Bəşəriyyətin keçmiş mədəniyyət mərkəzlərindən biri olan və keçmiş vaxtlarda “xoşbəxt Ərəbistan” kimi adlanırılan Yəmənin müharibələr, çevrilişlər və siyasi cəhətdən qeyri sabit olan bir tarixi var. Ölkədəki qarışıqlıqlar bu gün də sürətlə davam edir.
Ərəb Baharı ilə başlayan inqilab qığılcımlarından ən çox təsirlənən Yəmən son dövrlərdə yaşadığı siyasi çaxnaşmalar və şiddət hadisələri ilə yenidən dünya ictimaiyyətinin gündəmindədir.
Yenə hadisələrin mərkəzində husilər var. Ölkədə illərdir davam edən münaqişələrin baş rollarında olan şiə husilər iqtidar tərəfindən kənarlaşdırıldıqlarını və ayrıseçkiliyə məruz qaldıqlarını bildirirlər. Bu hərəkəti etməkdə məqsədlərinin daha çox haqq və azadlıq əldə etmək və mənsub olduqları zeydiyyə məzhəbinin adət-ənənələrinə zərər verdiklərini düşündükləri sünni qanunlarına qarşı zeydilik adını yaşatmaq olduğunu deyir, bu səbəblərlə 2004-dən bu tərəfə ordu qüvvələri ilə çalışırlar. Son zamanlar etdikləri hərəkətlərlə əvvəlcə hökuməti, sonra da prezident Abdurabbu Mənsur əl- Hadini istefaya məcbur etdilər.
Hadisələrin gedişatını sıra ilə xatırlasaq, bundan bir müddət əvvəl husilərin lideri Abdulməlik əl-Husi dövlət başçısı Abdurabbu Mənur əl-Hadidən ölkədəki qüvvələrin bölünməsinin ədalətli olması üçün fərqli fraksiyaları təmsil edən yeni bir hökumətin yaranmasını tələb edib, bundan sonra minlərlə Husini dəstəkləyən insan hökumət binalarının qarşısında oturma aksiyaları keçirməyə başladı.
Gərginlik daha da artaraq şiddətli münaqişələrə çevrildi. Husi tərəftarları hökumət binalarını işğal etməyə başladı. Sonda prezidentin sarayını və paytaxtı ələ keçirən husilər əvvəlcə hökuməti, sonra isə prezident Abdurabbu Mənsur əl-Hadini istefa etməyə məcbur etdilər. Buna görə ölkənin hər tərəfindən on minlərlə insan küçələrə çıxdı.
Şübhəsiz ki, bir ölkənin qanuni prezidentinin zorla vəzifəsindən uzaqlaşdırılması o ölkənin birlik və bütövlüyünü açıq şəkildə təhdid edən bir hadisədir. Üstəlik siyasi keçid dövründə olan bir ölkənin belə vəziyyət yaşaması qeyri-sabitliyin və təhlükənin yaranmasına və əldə edilən qazancların da itirilməsinə səbəb olur. Keçid dövründə olan Yəməndə baş verən bu hadisələr ölkənin gələcəyinə mənfi təsir edən, məzhəb münaqişələrinə zəmin yaradan və terror təşkilatlarının artmasına gətirib çıxaran hadisələrdir. Bu səbəbdən hal-hazırda yaraların sağalması və ölkədə sabitliyin tezliklə bərpa olunması üçün bütün tərəflər olduqca sülhməramlı, uzlaşdırıcı və sakit olmalıdır.
Ölkəni xilas etmək üçün əvvəlcə Körfəz Əməkdaşlıq Şurası Təşəbbüsü, Milli Dialoq Konfransı nəticələri və 21 Sentyabr 2014-ci il tarixli Sülh və Milli Tərəfdaşlıq müqaviləsinin bütün nümayəndələr tərəfindən tətbiq olunması, yeni bir konstitusiyanın hazırlanmasına fürsət verilməsi, müstəqil təşkilatların yaradılması, ədalətli mühitin yaranması üçün hər cür mexanizmanın qurulması lazımdır. Bu bir həqiqətdir ki, şimaldakı üsyanlar, cənubdakı separatist qruplar, yerli idarəçilərin potensialının az olması, geniş yayılan yoxsulluq və aclıq, hər keçən gün daha da pisləşən iqtisadi vəziyyət, davamlı artan işsizlik, dağınıq hərbi vəziyyət kimi Yəmənin qarşısında həll etməli olduğu bir çox problem var. Bu problemlər ancaq ayrıseçkilik bir tərəfə buraxılaraq millətin birləşməsi, bölünmənin sükunətlə qarşısı alınanda həll edilə bilər.
Bilmək lazımdır ki, Yəmənin rifaha, sülhə və sabitliyə qovuşması üçün əvvəla qarşılıqlı hörmət, sevgi, dostluq və qardaşlıq mühiti yaradılmalıdır. Ancaq o zaman ədalətin, azadlıq və demokratiyanın tamamilə yaşanıldığı bir ölkənin yaranmasının mümkün olacağı unundulmamalıdır. Yəmən onsuz da, uzun müddətdir çökmə riski olan bir ölkədir. Keçmiş prezident Əli Abdullah Salehin vəzifəsindən imtina etməyə məcbur qaldığı 2011 hərəkatı, Əl Qaidə hücumları, Şimalda husilər, sünni qəbilələri və ordu, cənubda isə separatist Cənub hərəkatı ilə təhlükəsizlik qüvvələri arasındaki münaqişələr, ordu tərəfindən başçıları ələ keçirilən Əl Qaidə nümayəndələrinin neft və qaz borularına hücumu və bunun ardınca ölkə miqyasında yaşanılan neft və qaz problemləri və bütün bunlarla yanaşı, ölkənin daxili problemlərinin xarici qüvvələr tərəfindən yönləndirilməsi Yəmənin rahatlığını və sosial nizamını məhv edib. Bundan sonra qurtuluş yolu sosial bütünlüyü qorumaq və birlik ruhunun yaranması üçün fədakarlıqlar etməkdir.
Adnan Oktarın National Yemen'də nəşr edilən məqaləsi:
http://nationalyemen.com/2015/02/01/spirit-of-unity-a-must-for-yemens-political-transition/