Osmanlıda Tənzimatla birlikdə başlayan avropalaşma hərəkatı bəzi dairələr tərəfindən sui-istifadə edilmiş və tək tərəfli materialist, darvinist təbliğat üçün istifadə edilmişdir. Müasirləşmə, elmdə və sənətdə irəliləyiş kimi müsbət tələblər bəzi sahələrdə sanki dinsizlik təbliğatıolmuş və Osmanlının süqutu prosesi başlamışdır.
Hüceyrənin içinin su dolu şar olduğu güman edilən, hələ qələmin belə istifadə edilmədiyi dövrün ibtidai elm şəraitində Darvinin təkamül nəzəriyyəsi elmi anlayış kimi qəbul edilmişdir. Elmin və Qərbin tərəfində olmaq darvinist və materialist olmaqla sinonim kimi qiymətləndirilmiş, çox vaxt şüurlu olaraq xalqı dindən uzaqlaşdırmaq üçün darvinizm yayılmışdır. Sultan Əbdül Məcid dövründə ilk dəfə bəzi tərcümələrlə Osmanlıya daxil olan pozitivist, darvinist, materialist, dinsiz ideologiyalar yavaş-yavaş yayılmağa başlamışdır. Dindar insan olan Əbdüləziz xanın hakimiyyətə gəlməsi ilə birlikdə isə bu təktərəfli təbliğat dayandırılmışdır. Xanlar xanı Əbdüləziz xan darvinizmin necə bir fəlakət olduğunu görmüş, darvinizmin yayılmasına icazə verməmişdir. Darvinist, materialist təbliğat aparan bürokratları və dövlət xadimlərini vəzifədən kənarlaşdırmış, dinsiz ideologiyaların təktərəfli təbliğatına mane olmuşdur.
Xanlar xanı Əbdüləziz xanın bu fərasətli mövqeyi bəzi dairələrdə ciddi narahatlığa səbəb olmuş və bir müddət sonra Əbdüləziz xan çevrilişlə taxtdan endirilərək şəhid edilmişdir. Əbdüləziz xanın dayandırdığı darvinist təbliğat Əbdülhəmid dövründə zirvəyə çatmış, Livan, Misir, Suriya, İstanbul başda olmaqla imperiyanın hər yerində darvinist, materialist yazılar, kitablar, jurnallar nəşr olunmuş, daha da dəhşətlisi darvinizm bir çox yerdə tədris planına daxil edilmişdir. Əbdüləziz xan dövründə işdən çıxarılan darvinist, materialist dövlət adamları Təhsil Nazirliyi, Dövlət Mətbəə İdarəsi, Sədrəzəmlik kimi əhəmiyyətli postlara gətirilmişdir. Başda İstanbul Universiteti olmaqla təhsil müəssisələrinin rəhbərliyinə darvinistlər təyin olunmuşdur. Eyni zamanda başda Misir olmaqla, ərəb dünyasında da -İngiltərənin maddi dəstəyi ilə- darvinist kitablar və jurnallar nəşr edilməyə başlanmış, Əl-Əzhər Universiteti sanki darvinist təbliğatın mərkəzi halına gəlmişdi. Dövrün ingilis dərin dövləti bu günə qədər gəlib çıxan böyük planın ilk addımlarını bu şəkildə atmışdır. İslam dünyasının daxildən dağılmasını təmin edəcək darvinist, Qurandan uzaq, İslam Birliyi idealı olmayan müsəlman yetişdirmə proqramı başladılmışdır.
Əbdülhəmid dövrünə diqqətli şəkildə baxdıqda Osmanlını dağıdan, Sevr müqaviləsinə gedib çıxan dövrün ardında bu dövrdəki darvinist materialist təbliğatolduğu görünür. Bu dövrdə dövlət əli ilə dinsizliyin təbliğatı aparılmış, Osmanlı həm maddi, həm mənəvi olaraq böyük çöküşə sürüklənmişdir. İndi bu müddətin necə başladığı və inkişaf etdiyini müşahidə edək.
Əbdülhəmid dövründə darvinizmin və materializmin Osmanlıda yayılması
1-Osmanlı ziyalıları arasında təkamül nəzəriyyəsini yayanların başında Münif Paşa gəlir. Abdulhəmid Münif Paşanı 1879-cu ildə Təhsil naziri təyin etmişdir.
Münif Paşa |
2- Münif Paşanın çıxardığı «elm jurnalı» Məcmuə-i Fünun təkamül yazılarından ibarət idi. Bu jurnalın darvinist təbliğatına icazə verməyən Əbdüləziz xan daha sonra ingilis tərəfdarı Mithat Paşa tərəfindən çevrilişlə devrilmiş və intihar görüntüsü verilərək şəhid edilmişdir.
3- Əbdülhəmid dövründə Təhsil naziri və sədrəzəm olaraq fəaliyyət göstərən kiprli Məhmət Kamil Paşa da ingilis pərəstişkarı olaraq bilinir. Ləqəbi ingilis Kamil idi.
4- 1880-ci illdə Əbdülhəmid dövründə Münif Paşanın əmri ilə misirli təkamülçü həkim Bishara Zalzalın darvinist "Ağılın aydınlanması" kitabının çoxaldılaraq məktəblərdə dərs kitabı olaraq oxunması təmin edilmişdir. Bishara Zalzal bu kitabını Əbdülhəmid və Misir müstəmləkə valisi ingilis Lord Kromerə ithaf etmişdir. Kitabın maliyyə dəstəyini də ingilis Lord Kromer təmin etmişdir. Bundan başqa Bishara Zalzalın çıxardığı Əl-Bəyan jurnalı da nizamlı olaraq təkamül təbliğatı aparırdı.
İngilis Kamil Paşa |
5- İngiltərənin Misir müstəmləkə valisi Lord Kromer mason idi. Başda materialist Məhəmməd Abduh olmaqla Misirdəki təkamülçü bütün alimləri dəstəkləmiş, guya işıqlanma və müasirləşmə adı altında Misirin bütün fikir sistemini dəyişdirmişdir. Əl-Əzhər Universitetini darvinizmin bazasına çevirən də Lord Kromer idi. Misirdən ərəb dünyasına yayılan darvinist materialist kitab və jurnalların maddi dəstəkçisi idi. Təkamülçü materialist Məhəmməd Abduhun 1899-cu ildə Misir Baş Müftisi olmasını təmin etmişdir. Məhəmməd Abduh da mason idi və İslam reformisti olaraq tanınırdı. İngilis dərin dövləti üçün İslam reformu dedikdə, öz darvinist ideologiyalarına uyğun gələn Qurandan uzaq, İslam olmayan bir İslamı qurmaq başa düşülür. Osmanlıda Əbdülhəmid dövründə İngiltərə başda Misir olmaqla ərəb dünyasında təkamülçü kitablar nəşr etdirməyə başlamış, Əbdülhəmid rəhbərliyi də bu kitabları, jurnalları və yazıları bütün İslam dünyasına yaymışdır.
6- Darülfünun-u Şahanə (bugünkü İstanbul Universiteti) Əbdülhəmid tərəfindən açılmış və Darülfununda təbiət elmlərinin tədrisi üçün xüsusi bölmə açılmışdır. Bu bölmədə təkamülün tədrisinə başlanmışdır. Əbdülhəmidin açdığı Darülfünunun kitabxanası darvinist, materialist hərəkatın mərkəzi halına gəlmişdir.
Darülfünunun Əbdülhəmid tərəfindən təyin edilən rektoru Tahsin Əfəndi “Varoluşun tarixi və ya Yaradılış” kitabında kainatın, insan və digər canlıların meydana gəlməsini təkamüllə açıqlaması və təkamülü yayması ilə məşhurdur. Materialist ideologiyanı mənimsədiyi üçün “misyö Tahsin”, ya da “kafir Tahsin” olaraq da xatırlanır. Əbdülhəmid dövrünün təkamülçü Təhsil naziri Münif Paşanın da yaxın dostudur.
El Bəyan jurnalı |
Lord Cromer | Muhammed Abduh |
Tahsin Əfəndi əl-Əzhər məzunu təkamülçü Cəmaləddin Əfqanini İstanbula gətizdirmiş və təkamül təbliğatı aparmasını təmin etmişdir. Əfqani, Hüseyin əl-Cisrin təkamülçü kitabının önəmli tərəfdarlarındandır. Xoca Tahsin çox saylı tələbə hazırlamış, gənclərin etiqadını korladığına görə daha sonra vəzifədən uzaqlaşdırılmışdır. Ancaq hazırladığı materialist tələbələr Osmanlının hər tərəfindəki kəndlərə qədər xoca kimi gedərək təhsil vermiş, darvinizm Osmanlıda sürətlə yayılmışdır.
Xoca Tahsin Əfəndi |
7- Əbdülhəmid dövründə Hüseyin əl-Cisrin yazdığı, “Darvinin nəzəriyyəsinin Allahın varlığı inancı ilə ziddiyyət təşkil etmədiyini, təkamül nəzəriyyəsinin İslama uyğun şəkildə şərh edilə biləcəyini, bəzi ayələrin bu baxımdan mütəşabih şərh edilməsinin mümkün olduğunu” iddia edən Həmidiyə risaləsi 20 min nəşr edilmiş və paylanmışdır. Əl-Cisrin Quran və elmlə ziddiyyət təşkil edən bu kitabı İslam dünyasında İslamla darvinizmi əlaqələndirən şəxslərdən biri olmuşdur. İşin qəribə tərəfi canlıları Allahın yaratmadığı yanılmasını izah edən əl-Cisr xəlifə Əbdülhəmid tərəfindən saray müəllimi təyin edilmiş və ona Sultan mükafatı verilmişdir. Əl-Cisr də əl-Əzhərdə təhsil almışdır. Allahın varlığını inkar edən darvinizmi müdafiə edən bu risalə türkcə, urdu və digər dillərə tərcümə edilib imperiyanın hər yanına yayılmışdır. Suriya, Türkiyə və Misirdə «alimlər» tərəfindən qəbul edilmiş və çox böyük dağıntılara səbəb olmuşdur.
8- Darülfunundakı Təbiət Tarixi bölməsində təkamülçü Əhməd Mithatın yazıları da oxudulurdu. Əhməd Mithat təkamül nəzəriyyəsinin və sosial darvinizmin ilk Osmanlı nümayəndələrindəndir. Bu yazıların demək olar ki, hamısı təkamüldən bəhs edirdi. Bəzilərinin başlıqları bu şəkildə idi: «Adəm və Oranqutan», «Heyvanlar aləminin hissi», «İnsan Tənha Yaşasa, nə olar». Bu şəkildə bu gün belə davam edən təktərəfli darvinist təhsil sistemi yavaş-yavaş Osmanlıda hakim olurdu.
Təkamülçü Əhməd Mithatın “İnsan tənha yaşasa, nə olar” məqaləsinin mövzusu insanın guya əcdadlarının heyvan olduğu, zaman keçdikcə inkişaf edərək bugünkü səviyyəyə çatdığı, hər hansı bir uşaq heyvanlar arasında yaşasa, tamamilə heyvan xüsusiyyətlərinə malik olacağı ilə bağlı idi.
Əhməd Mithatın məktəblərdə tədris edilən “Dünyada insanın zühuru” məqaləsi isə “insanlar bir növ heyvan olduğundan bu növün dünyada necə meydana gəldiyini əlbəttə ki, maraqlanarıq” deyə başlayırdı. Başdan aşağı darvinist xurafatlardan bəhs edilirdi.
Əhməd Mithat |
Əhməd Mithatın məktəblərdə tədris edilən “İntiqam” başlıqlı məqaləsində isə vəhşiliyin guya insanın təbiətindən irəli gəldiyindən, yəni sosial darvinizmdən bəhs edilirdi:
“İntiqam bir növ həqiqət və ədalət-i vəhşiyanədir... Bu halda, təbiətimizdə olan pis davranışların bizə zərər verəcəyini niyə deyirik?”
Bütün bu azğın və Qurana uyğun olmayan düşüncələr yeni yetişən nəslin zehni cəhətdən pozulmasına, mənəvi cəhətdən çökməsinə səbəb olmuşdur.
9- Osmanlı dövründə ilk dəfə təkamül nəzəriyyəsini gündəmə gətirən Əhməd Mithat Əfəndi insanın guya «meymun olduğunu» bildirmişdir. Təkamülçü yazılarına görə Sultan Əbdüləziz xan tərəfindən nəşrləri qadağan edilmiş və Rodos adalarına göndərilmişdir. Xanlar xanı Əbdüləziz xan Əhməd Mithatın yazıları üçün bu əmri vermişdir: “Fimabaat (bundan sonra) Mithat Əfəndinin meymunlarına dair mətbuatda əsla heç nə yazdırılmaması”.
Əbdülhəmid taxta çıxdıqdan sonra isə Əhməd Mithat Əfəndini İstanbula geri çağırmış və ona «Tərcüman-ı Həqiqət» qəzetini açdırmışdır. 1921-ci ilə kimi nəşr edilən «Tərcüman-ı Həqiqət» qəzetində Osmanlının məşhur darvinist yazarları Əhməd Cəvdət və Əhməd Rasim kimi yazarlar da müntəzəm olaraq təkamülçü məqalələr nəşr etdirmişlər. Bundan başqa Əbdülhəmid Əhməd Mithatı Matbaayi Amirəyə (Dövlət nəşriyyatı) müdür təyin etmişdir.
10- Məşhur təkamülçü Əhməd Mithat Əbdülhəmid dövrünün Təhsil naziri olan Məhmət Əsəd Safvet Paşa ilə də yaxın dost idi. Safvet Paşa Əbdülhəmidin əmri ilə təkamülcü Xoca Tahsin Əfəndini İstanbul Universitetinə rektor təyin etmişdi. Osmanlının təhsil sistemini tamamilə dəyişdirən və guya Avropa standartları gətirən (yəni darvinizmi təhsil sisteminə daxil edən) insanlardan biri idi. Qalatasaray Lisesinin qurucularındandır. Qalatasaray lisesi o dövrdə darvinist təhsilin mərkəzlərindən biri olmuşdur. Safvet Paşa eyni zamanda 1876-cı il Əbdüləzizin taxtdan endirilməsinin (çevrilişinin) memarlarındadır. Safvet Paşa «Hürriyyət» qəzetinin qurucusu Sədat Simavinin də babasıdır.
11- Əbdülhəmid dövründə Təbib Hayrullah Əfəndinin “İnsanın satıhı arzda sureti intişarı” (İnsanın meydana gəlməsi və yaradılışı) yazısı məktəblərdə ən çox oxunan təkamülçü yazılardan biri idi. Yazıda insanın tarixinin hz. Adəmlə başlayan izahdan əlavə, guya elm gözü, yəni təkamüllə izah edilməsinin zəruriliyi izah edilirdi.
12- Əbdülhəmid dövründə Tibbiyədə oxuyan Abdullah Cəvdət dövrün məşhur darvinist materialistlərindən biri idi. Tibbiyədəki tələbəliyi əsnasında materilalist biologiya ilə tanış olub ateist olmuşdu. Yazdığı onlarla məqalə və kitabda darvinizm və ateizm təbliğatı aparan Abdullah Cəvdəti Əbdülhəmid Viyana səfirliyinə təyin etmişdir. Bir çox tarixçi Abdullah Cəvdəti Əbdülhəmid əleyhdarı olaraq bilir, halbuki Abdullah Cəvdət Əbdülhəmidin məlumat çatdıranlarından biri idi. Viyanada məskunlaşması üçün pulunu Əbdülhəmidə vermişdi. Amma qəribədir ki, eyni zamanda Əbdülhəmidi devirən 1908-ci il çevrilişinin öndə gələnlərindən idi.
Abdullah Cəvdət eyni zamanda sosial darvinist idi. Abdullah Cəvdətin yanılmalarına görə, bir cəmiyyətin inkişaf etməsi və mədəniləşməsi üçün o cəmiyyət içində kəllə qutusu böyüklüyünün standartlardan çox olan bir qrupun olması kifayətdir. Cəmiyyətlərin bir-birindən üstünlüyünü də kəllə qutusunun böyüklük nisbəti müəyyən edəcək.
Abdullah Cəvdət, "Amerikadan və Avropadan damazlıq kişilər gətirib irqimizi (yəni türkləri) islah etməyimiz lazımdır" demişdi. (Millətimizi tənzih edirik)
İstanbulun işğalı zamanı İngiltərə tərəfdarlarının qurduğu və mandat idarəçiliyini müdafiə edən ingilis Muhiplər Cəmiyyəti (İngilis dostları cəmiyyəti) üzvlərindəndir. Bu dərnək xalqın ingilis işğalını qəbul etməsi üçün fəaliyyət göstərirdi.
İstanbulun ingilis işğalı dövründə Qurtuluş hərəkatı başladan vətənpərvərlər haqqında ingilislərə məlumat verib onları həbs etdirmişdir.
Kürdlərin Osmanlıdan ayrılmasını müdafiə edən Abdullah Cəvdət cənub-şərqin muxtariyyatı düşüncəsinin ideoloqlarından biri olaraq qəbul edilir. İngilis dərin dövləti tərəfindən Osmanlının bölünməsi, kürdlərlə türklər arasında ayrılıq meydana gətirilməsi üçün yönləndirilmişdir.
Abdullah Cəvdətin çox saylı təkamülçü nəşrlərindən biri də İslam alimləri ilə bioloji materialist filosofların fikirlərini əlaqələndirməyə çalışdığı “Fünûn və Fəlsəfə” adlı kitabıdır.
Şərif Mardinə görə; “Abdullah Cəvdətin fikirləri araşdırıldıqda materialist, darvinist Qərb düşüncəsinin mütəfəkkirlərimizə necə təsir etdiyi daha açıq şəkildə görünəcək”.
13- İlk türk materialistlərindən biri də Əbdülhəmid dövründə əsərlər nəşr etmiş Bəşir Fuaddır. Bəşir Fuad 1883-1887-ci illərdə 14 kitab və 200-dən çox məqalə yazmışdır. Osmanlı ziyalılarına darvinist, pozitivist, materialist Qərb ideoloq və yazarları tanıtmışdır. Bəşir Fuad xüsusilə Klaude Bernard və Büxnerin təkamülçü materialist düşüncələrinin təsiri altında qalmışdır. Bəşir Fuad 35 yaşında intihar edərək həyatına son verərkən ölüm anında hiss etdiklərini yazmışdır. Bu hərəkəti həyata keçirmədəki məqsədin ölüm anında hiss edilənlərə dair az da olsa elmi məlumat qoya bilmək olduğunu qeyd etmişdir. Ancaq o vaxta kimi intihar anlayışına çox yad olan Osmanlı cəmiyyətində və mətbuatda böyük əks-səda doğuran bu hərəkət İstanbulda intihar epidemiyasını başlatmışdır.
İngilis dərin dövlətinin Əbdülhəmid dövründə ərəb dünyasına darvinizmi gətirməsi
1- Ərəb dünyasında Əbdülhəmidin taxta çıxdığı 1876-cı ilə qədər Darvin və təkamül nəzəriyyəsi ilə bağlı heç bir nəşr, məqalə və ya kitab yazılmamışdır. Əbdülhəmid dövrü ilə birlikdə ərəb dünyasında darvinist təbliğat başlamışdır.
2- Darvinin nəzəriyyəsindən ilk dəfə ərəbcə aylıq jurnal olan əl-Muktatafta nəşr edilən 3 məqalədə bəhs edilib. Bu jurnal 1876-cı ildə Beyrutda Yaqub Sarruf və Faris Nimr tərəfindən qurulmuşdur.
Jurnalın ilk sayında üçü də Rızkullah əl-Bərbəri tərəfindən yazılmış insanın mənşəyi ilə bağlı 3 məqalə var idi. Yazılarda Lamarkın elmdən kənar fikirlərinə yer verilir, Darvinə təriflər deyilirdi.
Jurnalın ikinci sayında əlavə 3 məqalə yer almışdı. Təkamülçü həkim Bişara Zalzal tərəfindən yazılan bu məqalələr antropologiya ilə bağlı idi və təkamüldən bəhs edirdi.
3- İngilis dərin dövləti 1881-ci ildə Misiri işğal etdiyi zaman əl-Əzhər Universitetini müsəlman təkamülçülərin mərkəzinə çevirdi. Təkamüldən bəhs edən ilk ərəbcə darvinist kitab 1882-ci ildə yazıldı.
4- Əbdülhəmid dövründə 1876-1907-ci illər arasında Misiri idarə edən yüksək komissar ingilis Lord Kromer qatı darvinist idi. Kromer bir darvinist olaraq Qərb irqinin üstünlüyünə inanırdı. İslam dünyasının və Misir cəmiyyətinin aşağı irq olduqlarını, ağıllarının az olduğunu və üstün anqlo-sakson irqi tərəfindən idarə edilməli olduqlarını müdafiə edirdi. Kromerin azğın darvinist inancına görə, şərq xalqları Qərb tərəfindən nizama salınmalı idi.
5- 1879-cu ildə təkamülçü Bişara Zalzal İsgəndəriyyədə 368 səhifəlik kitab nəşr etdirmişdi. “Ağılın aydınlanması” adlı bu təkamülçü kitab həm nəsr, həm də nəzm formatında olub Əbdülhəmidə ithaf olunmuşdu. Kitapda Lord Kromerin “anqlo-sakson insanının tipik nümunəsi” deyilərək portreti qoyulmuş və təriflər yağdırılmışdı. İstər kitabın adı, istər Kromerin portreti Zalzalın ingilis heyranlığını ortaya qoyurdu.
6- Darvinist Lord Kromer Əl-Əzhər Universitetini guya yeniləmiş və guya İslam modernizminin qurucusu olan təkamülçü Məhəmməd Abduhu Misir baş müftüsü təyin etmişdi. Bu yeniləmə və müasirləşmə müsəlmanların daxildən məhv edilməsi üçün darvinizmin diktə edilməsindən başqa bir şey deyildi. Məhəmməd Abduh xocası Cəmaləddin Əfqani ilə birlikdə ilk müsəlman təkamülçülərdəndir. Ərəb dünyasına və hətta Hindistan və Pakistana darvinizm buradan yayılmışdır.
7- Təkamülçü Cəmaləddin Əfqani Allahın canlıları təkamüllə yaratdığı fikrini müdafiə edirdi. Cəmaləddin Əfqani Əbdülhəmid dövründə İstanbula gəlmiş, Əbdülhəmidin vəzifəyə qoyduğu İstanbul Universitetinin rektoru təkamülçü Xoca Tahsin Əfəndi ilə birlikdə hərəkət etməyə başlamışdır. Təkamülçü Əfqani Osmanlının təhsil siyasətini müəyyən edən Böyük Təhsil Məclisinə və Ergenekon quruluşunun başlanğıcı olarak qəbul edilən Əncümən-i Danişə üzv təyin edilmişdir.
- Cəmaləddin Əfqani sosial darvinizmin müdafiəçisidir. İslam dünyasında millətlərin ancaq bir-birləri ilə müharibə etdikləri müddətcə inkişaf edəcəklərini izah etmişdir. Bir çox müharibə tərəfdarı radikal təşkilat bu fikirlər əsasında qurulmuş, İslam dünyasında bu gün belə davam edən zorakılıq Əfqaninin darvinist fikirlərinə əsaslanır.
9- Ərəb dünyasında Nahda hərəkatı olaraq inkişaf edən ərəb «aydınlanma hərəkatı» içində də təkamülçü dünyagörüşü təsirli olmuşdur. İngilis təsirindəki Misirdə başlayan Nahda hərəkatının qurucusu Rifa əl Təhtavi təkamülçü idi. Nahda hərəkatı radikal ərəb milliyətçiliyini qızışdıran darvinist hərəkat halına gətirilmək istənmişdir. Əfqani və Məhəmməd Abduh da bu cərayanın öndə gələnlərindən idi.
10- Əbdülhəmidin Təhsil naziri təyin etdiyi təkamülçü Münif Paşanın əmri ilə darvinist misirli həkim Bişara Zalzalın "Ağlın aydınlanması" kitabı çoxaldılaraq məktəblərdə dərs kitabı kimi oxudulmağa başlamışdır. Kitabda Lamarkın daha sonra çürüdülmüş təkamülçü izahları və darvinizm geniş miqyasda yer alırdı.
11- Livanlı yazıçı Hüseyn əl-Cisr də təkamül nəzəriyyəsinin ilk tərəfdarlarındandır. Əl-Əzhərdə Lord Kromer dövründə təhsil almışdı. Təkamülün Qurana zidd olmadığını və Quranda təkamülçü yaradılışın izah edildiyi yanılmasını müdafiə edirdi. Bu yanılmanı müdafiə etdiyi Həmidiyə risaləsinin nəşr edilməsini təkamülçü ingilis Lord Kromer maliyyələşdirmişdir. Əbdülhəmid bu kitabdan 20.000 ədəd nəşr etdirmiş və yayılmasını təmin etmişdir. Əl-Cisr bu kitabı Lord Kromerə və Əbdülhəmidə həsr etmişdir.
12- «Elmi» təkamülçü jurnallar Əbdülhəmid dövründə Misir, Livan və Suriyada sürətlə yayılmışdır. Onların ən vacib üçü bunlar idi:
Əl-Muktataf (1876-1952)
Əl-Hilal (1892-1930)
Əl-Maşrık (1898-1930)
Bu darvinist jurnalların məhvedici təsiri ərəb dünyası ilə məhdudlaşmadı. Əsrlərdir davam edən intellektual, sosial, siyasi və iqtisadi mübadilələr vasitəsilə Hindistan yarımadası və Osmanlı imperiyasında da geniş yayıldı. Məsələn, əl-Muktataf Hindistan yarımadasında çox tanınan jurnal idi. Livan və Misirdəki ərəb jurnallarında çap olunan darvinist yazıların ərəbcə tərcümələri daha sonra urdu və ya türkçəyə tərcümə edilirdi.
13- Təkamülçü ərəblər sosial darvinizmi yaymışdılar. Bu sayədə irqçi ərəb millətçiliyi ərəblər arasında qəbul edilmişdi. Beləliklə, İslam aləminin parçalanması, qardaş olan müsəlmanların bir-birlərinə düşmən hala gətirilməsi təmin olunmuşdur.
14- Sonradan ərəb aləmində çox qan axmasına səbəb olacaq sosialist Bəəs düşüncəsi də bu dövrdə formalaşmağa başlamışdır.
15- İngiltərənin Hindistana darvinizmi daxil etməsi: hindistanlı müsəlman Seyyid Əhməd xan da təkamül nəzəriyyəsini Hindistan və Pakistan müsəlmanları arasında yayırdı. Məhəmməd Abduhdan təsirlənən Seyyid Əhməd xan ingilis tərəfdarı bir insan idi. İngilis krallığı tərəfindən cəngavər elan edilmiş və Ser titulu almışdır. Seyyid xan bu şəkildə ifadə edirdi: "Biz ingilis hökumətinə bağlıyıq və özümüzü ona həsr etmişik. İslam xəlifəsindən asılı deyilik. Uzaqdakı bir xəlifəyə tabe olmaqdansa, öz ölkəmizdəki ingilis rəhbərlərə tabe olarıq". Pakistanın qurucularından olan Allamə İqbal və Məhəmməd Əli Cinnah Əhməd Xanın davamçılarındandır. Seyyid Əhməd Xanın qurduğu Aligah Universiteti darvinizmin sanki mərkəzi olmuşdu. Bir çox hindistanlı və pakistanlı siyasi xadim bu məktəbin məzunudur.
Seyyid Əhməd xan |
Əbdülhəmid dövründə təkamül kitab və jurnallardan bəziləri:
1- Xoca Tahsin, Tarih-i Təkvin Yahud Hilkat – (Varoluş Tarixi və ya Yaradılış), ilk nəşri 1893
2- Təkamülçü yazılara yer veren elm və ədəbiyyat jurnalı Maârif jurnalı, 1892
3- Materialist və darvinist fəlsəfə yazıları ilə tanınan Servet-i Fünun jurnalı 1892
4- İstanbul və Qahirədə nəşr edilən təkamülçü fəlsəfə jurnalı, İçtihad Məcmuası, 1904
5- Selanikdə nəşr edilən Bahçe jurnalında Darvinin həyatından bəhs edən yazı, 1909
6- Təkamülçü iqtisadiyyat jurnalı, Ulum-u İktisâdiye ve İçtimâiye jurnalı, 1908
Ulum-ı İktisadiyye və İctimaiyye Mecmuası (1908-1911), Sâtı el Husri, Bedii Nuri, Asaf Nef’i, Dr. Edhem, Faik Nüzhet kimi bir çox materialist yazarın yazılarına yer verirdi. Darvinizm təbliğatı jurnalın əsas məqsədi idi.
7- İslamı materializmlə açıqlamağa çalışan, Peyğəmbərimiz və İslam haqqında hörmətə uygun olmayan ifadələr işlədən hollandiyalı tarixçi Raynhart Dozinin Tarih-i İslamiyyət adlı kitabı, tərcümə edən, Abdullah Cəvdət, 1908
8- Əbdülhəmid dövrünün ən məşhur ərəbcə təkamülçü jurnallarından olan əl-Muktataf. Əl-Muktataf Darvinin nəzəriyyəsini ərəbcə izah edən ilk jurnaldır. Qahirə və Beyrutda nəşr edilir, İraq, İran, Yəmən başda olmaqla bütün Yaxın Şərq və hətta Hindistanda paylanırdı.
9- 1906-cı ildə Misirin Qahirə şəhərində nəşr edilməyə başlayan təkamülçü ed-Diya jurnalı
10- Livanda nəşr edilən təkamülçü jurnal: Et Tabib
11- Quranda təkamül olduğu yanılmasını izah edən Hüseyin əl-Cisrin kitabı Həmidiyə Risaləsi. Bu kitab Əbdülhəmid tərəfindən 20.000 ədəd nəşr edilib paylanmışdır.
12- Həkim Bishara Zalzalın çıxardığı əl-Bəyan jurnalımüntəzəm olaraq təkamül təbliğatı aparırdı.
13- Şəmsəddin Saminin “Yenə insan” adlı darvinist kitabı, 1886
14- Beyrutda nəşr edilməyə başlayan təkamülçü yazılara yer verən əl-İrfan jurnalı