Onların adlı-sanlı adamları çıxıb gedərək dedilər: “Gedin öz məbudlarınıza qarşı (bağlılıqda) qərarlı olun. Doğrusu, bu sizdən istənilən bir şeydir. Biz bunu axırıncı dində də eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyil”. (Sad surəsi, 6-7)
Özlərini həmişə qabaqcıl hesab etmək münafiqlərin xüsusiyyətidir. Hamısının ayrı internet saytları var, heç biri digərini bəyənməz, biri digərinə tabe olmaz, adam yerinə qoymaz. “Atalarınızın dininə bağlılıqda müqavimət göstərin”, hara qədər? Allah “ürəkləri parçalanmadıqca imtina etməz” -deyir. Sevdiklərindən deyil, dini içdən vurmağın ən yaxşı yolunun fanatizm və xürafat olduğunu bilir. Bir qalanı içdən yıxmaq asandır və münafiqlər bunun üçün halalı haram edər və sevinci, sevgini yox edəcək hər cür tədbiri görər. İnsanlar elə bir hala gələr ki, ağılı donar, beyni yüklənər, sonra mən bu dini yaşaya bilmirəm deyər. Bu, şeytanın üsuludur. Dini yaşanmağı çətin hala gətirəcək şəkildə daxildən hücum edər, içdən vurmağa çalışar.