İctimai darvinizmin irqçiliyə, faşizmə və imperializmə və digər tərəfdən də kommunizmə təmin etdiyi guya elmi dəstək ümumiyyətlə bilinən və çox yazılan mövzudur. Çox bilinməyən həqiqət isə, Çarls Darvin də daxil olmaq üzrə bir çox darvinistin, qadınların həm bioloji, həm də zehni olaraq kişilərdən aşağı olduqları yalanına inanmalarıdır.
Təkamülçü elm adamı John R. Durantın da qəbul etdiyi kimi, irqçilik və cinsiyyət ayrı-seçkiliyi təkamül nəzəriyyəsinin müəyyən nəticələrindən ikisidir. Durant Darvinin qadınlara dünyagörüşündəki səhvi belə ifadə etmişdir:
Darvin, qadınların hiss, sürətli qəbul etmə və bəlkə təqlid kimi güclərinin, aşağı irqlərin, bu səbəbdən köhnə və aşağı mədəniyyət səviyyəsindən insanların xüsusiyyətlərinə bənzər olduğunu düşünürdü. (1)
Durantın dediyi Darvinin yanılmaları, “İnsanın törəməsi” adlı kitabında belə keçir:
Ümumiyyətlə qadınlarda, hiss, sürətli qavrama və bəlkə təqlid gücü kimi xüsusiyyətlərin, kişilərə nisbətlə çox daha diqqətə çarpan olduğu etiraf edilər; ancaq bu qabiliyyətlərdən (heç olmasa) bəziləri, aşağı irqlərə və bu səbəblə də köhnə və aşağı mədəniyyət səviyyəsinə aid xüsusiyyətlərdir. (2)
Evliliyin öz fikirlərinə görə niyə faydalı olduğunu açıqlayarkən belə Darvinin qadınları alçaltdığı görülməkdədir:
…uşaqlar, daimi bir yoldaş, maraq göstərəcək (yetkin yaşda yoldaş), seviləcək və oyun oynanacaq biri... Hər şeyə baxmayaraq bir itdən daha yaxşı bir şey. Ev və evlə maraqlanacaq bir adam. Musiqi və havadan sudan söhbətlər. Bunlar sağlamlıq üçün yaxşı şeylərdir. (3)
Darvinin fikrincə evlilik, “bir qadının yoldaşlığı, bir itin yoldaşlığından daha yaxşıdır” məntiqi ilə lazımlı gördüyünü söyləmiş; evliliklə əlaqədar ifadələrində, bütün həyatını birlikdə keçirəcək iki insanın arasındakı dostluq, sevgi, hörmət, bağlılıq, sədaqət, yaxınlıq, səmimiyyət və güvən kimi xüsusiyyətlərdən heç danışmamışdır. Darvin evlilik üçün ayrıca bunları söyləmişdir:
Zaman itkisi; axşamları oxuya bilməzsən, köklük və tənbəllik, narahatlıq və məsuliyyət, kitablar və s. üçün daha az pul ayırmaq, əgər çox uşaqlısansa evi dolandırma təzyiqi... bəlkə arvadım Londonu sevməyəcək, o zaman cəza, key və tənbəl bir axmaqla sürgün həyatı olacaq. (4)
Darvin, kişilərin qadınlara görə daha üstün olduqları iddiasını isə belə ifadə etmişdir:
İki cinsin zehni gücləri arasındakı ən fundamental fərqliliyi, kişilərin dərin düşünmə, məntiq, təxəyyül və ya yalnız duyğu və əllərin istifadəsini tələb edən hər işdə qadınlardan daha yüksək mövqelərə çatmaları göstərməkdədir. Şeir, rəsm, heykəltəraşlıq, musiqi, tarix, elm və fəlsəfə mövzularında qabaqda gələn qadın və kişilərin siyahısına baxsaq, iki siyahını müqayisə edə bilmək mümkün olmazdı. Cənab Qaltonun, Hereditary Genius (İrsi dahi) adlı kitabında çox yaxşı ifadə etdiyi kimi, əgər kişilər, bir çox mövzuda, qadınlar üzərində müzakirə edilməz bir üstünlüyə sahibdirlərsə, o zaman kişilərin təxmini zehin gücünün qadınlarınkından yüksək olması lazımlıdır nəticəsini, ortalamalardan sapma qanunundan çıxara bilərik. (5)
Əlbəttə ki Darvinin qadınlar haqqındakı bütün bu mənfi düşüncələri və irəliləyən sətirlərdə nümunələri veriləcək olan bəzi darvinistlərin qadın əleyhinə ifadələri Quran əxlaqı ilə ziddir. Allah, Quranda qadınlara qarşı son dərəcə şəfqətli, hörmətli və qoruyucu davranılmasını əmr etmişdir. Bununla yanaşı hz. Məryəm və Fironun xanımı kimi üstün əxlaqa sahib qadınları insanlara nümunə göstərmişdir. Allah Qatında üstünlük insanların irqlərinə, cinsiyyətlərinə və ya mövqelərinə görə deyil, Allaha olan yaxınlıq və imanlarına görədir. Allah Quranın bir çox ayəsində bütün iman edənlərin, qadın-kişi ayrı-seçkiliyi olmadan etdiklərinin qarşılığını əskiksiz olaraq alacaqlarını belə xəbər vermişdir:
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)
Darvinizmin qadınlar haqqındakı sayıqlamalarına nümunələr
Darvinin qadınların əleyhinə olan sözləri çox açıqdır, bir çox elm adamı da bu vəziyyətin fərqindədir. Təkamül nəzəriyyəsinə qarşı çıxan və Darvinizmin ictimai həyatdakı mənfi hallarını açıqlayan 800-dən çox nəşri və 20-dən çox kitabı olan Dr. Jerry Bergman, “The Dark Side of Charles Darvin” adlı kitabında, bu mövzuda bunları söyləməkdədir:
Darvinə görə kişilər ilə qadınlar arasındakı fərq o qədər böyükdür ki, ikisinin “eyni növə aid son dərəcə fərqli varlıqlar” olması və ikisi arasında “daha böyük fərqin” inkişaf etməmiş olması çaşdırıcıdır. Təbii və cinsi seleksiya darvinizmin təməlini meydana gətirər və qadınların daha aşağı xüsusiyyətdə olması bu nəzəriyyənin ən əhəmiyyətli dəlilidir.
Darvin, kişilərin cinsi bəyənməsinə görə qadın təkamülünün şəkilləndiyini iddia edər. “Eynilə heyvan yetişdiricilərinin insanların ehtiyaclarına görə heyvanları şəkilləndirməsi kimi”. Digər tərəfdən; döyüşlər vəsiləsiylə zəif kişilər ələnilmiş, daha güclü olanlar döyüş sonunda evlərinə dönüb törəmişlər. Kişilər eyni zamanda ovçudur. Bu hərəkət də zəif kişilərin ələnilməsinə vəsilə olmuşdur. Qadınlar isə tam əksinə bu tərz bir seleksiyaya məruz qalmamışdır, çünki qadınlar güc və dayanıqlılıq tələb edən döyüş ya da ovlanma hərəkətləri yerinə primitiv iqtisadiyyatın “toplanma” qismində xüsusiyyət qazanmışlar. (6)
Darvinin qadının aşağı varlıq olmasıyla əlaqədar fikirləri “İnsanın törəməsi” (The Descent of Man) kitabında yekunlaşdırılmışdır. Darvin bu kitabında bir çox növün yetkin dişilərinin iki cinsiyyətin də bala hallarına bənzədiyini və “kişilərin dişilərdən təkamüllü olaraq daha inkişaf etmiş olduğunu” ifadə edər. Birdə ki, Darvin dişi təkamülünün kişi təkamülündən daha yavaş olmasından ötəri, qadının əslində “özündə böyüməsi maneə törədilmiş bir kişi” olduğu nəticəsinə gələr. Qadının alçaldılması fikri Darvinin elmi və akademik müasirləri tərəfindən də sürətlə yayılmışdır.
Məsələn, Darvinin müasiri və təqibçisi olan antropoloq McQriqor Allan qadının kişidən daha az inkişaf etmiş olduğunu ifadə edərək vəziyyəti belə ifadə edər; “Qadın, fiziki, zehni və əxlaqi olaraq bir növ yetkin uşaqdır… Qadınların bu dünyaya qalıcı dəyərdə və qeydə dəyər, orijinal xüsusiyyətdə bir fikirlə yardım göstərib-göstərmədiyi şübhəlidir.”
Şübhəsiz Darvin bu yanılmaları qarşıya qoyarkən, heç bir elmi dəlilə söykənmirdi. Ancaq Darvinin qadınlar haqqındakı bu tərəfli və ön fikirli iddiaları, Dr. Berqmanın da ifadə etdiyi kimi, sürətlə Darvinin müasiri olan elm adamları arasında yayıldı. Məsələn, Cenevrə Universitetində təbiət tarixi professoru olan materialist Karl Voqt, Darvinin gəldiyi bütün nəticələri heç bir elmi qiymətləndirməyə tabe tutmadan qəbul etmişdi və “Uşaq, qadın və ağlını itirmiş qoca ağ dərilinin yetkin bir zənci ilə eyni zehni xüsusiyyətlərə və şəxsiyyətə sahib olduğunu, bu səbəbdən bunların aşağı sinifdən olduqlarını” iddia etmişdi. (8)
Alman elm adamı Voqt daha da irəli getmiş və “qadınların kişilərdən çox aşağı və heyvanlara daha yaxın olduqları” yalanını qarşıya qoymuşdu. Voqtun yanılmalarına görə, qadın, təkamülü erkən dayandığı üçün “inkişafı maneə törədilmiş bir kişi idi”. (9) Voqtun bir başqa azğın iddiasına görə də, mədəniyyət irəlilədikcə qadınla kişi arasındakı uçurum daha da açılırdı, məsələn, Avropanın irəli cəmiyyətlərində bu fərq çox daha böyük idi. (10) Darvin, Voqtun sayıqlamalarından olduqca təsirlənmişdi və onu ən əhəmiyyətli tərəfdarları arasında saymaqdan qürur duyduğunu ifadə etmişdi. (11)
Parisdə Tibb fakültəsindən təkamülçü Paul Broca isə (1824-1880) xüsusilə də kişilər və qadınlar arasındakı ağıl və beyin həcmləri ölçümləriylə maraqlanmışdı. Broca, qadın beyninin nisbətən kiçik olan həcmini, öz aləmində onun ağıl olaraq aşağı olmasına bağlamışdı. Əlbəttə ki, bu son dərəcə mənasız bir iddiadır. İndiki vaxtda insan zəkası ilə beyin böyüklüyünün əlaqəsinin olmadığı ortaya qoyulmuşdur. Yalnız beynin ağırlığına baxaraq bir canlının zehni tutumu haqqında doğru mühakiməyə gəlmək mümkün deyil.
Daha sonra da Darvinin yanılmalarını izləyən bir çox təkamülçü, qadınların bioloji və zehni istiqamətdən kişilərdən daha aşağı olduğunu iddia etməyi davam etdirdilər. Hətta bəzi təkamülçülər kişiləri və qadınları iki fərqli psixoloji növ olaraq təsnif etmişdilər, buna görə kişilər homo frontalis, qadınlar homo parietalis idi. Yenə təkamülçü olan Elaine Morqan, Darvinin kişiləri, qadınların nə üçün aşkar şəkildə alçaq və daha alt təbəqədə olduqlarının səbəbləri üzərində işə motivasiya etdiyini ifadə etmişdi. (EIaine Morgan, The Descent of Woman, New York: Stein and Day, 1972, səh. 1)
Bir insanın qadın ya da kişi olması ona üstünlük təmin etməz
Açıqdır ki, Darvinin tezisləri elmi tapıntılara deyil, yaşadığı Viktoriya dövrünün mədəniyyətinə və primitiv elm anlayışına söykənməkdədir. Bu tezislər bir çox cəmiyyətdə zərərli hərəkətlərə, qadınlara istiqamətli şiddətə, qadınların kişilərdən daha aşağı varlıqlar kimi qəbul edilmələrinə səbəb olmuşdur. Faşizm, kommunizm kimi qadınları aşağı görən fəlsəfələr də yenə təməl olaraq Darvinin qadınlar haqqındakı azğın anlayışını qəbul etmişlər.
Darvinistlərin meyar olaraq götürdükləri zehni xüsusiyyətlər, Allahın insanlara cinsiyyət ayrı-seçkiliyi olmadan verdiyi qabiliyyətlərdir. Allah bir ayədə “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla batili ayırd etmə bacarığı verər…” (Ənfal surəsi, 29) buyurmuşdur. Allahın ayədə bildirdiyi kimi, mühakimə qabiliyyəti və dolayısilə ağıl, cinsiyyətə görə deyil, Allah qorxusuna görə inkişaf edər.
Qurana görə qadın və kişi bərabərdir, üstünlük də əxlaqa görədir. Allah Quranda qadınlara və kişilərə bərabər məsuliyyətlər yükləmiş, hamısını eyni mövzulardan məsul tutmuşdur. Bir insanı Allah Qatında üstün edən, qadın və ya kişi olması deyil, Allah qorxusu, Allaha olan dərin sevgisi, bağlılığı və gözəl əxlaqıdır. Rəbbimiz ayələrində belə xəbər vermişdir:
Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çəyirdəyinin qırıntısı qədər haqsızlıq edilməz. (Nisa surəsi, 124)
“Mən, sizlərdən yaxşı işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm.” (Ali İmran surəsi, 195)
(1) John R. Durant, “The Ascent of Nature in Darwin's Descent of Man” in The Darwinian Heritage, Ed. by David Kohn, (Princeton, NJ: Princeton University Press, 1985), səh. 295
(2) Charles Darwin, The Descent of Man and Selection in Relation to Sex, New York: D. Appleton and Company, 1871 (1896 baskısı), səh. 326
(3) Charies Darwin, The Autobiography of Charles Darwin 1809-1882 (Ed. by Nora Barlow), New York: W. W. Norton & Company, Inc., 1958, 232-233
(4) Charies Darwin, The Autobiography of Charles Darwin 1809-1882 (Ed. by Nora Barlow), New York: W. W. Norton & Company, Inc., 1958, 232-233
(5) Charles Darwin, The Descent of Man and Selection in Relation to Sex, New York: D. Appleton and Company, 1871 (1896 baskısı), səh. 564
(6) Jerry Bergman, The Dark Side of Charles Darwin, Master Books, 2011, səh. 246
(7) Jerry Bergman, The Dark Side of Charles Darwin, Master Books, 2011, səh. 249
(8) Carl Vogt, Lectures on Man: His Place in Creation, and the History of Earth, edited by James Hunt, London: Paternoster Row, Longman, Green, Longman, and Roberts, 1864, xv, 192
(9) Stephanie A. Shields, “Functionalism, Darwinism, and the Psychology of Women; A Study in Social Myth,” American Psychologist, no. 1 (1975): 749
(10) Evelleen Richards, “Darwin and the Descent of Women,” in David Oldroyd and Ian Langham (Eds.), The Wider Domain of Evolutionary Thought (Holland: D. Reidel, 1983), 75
(11) Evelleen Richards, “Darwin and the Descent of Women,” in David Oldroyd and Ian Langham (Eds.), The Wider Domain of Evolutionary Thought (Holland: D. Reidel, 1983), 74