Son günlərdə Əfqanıstandan ard-arda narahatlıq doğuran xəbərlər gəlir; yenidən güclənən və hücumları artıran Taliban hərəkatı, NATO əməliyyatlarında ölən mülki vətəndaşlar, əfqan təhlükəsizlik qüvvələri ilə müqavimətçi qruplar arasındakı qanlı iğtişaşlar, intihar hücumları, hər yerdə hüquqları tapdalanan qadınlar, narkotik biznesi və korrupsiyanın baş alıb getdiyi iqtisadiyyat, işçilərin ödənilməyən maaşları...
Həm ABŞ, həm Taliban əfqanları xilas etmək üçün fəaliyyətə başladılar. Ancaq ABŞ-ın başçılıq etdiyi NATO qüvvələrinin bu torpaqlardakı 13 illik fəaliyyətləri və Talibanın 20 illik keçmişi bir gerçəyi ortaya qoydu. Hər iki tərəf müvəffəqiyyətsizliyə düçar oldu. Çünki ikisi də eyni üsullardan istifadə etdilər; silah, münaqişə, zorakılıq, təzyiq və təhdid siyasətləri yeritdilər.
ABŞ və Qərb koalisiyası
Bəzi aparıcı qüvvələr son günlərdə Əfqanıstanda etdikləri yanlışları az da olsa, dilə gətirdilər. Bunlardan biri Almaniya xarici işlər naziri Stenmierdi. “Frankfurter Allgemeine Sonntagszeitung” qəzetindəki 12 oktyabr 2014-də nəşr olunmuş “Əfqanıstanda nələr öyrəndik” başlıqlı məqaləsində belə deyir: “daha aktiv olmalıyıq, sadəcə hərbi cəhətdən həll yolları göstərməliyik.” (“We have to become more active and we must not focus solely on the military sphere. We need to be patient. However, we also need to show humility.”)
Yenə 2014-cü ilin noyabrındakı alman hökumətinin hesabatında Əfqanıstanın hal hazırki vəziyyətinin NATO-nun vəzifəsinə başladığı 2001-ci ildəkindən daha yaxşı olmadığı qeyd edildi.
Nəzərə çarpan digər bir yenilik bənzər ifadələrin amerikalılar tərəfindən də dilləndirilməsidir. Radikal terror təşkilatlarına qarşı hərbi üsullardan başqa fikri mübarizəyə də ehtiyac olduğunu dəfələrlə açıqlayanlar oldu. ABŞ xarici işlər naziri Con Kerry və 2011-2013-cü illərdə Əfqanıstanda ən yüksək vəzifədə işləyən amerikalı general Con Allen də onların arasında idi.
On üç ildir davam edən müdaxilədən ibrət alınası bir şey var ki, sərt hərbi siyasətlər və şiddət sülh və sakitlik yaratmadı. Əksinə şiddət daha çox şiddətin yaranmasına səbəb oldu. Ağıllı bombalar, drone hücumları və anti-terror əməliyyatları daha çox kin və nifrət yaratdı.
Qeyri-sabitlik və qarışıqlığın əsas səbəblərindən olan Taliban təşkilatı daha da güclənərək hücumlara davam edir.
Əfqanıstanın böyük problemlərini həll etmək üçün diplomatik yollara çox baş vurdular. İclaslarda demək olar ki, sadəcə həll yolları dilə gətirildi, ancaq heç bir nəticə əldə edilmədi. Sonda isə Əfqanıstanın gələcəyi üçün Londondakı konfransa əllidən də çox ölkə təmsilçisi qatıldı. İngiltərə prezidenti David Kameron və Əfqanıstanın yeni dövlət başçısı Əşrəf Qəni beynəlxalq cəmiyyətdən xüsusilə maddi kömək tələb etdilər. Əks halda ölkənin daha da böyük bir qarışıqlığa sürüklənəcəyini xatırlatdılar.
Səfil və yoxsul olan ölkə üçün maddi dəstək şübhəsiz ki, vacibdir. Ancaq bunun problemi kökündən həll etmədiyinin şahidi olduq. Edilən yardım məhsulları sui-istifadə, özbaşınalıq və yanlış üsullar ucbatından xarab oldu.
Taliban cəbhəsi
Həll yolu tapmaq üçün problemin əsl mənbəyini araşdırmaq lazımdır. Əfqanıstanı məhv edən əsas şey xurafatdır. Məzlum əfqanların uzun illərdir çəkdiyi əziyyətlərin və verdikləri itkilərin səbəbi radikal və yanlış din anlayışıdır. Elm, texnologiya, iqtisadiyyata diqqət etməyən, inkişafa mane olan və beləcə Əfqanıstanın dağılmasına zəmin hazırlayan ideologiya budur.
Taliban özünü Əfqanıstanın gerçək sahibi kimi zənn edir. Öz radikal sistemindən başqa heç bir düşüncəyə haqq tanımır. Keçmişdə “kafir işğalına” qarşı mücadiləsini bu gün “kukla” və “İslam düşməni” kimi təsvir etdiyi əfqan hökumətinə qarşı davam etdirir. Seçimlə və etnik qrupların uzlaşması ilə iqtidara gələn yeni hökumət Taliban üçün bir əhəmiyyət kəsb etmir. Radikal və yanlış din anlayışı üçün məsum müsəlmanları qətl etməyə davam edir, xalqa zülm edir, təzyiq və zorakılıq üsullarına əl atır, xurafatçı düşüncələrini insanlara yeritməyə çalışır. Taliban Pakistanda hələ bu yaxınlarda gerçəkləşdirdiyi məktəb hücumu ilə nə qədər azğın olduğunu bir daha göstərdi, çoxu uşaq olmaqla təxminən 150 nəfər vəhşicəsinə qətl edildi.
Hazırki vəziyyətdə əfqan və Taliban təhlükəsizlik qüvvələri demək olar ki, bərabərdir. Tərəflər bir-birinə qarşı nifrət, düşmənçilik münasibəti bəsləyir. Qardaşın qardaşı öldürdüyü, nəticəsiz, ən əsası isə tərəflərin ortaq kitabı olan Qurana tamamilə zidd olan münaqişələr hələ də davam edir. Münaqişəni qızışdıran əsas səbəb isə Taliban qüvvələrinin yanlış inanclarına görə ölmək, öldürmək və qan tökmək barədə qərarlılığıdır.
Gerçək həll yolu
Əfqan xalqı çarəsizlik içində sakitlik, sülh və rifaha qovuşacağı günləri həsrətlə gözləyir. Dövlət başçısı Əşrəf Qəni qarşıdakı on ilin Əfqanıstan üçün dönüş illəri olacağına söz verir. Taliban danışıq yerinə münaqişə etməyə üstünlük verir. Qərb qüvvələri Əfqanıstanın gələcəyinə müsbət baxmır. Məsələni həqiqətən həll etmək üçün isə əvvəla keçmişdən dərs çıxarmaq və eyni səhvi təkrar etməmək lazımdır.
Əfqanıstanın çıxılmaz problemlərini həll etməyin tək yolu din adı ilə meydana çıxan xurafatı məhv etməkdir. Çünki əsl problem radikal döyüşçülər deyil, onların beyinlərindəki radikal ideologiyadır. Zəruri olan beyinlərdəki yanlış inancların təmizlənməsi üçün gerçək İslamın izah edilməsidir. Qurandakı İslamda kin, nifrət, qan və terror əsla yoxdur. Bütün bəşərəriyyətə, bütün insanlara sevgi və sülh vardır.
ABŞ Əfqanıstanı həqiqətən xilas etmək istəyirsə, Quran əxlaqını dünyaya hakim etməyə dəstək olmalıdır. Bunun üçün hər cür imkanı var. 2014-cü ilin dekabrında “Financial Times” dakı hesabata görə ABŞ hökuməti indiyə qədər Əfqanıstan üçün 1 trilyon dollar xərcləyib. Bunu başa düşmək çətindir. Halbuki əhatəli bir təhsil proqramı üçün çox cüzi vəsait kifayətdir. Elmli və səmimi müsəlmanların liderliyi ilə sevgi, şəfqət və təvazökarlıqla idarə ediləcək təlim-təhsil proqramı zəruridir. Bundan başqa yol qətiyyən yoxdur.
Adnan Oktarın Daily Mail'də nəşr olunan məqaləsi:
http://dailymailnews.com/2015/01/22/a-solution-for-afghanistan/