Adnan Oktarın 22dekabr 2009-cu il Kocaeli TV və Mavi Qaradəniz TV-dəki reportajından
ADNAN OKTAR: "Əgər sənə..." Allah, 36-cı ayədə deyir. "....şeytandan bir qışqırtma gələcək olsa," Məsələn, birini döy, söy, yaxud çirkin bir söz söylə, yaxud harama gir kimi. " Əgər sənə, şeytandan bir qışqırtma gələcək olsa, dərhal Allaha sığın." Müsəlman Ya Rəbbim, sənə sığınıram deyəcək. "Çünki O, eşidəndir, biləndir". Yəni sən dua etdiyində Allah dərhal eşidər və bilər deyir. "Yaxşılıqla pislik eyni olmaz. Sən ən gözəl olan bir tərzdə pisliyi uzaqlaşdır." Pisliyi uzaqlaşdırmaq üçün pislik edilməz. Tərs söz söyləyənə tərs söz deyilməz, döyənə döyərək cavab verilməz. Baxın, "Yaxşılıqla pislik eyni olmaz. Sən ən gözəl olan bir tərzdə pisliyi uzaqlaşdır, o zaman görərsən ki, səninlə onun arasında düşmənlik olan şəxs, sanki yaxın bir dostun olmuşdur". Allah yaxın bir dostun olar deyir. Onun üçün, yəni ironiyalı, tərs sözə tərs sözlə cavab vermək deyil, pis bir sözə, pis bir söz ilə cavab vermək deyil, gözəl və nəzakətli bir söz ilə cavab vermək lazımdır. Yəni o çaşsın, yəni müsəlmanın tərbiyəsinə, səbrinə, intiqam almaqdan çəkinməsinə, insancıllığına təəccüblənsin və gözəl nümunə götürsün. Həqiqətən də, sonra dost olurlar. Quran buna işarə edir, inşaAllah. Buna, Allah ayənin davamında deyir ki; "Buna, səbr edənlərdən başqası qovuşdurula bilməz". İndi adam bir söz söylədi. Buna ağır bir söz söylədiyində, insan nəfsi rahatlayar. Məsələn, ağır bir təhqir ilə cavab verdiyində, rahatlayar. Amma səbr edən nə edir? Bir özünə hakim olur, hirsini boğur, səbr edir və gözəl bir söz söyləyir. Baxın, Allah deyir ki, "Buna, səbr edənlərdən başqası qovuşdurula bilməz. Və buna, böyük bir pay sahibi olanlardan başqası da qovuşdurula bilməz." Böyük pay nədir? Allahın razılığı, rəhməti və cənnətidir. İnşaAllah. "Gecə, gündüz, günəş və ay Onun ayələrindəndir. Siz günəşə də, aya da səcdə etməyin". Yəni Allah azğın inanc şəkilləriniz olmasın deyir. "...Allaha səcdə edin..." Allaha iman edin, namaz qılırsınızsa, Allah üçün namaz qılın. "...Ki bunları Özü yaratmışdır. Əgər Ona ibadət edəcəksinizsə." Allaha ibadət etmək istəyirsinizsə, mütləq Allaha ibadət edin deyir. "Əgər onlar təkəbbürlənsələr," namaz qılmaq mənim ağırıma gedər, yoldaşlarım görər, utanaram, alçalaram, səcdəyə gedəcəyəm, qiyamda dayanacağam, ruku edəcəyəm, mən bunu edə bilmərəmm deyir. Mənim ağırıma gedər deyir, çox gördüm, adamın ağırına gedir. "Əgər onlar təkəbbürlənsələr, Rəbbinin qatında olanlar, Onu gecə və gündüz təsbeh edərlər və bundan bezməzlər." Baxın, mələklər gecə-gündüz Allahı təsbeh edirlər. Bəzisi rukuda, bəzisi səcdədə və bəzisi də qiyamdadırlar və Allah bundan da bezməzlər deyir. Bunda bir işarə daha var; namazdan bezilməz, gözəl əxlaqdan bezilməz, sevgidən bezilməz, insan sevdiyindən bezməz, yoldaşından bezməz. Allahın gözəl təcəllilərindən bezməz. Gözəl sözdən, gözəl nəzakətli rəftarlardan, halala görə, halala-harama görə hərəkət etməkdən bezməz. Bu, möminin xüsusiyyətidir. Allah mələkləri nümunə göstərdi. Bax, onlar bezmirlər deyir, siz də əsla bezməyin deyir. Onsuz da müsəlmanın ağlından belə keçməz, amma yenə də şeytani vəsvəsə olsa Quran ona diqqət çəkir, inşaAllah.