Aorta – koronar şuntlama əməliyyatı
ucgen

Aorta – koronar şuntlama əməliyyatı

864

«Məgər Biz sənin köksünü açıb genişlətmədikmi?! Sənin belini bükürdü ağır yükünü səndən götürmədikmi?! Sənin ad-sanını ucaltmadıqmı?! Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr...»(«İnşirah» surəsi, 1-6)

 
Məlum olduğu kimi, hər orqanın həyatını davam etdirməsi və vəzifəsini yerinə yetirməsi üçün onun qan dövranı yolu ilə qidalanması lazımdır. Qan ürək əzələmizə də «aorta-koronar» adlı aorta damarları yolu ilə gəlir. Damar kirəcləşməsi (ateroskleroz) vəziyyətində bu damarlarda daralma və tıxanmalar yarana bilər. Bu vəziyyət inkişaf etdikdə isə qan axının qarşısı alınır və ürək kifayət qədər qidalanmır. Bu da ürəyin vəzifəsini yerinə yetirə bilmədiyini göstərən sinə ağrısına və infarkta səbəb olur.
 
Yuxarıdakı ayələrdə «Biz sənin köksünü açıb genişlətmədikmi?» kimi tərcümə edilən «ə ləm nəşrah ləkə sadrəkə» ifadəsi bu cür ürək probleminə və hazırda həyata keçirilən aorta-koronar şuntlama əməliyyatlarına bir işarə ola bilər (ən doğrusunu Allah bilir). Çünki ayədə keçən «ləm nəşrah» ifadəsi ilk mənası etibarilə «ət və ət kimi şeyləri açmaq» feilini ifadə edir. Bu əməliyyatlar zamanı da sinə sümüyü boydan iki yerə ayrılır və sinənin içinə daxil olunur. Aparılan əməliyyat nəticəsində damarda qanın axını təkrar təmin edilir və sinə ağrısı aradan qaldırılır. Ayədə qeyd edilən «genişləmək» ifadəsi də damarlardakı daralmanın aradan qaldırılmasına işarə ola bilər.
 
Bu surənin ardınca Allah`ın ürəyin sağlamlığına faydalı olan zeytuna and içməsi də(«Tin» surəsi, 1) çox hikmətlidir.
PAYLAŞIN
logo
logo
logo
logo
logo