Yaşadığımız dövr insanların din əxlaqından uzaq yaşadığı və ətraflarındakıları da belə qaranlıq yolla yaşamağa təşviq etdiyi bir dövrdür. Bəzi insanların din əxlaqını yaşamamasının nəticəsi olaraq necə əxlaqi pozuntu yaşadıqlarına aid nümunələri dünyanın müxtəlif ölkələrində cəmiyyət həyatının hər yerində özünü göstərir.
Dünya mətbuatında əsas mövzulardan olan ədalətsizliyin, əxlaqsızlığın, zülmün, yoxsulluğun, degenerasiyanın, cinayətlərin artdığını bildirən bir çox xəbərlər də bu gerçəyin təzahürüdür. Şübhəsiz, bu vəziyyət ona görə yaranır ki, insanlar niyə yarandığını və müvəqqəti olduqlarını, imtahan edilmək üçün yaradıldığını unudaraq dünyaya bağlanırlar. Belə insanların düşdükləri vəziyyətin başqa əsas səbəbi də onlara edilən gizli dinsizlik təlqinləridir.
Bu gizli təlqinlərin nələr olduğu və çox insanın hiss etmədən bundan necə təsirləndiyini, hətta bir müddət sonra bu batil sistemin necə müdafiəçisinə çevrildiklərini burada açıqlayacağıq.
İnsanları din əxlaqından uzaqlaşdırmaq üçün birbaşa heç nə deyilmir. Çünki bunlar açıq-aşkar deyilsə, cəmiyyət buna dərhal qarşı çıxar və qəbul etməz. Bu səbəbdən insanlara dolayı və cəlbedici yollar seçilir.
Dinsizliyi müdafiə edənlərin əsas məqsədi insanlara Yaradıcımız olan Uca Allah`ı, ölümü və axirəti unutdurmağa çalışmaqdır. Beləliklə, insanları imandan, gözəl əxlaqdan, sevgidən uzaqlaşdırıb, onları sevgisiz, təcavüzkar və qəddar insanlar halına gətirmək məqsədini güdürlər. İnsanları, hətta ölkələri bir-birinə düşmən etmək və bu şəkildə dünyanı qanlı müharibə meydanına çevirmək isə əsas hədəfləridir. Allah`ın izni ilə bu planın heç vaxt gerçəkləşməyəcək.
İndiyə qədər bir çox yazımızda bildirdiyimiz kimi, heç bir elmi əsası olmadan təkamül nəzəriyyəsinin bütün dünyada davamlı təbliğatının aparlması, təhsil müəssisələrində darvinist təlimlər verilməsi məhz bu səbəbə görədir. Təkamül nəzəriyyəsi bu təlqinlər arasında dinsizliyi yaymaq üçün ən əhəmiyyətli vasitədir. Ancaq dinsizlik təlqinləri sadəcə təkamül nəzəriyyəsi ilə məhdudlaşmır.
Bu yazıda dünyada dinsizliyin, əxlaqsızlığın yayılmasını istəyənlərin təkamüllə bərabər etdikləri digər təlqinlər, dolayı mesajları və gizli metodlarını açıqlamağa çalışacağıq.
İman gətirənlər insanları sülhə dəvət edib, yaxşılığı əmr edib, pislikdən çəkindirmək vəzifələrini lazımınca yerinə yetirsələr, gerçək din əxlaqını bilməyən bir çox insan Qurana yönələcək və Allah`ın razı qaldığı bir həyat yaşayacaq. Dəccal və tərəftarlarının qurduğu qaranlıq sistemin məhv edilməsi ilə münaqişə, yoxsulluq, narahatlıq, təhlükə, ədalətsizlik kimi sıxıntılar bitəcək, dünya sülh və rifah içində olacaq. Küçələrdə təhlükəsiz olacaq, hüquq sistemi həqiqi mənada ədaləti təmsil edəcək, Allah`ın insanlara verdiyi nemətlərdən hamı bərabər şəkildə faydalanacaq, təhsil və səhiyyə sahələrində hamının hüquqları eyni olacaq, yaşayış sahələrində keyfiyyət yüksəldiləcək, elm və texnologiyada böyük inkişaflar olacaq, insanlar bir-birinə sevgi, mərhəmət və şəfqətlə yanaşacaq, cinayətlərin sayı azalacaqdır.
Unutmaq olmaz ki, bu saydıqlarımızın gerçəkləşməsi üçün dua etmək, cəhd etmək imanlı insanların öhdəsinə düşür. İman gətirənlər ixlasla və səmimi şəkildə din əxlaqını yaymaq üçün cəhd etsələr, Allah mütləq ki, möminləri “...onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir.” (Nur surəsi, 55)
Dəccalın gizli silahları
Dinsizliyin təlqinlərində istifadə etdikləri vasitələr
Aşkar həqiqətdir ki, dövrümüzdə inkişaf edən texnologiya və əlaqə vasitələri, xüsusilə də internet cəmiyyətin mədəniyyətinə bilavasitə təsir edir. Bu təsiri mənfiyə çevirmək istəyən Dəccal və tərəftarları da öz sistemlərini yaymaq üçün texnologiyadan səmərəli istifadə edirlər.
Məsələn, internet təhsil, ticarət, elm kimi sahələrdə bəşəriyyət üçün çox faydalı bir vasitədir. Həmçinin bütün dünyaya Quran əxlaqınının öyrədilməsi üçün də böyük fürsətdir. Ancaq mübət olduğu qədər internetin zərərli tərəfləri də var. İnternet vasitəsilə bütün dünyada əxlaqsızlıq yaymaq, insanların beynini boş və mənasız mövzularla doldurmaq istəyənlər qumarı, cinsi azğınlığı, satanizm kimi inancları yaymaq üçün ciddi səy göstərirlər. Qumar oynamağa vərdiş edən, şiddət məzmunlu komputer oyunlarından təsirlənən, işindən və yuxusundan olsa da, saatlarla boş və faydasız mövzularla beyinlərini dolduran bu insanlar oyun və əyləncə içində dünyadakı əsl məqsədləri olan Allah`a qulluq etməyi unudurlar.
Bundan əlavə qəzet, televizor, kino kimi digər vasitələr də cəmiyyətin mədəniyyətini, yaşayış və düşüncə tərzini istiqamətləndirən mühüm vasitələrdəndir. Hər biri çox faydalı şəkildə istifadə edilə bilər, amma Dəccal və tərəftarlarının yönləndirməsi nəticəsində əks təsir də yarana bilir. Məsələn, bu yolla reinkarnasiya, ateizm kimi batil düşüncələri, materialist fəlsəfəni, yanlış həyat tərzini tez-tez təlqin edirlər. Təbii ki, bu vasitələr sadəcə bu məqsəd üçün istifadə edilmir, faydalı fəaliyyətlərə də vəsilə olur. Necə ki, az sayda olsa da, insanları düzgün istiqamətləndirən filmlərə rast gəlmək mümkündür.
Bu səbəbdən vicdanlı insanlar bu vasitələrdən faydalı şəkildə istifadə etmək üçün birləşməlidirlər. Məsələn, din əxlaqını yaşayanlar internetdən aktiv şəkildə istifadə etməlidirlər. Çünki aydındır ki, internet Quran əxlaqını təbliğ etmək və yaymaq üçün ən sürətli, ən təsirli və ən sərfəli üsullardan biridir.
Bunun üçün də müsəlmanlar Quran əxlaqının yayılması üçün birləşib daha ciddi işlər görməlidirlər. Çünki belə vacib bir mövzuda zəiflik göstərmək bu fürsəti başqalarına vermək deməkdir.
Bunun üçün elmi, texnologiyanı ən yaxşı şəkildə dəyərləndirərək milli və mənəvi dəyərlərimizi yeni nəsillərə ən gözəl şəkildə təqdim etməliyik. Bunu etsək, Allah`ın izni ilə insan ağlına və fitrətinə tamamilə əks olan azğın düşüncələrin cəmiyyətdə yayılmasının qarşısını ala bilərik.
Dinsizlik təlqini zamanı ən çox təşviqetmə metodundan istifadə edilir
Dünyanın bir çox ölkəsində əxlaqsızlığı geniş şəkildə yaymaq üçün tanınmış insanlardan istifadə edirlər. Əsl həqiqətdə ruhi sıxıntısı olan, mədəni səviyyəsi aşağı, ağılsız bəzi insanlar dünya televiziyalarında əxlaqsızlıqlarından nümunə gətirilərək guya müasir, cəsur insanlar kimi önə sürülür və bir növ “siz də müasirləşmək istəyirsinizsə, buna bənzərini edin” təlqini verilir. Xarici musiqi kanallarında qorxunc paltarlar geyinən, pis makiyajlar çəkən radikal musiqi qruplarının davamlı gündəmdə tutulmasının, satanizm kimi azğın inanca sahib insanların tez-tez münaqişəli proqramlara çıxarılmasının belə cüzi tanıdılan azğın insanların qınanılmadan çox sevimli göstərilmələrinin əsasında də eyni məqsəd dayanır. Bəzi hallarda bu insanlar qınanılırmış kimi göstərilsə də, əslində, xalqın şüuraltına verilən təlqin bunun tam əksidir.
Dəccal dinsizlik nəzəriyyəsi tərəfdarları ilə ortaq iş görür!
Axır zaman haqqındakı hədislərdə dünyada fəlakətlər törədəcək insan olduğu bildirilən Dəccalın çıxışı gerçəkləşmişdir. Bunu dövrümüzdə yaşanılan hadisələr əsasında deyə bilirik. (Ən dogrusunu Allah bilir) Axır zamanın ən böyük fitnəkarı Dəccal dinsizliyi müdafiə edənlərlə ortaq iş görməkdən əlavə, özü bu qrupun başına keçib bütün fəaliyyətlərini bilavasitə özü istiqamətləndirir. Bunlar “dünya höküməti” adlanan qurumun fəaliyyətləridir. Bu gizli banda hazırda hər cür azğınlığın, əxlaqsızlığın yayılması üçün çoxlu təlqin və təbliğat aparır. Texnologiyanın sürətlə inkişaf etdiyi, əlaqə vasitələrinin getdikcə çoxaldığı bir zamanda edilən bu təlqinlər hər ölkəyə, hər evə və hər insana rahatlıqla çatır və bunların sayı gün keçdikcə artır.
Batil dinlər
Buddizm, hinduizm, karma inancı... Dinsizliyi təlqin edənlər belə saxta və aldadıcı inancların, batil fikirlərinin yayılmasını dəstəkləyirlər.
Bu dinlər hər zaman din əxlaqının cəmiyyət üzərindəki əsaslı təsirini ortadan qaldırmaq, materialist dünyagörüşünün mənimsənilməsini asanlaşdırmaq və mənəvi axtarışda olan insanları Allah inancına qarşı çıxan saxta inancla yanıltmaq məqsədi güdmüşlər.
Şübhəsiz ki, insanları Allah inancından uzaqlaşdıran, İlahi dinlərin insanlara tövsiyyə etdiyi gözəl əxlaq anlayışını ortadan qaldırıb yerinə materialist və batil inancları yeritməyə çalışan belə cərəyənlara qarşı Allah`a səmimiyyətlə iman gətirən bütün insanlar birləşərək hərtərəfli ideoloji mübarizə aparmalıdırlar. Bunun üçün İlahi dinlərin insanları çağırdığı sülh, təhlükəsizlik, yardımlaşma, mərhəmət, şəfqət və sevgi dolu dünya ilə batil dinlərdəki maddi və mənəvi azğınlığa əsaslanan həyat tərzi arasında böyük uçurum vardır.
Unutmaq olmaz ki, bu batil fəlsəfələrə aldanan insanların çox böyük hissəsi ilk öncə hamının diqqət mərkəzində olmağı, fərqli və təbii davranışlarla diqqət cəlb etməyi qarşılarına məqsəd qoyurlar. Bir tərəfdən də bu azğın inanclarla xoşbəxtlik qazanacaqlarını zənn edirlər. Allah`ın elçiləri vasitəsi ilə insanlara göndərdiyi din əxlaqından və onun doğru yollarından uzaqlaşaraq özlərini sıxıntılı və qorxulu bir dünyaya, çox böyük fəlakətə sürükləyirlər.
Müsəlmanlar Quran əxlaqının yayılması üçün birləşib ciddi səy göstərməlidirlər. Çünki belə vacib mövzuda zəiflik göstərmək, bu fürsəti qaçıraraq başqalarının əlinə vermək deməkdir.
Bunun üçün elmi, texnologiyanı yaxşı dəyərləndirib milli və mənəvi dəyərlərimizi yeni nəsillərə ən gözəl şəkildə çatdırmalıyıq.
Dünyada və axirətdə həqiqi xoşbəxtlik Allah`a səmimi iman gətirmək və Allah`ın ayələrinə uymaqla mümkündür. Çünki “…Çünki Allah haqdır. (Kafirlərin) Ondan başqa yalvardıqları isə batildir. Həqiqətən, Allah ucadır, böyükdür”. (Həcc surəsi, 62)
Dəccal və tərəfdarları sonda ziyana uğrayacaqlar
Unutmaq olmaz ki, hər dövrdə fitnə-fəsadı yayan insan topluluqları olmuşdur. Bunlar öz mənafeləri üçün inkarın, fitnə-fəsadın yayılması üçün səy göstərmişlər.
Həmişə bu insanlarla mübarizə aparacaq Allah`a iman edən, gözəl əxlaqlı, cəsur və səbirli insanlar olmuşdur. Pisliyə qarşı çıxanlar nə olursa olsun, pisliyin bitməsi, dünyada təhlükəsizlik və rahatlığın hakim olması üçün cəhd ediblər. Dövrümüzdə də Dəccal pisliyin ən başlıca təmsilçisidir. Bu gün eynilə keçmişdəki kimi din əxlaqının yayılmasına çalışanlar ideoloji mübarizə aparırlar. Bu mübarizə hazırda əldəki imkanlar da nəzərə alınsa, tarixin ən böyük ideoloji mübarizəsi kimi təsvir edilə bilər. Bu böyük mübarizənin sonu çox möhtəşəm olacaq, hz. İsa və hz. Mehdinin zühur etmələri və birləşmələri ilə pislik edənlər tarix səhnəsindən silinəcəklər.
Həmçinin Dəccalın bu mübarizədə istifadə edəcəyi üsullar və vasitələr ifşa edildikdə hər şey müsəlmanlar tərəfindən xeyirli məqsədlər üçün istifadə ediləcək, beləcə pisliklər öz mənəvi silahları ilə məhv ediləcəklər.
Dinsizlik təlqinində verilən mesajlar
Xüsusilə, son illərdə insanların çoxunun heç bir şey düşünmədən yaşadıqlarını görürük. Xüsusilə də gənclər arasında sadəcə çoxlu pul qazanıb tamamilə əylənmək üçün həyat yaşamaq kimi səthi düşüncəli mədəniyyət modeli yaranıb.
Bu səthi düşüncəsi olan insanlar çox vaxt “necə yarandım?”, “yaradılış məqsədim nədir?” kimi sualları ağıllarına da gətirmirlər. Onlar nə özlərini Allah`ın yaratdığını düşünürlər, nə də azğın ideologiyalarının özlərinə verdiyi zərəri dərk edirlər. Ancaq film ulduzlarının həyatı, pop müğənnilərinin qalmaqalları və bunun kimi axirət üçün faydalı olmayan şeylərlə beyinlərini doldururlar. İnsanların əksəriyyəti də öz sözləri ilə desək, dolanışıq problemləri ya da bu kimi dünyəvi mövzular və gündəlik şeylərə fikirlərini cəmləyirlər.
Belə hal əsl yurdumuz olan axirətin əvəzinə müvəqqəti məkan olan dünya həyatına bağlanmaqdan qaynaqlanır. İnsanların əksəriyyətinin ölüm və axirətdən xəbərsiz olduqlarını görən dinsizlik tərəfdarları bu istiqamətdə fəaliyyətlər həyata keçirirlər. İnsanlara həmişə boş mövzular, müvəqqəti əyləncələr, xəbərlər, sensasiyalar və müxtəlif məşğuliyyətlər öyrədərək cəmiyyəti öz nəzarət altında saxlamağa və istiqamətləndirməyə çalışırlar.
Yuxarıda da vurğuladığımız kimi dinsizliyi yayanların əsas məqsədi insanlara Allah`ı, ölümü və axirəti unutdurmaqdır. Bunu edərkən dünya həyatının heç bitməyən zövqlərlə dolu olmasını təlqin edirlər. İnsanlara bu dünyaya bir dəfə gəldikləri, halal-haram arasında fərq qoymayan əldə edəcəkləri hər şeyi əldə etməyə çalışmalarını, hər günün dadını çıxarmağa çalışmaq kimi cahilcə düşüncələri gizlicə təlqin edirlər. Halbuki bu, böyük yalandır. Dünya həyatı müvəqqətidir və bir gün mütləq bitəcəkdir. İnsanlar bu dünyadaki davranışlarından hesaba çəkiləcək və sonsuza qədər davam edən əsl həyatları başlayacaqdır. Bu sonsuz həyatda ya həqiqətən heç bitməyən zövqlərin olduğu cənnətdə, ya da heç bitməyən əzabların olduğu cəhənnəmdə olacaqlar.