Çarlz Darvinin yaxın dostu prof. Adam Sedvik təkamül nəzəriyyəsinin gələcəkdə səbəb olacağı təhlükələri görənlərdən biri idi. “Növlərin Mənşəyi”ni oxuduğu zaman "Bu kitab cəmiyyət tərəfindən ümumi şəkildə qəbul edilsə dünyada hələ görünməmiş şəkildə insan irqlərində soyqırım olacaq" demişdi. Tarix həqiqətən də Sedvikin haqlı olduğunu göstərdi. XX əsr insanların sırf irqləri və ya etnik mənşələrinə görə soyqırıma məruz qaldığı qanlı dövr kimi tarixə düşdü.
Əlbəttə, etnik ayrı-seçkilik və buna əsaslanaraq edilən qiyamlar Darvindən əvvəl də insanlıq tarixində vardı. Ancaq Darvinizm bu ayrı-seçkiliyə saxta elmi dəyər və saxta haqq qazandırdı.
İngilis Müstəmləkəçiliyi və Darvinizm
Çarlz Darvinin irqçi fikirlərindən ən çox qazanc əldə edən ölkə Darvinin vətəni İngiltərə oldu. Darvin nəzəriyyəsini ortaya atdığı illərdə İngiltərə dünyanın bir nömrəli müstəmləkəçi imperiyasını qurmuşdu. Hindistandan Latın Amerikasına qədər uzanan nəhəng ərazinin bütün təbii qaynaqları İngilis İmperiyası tərəfindən istismar edilirdi. "Ağ adam" öz mənfəəti üçün dünyanı yağmalayırdı.
Bununla bərabər, başda İngiltərə olmaqla müstəmləkəçi ölkələrin heç biri "soyğunçu" kimi görünmək və tarixə də o şəkildə düşmək istəmirdilər. Buna görə də gördükləri işə haqq qazandırmağa çalışırdılar. Beləliklə, istismar edilən insanları "primitiv insanlar", hətta "heyvanabənzər canlılar" kimi göstərməyə başladılar. Nəticədə qətl edilənlər və ya heyvani rəftara məruz qalanlar insan deyil, yarıinsan, yarıheyvan məxluqlar olaraq qəbul ediləcək və onlara qarşı edilənlər də günah sayılmayacaqdı.
Əslində bu yeni deyildi, dünyada müstəmləkəçiliyin ilk yayıldığı dövrə - XV və XVI əsrlərə qədər gedib çıxırdı. Bəzi irqlərin yarıheyvan xüsusiyyətinə malik olması hələ Xristofor Kolumbun Amerika səfərlərində ortaya atılmışdı. Bu iddialara görə amerikalı yerlilər insan deyil, inkişaf etmiş heyvan növü idilər. Buna görə də İspan müstəmləkəçilərin xidmətinə verilə bilərdilər. (Harun Yəhya, Darvinizmin Dini)
Amerikanın kəşfi haqqında çəkilən filmlərdə Kolumbun yerlilərə qarşı insanpərvərcə yanaşdığı göstərilsə də, əslində belə deyildi. Kolumb yerliləri insan kimi görmürdü.
Xristofor Kolumb
Xristofor Kolumb böyük qırğını başlayan ilk insan oldu. Kəşf etdiyi yerlərdə İspan koloniyaları yaradan Kolumb yerliləri kölələşdirdi və ilk dəfə kölə ticarətini başlatdı. Kolumbun yerlilərə qarşı tətbiq etdiyi təzyiq və istismar siyasətini ispanlar davam etdirdilər. Məsələn, Kolumb gəldiyi zaman əhalisi 200 min olan adada 20 il keçmədən yalnız 50 min, 1540-cı ildə isə yalnız min adam qalmışdı. İspan fatehlərinin ən məşhuru Kortes isə 1519-cu ilin fevral ayında Meksikaya gəldiyi zaman qırmızıdərili əhalinin sayı 25 milyon idi. Bu rəqəm 1605-ci ildə 1 milyona enmişdi. 1492-ci ildə 7-8 milyon əhaliyə sahib olan İspanyola adasının əhalisi 1496-cı ildə 4 milyona, 1570-ci ildə isə 125 nəfərə endi. Tarixçilərin verdikləri rəqəmlərə görə Kolumb qitəyə ayaq basdıqdan sonra bir əsrdən az müddət ərzində 95 milyon insan yerli müstəmləkəçilər tərəfindən qətl edildi. Kolumb Amerikanı kəşf etdiyi zaman qitədə 30 milyon qırmızıdərili insan yaşayırdı. O zamandan bu günə qədər reallaşan qırğınlar nəticəsində isə 2 milyon insan qətl edildi.
Bu qırğınların bu qədər acınacaqlı səviyyəyə çatmasının səbəbi qırmızıdərililərin insan deyil, heyvan kimi qəbul edilmələri idi.
Ancaq müstəmləkəçilərin bu əsassız və azğın iddiaları o dövrdə ideya kimi özünə çox tərəfdar toplamadı. Çünki o dövrdə Avropada bütün insanları Allahın bərabər yaratdığı və hamısının bir atadan, Hz. Adəmdən gəldikləri qəbul edilirdi. Hətta katolik kilsəsi bu soyğunçulara qarşı idi. Bunun ən məşhur nümunələrindən biri Kolumbla birlikdə Yeni Dünyaya ayaq basan müstəmləkəçilərin "yerlilər bir növ heyvandır" iddiasına Çiapas yepiskopu Bartolome de Las Kasasın yerlilərin "əsl insan" olduqlarını söyləyərək verdiyi cavabıdır. 1537-ci ildə isə Papa III Paul nəşr etdiyi bir fərmanda yerlilərə qarşı edilən vəhşi rəftarı lənətləmiş, qırmızıdərililərin iman etmə qabiliyyətinə sahib olan insanlar olduqlarını açıqlamışdır.
Lakin XIX əsrdə vəziyyət dəyişdi. Materialist fəlsəfənin yayılması və cəmiyyətlərin dindən uzaqlaşması ilə insanları Allahın yaratması həqiqəti də gözardı edilməyə başlandı. Bu davranış eyni zamanda irqçiliyin də yüksəlişi idi.
İrqçiliyin yüksəlişi
Darvinist-materialist fəlsəfənin XIX əsrdə yüksəlməsi ilə irqçilik də güclənmişdi. Bu da Avropanın imperialist nizamına böyük dəstək olurdu.
Oksford, Stanford, Harvard kimi universitetlərdə tarix professoru olan Ceyms Col hələ də universitetlərdə dərslik kimi istifadə edilən “Avropa 1870-ci ildən başlayaraq” (Europe Since 1870) adlı kitabında Darvinizmlə imperializm və irqçilik arasındakı ideoloji əlaqəni belə izah edir: "İmperializm anlayışına ilham verən fikirlərin ən əhəmiyyətlisi "İctimai Darvinizm" başlığı altında təsnif ediləndir. Bu fikirlər dövlətlər arasındakı əlaqəni daimi mübarizə kimi qəbul edir. Bu mübarizədə bəzi irqlər digərlərinə görə "üstün" sayılmış və təkamül müddəti ərzində güclülərin daima özlərini ortaya qoyduqları qəbul edilmişdir".
İngiltərənin təbiətşünas alimi Çarlz Darvin 1859-cu ildə nəşr olunan "Növlərin Mənşəyi", 1871-ci ildə "İnsanın Yaranması" adlı kitabları ilə geniş diskussiyanın yaranmasına səbəb olmuş və bütün Avropaya təsir etmişdir. Darvinin fikirləri və onun İngilis fəlsəfəçi Herbert Spenser kimi bəzi müasirlərinin düşüncələri çox sürətli şəkildə elmdən kənar sahələrə də tətbiq olunmuşdur.
Darvinizmdə sosial inkişafa ən çox tətbiq olunan inanc isə bu idi ki, dünyada təbii mənbələrin kifayət etməyəcəyi qədər artıq əhali var və bu təbii mənbələr uğrunda aparılan həyat mübarizəsində güclülər və ya “uyğunlar” qalib gələcəklər.
Bəzi ictimai alimlər üçün bu məqamdan çıxış edərək ən "uyğun" anlayışa əxlaqi məna qazandırmaq və dolayısı ilə həyat mübarizəsində üstün gələn növlərin və ya irqlərin əxlaqi cəhətdən üstün olduqlarını müdafiə etmək çox asan olmuşdur.
Buna görə də təbii seçmə doktrinası asanlıqla Fransız yazıçı Artur Qobineau tərəfindən inkişaf etdirilən bir başqa fikir məktəbi ilə də birləşmişdi. Qobineaunun 1853-cü ildə "İnsan İrqlərinin Bərabərsizliyinə Dair Məqalə"si nəşr edilmişdir. Qobineau inkişafdakı ən əhəmiyyətli faktorun irq olduğunu müdafiə etmiş və digərlərindən üstün olan irqlərin öz irqi saflıqlarını ən yaxşı şəkildə qoruduqlarını irəli sürmüşdür. Qobineauya görə tarixdəki bu həyat mübarizəsində ən üstün gələn irq Ari irqi idi.
Bu fikirləri daha da inkişaf etdirən insan isə ingilis yazıçı Hyuston Çemberleyndir. Hitler yazıçıya o qədər heyranlıq bəsləyirdi ki, onu 1927-ci ildə ölüm anında ziyarət etmişdi.
Göründüyü kimi, Darvindən irqçi mütəfəkkirlərə, imperialistlərə və Hitlerə qədər uzanan ideoloji zəncir var. Darvinizm həm XIX əsrdə dünyanı qana bulayan imperializmin, həm də XX əsrdə eyni işi reallaşdıran nasizmin ideoloji əsasıdır.
Kraliça Viktoriyanın adı ilə bağlı olan İngiltərənin Viktoriya Dövrü də axtardığı elmi zəmini guya Darvinizmdə tapmışdı.
Tiryək Müharibələri
İngiltərə müstəmləkəçilikdən böyük qazanc əldə edirdi və müstəmləkələrdə yaşayan insanları öz mənfəətləri üçün bəlalara uğratmaqdan çəkinmirdi. İngilis imperializminin bu kirli siyasətinin nümunələrindən biri Çinə qarşı başladığı "Tiryək Müharibələri" oldu. İngiltərə Hindistanda yetişdirdiyi tiryəki XIX əsrin ilk mərhələsində Çinə qaçaq malı kimi daxil etməyə başladı. Xarici ticarətdəki boşluğu doldurmaq üçün tiryək qaçaqmalçılığına getdikcə sürət verdi. Narkotikin ölkəyə sızması da bir tərəfdən Çin dövlətinin öz torpaqları üzərindəki nüfuzunu dərindən sarsıtmışdı. Cəmiyyətdəki korlanma qısa müddətdə yüksək həddə çatdı. Çin hökümətinin uzun müddət tərəddüd etdikdən sonra çıxarmaq məcburiyyətində qaldığı tiryək qadağanı ilk Tiryək Müharibəsinə (1838-1842) səbəb oldu. Bu müharibə ölkənin dağılmasına səbəb oldu. Çin xarici qüvvələrlə hər dəfə qarşılaşdığı zaman ordusu az olduğu üçün boyun əymək və onların gedərək artan istəklərini qəbul etmək məcburiyyətində qalırdı. Qərb ölkələri 1842-ci ildən etibarən yavaş-yavaş Çin torpaqlarında nüfuz bölgələri əldə etdilər, çinlilərin əlindən böyük liman məhəllələrini (imtiyazları) aldılar, tarlaları kirayəyə götürdülər və özlərinə ən çox fayda verəcək şəkildə ölkənin xaricə açılması şərtini qoydular. Bütün bunların nəticəsində ölkədə yaşanan səfalət hökumətin zəifləməsinə, Çin torpaqlarının yavaş-yavaş əldən getməsi isə bir çox qiyama gətirib çıxardı.
Çində yaşananlar İngiltərənin siyasətinin nəticələrindən yalnız biri idi. XIX əsr ərzində Cənubi Afrika, Hindistan, Avstraliya kimi ərazilərdə İngilis imperializminin istismarı ən dəhşətli həddə çatmışdı.
İngiltərənin bu istismar nizamını qanuniləşdirmək, haqlı kimi göstərmək işi isə bəzi İngilis ictimai alimlərinə və elm adamlarının üzərinə düşmüşdü. Çarlz Darvin bunların ən əhəmiyyətlisi və ən təsirlisi oldu. Təkamül müddətində "irəli irqlər" olduğunu qarşıya qoyan, bunların "ağ irq" olduğunu iddia edən və ağların digərlərini istismar etməsini "təbiət qanunu" olaraq göstərən Darvindir.
Darvinin müstəmləkəçi irqçiliyə qazandırdığı bu hökumətə görə İsveçrə Federal Texnologiya İnstitutu Yer Elmləri Hissə Başçısı məşhur çinli elm adamı Kennet C. Hsu Darvini "İngiltərənin Viktoriya dövrü üçün ideal elm adamı, Çinə zorla tiryək satmaq üçün bu ölkəni işğal edən, bunu da sərbəst ticarət və “ən güclülərin həyatda qalması” qaydasına əsaslanan ölkənin elmi dayağı" şəklində təsvir edir.
Bütün bunlar göstərir ki, dünyada müstəmləkəçi və irqçi fikri cərəyanlarının səbəb olduğu hər cür zülm mühitinin əsasında Darvinizm durur. Darvinizm terror tətbiq edənlərin, istismar nizamı qurub bu nizamın davam etməsini istəyənlərin, müharibə edib insanların ölməsinə və yaralanmalarına səbəb olanların mənimsədiyi düşüncə sistemidir. Darvinizm insanlığa zorakılıq, müharibə və qarşıdurmadan başqa bir fakt təqdim edə bilməyən ideologiyadır.