Böyük Britaniyanın dərin gücləri 19-cu əsrin əvvəllərindən diqqətini Yaxın Şərqə yönəltməyəbaşladı. Çünki bu bölgə müstəmləkəsi olan Hindistanla arasındakı ticarət yolları üzərində yerləşirdi. İngiltərə dərin dövlətinin bu yolların təhlükəsizliyini təmin etmək və yeni ərazilər işğal etmək məqsədi ilə bölgəyə nəzarəti ələ keçirmək kimi böyük ideyaları vardı.
Osmanlının tabeliyində olan Misir, Süveyş, Fələstin, İraq, Bəsrə kimi əsas yerlərlə yanaşı, bölgədə çox mühüm strateji mövqeyi olan digər ölkə isə İran idi...
Həmin dövrdə İngiltərə Hindistandakı müstəmləkə sistemi qarşısında ən böyük təhlükə hesab etdiyi Rus Çarlığına qarşı 1830-1895-ci illərdətarixçilərin “Böyük oyun” adlandırdığı geniş planı tətbiq etməyə başladı.
Bu “oyun”un əsas məqsədi Rusiyanın cənuba irəliləyişini dayandırmaq üçün Osmanlı, İran və Buxara əmirliyini aralıq bölgə halına salmaq idi. Bununla da Rusiyanın Hindistana quru ərazidən çatmasının qarşısı alınacaqdı. Bundan başqaRusiya tərəfindən Bəsrə Körfəzi və ya Hind okeanında İngiltərənin dəniz ticarət yollarına əngəl olan limanlar salmasının qarşısı alınacaqdı.
“Böyük oyun”un davam etdiyi müddətdə İngiltərə dərin dövləti İranı cənubdan mühasirəyə alaraq yarım müstəmləkə halına saldı. Ölkənin bütün sərvətlərini qəsb etməklə bütün sahələrdə imtiyazlar əldə etməyə çalışdı. Digər tərəfdən isə ölkəni zəiflətmək məqsədilə məhz özünün yaratdığı babilik, bəhailik kimi azğın cərəyanlardan məzhəbçiliyi qızışdırmaq, sui-qəsd, üsyan, terror və çaxnaşmalar törətmək üçün istifadə etdi. İngilis dərin dövlətinin ən etibarlı casusları da bu azğın təriqətlərin içindən çıxırdı. Daxildə çaxnaşma törətmək planlarının başında isə Hindistandakı Britaniya rəhbərliyinin İranla bağlı gizli təhlükəsizlik nümayəndəsi Manekci Hateria dururdu.
1870-1871-ci illərdə təxminən 3 milyon insanın ölümü ilə nəticələnən qıtlıq faciəsi İranda ölkə əhalisinin üçdə birini yox etdi. Bu qıtlığı ərzaq məhsullarını bazardan toplayaraq Hindistana ötürən İngiltərənin qəsdən yaratdığını deyən İbrahim Qızılbaş Zəncani fəlakəti öz xatirələrində belə təsvir edir:
“Şəhərdə at, qatır, eşşək əti bir yana, it və pişik əti də yeyilməyə başlanmışdı. Bəzi yerlərdə insanlar aclıqdan bir-birilərinin ətini yeməyə başlamışdılar... Küçələrdə itlər tərəfindən yeyilmiş saysız-hesabsız cəsəd var idi. Kəndlərarası yollarda aclıqdan ölmüş saysız-hesabsız qadınlar, uşaqlar, yaşlılar, gənc insan cəsədləri ard-arda düzülmüşdü...”
1908-ci ildə İranda neftin tapılması nəticəsində İngiltərə Dərin Dövləti özünün 20-ci əsrdəki İranla bağlı siyasətini müəyyən etdi. Bu siyasətdə əsas yer tutan isə işğallar, hərbi və siyasi müdaxilələr, sosial-iqtisadi layihələr və dövlət çevrilişləri idi. 1913-cü ildə İngiltərə hökuməti İranın bütün neftini öz mülkiyyətinə keçirəcək bir müqavilə bağlamaq üçü addım atdı.Altı il sonra isə özünün İranın ordu və xəzinəsinə nəzarət etmə imkanı verən bir təklif irəli sürdü.
1-ci Dünya müharibəsində ingilislər İranın cənubunu işğal etdilər. Qəzvinə qədər olan əraziləri ələ keçirib qacarlar sülaləsinin tabeliyində olan bölgələri nəzarət altına alaraq ölkədə yeganə gücə çevrildilər. Ölkəni zəiflətmək üçün qıtlıq siyasətini yenidən tətbiq etdilər. Osmanlı və ABŞ kimi ölkələrdən ərzaq yardımı edilməsinin də qarşısını aldılar.
1917-ci ildə 20 milyon İran əhalisi iki il davam edən qıtlıq dövründən sonra 1920-ci ildə 11 milyona enmişdi. İngilis yazıçı, jurnalist M.H.Donohonun“With the Persian Expedition”kitabında bu fəlakətdən belə bəhs edilir:
“Küçənin kənarında yıxılıb qalan saysız-hesabsız insanlar var... Ölmüşlər... Çürümüşlər... Qurumuş barmaqlarının arasında ilişib qalan otlar vardır. Bu otlarla aclığın qarşısını almağa çalışmışlar... Gözləri batıq, dəri və sümükdən ibarət məxluqlar... O qədər də insana bənzəmirlər... Küçənin kənarında dörd ayaq üzərindəsürünə-sürünə gedirlər...”
Bütün bu fəlakətlər davam edərkən İngilis dərin dövlətinin iğtişaş və ölüm vasitəsi olaraq ortaya çıxardığı bəhailər də 1916-cı ildən etibarən yenidən şiddətli terror əsdirməyə başladılar.
2-ci Dünya Müharibəsində də bitərəfliyini qorumasına baxmayaraq, Böyük Britaniya yenə İranın böyük hissəsini işğal etdi və müharibədən sonra geriyə aclıq və səfalətlə mübarizə aparan bir ölkə qoydu.
Maraqlıdırki, bu qədər aclıq və qıtlıqla qarşılaşan İran eyni zamanda dünyanın ən zəngin neft yataqlarına sahibdir. Bu ziddiyyətin başlıca səbəbi ölkə neftini əsrin əvvəlindən bəri nəzarəti altında saxlayan ingilislərin “Anglo-Persian Oil Company” (APOC) şirkəti idi. 1935-ci ildən Anglo-İranian Oil Company (AİOC), daha sonra isə “BP” adlananbu şirkətin 1950-ci illərdəki illik gəliri 200 milyon funtolmuşdu. İranın gəliri isə sadəcə 16 milyon idi.
1908-ci ildən bəri öz mülkühesab etdiyi İran neftinəkiminsə toxunmasına icazə verməyən İngiltərə yarım əsrlik enerji ehtiyacını buradakı neftin hesabına ödəyirdi. İran xalqı isə aclıq və ölümə sürüklənirdi.
1951-ci ilin may ayında xalqın böyük sevgi və dəstəyi ilə baş nazir seçilən Məhəmməd Müsəddiq neft sənayesini milliləşdirərək İran Dövlət Neft Şirkətini qurmuş və ingilislərin inhisarında olan bütün neft sənayesini bu şirkətin nəzarəti altına keçirmişdi. İngiltərə isə ən böyük gəlir mənbəyini iflasa uğradan Müsəddiqə qarşı bir sıra siyasi və iqtisadi sanksiyalar tətbiq etməyə başladı,mühəndislərini ölkədən çıxararaq neft sənayesinə böyük zərbə vurdu. İngiltərə İranın dövlət başçısı Şah Rza Pəhləvi vasitəsilə Müsəddiq hökumətinə qarşı ağır təzyiqlər tətbiq etdi. Lakin buna da nail olmadıqda, son çarə olaraq Müsəddiqi dövlət çevrilişi ilə hakimiyyətdən devirdilər.
İngiltərənin ABŞ-dan tələb etməsi ilə prezident Eyzenhauzer Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) dövlət çevrilişi təşkili etməyi tapşırmışdı. 1953-cü ilin yazında İranda hökumətə qarşı kütləvi qiyamlar təşkil edən CİA bir ay davam edən “Ayaks əməliyyatı” nəticəsində General Fəzlulla Zahidin rəhbərliyi ilə dövlət çevrilişini həyata keçirdi.
İngiltərə dərin dövlətinin 1800-cü illərin əvvəllərində başlatdığı “Böyük oyun” hələ də İran, Türkiyə, Yaxın Şərq və İslam dünyası üzərində davam edir. Məzhəb, milliyyət, irq müxtəlifliyini qızışdıraraq müsəlmanı müsəlmana qırdırma siyasəti həmişə eyni qalmışdır. Dəyişən sadəcə adlar, obrazlardır... Əvvəllər bu məqsədlə istifadə edilən babilərin, bəhailərin yerini MI6 şiələri, MI6 sünni və sələfiləri tutmuşdur.
İngiltərə dərin dövləti artıq hər tərəfdən ifşa olunmuş vəziyyətdədir. Müsəlmanların ayrılıq və ixtilaflardan qurtularaq Qurani-kərimin birləşdirici ruhu altında bir araya gəlməsi ilə “Böyük oyun”un, yəni İngiltərə dərin dövlətinin planlarının da çox yaxında sonu gələcək. Sadəcə Yaxın Şərq deyil, ingilis xalqı da daxil olmaqla bütün dünya rahatlıq və təhlükəsizliyə qovuşacaq.
[i] Şahbazi. Abdullah, “Manekci Hateria ve Bahayigeri-e Avvaliye”, 29 Bahman 1388/18 Şubat 2010 , “Bahayism” s.22.
Adnan Oktarın “Tehran Times”da dərc olunan məqaləsi