İBRAHİM SURƏSİNİN 14-CÜ VƏ 15-Cİ AYƏLƏRİNDƏ AXIR ZAMAN VƏ HZ. MEHDİYƏ (A.S.) İŞARƏLƏR VAR
ucgen

İBRAHİM SURƏSİNİN 14-CÜ VƏ 15-Cİ AYƏLƏRİNDƏ AXIR ZAMAN VƏ HZ. MEHDİYƏ (A.S.) İŞARƏLƏR VAR

1544
Onlardan sonra da yurdlarında sizi yerləşdirəcəyik. Bu (varislik), məqamımdan (qiyamət günü haqq-hesab üçün hüzurumuza durmaqdan) və əzabımdan qorxanlara aiddir!” (Peyğəmbərlər düşmənləri üzərində qələbə çalmaqdan ötrü Allahdan) kömək dilədilər. Hər bir inadkar təkəbbür sahibi (haqdan inadla üz döndərən və Allaha itaət etməyi özlərinə sığışdırmayan kafirlər) isə ziyana uğradı.
(İbrahim Surəsi, 14-15)
 
1. Onlardan sonra da yurdlarında sizi yerləşdirəcəyik...
Allah ayəsində İslam əxlaqının bütün dünyaya mütləq hakim olacağını, müsəlmanların dünyada rahat və hakim olaraq yaşayacaqlarını bildirir. İslam əxlaqı bu günə qədər dünyaya hakim olmamışdır. Axır zamanda Hz. Mehdinin (as) zühuru və Hz. İsanın (as) yenidən dünyaya gəlişi ilə Allah İslamı dünyaya hakim edəcək. Ayədə Allah bu Qızıl dövrə işarə edir. Axır zamanda iman etdikləri üçün çox böyük təzyiq, şiddət və əzab görən müsəlmanlar rifah, təhlükəsizlik və sülhə qovuşacaqlar. İslam dininə qarşı mübarizə aparan Darvinist, materialist, ateist və kommunist zehniyyətlər Hz. Mehdi (ə.s) dövründə yerlə bir olacaq, bu da müsəlmanların və bütün inananların dinlərini rahat yaşamalarına səbəb olacaq.
 
2.... Bu (varislik), məqamımdan (qiyamət günü haqq-hesab üçün hüzurumuza durmaqdan) və əzabımdan qorxanlara aiddir!”...
 
Ancaq Allah axır zamanda bu hakimiyyətin reallaşması üçün iman edənlərin Allahdan çox qorxmalarını və axirətə qəti imanla inanmalarını şərt qoyur.
 
3. …Hər bir inadkar təkəbbür sahibi (haqdan inadla üz döndərən və Allaha itaət etməyi özlərinə sığışdırmayan kafirlər) isə ziyana uğradı. (İbrahim Surəsi, 14.15)
 
Axır zamanda Hz. İsa (as), Hz. Mehdi (as) və köməkçiləri vəsitəsi ilə dünyada məcburən qəbul etdirilməyə çalışılan bütün batil sistemlər hüsrana uğrayacaq və Allah inancı bütün dünyada qəti şəkildə hakimiyyətini təmin edəcək.

PAYLAŞIN
logo
logo
logo
logo
logo