Hz. Mehdi (ə.s)-ın dövründə fitnə və döyüş atəşi sönəcək, zülm, gecə basqınları və yağmalama adəti ortadan qalxacaq, müharibələr yox olacaq.
(El-Mehdiyy-il Mev'ud, c. 1, s. 264)
Hz. Mehdi (ə.s) insanları böyük bir bəladan, hər kəsi ehtiva edən və kor bir fitnədən qurtaracaq. (El-Mehdiyy-il Mev'ud, c. 1, s. 264)
Bəli, dünyanı fitnə və düşmənçilik bürüyəndə, hər yer zülm, fəsad və talan etməklə dolduqda, dəlalət və inhiraf qalalarını dağıtmaq (haqqı qoyub batilə sapan mərkəzləri fikirlə təsirsiz hala gətirmək), qaranlıq və daş ürəkləri tövhid, insaniyyət və ədalət nuruyla işıqlandırmaq üçün Allah uca islahatçısını (hz. Mehdi (ə.s)-ı) göndərəcək. (El-Mehdiyy-il Mev'ud, cild. 1, səh. 310)