TƏKAMÜL AĞILA VƏ MƏNTİQƏ ZİDD NƏZƏRİYYƏDİR
ucgen

TƏKAMÜL AĞILA VƏ MƏNTİQƏ ZİDD NƏZƏRİYYƏDİR

1479

Əgər təbiətin dərinliklərində baş verən hadisələrin kompleksliliyi, dünyanın ən ağıllı beyinləri tərəfindən belə çətinliklə aydınlaşırsa, bu işlərin yalnız bir qəza, bir kor təsadüf əsəri olduğunu necə düşünə bilərik?

Prof. PAUL DAVIES

 

Təkamül nəzəriyyəsinin iddiasına görə, sonsuz kainatdakı heçlik zaman ərzində təsadüfən baş verən hadisələrin nəticəsində insanı meydana gətirmişdir. Bu məntiqsiz nəzəriyyəyə görə, toz-torpağın da olmadığı heçlikdə əvvəl toz, torpaq, daşlar, sular, dağlar, okeanlar özbaşına meydana gəlmişdir. Sonra bunlardakı bəzi atomlar təsadüfən birləşərək kalsium, fosfor, karbon kimi elementləri meydana gətirmişdir. Bu cansız, ağılı, yaddaşı, məlumatı, şüuru olmayan elementlər də milyonlarla il ərzində nəfəs alan, danışan, düşünən, sevinən və kədərlənən ruha sahib olan, icadlar edən, zəkalı, məlumatlı, şüurlu, kitablar yazan insanlara çevrildilər. Yəni toz, torpaq, palçıq yığınları, milyardlarla il ərzində təsadüflərin təsiri ilə əti, canı, qanı olan, fövqəladə fabriklər yaradaraq bu fabriklərdə ən son model avtomobillər istehsal edən, kosmos sistemləri quran, saraylar tikən, sənət möcüzələri meydana gətirən insanlara çevrilmişdir. Daşın, torpağın təsadüflər nəticəsində bir gün insana çevrildiyinə inanmaq, uşaq nağıllarına inanmaqdan daha da məntiqsiz və ağıldankənardır. Uşaqlar da belə bir nağıla inanmazlar.

 

Əgər təkamülçülər bu iddialarında səmimidirlərsə, o zaman onların iddiasına görə bu təkamülün yenidən yaşanmaması üçün heç bir səbəb olmamalıdır. Məsələn, dünyanın ən böyük bataqlığına gedib, milyardlarla il sonra burada bir sarayın tikilməsini bir-birlərinə vəsiyyət edərək gözləyə bilərlər. Bu bataqlıqda oturub gözləsinlər, baxaq oradakı qayaların, daşların, palçığın içində sarayları tikən bir insan meydana gələcəkmi? Bir insan yox, palçığın içində bir canlı hüceyrəsi meydana gələcəkmi? Hətta, təsadüflərə kömək etmək üçün bataqlığı karbon, fosfor, azot, dəmir, maqnezium, oksigen kimi canlı hüceyrələrə lazım olan elementlərlə doldursunlar.
 
Burada bir canlı hüceyrəsinin də özbaşına meydana gəlməsi qətiyyən mümkün deyil. Bir canlı hüceyrəsi belə fövqəladə kompleks quruluşa malikdir: içində enerji istehsal edən stansiyalar, həyat üçün zəruri olan ferment və hormonları istehsal edən fabriklər, istehsal olunan bütün məhsullarla əlaqədar məlumatların qeyd olunduğu bir məlumat bankı, xam maddələri və məhsulları bir yerdən başqa yerə daşıyan kompleks sistemlər, boru xətləri, kənardan gələn xam maddələri işə yarayan parçalara ayıran inkişaf etmiş laboratoriya və neftayırma zavodları, hüceyrənin içinə alınan və ya hüceyrədən çıxardılan vəsaitlərin giriş-çıxışını idarə edən mütəxəssisləşmiş hüceyrə pərdəsi zülalları vardır. Bu, hüceyrənin ən sadə və səthi tərifidir. Hüceyrənin bir xüsusiyyəti belə cild-cild kitablara sığacaq dərəcədə kompleks və ehtişamlıdır.
 
Madam ki, təkamülçülər bu qeyri-mümkün hadisələrə inanırlar, o zaman saraylar tikmək, son model avtomobil istehsal etmək, körpülər tikmək üçün bir az palçıq götürüb gözləsinlər. Bu palçıqda əvvəl özbaşına bir hüceyrə, sonra amöblər, balıqlar, kərtənkələlər, atlar, meymunlar və axırda da insanın meydana gəlməsini gözləsinlər, sonra da bu insanın avtomobillər hazırlamasını, ixtiralar edərək sivilizasiyalar qurmasını izləsinlər. Bunun reallaşmayacağını, əslində, ən qatı təkamülçü belə çox yaxşı bilir, ancaq eyni iddianı latınca terminlər və ağır üslubla izah edincə, buna inanılacağını zənn edirlər.
 
Təsadüflər bir palçığın içindən belə mütəşəkkil bir sistemi çıxarda bilərmi? Təsadüflər ən kiçik mütəşəkkil sistemi daha da kompleks hala gətirib, insan kimi bir varlığı meydana gətirə bilərmi? Təsadüflər bir meymuna danışmağı, gözəl baxmağı, kompliment deməyi, düşünməyi, saraylar tikməyi, sivilizasiyalar, ölkələr qurmağı, gəmilər tikərək qitələr kəşf etməyi, laboratoriyalar düzəltməyi və ya özünü meydana gətirən hüceyrələri araşdıraraq təcrübələr aparmağı öyrədə bilərmi? Hansı təsadüf bir meymuna ruh verə bilər? Bu sualların hər birinin cavabı hər insan üçün çox açıq və qətidir: təsadüflər nə insanı, nə də insanın ən kiçik parçası olan hüceyrəni meydana gətirə bilməz.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr