Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (19 oktyabr 2012, 22:00)
Kəhf surəsi, 14 (hz. Mehdi (ə.s) və tələbələri, səbir və qətiyyətlə dövrün Dəccalına qarşı fikri mübarizə aparacaqlar)
Adnan Oktar: "Onların qəlblərinə (səbri və qətiyyətliliyi) yerləşdirmişdik", səbir, çünki uzun illər mübarizə aparırlar. Bir də qətiyyət, mətanət. Bədiüzzaman nə deyir? "Mətanət" deyir; hz. Mehdi (ə.s)-ın tələbələrinin xüsusiyyəti olaraq. Bax Mehdi tələbələri üçün: "Bu fövqəladə vəziyyətə qarşı, səbir, mətanət və həmiyəti-İslamiyə (İslam üçün səy göstərmək) lazımdır. Yoxsa müvəffəqiyyət qazanmaz, mehdiyyətə zərər verər" deyir. Bax, səbir və mətanət. Burada nə deyir? "Səbir və qətiyyət" deyir. Yəni sarsılmamaq, qətiyyət, mətanət. O dövrün Dəccalının, o dövrün tağutunun qarşısında, "(kralın qarşısında) dayandıqları vaxt", yəni təbliğə başladıqları vaxt, "belə dedilər: "Bizim Rəbbimiz, göylərin və yerin Rəbbidir", yəni hər yeri yaradandır, "və biz ilah olaraq Ondan başqasına əsla tapınmarıq". Yəni, nə darvinist olar, nə materialist olar, nə başqa bir inancı qəbul edər, nə də PKK-lı olarıq. "(Əgər tərsini) söyləsək, and olsun, həqiqətdən kənara çıxarıq". Bu səmimi olmaz, deyir. İman əsasdır, deyir.