Bir müddət əvvəl dünya mətbuatı bir xəbərlə çalxalandı. Yenə İslam ölkəsi, yenə bir qadının edamla cəzalandırılması... Qərb ölkələrinin səfirliklərinin və insan hüquqları təşkilatlarının etirazlarına səbəb Sudanda səkkiz aylıq hamilə Məryəm Yəhya İbrahim İshakın doğuşdan iki il sonra asılaraq cəzalandırılması idi. Əslində, dünya mətbuatı İslam ölkələrində müsəlmanların asılaraq və daşqalaq edilərək edam edilməsi xəbərlərinə artıq öyrəşib. Çünki əsl İslam dininə və Quran əxlaqına zidd olan bu aksiyalardan islamofobiyanı təbliğ etmək və dünyaya yaymaq üçün isitfadə edən böyük bir kütlə mövcuddur. Bu kütlə xurafatçılığı və bu İslama zidd cərəyandan törəyən sevgisizliyi, keyfiyyətsizliyi, zorakılığı, təzyiqi mərhəmətsizliyi İslam dini adı altında təbliğ edir.
Xurafatçı əqidə tamamilə əsassız, Qurana uyğun olmayan xurafələri İslam dininə əlavə edərək dini qəlizləşdirdi. Qurandan, əsl İslamdan bixəbər kütlə isə kor-koranə bu xarafatlara inandı. Xurafatçı fikirlər və xurafələr elə sürətlə yayıldı ki, İslam dini bəzi insanlar tərəfindən tamam başqa cür qəbul edildi. Belə ki, İslam dininin hətta gülməyi belə qadağan etdiyinə, söz azadlığının, sülhün, qardaşlığın, sevginin, tolerantlığın, bağışlamanın İslam əxlaqına uyğun olmadığına inanadılar. Bu insanlara dünya nemətlərindən üz çevirməyin İslamın bir əmri olduğu təbliğ edildi. Allah dostları Allah’ın yaratdığı nemətlərə layiq olmadıqlarını düşündülər. Nemətlərdən üz çevirməklə gözəllik, estetika, incəsənət, təmizlik, keyfiyyət və müasirlikdən də uzaqlaşdılar. Nəticədə keyfiyyətsiz, baxımsız, mədəniyyətdən, gözəllikdən və estetikadan kasad müsəlman modeli yarandı. Müdhiş bir sürətlə yayılan bu yanlış model tezliklə İslamın dünyadakı “güzgüsünə” çevrildi. Onsuz da tamamilə yanlış təbliğ edilən İslam dininə sevgisizliyi, intiqam eşqini, qan tökməyi, despotizmi, ən əhəmiyyətlisi qadınlarla yarım insan kimi davranmağı və onları əzməyi əlavə etdilər. Beləliklə, Sudan nümunəsindən də gördüyümüz kimi, Quranın əmrlərini yerinə yetirdiklərini iddia edərək Qurana tamamilə zidd bir əqidəni İslam dini adı altında dünyaya təqdim edtilər. Bununla da kifayətlənməyib, Qurana uyğun olmayan, saxta, Peyğəmbərimizin (s.ə.v) gözəl əxlaqına, sünnətinə zidd hədislər uyduraraq dinə əlavələr etdilər. Yenidən Sudan nümunəsinə nəzər salsaq, Məryəm Yəhya İbrahim İshakın edam edilməsinə səbəb onun dinini dəyişdirməsi (bu qərara səbəb atasının müsəlman olmasıdır, halbuki, İshak xristian bir qadın tərəfindən böyüdülmüşdür və özü də xristian olduğunu bildirir), müsəlmanlıqdan imtina etməsi və xristian bir kişiyə ərə getməklə zina etməsi iddiasıdır.
Burada cinayət hesab edilən iddialar və bu “cinayətin” edamla cəzalandırılması müxtəlif təbəqələrdə İslama qarşı formalaşmış mənfi düşüncələrin mühüm səbəblərindəndir. Nəticədə İslamı tamamilə yanlış tanıdıqları üçün bu dindən uzaqlaşır, hətta İslam dininə qarşı çıxırlar. Digər tərəfdən də xurafatçı zehniyət bu insanlara qarşı zorakılıqla cavab verdikcə İslamın qucaqlayıcı xüsusiyyətini ört-badır etməyə çalışdılar. Belə bir din modelini Qərb dünyası əsla qəbul etmədi, etməz də. Halbuki, bu keyfiyyətsiz, zorakılıq və təzyiqə əsaslanan din saxta dindir. İslam dini, əksinə, bu xüsusiyyətləri pisləyir. Çünki:
Əvvəla, İslam sevgi, sülh, gözəllik dinidir, insanlara fikir, düşüncə və vicdan azadlığı bəxş edir və qoruyur. Şiddətə, zorakılğa, kin bəsləməyə, təzyiqə, hətta mənfi düşüncələrə belə qarşıdır. Mərhəmət dini olan İslamda “Dinini dəyişdirəni öldürün” hökmü yoxdur. Bu, xurafatçıların uydurduğu vəhşilik dininin hökmüdür. Quranda “Sizin dininiz sizə, mənim dinim də mənədir!” (Kafirun surəsi, 6) ayəsi ilə İslam dinindəki vicdan azadlığı açıq şəkildə bildirilmişdir.
İkincisi, İslam dinini məcburi şəkildə qəbul etdirmək və zorla ibadət etdirmək bu dinə ziddir. Çünki İslamda səmimi iman müstəqil şəkildə vicdanən qəbul etməkdir. İslam dininin səciyyəvi cəhətlərindən biri insanın ancaq səmimi qəlbdən qəbul edərək dini yaşamasıdır. Allah dinin bu xüsusiyyətini Quranın bir çox ayəsində bildirmişdir. Məsələn, 5 vaxt namaz qılan bir insan namazını Allah üçün istəyərək və sevərək qılmalıdır. Yaxud malından infaq edən insanın bu ibadətinin Allah Qatında qəbul edilməsi səmimiyyətindən, istəyərək və sevinərək verməsindən asılıdır. Müsəlmanın dinə bağlılığı Allah'ın varlığına olan qəti iman gətirməsindən qaynaqlanır. Buna görə də, dinin tələblərini istəyərək və sevərək yerinə yetirir. Dolayısı ilə, İslam dinini yalnız səmimi iman gətirməklə yaşamaq mümkündü, yəni tamamilə müstəqil qərara, səmimi imana əsaslanır. Müsəlmanların din axlaqını təbliği isə sadəcə gözəl sözlə, sevgi dolu üslubla dinə dəvətdir. İstəyənlərin və Allah'ı sevənlərin din əxlaqını yaşaması üçün bir yol göstərməkdir. Dində məcburiyyətin olmadığı bir ayədə belə bildirilir:
“Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir.” (Bəqərə surəsi, 256)
Ayədə açıq şəkildə bildirildiyi kimi, İslam dini məcburiyyətlə deyil, şəfqət və sevgi ilə, səmimi şəkildə yaşanmalıdır.
Üçüncüsü, edam Quranda yoxdur. Çünki İslam dinində öldürmək böyük cinayət hesab olunur və bir insanı öldürənin bütün bəşəriyyəti öldürmüş hökmündə olduğu bildirilir. Bəziləri Qurandakı qisas ayələri ilə öldürməyi dəstəkləyirlər. Halbuki, qisasda da Allah’ın bəyəndiyi əxlaq bağışlayıcı üslubdur: “Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allah`a aid olar. Həqiqətən, O, zalımları sevmir.” (Şura surəsi, 40) Bir insan Allah’ın haram buyurduğunu etsə belə cəzası ölüm deyildir, onu əfv etmək, sonra İslamın gözəl əxlaqını ona öyrətmək lazımdır. Edam cəzası cinayətkarın peşman olmasına, səhvini düzəltməsinə, günahından dərs almasına imkan vermir. Bir insanın canı alındığı zaman keçmiş xətalarından dərs çıxarma, peşman olub düzəltmə ehtimalı yoxdur.
Unutmamalıyıq ki, edam cəzası din və əxlaqi dəyərlərdən uzaq, barbar cəmiyyətlərin keçmişdə tək həll yolu olaraq bildikləri, müasir dövrə uyğun olmayan cəzalandırma metodudur. Belə bir cəzalandırma formasının İslam dünyasında yeri yoxdur və olmamalıdır. Qurana uyğun olan da budur.
Sudanda və bir çox İslam ölkələrində tətbiq edilən, insanların bir qisminin uzaq durduğu, sonradan uydurulmuş İslam inancını dəyişdirməli və Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) və səhabələr dövründə yaşanan gerçək İslamı dünyaya təbliğ etməliyik. Müsəlmanlar keyfiyyətli, təmiz, estetik həyat tərzinə qovuşmalı, nəzakətli, şən, sevgi dolu üsluba yiyələnməli, kübar, açıq fikirli, demokratik, hər fikirə və etiqada hörmətlə yanaşmalıdırlar. İslam dininin əsasını təşkil eədn bu xüsusiyyətlər hər bir müsəlmanın rahat yaşayacağı həyat tərzidir. Allah’ın Quranda müsəlmanlara layiq gördüyü həyat budur.
Adnan Oktarın Weekly Blitzdə nəşr olunan məqaləsi: