin etdikləri izah edilmişdir. Darvinistlərin ara fosil deyə ortaya atdıqları fosillərin hamısının uydurma olduğu, tapdıqları nəsli kəsilmiş canlılara aid fosilləri “ara fosil” deyərək zorla qəbul etdirməyə çalışdıqları isbat edilmişdir. Darvinizmin qədim bütpərəstlərdən qalma bir inanc, bir ideologiya olduğu üçün DARVİNİST DİKTATORLUQ tərəfindən təzyiqlə təlqin edildiyi sübut edilmişdir. Məhz bu elmi gerçəklər qarşısında nə Türk xalqını nə də dünyanı, təkamülün elmi bir gerçək olduğuna inandırmağın Allahın icazəsiylə imkanı yoxdur.
“NTV Bilim” jurnalının redaktorları, əgər həqiqətən, iddialarını sübut edəcək şəkildə elm istəyirlərsə, ELMİ DƏLİL GƏTİRMƏLİDİRLƏR. Səhifələrlə izah edilən və demaqoqluqdan ibarət bütün mövzuların hər birinə GERÇƏK ELMİ DƏLİL təqdim etməlidirlər. İddialarını təsdiqləyəcək HEÇ OLMASA, BİR ƏDƏD ARA FOSİL GƏTİRƏ BİLMƏLİDİRLƏR. Amma əlbəttə, bu QEYRİ-MÜMKÜNDÜR. Çünki artıq bütün dünyanın bildiyi kimi, çıxarılmış tam 100 milyon fosil təkamülün yalan olduğunu ortaya çıxarmışdır. BUNLARIN TƏK BİRİ BELƏ ARA FOSİL DEYİL. Heç bir zaman yeriməyə başlayan bir balıq olmamış, heç bir sürünən bir anda (və ya mərhələ-mərhələ) pulcuqlarını töküb tüklər əldə etməmiş, qanadlanıb uçmağa başlamamışdır. Bu saxta iddiaları sübut edən TƏK BİR ƏDƏD BELƏ ELMİ DƏLİL YOXDUR.
Bu səbəbdən “NTV Bilim” jurnalının qəbul etməli olduğu gerçək, insanların artıq aldadıla bilməyəcəyi gerçəyidir. Bu iddialara xalqımızın 95%-nin artıq gülüb keçdiyini qəbul etməlidirlər. Əgər jurnal redaktorları, gerçək bir elm jurnalı çıxarmaq istəyirlərsə, elmi dəlillərə və gerçəklərə yer verməlidirlər.
Aşağıda, “NTV Bilim” jurnalında yer alan darvinist iddialar, müxtəlif linklər verilərək cavablandırılmışdır: