Ənkəbut surəsi, 14 (950 ildəki sirlər)
ucgen

Ənkəbut surəsi, 14 (950 ildəki sirlər)

2133

Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti
(24 mart 2013; 15:30)

Adnan Oktar: Qurani Kərimdə, şeytandan Allaha sığınıram, Ənkəbut surəsi 14-cü ayədə; "Andolsun, Biz Nuhu öz qövmünə (elçi olaraq) göndərdik. O, min ildən əlli il az bir müddət ərzində onların arasında qaldı. Nəhayət onlar zülmə davam etdikləri zaman, tufan onları yaxaladı" deyir. Yəni küfr sona çatır, bitir, küfr əhlinin sonu gəlir. Yəni 950 il. Bildiyiniz kimi türklər, hz. Nuh (ə.s)-ın nəslindəndir. Hz. Nuh (ə.s)-ın oğlu Yasir vardı, türklərin həmin nəsildən gəldiyi deyilir. Onsuz da hər kəs hz. Nuh (ə.s) qövmündəndir, hz. Nuh (ə.s) nəslindəndir. Hazırda dünyadakı hər kəs hz. Nuh (ə.s)-ın nəslidir. Bildiyiniz kimi biz türklər, 1071-ci ildə Anadoluya gəldik, Anadoluda yerləşdik. Allah bizə yurd etdi 1071-ci ildə. 1071-ə 950 əlavə edin. Nə edir? 2021. Bu nə deməkdir? Küfr əhlinin 2021-ci illərdə sonu gəlir. Nuh tufanı kimi Allahın icazəsi ilə. Nə darvinizm, nə də materializm heç nə qalmır. O 950 ilin hikməti də budur. Hz. Nuh (ə.s)-ın övladları olan bizlər, Anadoluya daxil olmağımızdan 950 il sonra İslam Birliyini dünyaya yayacağıq, inşaAllah. Bir zəfərin tarixidir, 2021. 1071-ə 950 əlavə edirik. Quranda bu tarixlər boşuna verilmir. Yəni elə verilməz, mütləq bir şey izah edər. Bir də 1950-ci illərdə də bir şeylər olacağına işarə edir ayə. Çünki bir min var, mində 50 yoxdur deyir, 950. O zaman 1950. Deməli, 1950-ci illərdə də bir şey var. Ayə burada xüsusi şifrlər verir. Min ildən, 50 il az deyir. 950, 1950. Bədiüzzaman da 1950-ci illərə çox diqqət çəkib. "Münafiq sistemin sonudur" deyir. Necə edir? Üç ayrı ayədən 1956 tarixini çıxarır. İkisi tələbələrinin çıxartdığıdır, onları təsdiq edir, biri də özünün çıxartdığıdır. "1956 tarixini verir" deyir, "münafiq sistemin sonuna işarə edir" deyir. Bir də "Nur-u Quranın zühuruna işarə edir" deyir. Yeni bir Nur-u Quran. Yəni, "Risale-i Nurdan başqa yeni bir fəaliyyətin başlanğıc tarixini verir" deyir. 1956 tarixi. Quranda da 1950-ci illərə işarə var. 1071-ə də, 950 il əlavə etsək; 2021. 2021-ci illərə Quranda o qədər çox işarə var ki, əbcədlə, İslam hakimiyyəti olaraq. Dünya hakimiyyəti bir az daha sonrakı illərdə olur. İslam Birliyinin tarixi, inşaAllah.

PAYLAŞIN
logo
logo
logo
logo
logo