Darvinist nəşrlərin demək olar ki, hamısında görmüsünüz. İllər boyu Nebraska Adamı ən vacib təkamül dəlili olaraq tanıdılmağa çalışılıb. Bu xəyali varlığı tanıdan yazıların yanında hər zaman tanınmış şəkil olur. Beli biraz əyri meymun adam, arvadı, yaşadığı mühit, əlində ovlanacağı silah və s. Şəkil o qədər təfərruatlıdır ki, həmin xəyali varlıq haqqında zehinlərdə kifayət qədər fikir formalaşır və bununla da Darvinistlər öz məqsədinə çatırlar. Darvinizm yalanının fərqində olmayan oxucular, ailəsi ilə birlikdə primitiv mühitdə yaşayan meymun adamın varlığına asanlıqla qənaət gətirirlər.
Halbuki bu gerçək deyil.
Nebraska Adamı olaraq insanlara tanıdılan bu xəyali varlığın çıxış nöqtəsi tək bir dişdir. Daha əvvəl də ifadə etdiyimiz kimi, bu diş də bir çöl donuzuna aiddir. Yəni insanlar üzərində vizual təlqinlərlə formalaşdırılan fikir, bir çöl donuzunun azı dişindən yola çıxılaraq meydana gətirilmişdir. Bu donuz dişindən, xəyali Nebraska Adamının ailəsinin rəsmləri çəkilmişdir. Başqa sözlə, böyük saxtakarlıq edilmiş, insanlara əslində açıq-aşkar yalan danışılmışdır.
Bu təlqin metodu hələ də davam edir. Dənizdən quruya doğru sürünməyə başlayan, üzgəcləri get-gedə qollara çevrilməyə başlayan balıq rəsmi tamamilə xəyaldır. Darvinistlər heç bir dəlili olmayan belə bir keçidi, insanları inandıra bilmək üçün istifadə edirlər. Bir saxtakarlıqdan bəhs edən elmi jurnal və ya elmi saytda bəhs edilən xəbərin yanında mövzudan kənar, get-gedə dikləşən və insana çevrilən meymun şəklini qoymaq, mövzunun təkamüllə əlaqələndirilməsini təmin edir. Hər hansı bir oxucu, verilən bu xəbəri, vizual təlqinlərlə təkamülün bir parçası, hətta bir dəlili olaraq qəbul edə bilər. Çox vaxt həmin məqalədə yazılanları oxumaz, amma təkamülü xatırladan şəkil yaddaşında qalar. Həmin insan, klonlama və ya genom proyekti xəbərlərinin yanına qoyulan və mövzuyla heç bir əlaqəsi olmayan təkamül şəkillərini də eyni təlqinlə qavrayar. Genom proyektindəki hər hansı elmi irəliləyiş ona təkamülün də sanki elmi olaraq sübut olunduğu təəssüratını verir. Bu saxta vizual təlqin, tipik Darvinist təbliğat üsuludur. Psixoloji təlqin metodlarının ən sıx istifadə olunan formalarındandır. Halbuki bir kəllə fosili üzərində edilən düzəlişlər, yalnız fərqli sənətçilərin, fərqli xəyal güclərini əks etdirən sənət işidir. Eynilə Nebraska Adamı nümunəsində olduğu kimi.
Şübhəsiz ki, bunun elmlə heç bir əlaqəsi yoxdur. Bunların təkamüllə də heç bir əlaqəsi yoxdur. Elmi dəlil gətirməkdənsə, saxta üsullardan istifadə olunur.
Jonathan Wells bu Darvinist saxtakarlığı bu sözlərlə ifadə edir:
“1972-ci ildə Keniyanın şimalında olan məşhur kəllə sümüyü fosili, üst çənə kəllə sümüyünün geri qalanına yerləşdirildiyindən daimi olaraq görünüş dəyişdirirdi. Paleantropolog olan Alan Walker, Michael Day və Richard Leakey "1470 yaşlı kəllənin" iki hissəsini araşdırarkən, Roger Lewin edilən işlərin sayını qeyd edirdi. Lewinə görə Walker bunu söyləmişdi: "Üst çənəni irəli doğru qaldıra bilər və ona uzun üz yerləşdirə bilərsən, ya da onun içinə soxub üzü qısalda bilərsən... Bunlardan hansını edəcəyin sənin təxminlərinə bağlıdır. İnsanların onunla nə etdiklərini görmək çox maraqlıdır." Lewin, Leakeyin də hadisəni yenidən xatırlatdığını qeyd edir: "Bəli onu bu cür tutsan belə görünər, bu cür tutsan başqa cür görünər."
Bu yaxınlarda National Geographic jurnalı, 1470 illik kəlləylə eyni növə aid olduğu ehtimal edilən yeddi sümük fosili qəliblərindən dişi bir fiquru yenidən canlandırmaları üçün dörd sənətçiyə vəzifə verdi. Sənətçilərdən biri, alnı olmayan, alt və üst çənəsi dimdikli dinozavra bənzəyən varlıq çəkdi. Digər sənətçi, nisbətən yaxşı görünüşlü, lakin uzun qollara sahib müasir afrikan-amerikan qadın çəkdi. Üçüncü sənətçi, qorillaya bənzəyən qolları olan, Hollywood qurduna bənzəyən, üzü sısqa bir dişi çəkdi. Dördüncü sənətçi isə, bədəni tüklü, ağaca dırmaşan və qorillaya bənzəyən, qalın qaşlarının altından ətrafı müşahidə edən, xırda gözlərə sahib bir fiqur çəkdi.
Bu təəccüblü şəkillər, tək bir fosilin müxtəlif yollarla necə yenidən qurula biləcəyini açıq göstərir. Bəzən meymun-insan zəncirinə əlavə olunacaq aralıq forma axtarışı, hansı şəkil ən uyğundursa onu götürür.
Darvinistlərin bu saxtakarlığı asanlıqla edə bilmələrinin səbəbi, soyu tükənmiş canlı qalıqlarını götürüb, bunları istədikləri formaya salıb, istədikləri görünüşdə təqdim edə bilmələridir. Darvinistlər bu uydurma şəkilləri o qədər geniş şəkildə istifadə edirlər ki, cildlərlə dolu təkamül kitabı sırf bu saxta şəkillərdən ibarət olur. Hətta bu uydurma formalar təbiət tarixi muzeyinin sahib olduğu yeganə ekspanatlardır. İnsanlara illər boyu bu saxta şəkilləri və maketləri göstərir, bunların həqiqətən keçmişdə yaşadıqlarını təlqin etməyə çalışırlar. Əlbəttə bu muzeyləri ziyarət edən bir çox adam professorların və elm adamlarının nəzarətində olan, dövlətin dəstək verdiyi belə bir tarix muzeyinin təqdim etdiyi hər şeyin yalan və saxta olduğunu ehtimal etmirlər. Hətta sırf bu səbəbdən gördüklərindən təsirlənir, başı kiçik, çənəsi böyük, beli əyri, bədəni tüklü bu xəyali canlının tarixdə bir zamanlar yaşadığı qənaətinə gəlirlər. Bir çox insan, göstərilən bu saxta heykəl və şəkillərin əslində heç vaxt yaşamadığını, bunların hamısının saxta olduğunu, bunu haqlı çıxaran tək bir fosilin olmadığını, hətta mövcud fosillərin bu iddianı tamamilə yalanladığını bilmirlər. Edilən təlqin elə güclü və bunu dəstəkləyən elə elm adamları var ki, bunun doğruluğunu araşdırmaq onlara məntiqsiz gəlir. Lakin bu yolla daimi olaraq aldadılır və daimi olaraq bu yalana ortaq olurlar.
Təbiət tarixi muzeylərində fosildən çox, bu saxta şəkillər və ya xəyali maket varlıqlar insanlara sərgilənir. Darvinistlər fosilləri göstərə bilməzlər, çünki qalıqların hamısı mükəmməl canlılara aiddir. Fosillərin hamısı canlıların milyonlarla il əvvəl də tam mükəmməl canlılar olduqlarını göstərir. Həmçinin fosillər mövcud canlılarının milyonlarla il əvvəl də var olduqlarını və dəyişmədiklərini göstərir. Fosillərin hamısı yaradılış gerçəyini isbat etdiyindən Darvinistlər 300 milyon fosili gizlətmiş, heç vaxt sərgiləməmiş, insanlara göstərməmişlər.
Darvinistlər, müxtəlif elm jurnallarını da vizual təlqin vəsaiti olaraq istifadə edirlər. Darvinist jurnallar elmi dəlil təqdim edə bilməyəcəkləri üçün propaqandaya daha çox üstünlük verirlər. Təbliğatın ən vacib üsulu kimi istifadə edilən rənglər, dizayn, seçilən fotoşəkil və xitab şəkli oxucuya lazım olan mesajı vermək üçün kifayətdir. Bu dəb-dəbəli görünüş insanı vizual olaraq jurnaldan və içindəki şəkillərdən təsirlənməsini, istifadə edilən qəribə latınca terminlərin təsiri altında qalmasını təmin edir.
Reklamlardan kino filmlərinə, musiqi kliplərindən mahnı sözlərinə, filmlərə, kitablara, məqalələrə qədər hər cür fürsətdən istifadə edilir ki, bu saxtakarlıq üzə çıxmasın. Məqsəd insanların qəliz terminləri bilməmələri və görüntülərə aldanmasıdır. Xəyali meymundan insana keçid mərhələləri, saxta ara keçid formaları, saxta primitiv insan canlandırmaları həyatın hər anını əhatə edir. Qəzet və jurnallarda kiçik ya da böyük məqalələr şəklində daimi olaraq bu mövzudan bəhs edilir. Məqsəd isə insanlar üzərindəki Darvinist təsirinin pozulmamasıdır.
Yaradılışa qarşı istifadə edilən xüsusi üslub, lağa qoyma metodları da bu saxta təsiri qorumaq üçündür. Allah inancına qarşı lətifələrin, yazıların, karikaturaların (Allahı tənzih edirik) səbəbi, insanları Darvinist təlqinə alışdırmaqdır. İnsanlarda Allah inancına olan hər cür meyli ortadan qaldırmaq, düşüncələrində Darvinizmin təməlini ata bilmək üçün edilən bu hərəkətlər, dəccalın oyununun bir parçasıdır.
Lakin bu saxtakarlıq artıq bilinir. Dəccal dəstəkçiləri isə içinə düşdükləri vəziyyəti tam qavraya bilmirlər. Darvinizmin gerçək olmadığına dair dəlillərin yalnız bir dəfə izah edilməsindən sonra bir insanın təkamül nəzəriyyəsinə olan inancının davam etməsi mümkün deyil. Bunun üçün Darvinist təbliğat üsullarındakı kimi qəliz sözlər, latınca terminlər və vizual təlqinlər lazım olur. Gerçəklərin bir dəfə və sadə dillə izahı, Darvinizmin etibarsızlığını göstərmək üçün kifayətdir. Həyatı boyunca Darvinizm təlqinini alan bir insan belə, bu inkar edilə bilməyəcək gerçəklər qarşısında Darvinizm yalanına inanmağı davam etdirə bilməz. "İnanıram" desə də bu doğru deyil, çünki artıq həqiqəti bilir. Bir insanın, qapqaranlıq bir otağının içində, pərdənin arxasındakı Günəşi yalnız bir saniyə görməsi kifayətdir. Oturduğu otaq nə qədər qaranlıq olursa olsun artıq bu insanı çöldə gecə olduğuna inandırmaq qeyri-mümkündür. Buradakı vəziyyət də bundan fərqlı deyil. İllər boyu edilən Darvinist təlqinlər, gerçəklərin yalnız bir dəfə və elmi dəlillərlə açıqlanmasıyla ortadan qalxmış, bütün təsirini itirmişdir.
Rəbbimiz, dəccala uyanların vəziyyətini ayəsində bu şəkildə xəbər vermişdir:
Onlar özlərinə zərər eləyənlərdir. Yalandan uydurduqları bütlər də onlardan uzaqlaşıb qeyb olacaqlar. (Hud Surəsi, 21)