Bir ayə bir açıqlama: "Ənam" surəsi, 162
ucgen

Bir ayə bir açıqlama: "Ənam" surəsi, 162

1641
De ki: " Şübhəsiz mənim namazım, ibadətlərim, dirimim və ölümüm aləmlərin Rəbbi olan Allahındır". (Ənam surəsi, 162)

Ayədə bildirildiyi kimi üstün din əxlaqı bir möminin bütün həyatına hakimdir. İman edən bir insan bütün həyatını Quran ayələrinə görə nizamlayar. Daimi olaraq oxuduğu və düşündüyü ayələri gündəlik həyatında tətbiq etməyə cəhd göstərər. Səhər oyanandan gecə təkrar yatana qədər etdiyi hər işdə Quran əxlaqına görə düşünməyə, danışmağa və hərəkət etməyə cəhd göstərir.

Ancaq din əxlaqı haqqında məlumat əksikliyi olan bəzi insanlar din əxlaqının, yalnız müəyyən vaxtlar və ibadətlərlə məhdud olduğunu zənn edər; həyatı böyük yanlışlıqla "ibadət zamanları və digər zamanlar" şəklində iki hissəyə ayırırlar. Allahı və axirəti, yalnız namaz qılacaqları, oruc  tutacaqları, sədəqə verəcəkləri ya da həccə gedəcəkləri zaman xatırlayarlar. (Uca Allahı tənzih edərik.) Günün və ilin digər vaxtlarında isə dünya işlərinə aludə olarlar. Dünya həyatı onlar üçün "dərdlərlə dolu qaçaqaçdır"dır. Bu insanların Quran əxlaqından uzaq, özlərinə xas həyatları, məqsədləri, əxlaq anlayışları, dünyagörüşləri və dəyər mühakimələri vardır. Aydındır ki, bu kəslər Quran əxlaqının həqiqətdə nə olduğundan və bu üstün əxlaqın necə yaşanacağından xəbərsizdirlər.

Quran əxlaqını özünə rəhbər edən bir insan isə, əlbəttə, bu düşüncədə olan insanlardan çox fərqli həyat yaşayar. Allahın yaratdığı qədərə tabe olduğunu unutmadan, Ona təslim olub güvənərək yaşayar. Heç vaxt çətinlik, narahatlıq, qorxu, ümidsizlik, pessimizm hiss etməz, bir çətinlik qarşısında təşvişə düşməz.

Qarşılaşdığı hər hadisəyə mütləq Allahın tövsiyə etdiyi və bəyəndiyi şəkildə qarşılıq verər. Hər sözü, hər qərarı, hər rəftarı Quran əxlaqını yaşadığının bir göstəricisidir. Ayədə bildirildiyi kimi həmişə Quran əxlaqını yaşamaqda məsuliyyət daşıdığını bilir. Buna görə də edəcəyi işlərdə öhdəlikli olduğunu bilərək, daha diqqətli və daha ciddi şəkildə maraqlanarkən, eyni zamanda Allahın razı olacağını ümid edərək hərəkət etməyə cəhd göstərir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr