A9 TV, 15 avqust 2015
(Dünən gecə cənub-şərq daxilində 54 nöqtədə qarşıdurma olduğu bildirildi. Yalnız Hakkaridə 40 ayrı nöqtədə qarşıdurma vardı. Hakkari Yüksekovada ilk təyinlərə görə 3 əsgərimiz şəhid oldu. 6 əsgərimiz isə yaralandı. Millətimizin başı sağ olsun.)
Qardaşım, bu bir PKK təbliğatıdır. Yəni demək istəyirlər ki, PKK; "bax bütün bələdiyyələri biz aldırdıq. Bələdiyyələrdən başqa millət vəkillərini də silahla aldırdıq. Yəni silah gücünü göstərdik. Və indi dövlət bizə qalib gələ bilmir, hökumət bizə qalib gələ bilmir. Hər yerdə müvəffəqiyyətli oluruq. Buna görə də federasiyanı qəbul edin. Başçılıq sistemini qəbul edin. Türkiyə də bölünsün. Abdullah Öcalanı da buraxın. Biz də sizin yaxanızı buraxaq". Verilməli imic budur. İndi buna qarşılıq qəhrəman ordumuz bunlara nəsillər boyu unuda bilməyəcəkləri bir cavab verməlidir.
Amma tutmayan ünsürlər varsa, dərin dövlət sizin əlinizi, qolunuzu bağlayırsa, bunu söyləyin. Bunu millətə söyləyin. "Bizim əlimiz, qolumuz bağlıdır" deyin. "Qarşıdurma çıxdı" deyir. Allah Allah! Necə qarşıdurma çıxar? "8 saat davam etdi" deyir. Lakin mövzuda lap əvvəldən bəri yanlışlıq var.
Dövlət kanallarında antikomünist, anti-Darvinist təhsil verilərək PKK-nın fəlsəfəsini yox etmək Lazımdır
Bir də bunların ən canını yandıracaq şey fəlsəfəsini, inancını yox etməkdir. Məsələn, bu kürdcə kanalda və TRT HD-də axşama qədər PKK-nı yerdən-yerə vuran, kommunizmi, darvinizmi tənqid edən proqramlar yayımlasan, 2 ayda bitirərsən. 2 ay belə davam etməz. Yəni Avropada da kommunistləri məhv edərsən, Amerikanın kommunistlərini də məhv edərsən, ingilis kommunistlərini də məhv edərsən. İngilis kommunist partiyası çox güclüdür. Amerikan kommunist partiyası çox güclüdür.
Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Mövqelərinə qibtə edirik. Bizlərə də bu uca mövqeni bir an əvvəl nəsib etməsini Allahdan niyaz edirik. Anasını-atasını təbrik edirik. Qazilərimizi təbrik edirik. Allah geridə qalanlara, ordumuz mənsublarına uzun ömür versin. Allah namərd güllələrdən qorusun. Bu alçaqları, namərd PKK-nı Allah pərişan etsin. Yerlə-yeksan etsin. Ordumuzu qalib etsin, inşaAllah.
(ABŞ Koalisiya spikeri öz rəsmi hesabında Türkiyənin İncirlik Hərbi Bazası İŞİD-i yox etmək üçün silahlı insansız hava təyyarələriylə hazırlıq edir deyə yayımlamışdır. Şəkillərini də qoyub.)
Türk millətinə meydan oxuyur. İndi bir təyyarə, kor bir təyyarə, kamerası var. Məsələn, aşağıda uşaqlar top oynayır, qadınlar var, yaşlılar var. Amma burada sıxlıqdır, İŞİD-in olduğu bölgədir. YPG, bu PKK-lı kommunistlər zəng edir. Allahsız, Kitabsız alçaqlar, pisliklər; "Orada indi gördüyünüz birlik İŞİD birliyidir. Lazım olanı edin" deyir. Komputerdən göndərirlər. Tak, dəqiqəsində vurur. Yalnız YPG-nin sözü etibarlı olur. Vurun dediyində vururlar. Belə bir şeyə biz vasitəçi olsaq çox böyük bir günahdır.
Türkiyənin PKK-ilə problemi varkən belə bir bəla yoxmuş kimi Türkiyəyə hədəfiniz müsəlmanlar olsun demək çox böyük əxlaqsızlıqdır
Türkiyənin PKK ilə problemi varkən bu heç yoxmuş kimi, belə bəla bizi əhatə etməmiş kimi, gedin müsəlmanlarla zidd düşün demək çox böyük bir çirkinlikdir. Türkiyə bunu əsla qəbul etməsin. Çavuşoğlu əsla qəbul etməsin. Amerikalılara desin; "bizim üçün ən böyük təhlükə PKK-dır". Biz İŞİD-i tanımırıq, bilmirik. O zaman Nikaraguadakı partizanları da vuraq, desin. Orada da əməliyyat aparmağımız lazımdır. Bizimlə əlaqəsi olmayan adamlarla bizim nə işimiz var? Sənə təhlükə ola bilər, amma bizə təhlükə deyil.
Bir çox insan Türkiyənin necə bir təhlükədə olduğunun anlamır. Buna görə də milli şüur gücləndirilməlidir
Bir çox insan təhlükəni dərk etmir. Bəzisi çekləri, sənədləri necə qurtaracaq onu düşünür, bəzisi evlilikdə hansı gəlinliyi geyəcək, toya hansı ansambulu çağıraq? Harada hansı məktəbi bitirim? Hansı iş yerini açım? Bu insanların xəbərləri belə yoxdur. Televiziyanı, radionu açır, bir şəhid xəbəri eşidir. Bir də donquldanır, "Hər gün şəhid xəbərlərinimi dinləyəcəyik?" deyir. Bəzilərində belə bir məntiq var.
Əsrarəngiz bir əl PKK-nı qoruyurmuş kimi bir imic var. Əsaslı mənəvi oyanış lazımdır
Məsələn, PKK Qaradənizdə heç yox idi, hal-hazırda Qaradənizə toplaşdılar. Bu böyük bir təhlükədir. Seyr edirlər. Əsrarəngiz bir əl PKK-nı qoruyur. Hökumətin də gücü çatmır. Əsgər müəyyən dərəcədə müdaxilə edə bilir. Bir qəribəlik var. Millət bu mövzuda oyanmalıdır. Əsaslı bir mənəvi oyanış olmalıdır.
Silahların betona basdırılma hadisəsi hekayədir. Silahlı adamların Türkiyədən çıxması nağıldır. Bizi aldadırlar. Belə bir şey yoxdur. Əlbəttə ki, bir qismi səmimi olaraq söyləyir, yaxşı niyyətlə söyləyir, amma bir qismi də millətin müdafiə refleksini qırmaq üçün aldatmaq niyyətiylə söyləyir.
"Milli şüur" dərsi dərhal şagirdlərə hər yerdə oxudulmalıdır. Darvinizmin etibarsızlığı, materializmin etibarsızlığı, kommunizmin etibarsızlığı izah edilməlidir. Dövlətin kanalları axşama qədər bunlarla əlaqədar yayım etməlidir. Milli səfərbərlik elan edilməlidir. Ehtiyatlar əsgərə alınmalıdır. Hadisə böyükdür.
Qezidə 15-20 ağac üçün bütün Türkiyə ayağa qalxdı. Onlarla şəhidimiz var əksər insanın səsi çıxmır. Türkiyə mənəvi olaraq ayağa qalxmalı, şüurlanmalıdır
Məsələn, bu qəzi hadisələrində, orada 10-15 ağac kəsiləcək deyə bütün Türkiyəni ayağa qaldırdılar. Qazanlar, tavalarla yeri-göyü inlətdilər. Çoxlu şəhidimiz var, səs çıxmır. Ağacın kəsilməsində adamlar yeri-göyü inlətdilər, amma bax, 54 yerdə qarşıdurma var, hər gün əsgərimiz, polisimiz ya şəhid olur, ya yaralanır, onlarla şəhidimizi torpağa verdik. Adamların bir qisminin vecinə də deyil. Yəni ağacın kəsilməsini əsgərin şəhid olmasından daha əhəmiyyətli görür . 24 gündə 41 şəhidimiz var. Buna laqeyd olmaq nə qədər qorxunc bir şeydir.
(Dünən gecə PKK 3 bölgəyə eyni anda hücum etdi. Ərzurumda Pasinlər Rayon Polis idarəsinə bazuka və uzun çarplı silahla hücum, Ağrının Doğubəyazıt mahalında Uluyol Polis bölməsinə əl istehsalı bomba atan PKK, Bitlisin Tatvan mahalının Qaynarca Polis bölməsinə PKK-lı terroristlər bomba yüklü vasitə ilə hücum etdi. Dünən gecə Hakkaridəki hücumda 3 jandarma xüsusi hərəkatçımız şəhid oldu.)
Allah şəhidlərimizə cənnət neməti, cənnət gözəlliyi versin. Amma biz görülən tədbirlərin çox zəif olduğuna inanırıq. Adam bombayla dolu yük maşını ilə gəlir. Gələrkən yük maşınını dayandırarsan. Sənə 10 güllə sıxsa, sən 50 min gülləylə ortalığı pambığa çevirərsən.
"PKK ilə saatlarla qarşıdurma oldu terroristlər qaçdılar" deyə bir şey qəbul edilə bilməz. Hamısı ələ keçərilməlidir
Məsələn, hər səfərində şəhid verən bizik. Qarşı tərəfə heç bir şey olmur. Adamlar etdiyi ilə qalır. "Gecə qaranlığından istifadə edərək qaçdılar" deyir. 6 saat qarşı-qarşıya olduqdan sonra. Qardaşım, ilk növbədə o bölgəni işıqlandırırsan. Gündüz kimi işıqlandırarsan. Hətta işıqlandırma silahla da edilə bilər. Orada istifadə edilən silahların növündən qaynaqlanan bir işıqlanma da ola bilər. Gündüz kimi işıqlandırarsan. Və hamısını təslim olmağa məcbur edərsən.
Dərin Amerika, PKK-nın İŞİD-i məğlub edəcək bir güc olduğunu söyləyərək yalan danışır. PKK, İŞİD-lə əsla baş edə bilməz
Amerikan dərin dövlətinin əxlaqsız olaraq və alçaqca bir yalanı var. PKK, İŞİD-ə savaş verir və onu məğlub edəcək bir güc deyir. Onlar yanlarını yerdən qaldıra bilmir, qorxurlar, yerlərindən çıxa bilmirlər. Və çox incə, pərdə kimi incə bir sahədə it kimi titrəyərək yaşayırlar. İrəliləmələri demək hamısının qaz kimi kəsilməsi deməkdir. Yerindən çıxmayaraq, üç-dörd mərhələli mövqe quraraaq özlərini qoruya bilirlər. İraqın daxilinə, Suriyanın daxilinə gəlməyə cəhd etsələr; İŞİD onların hamısını ördək kimi boğar. Bu, Amerikanın yalanıdır. PKK-nın İŞİD-lə əsla bacara bilməyəcəyi aydındır. Böyük koalisiya gücləri bacara bilmir, bir ovuc it ordusumu bacaracaq? Bu çox böyük əxlaqsızlıqdır. Məqsədi orada PKK-nı saxlayıb, bəsləyib, dövlət qurmasını təmin etməkdir. İndi o quracaqları dövləti belə özlərincə meydana gətirmək istəyirlər. Amerikanın ən qorxduğu İŞİD-in bunların bu dövlət quruluşunu çökdürməsidir. Onun üçün havalanmış kimi İŞİD-ə hücum edir. Yoxsa o İŞİD-ə heç qarışmırdı. Amma PKK-nı yox edəcəyini anladığı üçün havalanmış kimi hücum edir. İndi Türkiyəyə deyirlər ki; siz də İŞİD-ə hücum edin ki, PKK rahatca dövlətini qursun. Bütün koalisiya gücləri, bütün dəccal ordusu bunların arxasındadır. Bunlar, PKK dəccalın bir uşağıdır. Onları orada Almaniya qoruyur, Amerika qoruyur, İngiltərə qoruyur. Orada onsuz da agent qaynayır. Bunlar da orada ucuz qəhrəmanlıq edir. Amerika bir çəkilsə, darmadağın olarsan, şərəfsiz! Qaçacaq deşik axtararsan. İŞİD Türkiyəyə zərər gəlməsin deyə bir şey etmir. İstəsə, bir gecədə hamısını yun pambığı edər söyləyim. Bir nəfər buraxmaz.
(ABŞ Xarici işlər nazirliyinin spikeri Mark Toner, "Türkiyənin Suriyada PYD-yə hücum etməsinə icazə verərsinizmi?" sualını, "Türkiyə ilə bu mövzudakı anlayışımız hücum etməyəcəkləri istiqamətindədir" deyə cavabladı.)
Sən kimsən ki, Türkiyəyə qarışırsan? Necə olur? PKK bizə hücum edəcək, amma biz PKK-ya heç bir şey deməyəcəyik! Sərhədlərimizdə dövlət quracaq, səs çıxartmayacağıq! Bu adam həddini bilsin. Ağzının danışığını bilsin, bu sözünü düzəltsin. Bu çox çirkindir. PYD-nin, PKK-nın İŞİD-ə heç bir təsiri yoxdur. Yerindən başını da çıxara bilmir. Koalisiya təyyarələri, ABŞ bunları qoruyur. Olmaz elə. Bir də oturmuşlar adamları qəhrəman kimi göstərirlər. "İŞİD-i aradan qaldıran, İŞİDi əzən". Yaxşı, bir qarşı-qarşıya burax baxaq nə olur. Siz bir kənara çəkilin. 24 saat davam etməz. Min yük maşını ilə girər darmadağın edərlər.
(Adanada zibil və daş tökmə sahəsində çoxlu sayda istifadə edilmiş tanksavar mərmisi kartuşu tapıldı. Vəsaitlərin Alman istehsalı Milan tipi mərmilərin patronları olduğu aydın oldu. Həm də qruplar lava silahı patron da müəyyən etdi. Milan tipi silahların Suriyadakı PKK, PYD ünsürlərinə göndərildiyi bilinir.)
Bu, Türkiyəyə savaş elanıdır. ABŞ döyüş açıb. Almaniya döyüş açıb. Türkiyə də bunu seyr edir. Halbuki canı bahasına cavab verilməlidir. Onda cənub-şərqi də və bütün Türkiyəni də alarlar. Amerikanın etdiyi bütün işgəncələr bütün millətimizə tətbiq olunar. Millətin burnunu da kəsərlər, qulaqlarını kəsərlər, barmaqlarını kəsərlər. Analarına, bacılarına hər kəsin gözü qarşısında necə İraqda təcavüz etmişlərdi. Bunlardan hər cür əxlaqsızlıq gözlənilər. Bunun altdan alınacaq bir tərəfi yoxdur, böyük bir təhlükə altındayıq. Mütləq səfərbərlik elan edilməlidir. Amerika hər yerdə müqavimət görəndə qorxub qaçır. Amerikan dərin dövləti dünyanın hər yerində qorxaqdır. Çox alçaqdır. Məsələn, Kubada qorxub qaçdılar. Vyetnamda qorxub qaçdılar. Vyetnama yüz minlərlə ton bomba yağdırdı, amma axırda qaçdı. Türkiyə də elə cəsur olsa, igid olsa bu alçaqlar hər şeyini toplayıb qaçar. Belə bir əxlaqsızlığa icazə verməsinlər. Amerikan dərin dövlətinin əxlaqsızlığına artıq bir son verək.
Diyarbəkir İl Təhlükəsizlik Nazirliyi, PKK-ya qarşı apardığı əməliyyatlara davam edir. Yaşı kiçik olan 59 şəxs olmaqla cəmi 348 şəxs nəzarətə alındı. Nəzarətə alınan şəxslərdən 5-nin yaşı az, cəmi 88 şəxs həbs olunaraq həbsxanaya göndərildi. Diyarbəkri yox etməyə çatacaq qədər bomba ələ keçirildi və çoxlu silah ələ keçirildi.)
Davam davam davam, sürətləndirsinlər, bir də işçi sayını artırsınlar. Xüsusi hərəkat məktəblərinin hamısı, bağlanılan məktəblər də açılsın. Xüsusi hərəkatçı sayı ən az 20-30 dəfə artırılsın. Qorucular da ən az min dəfə artırılsın. Ən az min dəfə.
(Amerika Birləşmiş Ştatları Xarici İşlər Nazirliyinin spikeri Con Kirbi, "Suriyada müstəqil hava hücumları icra etməmələrini tələb etdik, Türkiyə də bunu qəbul etdi" dedi.)
Türkiyə müstəqil bir ölkədir. Amerikaya bu tərzdə, yaxasını vermis kimi bir görünüş verilməsi çox qorxunc olar. Yəni bizi müsəlman ölkələrə hücum etdirsələr, müsəlman qanı axıtdırsalar, bu, məhmətcik üçün bir qiyamətdir, bu fəlakətdir. Belə bir şey olmaz. Hökumət bunu əsla qəbul etməsin. Adama da bu sözünü geri aldırsınlar. Belə bir üslub, çox çirkindir. Sən kimsən? Sən hansı ölkəyə belə qoçuluq edə bilirsən?
Müsəlmanlar birləşsələr, tək bir mərkəzdən olsalar, Amerika heç bir şey edə bilməz
İslam ölkələrinin az qala hamısını çox qorxudublar. Ödləri qopur. Bir araya gəlib, "sən nə etdiyini bilirsənmi, yoldaş?" deyə bilmirlər. Bölünmədə fayda var, parçalanmada fayda var, bir-birinə müxalif olmada xeyir var deyə müsəlmanları aldadırlar. Halbuki müsəlmanlar birləşsələr, tək bir mərkəzdən olsalar, Amerikanın edəcək heç bir şeyi olmaz. Tək mərkəzdən idarə edilsə, hər kəs o adama hörmət etsə, yəni ayrı-ayrı respublikalar, amma mənəvi istiqamətdən tək nöqtədən hərəkət etsələr, mövzu bitər. Adamlar şişdikcə şişir. Məsələn, Rusiyaya sataşdılar, Rusiya "hoşt" dedi, dərhal diz üstə çökdülər. Koreyaya sataşdılar, Koreya "hoşt" dedi, anında dizi üstə çökdülər. İslam ölkələri çox ürkək və qorxaq davranırlar, əksəriyyəti elədir, hamısı üçün demirəm. Və onlara da Amerika diz çökdürür. Qoçuluq etsələr, birləşsələr, Amerikan dərin dövlətini darmadağın edərlər.
Türkiyəylə İran birləşsə, Amerikan dərin dövləti gərginləşər. Hələ Pakistan da işin içinə girsə bitdi. Bunu anlamırlar, inana bilmirəm. Qardaşım, gizlicə toplaşın, yoldaş deyərsən, bu adamlar bəladırlar, bir araya gələk bu mövzunu bitirək de. Demirlər.
(Yaşıllar naziri Cem Özdəmir Alman Die Welt qəzetinə verdiyi müsahibəsində Türkiyənin İŞİD terror təşkilatına hücumunda ciddi olmadığını ifadə edərək Türkiyənin bu rəftarına qarşı Almaniyanın müdaxilə etməməsini tənqid etdi.)
Ağıla bax. Bizim İŞİD-lə heç bir işimiz olmaz. Bizim işimiz PKK ilədir. Orada bir dövlət qurmaq istəyirlər, hal-hazırda Türkiyəyə qarşı geniş miqyasda hücuma keçdilər. Türk dövlətini yıxmaq üçün geniş miqyasda bir hücuma keçdilər. Türkiyə səthində bir hücum var. Türkiyə indi bir döyüş içərisindədir. Oturub Türkiyə PKK-nı qorusun. Bu çox pis bir təklifdir.
Həll müddəti deyə bir şey yoxdur; mövzunu həll edək deyir. Həll nədir? PKK-nın istədiyi nədir? İlk növbədə qatilləri buraxın deyirlər, Abdullah Öcalanı buraxın, Cənub-şərqdə dövlət qurulmasıyla əlaqədar PKK-nın önündəki maneələri qaldırın. Həll budur deyir.
PKK ilə elmi mübarizə üçün məktəblərdə tədris planına milli şüur dərsi əlavə olunmalıdır
Bu işlər bombayla, tüfənglə olmaz. Qanla olmaz. Təhsillə olmalıdır. Milli şüur dərsi həftədə iki dəfədir. Milli Şüurla əlaqədar kitab. Belə qalın bir kitab olmalıdır. Darvinizmin, materializmin etibarsızlığı, kommunizm, faşizm nədir, materializm nədir, bunlar niyə səhvdir? Çoxlu-çoxlu izah edəcəksən. TRT HD bu mövzuya ayrılmalıdır. O kürdcə yayımlanan kanal da. Səhərdən axşama qədər bunu izah etsən, Amerikanın beli ikiqat olar, İngiltərənin də beli ikiqat olar. Vurduğumuz zərbə yüz min atom bombası gücündə olar. Yəni ən böyük ağrını o zaman yaşayarlar.
HDP-lilərin əksəriyyəti PKK-nın dəhşətinə görə bölünməyə qarşı çıxa bilmirlər
HDP və s, onların əksəriyyəti məzlum insandırlar. PKK-nın dəhşətini hiss etmiş, o qorxu içərisində yaşayan, qorxunun da tərbiyə etdiyi insanlardır. PKK olmasa, Səlahəddin Demirtaş çox əxlaqlı bir insandır. Amma PKK-ya görə bölünməyə qarşı çıxa bilmir. Necə söyləsin? Adamlar gəl bizə hesab ver deyirlər.
(ABŞ Quru qüvvələri komandiri Rels Odierno, İraqda şiələr ilə sünnilər arasında bir uzlaşmanın çox çətin olduğunu və tək həllin bölünmə ola biləcəyini söylədi. Amerikanın növbəti aylarda bir irəliləmə əldə edə bilməyəcəyi təqdirdə quruda İraq ordusunun yanında əsgər saxlamağı düşünəcəyini müdafiə etdi.)
Bax, mən söyləyim, hamısını qoyun kimi boğacaqlar. İraqlılar da elə bir şeyə girməz, qorxarlar. Bəla axtarmasınlar. Hadisə də çıxartmasınlar. Qurudan heç bir şey edə bilməzlər. Havadan ancaq uşağı-muşağı şəhid edərlər. İraq xalqı, Suriya xalqı daha da kinlənir, daha da nifrət edirlər. Topluca İŞİD-ə qatılırlar.
Sevgiylə, elmlə, ağılla bu məsələni düzəltmək varkən, yəni mehdiyyət metoduyla düzəltmək varkən dəccal metoduyla düzəltməyə çalışırlar. Dəccallıq başlarında balqabaq kimi partlayar. Başlarını çox böyük bəlanın içinə soxarlar. Amerikan müsəlmanları da qiyam qaldırar. Zəncilər də işin içinə girər. Öhdəsindən gələ bilməzlər. Amerikanı yerlə-yeksan edərlər. Obama o qədər özünə güvənməsin.
(Baş qərargah başçılığı, "Atatürk və Dünyəvilik" adlı uşaq romanı nəşr etdirdi. Uşaq romanında dünyəviliyin dinsizlik mənasını vermədiyi, İslam dininin də qabaqcıl olduğu fikirlərinə yer verilir.)
Gözəldir. Bizim ordumuz bıçaq kimi dindardır. Zabitlərimiz çox mədənidirlər. Ordudakı mədənilik, tərbiyə və hörmət nizamı bir təriqət tərbiyəsi kimidir. Bünövrəsində hörmət, nəzakətlilik vardır.
("Hocam, 3 xəlifə bir-birini öldürərkən, Cemel döyüşündə səhabələr bir-birini kəsərkən dərin Amerikamı vardı?" Tamaşaçı sualına cavab)
Əlbəttə ki, vardı. Dərin dövlət yenə vardı. Dərin dövlətin 5 min illik keçmişi vardır. Dərin dövlət hz. İbrahim (ə.s)-ın dövrünə də dayanır. Dərin dövlət Nuh (ə.s)-ın dövründə vardı. Dərin dövlət firon sarayında bir təşkilat idi. Özünü gizlədən bir müsəlman gəlir, məsələn o dərin dövlət işçisidir. Amma bəzən də onlar birdən-birə əşya şəklini alar. Bir də baxarsan masa olmuş. Bir də baxarsan Firon adamı görünüşündən bir anda müsəlman görünüşünə keçər. O sirləri sən çox qaldıra bilməzsən.
(Dünən Ərzurumda polis bölməsinə hücum olmuşdu. Hücumu eşidən vətəndaşlar əllərində balta və kürəklərlə təhlükəsizlik güclərinə dəstək olmaq üçün Təhlükəsizlik Nazirliyi binasının qarşısında toplandılar.)
Yəni bu qədər, bizim millətimiz belədir. Bu ürkəkliyi Allah rizası üçün qaldırsınlar. Bu çox çirkin olur və çox ayıb olur.
("Sizcə ağır cinayətlər üçün edam cəzası gəlməlidirmi?" sualına cavab olaraq)
Yox, edam cəzası olmaz. Çünki bəzən adamın günahsız olduğu aydın olur. Bir də adam yaşasın da peşman olsun, özünü düzəltsin, tərbiyə olsun. Quran oxusun, tövbə etsin. Tövbə etməsi üçün imkan vermiş olursan. Başqa cür risklidir.
(Cənab Davutoğlunun "Öcalanı sərbəst buraxsaq da, PKK onu dinləyəcəkmi?" Şəklindəki şərhi haqqında)
Canım əlbəttə ki, bir qayıqçı döyüşü var. Öcalanı buraxsalar, gülə-gülə çıxar, Diyarbəkirə gedər. "Silahları buraxın", " elə şey olarmı, qardaş" deyəcəklər. "Bax, söylədim buraxmırlar" deyəcək. Amma onsuz da bu razılaşma ilə olar.
Öcalan əgər buraxılırsa, onsuz da silah onu buraxdırır deməkdir. Silah qorxusundan buraxılmış deməkdir. Adam niyə silahı buraxdırsın? Bir çox insan Öcalana bu qədər hörmət edirsə, silah səbəbiylədir. Öcalanın adı bu qədər çox keçirsə, bir çox siyasətçi də tərifləyirsə, silahına, bandasına görədir. Onun mafiyası olmasa belə, sən bir şey deyə bilməzsən. Siyasətçilər nə qədər hörmətli danışırlar. Silah olmasa, heç bir şəkildə adam yerinə qoymazdılar. Halbuki bəzi siyasətçilər silahdan qorxmasalar, Allahdan qorxsalar, çoxdan nəticə alardılar.
Bizim anladığımız mənada ruhu olmayan, şüuru bağlı varlıqlar vardır
Bəzən qəribə doğuşlar olur, məsələn, bədəni bir-birinə yapışıq, başları yapışıq. Pişiklərdə də olur, insanlarda da olur. Bu varlıqlar insanların bildiyi kimi deyil. Yəni bunların ruhu olmaz. Canlıdır, amma ruhu olmaz. Allah ibrət olaraq yaradar. Amma bu Allahın gizli bir sənətidir və bu gizli bir sirdir. Mələk kimi yaradılmış varlıqlardır. Hərəkət edər, danışar, amma bizim bildiyimiz tərzdə bir şüuru yoxdur.
Məsələn, cəhənnəm əhlinin bizim anladığımız mənada bir ruhu yoxdur. Çünki açıq şüurda mütləq Allaha inanılar. Yəni açıq şüurda Allaha inanmama gücü insana verilməmişdir. Taqəti çatmaz. Şüuru açıq bir insanın elə bir çirkin cəsarətə gücü çatmaz. Bağlı bir şüurla yaradılır, ondan sonra Allaha söz söyləyir, peyğəmbərə söz söyləyir. Amma şüuru bağlı olmuş olur. Bizim bildiyimiz bir şüur şəklində deyil.
(Bingölün Karlıova mahalında PKK-lılar yola əvvəldən təşkil etdikləri bombanı bu gün günorta vaxtlarında hərbi zirehli maşının keçməsi əsnasında uzaqdan əmrlə partlatdı. Partlamada maşında olan əsgərlərdən yaralananlar olduğu bildirildi. Lakin indi yaralı sayı tam bilinmir. Bu vaxt bölgədə bombalı hücumdan sonra əsgərlərlə PKK-lılar arasında qarşıdurma çıxdı.)
Mən anlamıram, vertolyot var, təyyarə var, uzun məsafədən hədəfə alan obüsler var, pulemyotlar var. Yəni qorxudacaq hər cür silah var. Üç-beş adam gəlir, rüsvaylıq çıxarırlar, adamlar pırdır. Bir də deyirlər ki, 6 saat qarşıdurma oldu. Texniki olaraq bu qeyri-mümkündür. Mənmi anlaya bilmirəm, ortada bir qəribəlikmi var? Bir də yola döşənilən partlayıcı necə bilinməz? Asfalt yol deyilmi? Yol kontrol edilməlidir. O cür alətlər dünyanın hər tərəfində var. Yəni yol boyunca mina axtaran kontrol edər. Əlində yelləyə-yelləyə gəzir. Əliylə olarmı? Onu bir alətə qoymalıdır. Minadan təsirlənməyən bir çox vasitə var, o vasitə onlarla birlikdə nəzarət etməlidir. İnsanla olarmı? Belə bir partlayış olduğunda aydındır ki, çox şəhid olacaq. Yaralı olar deyir. Haranın yaralısı? Mən xəbər aldım, bayaq xəbər gəldi, 3 şəhid var.
Cənub-şərqdə əsgərimizin keçəcəyi yollar əvvəldən mina axtaran ləvazimatlarla kontrol edilməlidir
Bu əxlaqsızlar, PKK-lılar əvvəlcə yolu bağlayırlar. Zəng edirlər, deyirlər ki, yol bağlıdır. Əsgərlər də ora gəlirik deyirlər. Adamlar minanı döşəyib, partladırlar. Yollarda axtarışı edilmir. Halbuki qabaqcadan bir vasitə mina olub-olmadığını yoxlamalıdır. Sən əlinə alırsan, bunu bir şeyə tax. Bu qədər çətindirmi? Maşını Kimyada düzəldərsən. Bizim mühəndislərimiz var, hər cür işçimiz var. Minadan təsirlənməyən vasitələr var, mina partladığında heç bir şəkildə təsirlənmir, yoluna davam edir. Ona iki tərəfli yüklə, yolu həm ortadan axtarsın, həm də iki tərəfdən. Axtararaq irəlilə. Əsgər ondan sonra gəlsin.
"PKK-nın öhdəsindən gələ bilmirik" kimi çarəsiz bir məntiq yaymaq böyük xəyanət olar və belə əxlaqsız plan içində olan varsa, qanunla-hüquqla mütləq qarşılığını alar
Allah əsirgəsin, burada belə bir hiyləgər məqsəd ola bilər; bax əsgər də, polis də öhdəsindən gələ bilmir, muxtariyyət elan edək, federasiyası da elan edək, başçılıq sistemini də qəbul edək, Öcalanı da buraxaq. Yoxsa bu əsgərlər belə şəhid olmağa davam edəcək. İqtisadiyyat da alt-üst olar. Bəzi ağılsızlar bitirək dedirtmək üçün bunu edə bilərlər. Qəhrəman əsgərimizi, qəhrəman polisimizi kilidləyərək çətinə soxanlar ola bilər. Tayyib müəllimim bu hadisəyə bir əl qoysun. Baş nazir bu hadisəyə bir əl qoysun. Bu əxlaqsızlığı kimlər təşkil edirsə, bu pislikləri tapsınlar.
("Əqli çatışmazlıqla doğulanlar ruh sahibi olurmu? Onlar cənnətlikdirlərmi?" sualına cavab olaraq)
Bəzi uşaqlar var, televiziyada da göstərirlər, aydındır ki, Allah tərəfindən ruhu alınmış, yəni axirətə keçid etmişlər. Allah onları mələk kimi yaradır. Bizim anladığımız mənada bir şüurları yoxdur. Açıq şüur olmaz. Heç bir şəkildə açıq şüur olmaz. Cənnətdə vildan olaraq yaradılırlar, orada qaçır. Onların da o cür bir şüuru olur.
Ölüm haqqında yeni şərhlər
Əzabda ruhu alınır. Məsələn, bir yol qəzası olur, iztiraba girir. Burun yanlardan əzilər, gözündən yaş gəlir, göz kiçilər, geriyə doğru gedər. Göz bəbəkləri də kiçilər, çuxurda olar, yəni baxış mənasızlaşar. Allahın icazəsiylə ruhunu təslim etmiş olur. Onsuz da ailələr nuru gedib deyirlər. Aqoni onsuz da geri dönüşü olmayan bir şeydir. Komada geri dönüş vardır, lakin agonidə geri dönüş olmaz. Mütləq ölümlə nəticələnər. Bədən anlamışdır, bütün hüceyrələr ölüm xəbərini bir-birinə yayır deyir. Allahın diləməsilə ayaq barmaqlarından tutmuş beyinə qədər bütün bədəndə esir maddəsi xəbəri yayır. Yəni artıq gedəcək. Amma son dəfə özünü toplaması, tövbə etməsi üçün, Allaha sevgisini təqdim etməsi üçün son bir canlılıq verilər, qısa, agonidə, adam birdən canlanar. Tərəfdarları da xilas oldu deyə çox sevinərlər, həqiqətən, düzəlmiş kimi hərəkətlər edər. Halbuki o son ölüm əlamətidir. Orada tövbə edir, yaxud da o anı necə qiymətləndirirsə. Ondan sonra ruhu alınar. Rəsulullah (s.ə.v) mənim canım şəhid olacağını bilirdi, əlini yuxarı qaldırdı, "Rəfiq-i Alaya" dedi. Mükəmməl, mükəmməl, mükəmməl. Yəni ölüm anı mütləq bilinər. Məsələn, Rəsulullah (s.ə.v) bilirdi. "Rəfiqi Alaya" dedi, sonra əli düşdü.
Qurandan Kandilin düz halına gətirilməsinə işarələr
Səhər oyandıqda insanlar "bura belə deyildi, bura dağlıq bir sahə idi, bura haradır?" deyə soruşacaq. Quranda buna işarə vardır, inşaAllah. "Səhərə yaxın o qışqırıq onları tutdu" deyir. Böyük bir səs-küylə. Bax "qulaqları partladarcasına" deyir, "qulaqları partladarcasına səs-küylə səhər vaxtında bir qışqırıq onları tutdu" deyir. Hadisə bu qədərdir.