Səbəb həqiqətən məzhəb ayrılığıdırmı?
ucgen

Səbəb həqiqətən məzhəb ayrılığıdırmı?

2329
 
680-ci ildə hz. Əlinin (ə.s) oğlu hz. Hüseyn (ə.s) İraqın Kərbəla şəhərində şəhid edildi və bu hadisə ilə birlikdə müsəlmanlar arasında sünni-şiə məzhəbləri yarandı. Bu, müsəlmanlar arasındakı məzhəb ayrılığından yaranmış qanlı qarşıdurmaların səbəbini araşdıranların əldə etdikləri başlanğıcdır. Bəs bu, hadisənin əsl səbəblərini kifayət qədər açıqlayırmı?
 
Bəşəriyyət yaradıldığı gündən bəri şiddətlə də imtahan olunur. Hz. Adəmin oğlu Qabil qardaşı Habili şəhid etdi. İslam dinindən əvvəl də dünyada müharibələr var idi. Dünyanın hazırkı vəziyyətinə nəzər yetirsək həm İslam coğrafiyasında, həm də dünyanın bir çox yerində şiddətli çəkişmələrin, müharibələrin müxtəlif səbəblərə əsaslandığını görərik. Məsələn, 1979-cu ildə baş verən İran İslam İnqilabı dövründə bir çox inqilab əleyhdarları edam edildi. Lakin bu dövrdə Şah Pəhləvi tərəfdarları ilə inqilab tərəfdarları arasında heç bir məzhəb ayrı-seçkiliyi yox idi. Qarşıdurmaların səbəbi də məzhəb ayrılıqları deyildi. Yaxın keçmişdə Livanda baş verən vətəndaş müharibəsinin də səbəbi  məzhəblər arasındakı anlaşılmazlıq deyildi.
 
İraqda məzhəblər arası çəkişmələrdə silahlı hücumlarda həyatını itirənlərin ümumi sayını dəqiq söyləmək mümkün deyil. Halbuki araşdırsaq görərik ki, bu qruplar öz aralarında da çəkişir, ciddi mübarizə aparırlar. Məsələn şiə qruplaşmalarının sünnilərə,  sünni qruplaşmaların da şiələrə hücumlar təşkil etdiyi doğrudur. Lakin şiə iraqlılar öz aralarında da mübarizə aparır, şiddətli çəkişmələr yaşayırlar.
 
Eyni vəziyyətlə Suriyada da qarşılaşırıq. Bir tərəfdən Baas rejiminə qarşı dirənən qruplar digər tərəfdən öz aralarında mübarizə aparırlar. Ancaq Suriyadakı hadisələrin altında nə başladığı dövrdə, nə də bu gün gəldiyi vəziyyətdə təkcə məzhəb qarşıdurması dayanmır. Əsədin rəhbərlik etdiyi heyətin nüseyrilərdən ibarət olduğu doğrudur. Lakin xalqın qiyamına səbəb rəhbərliyin nüseyri olması deyil, diktator rejimdir. Belə ki, Əsəd hakimiyyəti şiə İslamının əxlaqı ilə idarə etsəydi bütün Suriya xalqının baş tacı olardı. Əsas problem də elə buradan qaynaqlanır. Uzun illərdir diktator rejimi ilə idarə edilən Suriyada Baas ideologiyası hakimdir. Materialist fəlsəfədən ilhamlanan kommunist Baas ideologiyasının fəaliyyəti şiddəti, təzyiq və terroru dəstəkləyir.  Bu rejim üçün insan həyatının heç bir əhəmiyyəti yoxdur. Halbuki şiə , sünni, cəfəri, maliki, hər bir məzhəbdə insan Allah`ın ruhunu daşıyan müqəddəs varlıq hesab olunur. Heç bir əsası olmayan bəzi xurafatçı izahatlar İslam dininin insana verdiyi dəyəri əks etdirmir.
 
Hazırda müsəlman ölkələrini cənginə alan şiddət bu günə qədər dünyada mövcud olmuş şiddət və terrordan heç də fərqlənmir. Sovet Rusiyasında müxaliflərin vəhşicəsinə  öldürülməsi, nasist Almaniyasında ali olmayan irqlərin məhv edilməsi, Balkan yarımadasını bürüyən dəhşətli etnik təmizləmə hərəkatı, Amerikadakı məktəblərdə əlinə pnevmatik tüfəng alan bir şagirdin yoldaşlarını qətlə yetirməsi, Ruandada hutuların tutsi ovuna çıxması və buna bənzər bütün tarixi vəhşiliklərin dayaq nöqtəsi eynidir. Əgər bir insana həyat uğrunda mübarizə olduğu, güclünün zəifi əzməyinin həyatın qanunu olduğu təlqin edilsə o insan üçün ölmək və öldürmək adi hal olar. Gənclərə terror, şiddət və müharibə həyatın təbii tələbləri kimi göstərilsə onlar kütləvi qırğınları fəlakət deyil, statistik məlumat kimi qəbul edəcəklər. Syerra Leone dağlarındakı bir partizanla Rusiyadakı bir döyüşçü, Kambocadakı əsgərlə guya İslami “inqilab” adı altında onunla eyni əqidəyə sahib olmayanları öldürən bir döyüşçü eyni ideoloji qaynaqdan, Darvinizm və materializmin əsasını təşkil edən fikirlərdən bəslənir. Üzdə fərqli səbəblərə bürünsələr də bütün müharibələrin, toqquşmaların, şiddətin təməlində inkişaf üçün çəkişməyin vacib olduğunu iddia edən fəlsəfə, yəni dialektikanın materialist şərhi dayanır.
 
Materializm kainatdakı inkişafın yeganə hərəkətverici qüvvəsinin çəkişmə, mübarizə, qarşıdurma olduğunu iddia edir. Əks qüvvələr arasında kəskin mübarizə getməli, güclü qalib gəlməli, zəif isə əzilməlidir. Bəşəriyyət guya bu qarşıdurma sayəsində inkişaf etmiş, insan bu mübarizə və çəkişmələr nəticəsində irəliləmişdir. Bu tarixi mərhələlər qanlı ideologiyanın nəticəsi, şiddətli mübarizənin vacib olduğunu müdafiə etməkdir. Bu yanaşmada şiddətin, terrorun, qan tökməyin sonu yoxdur. Qanlı ideologiya olan materializm insanları bir-biri ilə mübarizə aparmağa, bir-birinə zülm etməyə, hətta qətlə yetirməyə təşviq edir. Nəticədə Allah`ın insanlara əmr etdiyi sevgi, hörmət, fədakarlıq, paylaşma kimi yüksək insani keyfiyyətlər, sülh və əmin-amanlıq tamamilə ortadan qalxır. Buna görə də bu azğın, bütün məsələləri şiddətlə həll edən ideologiya müxtəlif sifətlərə bürünərək gah siyasi fərqliliyin, gah məzhəb ayrı-seçkiliyinin, gah da irqi ayrı-seçkiliklərin arxasında gizlənir. Həqiqətdə isə tək olan Allah`a, eyni İslama, eyni Qurana, eyni Peyğəmbərə (s.ə.v) iman gətirən insanların bir-birlərini məzhəb fərqliliyi adı altında zorakılığa məruz qoymasının, bəzi qərbli şərhçilərin iddia etdiyinin əksinə, heç bir dini əsası yoxdur, ola da bilməz.
 
Fərqliliklərin, ziddiyyətlərin mövcudluğu şiddət, terror, vəhşilik və qırğın törədilməsini tələb etmir.  Hər yerdə və hər şeydə ziddiyyət tapmaq mümkündür. Gecə ilə gündüz, işıq ilə qaranlıq, mənfi ilə müsbət, soyuq ilə isti, yaxşı ilə pis və s. ziddiyyətlər həmişə olub.  Ancaq bu ziddiyyətlər gözəlliklərin kəşfi, anlayış, sülh, sevgi və bağışlama kimi gözəl əxlaqi xüsusiyyətlərin ortaya çıxması üçün yaradılmışdır. Bunu etiqad və əqidələrimizə də aid etmək olar. Müxtəlif fikirlərə sahib insanlar bir-birini öldürməli, vəhşicəsinə qətlə yetirməli deyil. Hər bir ziddiyyət təşkil edən məsələ Quran əxlaqına uyğun olaraq ağıl və vicdanla, sülh, əmin-amanlıq və anlayış çərçivəsində həll edilməlidir. Bu gün sülh üçün ayağa qalxıb önə çıxanlar, mütləq bu barədə inkişafa vəsilə olacaqlar.
 
Adnan Oktarın Blitz'də yayımlanan məqaləsi:

http://www.weeklyblitz.net/2014/02/cause-really-sectarian-division/

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr