Adnan Oktarın 25 dekabr 2010 Kahramanmaraş Aksu tv və Qaziantəp Olay tv-dəki söhbətindən
ADNAN OKTAR: Bismillah, Sad surəsi, şeytandan Allaha sığınıram. "Biz Davuda Süleymanı hədiyyə etdik". Allah onu bir nemət olaraq verir, Süleyman (ə.s)-ı."O, nə gözəl qul idi. Çünki o, (daim Allaha) yönəlib-dönən biriydi." Dövrünün Mehdi (ə.s)-dır hz. Süleyman (ə.s). Ki Peyğəmbərimiz (s.ə.v) deyir, "hz. Zülqərneyn (ə.s) və Süleyman (ə.s) kimi övladlarımdan Mehdi (ə.s) dünyaya hakim olacaq" deyir. "Ona axşama yaxın" bax, çox mənalıdır, "axşama yaxın" sonra bunun hikmətini açıqlayarıq, inşaAllah. "Bir ayağını dırnağı üstünə qoyan, o biri üç ayağıyla torpağı qazan, atlar təqdim edilmişdi. O da demişdi ki: "Həqiqətən, mən, mal (və ya at) sevgisini Rəbbimi zikr etməkdən ötəri seçdim". Allah üçün sevirəm bitkiləri, heyvanları, malı, sarayları, hamısından çox insanları. Müdhiş bir qadın sevgisi vardır hz.Süleyman (ə.s)-da bilirsiniz. "Həqiqətən, mən mal sevgisini Rəbbimi zikr etməkdən ötəri seçdim”. Sonunda bu atlar (qaçdılar və toz) pərdəsinin arxasında gizləndilər. “Onları mənə geri gətirin” (dedi)." Baxın, heyvan sevgisini Allah burada vurğulayır. "Sonra (onların) qıçlarını və boyunlarını oxşamağa başladı". Baxmaqla gözü doymadığı üçün toxunmaq istəyir, toxunduqda ruhu rahatlayır. Qıçlarını oxşadığında, boynunu oxşadığında atların rahatlayır. "And olsun, Biz Süleymanı sınadıq, taxtının üstündə bir cəsəd buraxdıq. Sonra (köhnə vəziyyətinə) döndü". Sonra bunu yenə açıqlayarıq, bu da çox hikmətli və çox əhəmiyyətli bir mövzuya işarə edir. "Sonra (köhnə vəziyyətinə) döndü. Rəbbim, məni bağışla və məndən sonra heç kimə nəsib olmayan bir mülkü mənə hədiyyə et". Küfrdən heç kimə hakim olmayan, yoxsa müsəlmanların mülkün hakimi olmasını istəyər, çünki Mehdi (ə.s) çıxacaq Mehdi (ə.s) zamanında bütün dünyaya İslam hakim olur və görülməmiş bir mülk olacaq. "Şübhəsiz Sən, qarşılıqsız hədiyyə edənsən".