BAXIB GÖRMƏDİKLƏRİMİZ -14 –
ucgen

BAXIB GÖRMƏDİKLƏRİMİZ -14 –

1915

Heyvanların təmizliyi

Heyvanlar üçün təmizlənmək çox vacibdir. Qarışqaların və başqa həşəratların təmizlənmələrinə yardım edən xüsusi ifrazat vəzləri var. Bu vəzlər antibiotik xüsusiyyətinə malik olan maddə ifraz edirlər. Həşəratlar bu ifrazatı hərdən bədənlərinə də sürtərək bakteriya və  göbələkləri yuvadan uzaqlaşdırırlar.

Quşlar qarışqalar kimi özlərini təmizləmək üçün kimyəvi maddə ifraz edə bilmirlər. Onlar təmizlənmək üçün qarışqalardan istifadə edirlər. Qarışqaların bədənindəki formik turşusu parazitlərə təsir edir. Quşlar qarışqa yuvalarının kənarına sürtünərək qarışqaların onların tükləri arasında gəzmələrini və formik turşusunun tüklərinə yapışmasını təmin edir və bu sayədə parazitlərdən qurtulurlar.

           

Sümüklərdəki qan istehsalı fabriki

Sümüklərin ortasında böyük boşluq var. Bu boşluğun içində qan üçün vacib olan maddələrin istehsalını təmin edən sümük iliyi mövcuddur. İlik- yağ, su, qırmızı qan və ağ qan hüceyrələrindən ibarətdir. Bəzi sümüklərdə isə demək olar ki, yağdan ibarət olan “sarı ilik” olur. Qırmızı ilikdə həm bədəni qidalandıran, həm də infeksiyalardan qoruyan qan hüceyrələri istehsal olunur və saxlanılır.

 

Qirmızı ilikdə istehsal olunan qırmızı qan hüceyrələrinin quruluşundakı hemoqlobin molekulları oksigeni ağciyərdən alaraq bütün hüceyrələr arasında paylayırlar. Əgər qırmızı ilikdəki qan istehsalında azalma olsa, bədəndəki hüceyrələr oksigensiz qalaraq ölərlər. Bu səbəbdən sümük iliyindəki istehsalın daimi olması zəruridir. Bu qədər vacib vəzifədə axsaqlıq olmaması üçün bədəndə müxtəlif tədbirlər alınmışdır. Xüsusilə, bədənə infeksiya düşən zaman fəaliyyətə başlayan bu tədbirləri müharibə dövründə düşmən hücumunun miqyasına görə dəyişdirilən strategiyalara bənzətmək mümkündür.

 

Bədən infeksiyalarla mübarizə apararkən qırmızı ilikdə istehsal olunan və müdafiəyə görə planlanmış qan hüceyrələri fəaliyyətə başlayır. Lakin bu hüceyrələr say etibarı ilə az ola bilər. Bəzən düşmən daha çox qüvvə ilə hücuma keçə bilər. Belə vəziyyətdə bədən həyəcan siqnalı verir. Artıq ciddi müdafiə ilə bərabər, hücuma da ehtiyac yaranır. Bu zaman sarı ilik fəaliyyətə keçir. Yuxarıda da qeyd etdiyimiz kimi, sarı ilik sadəcə yağlardan ibarətdir. Bu vəziyyətdə yağların müdafiədə hansı rolu ola bilər? Bədəndəki əsl vəzifəsi yağ toplamaq olan sarı ilik qırmızı iliyin qeyri-kafi olduğu vəziyyətdə həyəcan siqnallarını qəbul edərək birdən-birə müdafiə edən qan hüceyrələri istehsal etməyə başlayır. Məqsəd düşmənə qarşı qüvvələri birləşdirərək müharibədə qalib gəlməkdir.

 

Bu bütün canlılığı təsadüflərlə izah edən Darvinist məntiqinin əsla açıqlaya bilmədiyi vacib xüsusiyyətdir. Çünki əməkdaşlıq etməyə və düşmənə qarşı birlikdə mübarizə aparmağa qərar verənlər ağıla, məntiqə və beyinə sahib olmayan sümüyün içindəki mayelərdir. Eyni zamanda, bu mayelər o ana qədər istifadə etmədikləri xüsusiyyətlərini ortaya çıxararaq başqa vəzifələr icra edirlər.

 

Bütün bunlar çox açıq şəkildə yaradılışı göstərir. Bunun kimi misallar Allaha yönəlmək və onun ucalığını, böyüklüyünü qavramaq üçün bir vasitədir. Bildiyi və bilmədiyi bir çox üstün xüsusiyyətlərlə yaradılan insanın üzərinə düşən vəzifə isə ona qüsursuz bədən verən Allaha şükür etməkdir. Bir Quran ayəsində belə buyurulmuşdur:   

 

Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır. (Əraf surəsi, 54)


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr