Bədiüzzaman həzrətləri ''küfrün beli qırıldı'' deyir, yəni ''küfrün təsiri azaldı''deyir. Hz. Mehdi (ə.s) dövründə isə küfr fikrən tamamilə sona çatacaq -3
ucgen

Bədiüzzaman həzrətləri ''küfrün beli qırıldı'' deyir, yəni ''küfrün təsiri azaldı''deyir. Hz. Mehdi (ə.s) dövründə isə küfr fikrən tamamilə sona çatacaq -3

2529

Bədiüzzaman həzrətləri öz yaşadığı dövrdə küfrün təsirini azaldacaq elmi işlər görmüş, ancaq küfrün fikrən tamamilə sona çatmasına nail olmamışdır. HZ. MEHDİ (Ə.S)- IN İSƏ AXİR ZAMANIN ƏN BÖYÜK FƏSADINA SON VERİB, ZÜLMÜ DAĞIDACAĞINI bildirmişdir.

AXİR ZAMANIN ƏN BÖYÜK FƏSADI ZAMANINDA (fitnələrin ən sıx olduğu dövrdə), əlbəttə ƏN BÖYÜK BİR MÜCTƏHİD, (ehtiyac içində olduqda ayələrdən hökm çıxaran böyük İslam alimi) həm ƏN BÖYÜK BİR MÜCƏDDİD (hər əsrin başında dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üzrə göndərilən böyük İslam alimi, yeniləyici), həm  HAKİM, həm  MEHDİ, həm MÜRŞİD (doğru yolu göstərən adam) həm  QÜTBÜ-ƏZƏM (Müsəlmanların  bağlandıqları böyük övliyalardan, zamanın ən böyük mürşidi)  OLARAQ BİRZATİ-NURANİYİ(nurlu bir şəxsi, yəni hz. Mehdi (ə.s)-ı) GÖNDƏRƏCƏK  və  O  ŞƏXS (hz.Mehdi (ə.s)) da,  ƏHLİ BEYTİ NƏBƏVİDƏN (Peyğəmbərimiz (səv)- in soyundan) OLACAQDIR...(Məktubat, səh. 411-412)

AXIR ZAMANIN ƏN BÖYÜK FƏSADI ZAMANINDA...

Deməli, ən böyük fəsadlar, fitnələr və qarışıqlıq Bədiüzzaman həzrətlərindən sonra, axır zamanda olacaq.

Həqiqətən də Bədiüzzaman həzrətlərinin vəfatının ardından, tam ustadımızın təsvir etdiyi kimi, Darvinist, materialist ideologiyalar böyük güc qazanmış, dinsiz ideologiyaların səbəb olduğu maddi və mənəvi bəlalar bütün dünyanı əhatə etmişdir.

... Əlbəttə ƏN BÖYÜK BİR MÜCTƏHİD, həm ƏN BÖYÜK BİR MÜCƏDDİD...

Hz. Mehdi (ə.s) ən böyük bir Müctəhid və ən böyük Mücəddid olacağına görə ictihad edən yəni, lazım olduğunda Qurana və hədislərə görə yeni hökm çıxara bilən adamdır. Bütün İslam aləmi bu mövzuda ona tabe olacaq. Yəni, hz. Mehdi (ə.s) hər hansı bir məzhəbə tabe olmayacaq, bütün məzhəblər ona tabe olacaq. Bədiüzzaman həzrətləri isə Şafi məzhəbinə tabe olmuşdur və həyatının sonuna qədər Şafi məzhəbinə bağlı olaraq qalmışdır.

 

... həm  HAKİM...

Hz. Mehdi (ə.s) Hakimdir, yəni mühakimə sistemini ən ədalətli hala gətirəcək, yeniləyəcək, təşkil edəcək və yer üzünün hər nöqtəsinə ədaləti hakim edəcək. “HAKİMLİK” titulunu istifadə edərək, müsəlmanların bütün məsələlərini həll edəcək, onun ədalətli hökmləri və istiqamətləndirməsi ilə dünya qurtuluşa çatacaq. Hz. Mehdi (ə.s) mühakimə olunan deyil, ədaləti tam tətbiq edən biri olaraq mühakimə edən, yəni mühakiməni ən ədalətli şəklə gətirən olacaq. Bədiüzzaman həzrətlərinin isə bütün həyatı həbslərdə, sürgünlərdə keçmiş, çəkdiyi böyük əziyyətlərlə həm bütün müsəlmanların, həm də Allahın izni ilə Allahın razılığını qazanmışdır.

həm  MEHDİ, həm MÜRŞİD, həm  QÜTBÜ-ƏZƏM.

Ustadımız hz. Mehdi (ə.s)- ın, həm Mehdi insanların hidayətinə vəsilə olan, həm Mürşid -bütün insanları doğruya, gözəlliyə çağıran, həm də Qütbü-Əzəm-müsəlmanların özünə bağlandıqları böyük bir övliya, zamanın ən böyük mürşidi olacağını söyləyir. Bədiüzzaman həzrətləri hicri XIII əsrin mücəddidi olan  böyük bir alimdir, ancaq dövründə bütün İslam alimlərinin ona bağlanmaları kimi bir hal olmamışdır.

BİR ŞƏXSİ NURANİNİ GÖNDƏRƏCƏK  VƏ  O ŞƏXS DƏ,  ƏHLİ-BEYTİ NƏBƏVİDƏN OLACAQ.

Görüldüyü kimi, Bədiüzzaman həzrətləri hz. Mehdi (ə.s)- dan bəhs edərkən “BİR ŞƏXS” deyir. Şəxs deyir, şəxsi mənəvi demir. "O şəxs, Peyğəmbərimiz (s.ə.v)- in soyundan olacaq" deyir. Bir şəxsi mənəvinin, Peyğəmbərimiz (s.ə.v)- in soyundan olması mümkün ola bilməz. göndərəcək” deyir, göndərmiş, gəlib keçmiş olduğunu demir. Ustadımızın sözlərinə görə hz. Mehdi (ə.s)- ın şəxs olaraq gələcəyi açıqdır. Əlbəttə hz. Mehdi (ə.s), tələbələri və onlardan meydana gələn bir şəxsi mənəvi də olacaq. Ancaq hz. Mehdi (ə.s) tələbələrinin və tələbələrindən meydana gələn şəxsi mənəvinin başında şəxsən özü  olacaq.

... Cənabı Haqq bir dəqiqə ərzində beyn-əs səma vəl-ərz aləmini (yer ilə göy arasındakı aləmini) buludlarla doldurub boşaltdığı kimi, bir saniyədə dənizin fırtınalarını təskin edər və bahar vaxtı bir saatda yaz mövsümünün nümunəsini və yayda bir saatda qış fırtınasını icad edən QƏDRİ ZÜLCƏLAL (hər şeyə qadir olan Uca Allah) HZ. MEHDİ İLƏ DƏ İSLAM ALƏMİNİN ZÜLUMATINI (zülm dövrünü, qaranlığını) DAĞITMAĞA QADİRDİR VƏ VƏD ETMİŞDİR. VƏDİNİ ƏLBƏTTƏ EDƏCƏK.  (Məktubat, səh. 411-412) 

Bəzi kəslər Hz. Mehdi (ə.s)-ın şəxs olaraq gəlməsini, tələbələriylə birlikdə etdiyi fəaliyyət nəticəsində küfrün fitnələrinin sona çatmasını və İslam əxlaqının bütün dünyaya hakim olmasını qeyri mümkün olduğunu düşünürlər. Ustadımız Bədiüzzaman həzrətləri isə:  Uca Allah dilədiyində necə ki, bir saniyədə bütün fırtınaları dindirirsə, necə ki, bahar içində bir anda yaz mövsümünü, yayda bir anda qış mövsümünü yaradırsa, hz. Mehdi (ə.s)-ı da göndərməyə və onunla bütün fitnələri dayandırmağa güc çatdırandır -deyir. Bunun Allah üçün çox asan olduğunu söyləyir.

Hz. Mehdi ilə də aləmi İslamın zulümatını dağıda bilər və vəd etmişdir, vədini əlbəttə edəcək.

Ustadımız hər şeyin sahibi olan və hər şeyə güc çatdıran Rəbbimizin hz. Mehdi (ə.s) vəsiləsiylə İslam aləminin zülmünü dağıdacağını söyləyir. İslam aləminin məruz qaldığı zülm Bədiüzzaman həzrətləri dövründə sona çatmamışdır. İraq, Əfqanıstan, Şərqi Türkistan, Birma, Kəşmir, Suriya... Dünyanın dörd bir tərəfində müsəlmanlar sanki bir əsarət altında əzilərək və zülm çəkirlər. Bu zülmlər, bu ağrılar, bu çətinliklər hz.Mehdi (ə.s) vəsiləsi ilə TAM OLARAQ SONA ÇATACAQ. Bu, Allahın vədidir. Allah vədini mütləq reallaşdırar.


PAYLAŞIN
logo
logo
logo
logo
logo