ALLAH HZ. İBRAHİM (Ə.S.) KİMİ HZ. MEHDİNİ (Ə.S.) DƏ İNKARÇILARIN BÜTÜN TƏLƏLƏRİNDƏN QORUYACAQ
ucgen

ALLAH HZ. İBRAHİM (Ə.S.) KİMİ HZ. MEHDİNİ (Ə.S.) DƏ İNKARÇILARIN BÜTÜN TƏLƏLƏRİNDƏN QORUYACAQ

1389
İbrahim Peyğəmbər (ə.s.) kimi İmam Mehdi (ə.s.) dəALOVLANAN ATƏŞDƏN ETİBARLI VƏƏMİN çıxacaq.
Mikyaal al -Makaarem, cild 1, Səhifə 181
 
Bütün peyğəmbərlər, səmimi müsəlmanlar dünya həyatındakı imtahanın tələbi olaraq və Allaha olan sevgilərinə, sədaqətlərinə, imani dərinliklərinə özlərinin şahid olmaları üçün inkarçıların təzyiqlərinə, çətinliklərə və əziyyətə məruz qalmışlar. Hz. Nuh (ə.s.), Hz. Musa (ə.s.), Hz. Yusuf (ə.s.), Peyğəmbərimiz (s.ə.v) və digər peyğəmbərlərin həyatlarına baxdıqda Allah yolunda inkar edənlərin tələləriylə, böhtanlarıyla, ölüm və sürgün edilmək təhdidləriylə qarşı-qarşıya qaldıqlarını görürük. Bu Allahın Özünə könüldən qatqısız olaraq iman edən, təvəkkül edən səmimi müsəlmanlarla səmimiyyətsiz, ürəyində xəstəlik olan zəif imanlı, münafiq xarakterli insanları bir-birindən ayırmaq üçün yaratdığı imtahanın sirridir.
 
Allah Özünü eşqlə sevən və yalnız Allahın razılığını qazana bilmək üçün yaşayan şəxslərə "... hər çətinliyin ardınca asanlıq gəlir. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İnşirah Surəsi, 5-6)" ayələrində bildirildiyi kimi həmişə asanlıq yaratmaqda, yaşadıqları hər çətinlikdə onlara kömək edərək onlara olan sevgisini, rəhmətini hər an hiss etdirir.
Məsələn Hz. İbrahim (ə.s.) yaşadığı cəmiyyəti azğın inanclarından xilas etmək istədiyi və onları Allahın dininə, gözəl əxlaqa dəvət etdiyi üçün qövmü ona qarşı gəlmişdir. Hətta qövmünün düşmənçiliyi elə bir həddə çatmışdır ki, Hz. İbrahimi (ə.s.) oda atıb yandırmağa cürət etmişlər. Ancaq Allah "Biz: “Ey od! İbrahim üçün sərin və zərərsiz ol!”– dedik." (Ənbiya Surəsi, 69) deyəəmr edərək Hz. İbrahimi (ə.s.) qövmünün bu mərhəmətsiz tələsindən qurtarmışdır.
Peyğəmbərimiz (s.ə.v) bu hədisində "Peyğəmbər İbrahim (ə.s.) kimi Hz. Mehdi (ə.s.) dəALOVLANAN ATƏŞDƏN ETİBARLI VƏƏMİN OLARAQ çıxacaq" deyə bənzətmə edərək Hz. Mehdinin (ə.s.) də Hz. İbrahimdə (ə.s.) olduğu kimi özünəqurulan ƏN TƏHLÜKƏLİ TƏLƏLƏRDƏN, ƏN AĞIR İTTİHAMLARDAN, BÖHTANLARDAN VƏ PİSLİKLƏRDƏN ALLAHIN KÖMƏYİ İLƏƏMİN ŞƏKİLDƏ TƏHLÜKƏSİZLİYƏ ÇIXACAĞINI bildirmişdir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr