Quranı-Kərim, təhrif olunmuş Tövrat və İncil araşdırıldıqda və Peyğəmbərimiz (s.ə.v)-in 1400 il əvvəl rəvayət etdiyi hədislərə baxıldıqda hamısında həzrəti Mehdi (ə.s)-ın zühurunun müjdələndiyi açıq-aşkar görünür.
Hz. Məhəmməd (s.ə.v)-in dövründə də, hz. İbrahim, hz. Musa və hz. İsa dövrlərində də inananlar üzərində həmişə hz. Mehdi (ə.s)-ın mənəvi varlığı və mənəvi təsiri hiss edilmişdir. Müsəlmanların üzərində onun bir gün zühur edəcəyinin sevinci və həyəcanlı intizarı hakim olmuşdur. Hz. Mehdi (ə.s), digər elçilərdən minlərlə il sonra zühur edəcəyinə baxmayaraq, Allahın, qövmləri xəbərdar edib qorxutmaq üçün göndərdiyi elçiləri və səmimi, qəlbləri Allaha yönəlmiş olan iman sahibləri üzərində onun şəxsi mənəvisinin bəxş etdiyi istək, həyəcan və müjdə həmişə hiss edilmişdir.
Allah dünyanın qədərini hz. Mehdi (ə.s)-ın zühuruna görə nizamlamışdır. Belə ki, dünya və peyğəmbərlər tarixində baş verən bir çox hadisə həmişə hz. Mehdi (ə.s)-ın hicri 1400-cü ildəki zühurunu dəstəklənmişdir, bu zühuru zəruri olan bir əlamətə çevrilmişdir, bu hadisələrdə həmişə hz. Mehdi (ə.s)-ın şəxsi mənəvisinin varlığı müsəlmanlar və səmimi dindarlar tərəfindən həmişə hiss edilmişdir.
ALLAH DÜNYANIN TALEYİNƏ HZ. MEHDİ (Ə.S)-IN ZÜHURUNU LAZIMLI ŞƏKİLDƏ YARATMIŞDIR
Dünya tarixində yaranan müharibələr, fəthlər, xüsusilə 19-cu əsrdə dünyada yayılan müstəmləkəçilik sistemi, kommunizm, darvinizm, materializm, sosializm, kapitalizm kimi ideologiyaların ölkə siyasətində qurulması, cəmiyyətlərdə yaranan degenerasiya, ailə quruluşunun pozulması, əxlaqi dəyərlərin yavaş-yavaş itirilməsinə səbəb olan hadisələr, insanların, Allahın buyurduğu haramları halal hesab etməyi, dünya səviyyəsində aparılan böyük qırğınlar, tarix boyu yaşanan iqtisadi böhranlar, anarxiya hadisələri, cinayətlərin çoxalması, kasıblığın və qıtlığın artması, səmada və yer üzündə meydana gələn hadisələr, ölkə idarəçiliyində təməldən edilən dəyişikliklər, cəmiyyətlərə dərindən təsir edən terror hərəkatları hətta ölkələrin mütərəqqilik (siyasi, iqdisadi, ictimai) sahəsindəki işlər həmişə batini cəhətdən hz. Mehdi (ə.s)-ın gəlişinin səbəblərini təşkil edir.
Darvinizm, materializm, sosializm, kommunizm kimi din əxlaqına zidd olan bütün fəlsəfə və cərəyanların yaranma səbəbləri də, insanlıq tarixində ictimai dağılmalara, degenerasiyaya, ateizmin yayılmasına, insanların sevgi, şəfqət, rəhm etmək, mərhəmət etmək kimi duyğulardan uzaqlaşmaları kimi böyük dağılmalara səbəb olmaları da hz. Mehdi (ə.s)-ın hicri 1400-cü ildəki zühurunun vacib olduğunu bildirən səbəblərdir. Darvinizm, materializm, ateizm kimi dindən uzaq fəlsəfələrin dünya üzərində təsirli olmalarının bəlkə də yeganə səbəbi Allahın hz. Mehdi (ə.s)-ın əliylə bu dinsiz dəccali fəlsəfələri yıxıb, yerinə Quran əxlaqını hakim etməkdir. Bu da həm dünyanın, həm də hz. Mehdi (ə.s)-ın qədərindədir.
Son 1000 ilin ən böyük mücəddidi Ustad Səid Nursi Həzrətləri “Əmirdağ Lahiqəsi” adlı kitabında, hz. Mehdi (ə.s)-ın birinci vəzifəsinin, darvinizmin və materializmin insanlar üzərindəki təsirini tamamilə ortadan qaldırıb, bu dəccali cərəyanları yerlə bir etmək olduğunu ifadə etmişdir. Ustad, hz. Mehdi (ə.s)-ın darvinizm və materializmə qarşı qazandığı qəti müvəffəqiyyətlə insanların imanına vəsilə olacağını isə belə ifadə etmişdir:
Birinci: “... FƏNN VƏ FƏLSƏFƏNİN TASALLUTİYLƏ (təsiriylə) və MADİYYUN (materializm) və TABİYYUN (təbiət inancının) BƏŞƏR İÇİNDƏ İNTİŞAR ETMƏSİYLƏ (YAYILMASIYLA) HƏR ŞEYDƏN ƏVVƏL FƏLSƏFƏNİ VƏ MADDƏNİN FİKRİNİ (materialist düşüncəni) TAM SUSDURACAQ BİR TƏRZDƏ İMANI QURTARAR...” (Emirdağ Lahikası, mektup sf. 337)
Axırzaman əlamətləri hz. Mehdi (ə.s)-ın zühurunun vacib olduğunu reallaşdırır.
- Məsələn, ən son 1986-cı ildə, yəni hicri 1406-cı ildə dünyamızın yaxınlığından keçən Halley quyruqlu ulduzunun keçişinin bu yöndə qiymətləndirilməsi lazımdır. Dünyanın yaxınlığından ancaq 76 ildən bir keçən və hər keçəndə də əhəmiyyətli hadisələrin yaranması, bu kometanın, Peyğəmbərimiz (s.ə.v)-in hədisində, hz. Mehdi (ə.s)-ın zühur əlamətlərindən biri olduğu belə bildirilmişdir:
"O gəlmədən əvvəl, şərqdən işıq verən bir quyruqlu ulduz görünəcək." (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 53)
- Həqiqətən də Halley kometası hədisdə Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi kimi parlaq, işıqlı bir ulduz idi.
- Hərəkət istiqaməti şərqdən qərbə doğrudur.
- 1981 və 1982-ci (1401-1402) illərdə baş verən Ay və Günəş tutulmaları hadisəsindən sonra yaranmışdır.
Bu ulduzun dünyanın yaxınlığından keçdiyi ən son tarix olan 1986-cı il, hz. Mehdi (ə.s)-ın zühur əsri olan hicri 1400-cü illərdə olan bir tarixdir. Həmçinin, bu ulduzun keçdiyi hər dövrdə dünyada çox əhəmiyyətli hadisələr baş vermişdir.
Rəvayətlərə əsasən bu ulduzun keçdiyi vaxt baş verən əhəmiyyətli hadisələr bunlardır:
- Hz. İsa doğulmuşdur.
- Peyğəmbərimiz (s.ə.v)-ə ilk dəfə vəhy gəlmişdir.
- Osmanlı dövləti tarix səhnəsində iştirak etməyə başlamışdır.
- İstanbul Fateh Sultan Mehmet tərəfindən fəth ediləndə də bu ulduz görünmüşdür.
Allah dünyanın qədərini yaradarkən Halley quyruqlu ulduzunun keçdiyi illəri və bu illərdə baş verəcək hadisələri də bu qədərin içində yaratmışdır. Quyruqlu ulduzun 1986-cı ildəki, yəni hicri 1400-cü illərdəki ən son keçişi isə yenə Allahın yaratdığı qədərin bir parçası olaraq hz. Mehdi (ə.s)-ın zühur edəcəyi əsrə uyğun olaraq Allah qatında müəyyən edilmişdir. İnsanlar bu ulduzun keçişini, əhəmiyyətli bir göy hadisəsi kimi izləryərkən və araşdırarkən, bu hadisənin bir mənası da Peyğəmbərimiz (s.ə.v)-in 1430 il bundan əvvəl hz. Mehdi (ə.s)-ın zühur əlamətlərindən biri kimi bildirdiyi "şərqdən işıq verən bir quyruqlu ulduz" hadisəsinin reallaşdığını bildirir.
- Fərat çayı üzərində qurulan Keban anbarı ilə Fərat çayının suyu kəsilmişdir. Türkiyəyə çox böyük bir enerji və gəlir mənbəyi təmin edən bu layihə bir tərəfdən Türkiyə üçün olduqca əhəmiyyətli bir mütərəqqilik (inkişafa kömək edən) işlərinin reallaşmasını, digər tərəfdən də müsəlmanların əsrlərdir həyəcanla gözlədikləri hz. Mehdi (ə.s)-ın zühur əlamətlərindən biri olaraq olduqca əhəmiyyətli bir hadisədir.
"FƏRAT ÇAYININ SUYU ÇƏKİLƏRƏK QIZIL XƏZİNƏNİN ORTAYA ÇIXMASI YAXINLAŞIR. HƏR KİM HƏMİN VAXT ORADA OLSA, O XƏZİNƏDƏN BİR ŞEY GÖTÜRMƏSİN." (Hədisi Buhari və Müslim rəvayət etmişdirlər. Riyazü's Salihin, 3/332)
Peyğəmbərimiz (s.ə.v) öz dövründə, hələ buna dair tikinti işlərinin aparılmamasına və Fərat çayının keçdiyi torpaqlar haqqında geniş coğrafi bir məlumat olmamasına baxmayaraq, Allahın ona nəsib etdiyi elmlərlə 1400 il əvvəl ətraflı, dəqiq və düzgün məlumatlar vermişdir. Bu səddin inşa edilməsiylə hz. Mehdi (ə.s)-ın zühur edəcəyi əsrdə, hicri 1400-cü illərdə həqiqətən də Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi kimi Fərat çayının suyu kəsilmişdir.
- 1979-cu ildə Həcc zamanı Kəbəyə edilən bir basqın əsnasında böyük bir qırğın yaşanmışdır. Bu qırğının baş verdiyi tarix dəqiq olaraq hicri 1400-cü ilin ilk günü, 1məhərrəm 1400-cü ildə (20 Noyabr, 1979-cu ildə) baş vermişdir, yəni hz. Mehdi (ə.s)-ın zühur etdiyi tarixə uyğun gəlmişdir.
"Onun çıxacağı il, insanlar həccə başlarında bir əmir (başçı) olmadan gedəcəklər... Birlikdə Beyti Şərifi ziyarət edib ətrafında fırlanacaqlar, sonra Minaya enəndə, itlər kimi bir-birinə hücum edəcəklər, hacılar soyulacaq, qanlar Akabə Cemrəsinin üzərinə axacaq." (Kıyamet Alametleri, s. 168-169)
"İnsanlar başlarında bir imam (başçı) olmadan həccə gedərlər. Minaya enəndə ətrafları itlərin boğuşmaları ilə əhatə olunar, qəbilələrin iğtişaşı nəticəsində böyük döyüşlər olar. Belə ki, ayaqlar qan gölü içində qalar." (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 35)
Yuxarıdakı hədisdə "onun çıxacağı il" ifadəsi, hz. Mehdi (ə.s)-ın çıxacağı tarixdə həcc əsnasında baş verəcək bir qırğına diqqət çəkir. 1979-cu ildə həcc əsnasında baş verən Kəbə basqınında eynilə belə bir qırğın yaşanmışdır. Yenə hədisdə qanların axacağından bəhs edilərək ölümlərə diqqət çəkilmişdir. Basqın əsnasında Səudiyyə əsgərləri ilə təcavüzkar məmurlar arasında baş verən döyüşdə 30 nəfərin öldürülməsi, bu rəvayətin qalan qismini də təsdiqləmişdir. 1979-cu ildə (hicri 1400-cü ildə) reallaşan bu Kəbə basqının ardından 7 il sonra hicri 1407-ci ildə, həcc əsnasında daha da böyük qanlı bir hadisə baş vermişdir. Bu hadisə zamanı küçələrdə nümayiş edən hacılara hücumda 402 adam qətlə yetirilmiş, çox qan axıdılmışdır. Beyt-ül Muəzzəmin yanında, müsəlmanların (Səudiyyə Ərəbistanın əsgərləri ilə İranlı hacıların) bir-birlərini öldürmələri ilə böyük günahlar işlənmişdir. Bu qanlı hadisələr hədisdə təsvir olunan hadisəyə çox bənzəyir:
"Şəvvalda (Ramazan ayından sonrakı ayda) döyüş nərələri, Zilhiccədə (ərəblərin sonuncu ayında) vuruşma və qətl hadisələri olar, yenə Zilhiccədə (ərəblərin sonuncu ayında) hacılar talan edilər, hətta, prospektlər qandan keçilməz olar və haramlar tapdalanar. Beyt-ül Müəzzəmin yanında böyük günahlar işlənər." (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, s. 37)
Yuxarıdakı hədisdə, Beyt-ül Müəzzəmin (Kəbənin) içində deyil, yanında olan hadisələrə diqqət çəkilir. 1407-ci ilin zilhiccə ayında (həcc mövsümündə) yaranan hadisələr də əvvəlkindən fərqli olaraq Kəbənin içində deyil yanında baş vermişdir. Əvvəl izah etdiyimiz hadisə isə 1 məhərrəm 1400-cü ildə, Beyt-ül Müəzzəmin (Kəbənin) şəxsən içərisində baş vermişdir. Hər iki hadisə də rəvayətlərin işarəsinə uyğun bir şəkildə reallaşmışdır.
Kəbədə meydana gələn bu hadisələr İslam dininə tamamilə ziddir və bir çox günahsız insanın həyatını itirməsinə səbəb olan bir daxili qiyam, münaqişə və bir terror hərəkatı kimi olduqca əhəmiyyətlidir. Ancaq digər tərəfdən də hz. Mehdi (ə.s)-ın zühur əlamətlərindən olan və Peyğəmbərimiz (s.ə.v) tərəfindən 1400 il əvvəlcədən tarixinə, yaranma şəklinə və reallaşacağı yerə qədər qüsursuz şəkildə təsvir edilmiş bir Axırzaman əlamətidir. Bu əlamətin reallaşması müsəlmanlara, Axırzamanda olduğumuzu, vəlilərin vəlisi, ən böyük mücəddid və qütbü əzəm olan Axırzamanın böyük Mehdisinin hicri 1400-cü illərdə zühurunun əhəmiyyətli bir işarəsi olduğunu sübut edir.
- Hz. Mehdi (ə.s)-ın zühur əlamətlərindən biri də Axırzamanda cinayət hadisələrinin çoxalması və günahsız insanların qətlə yetirilməsidir.
“Günahsız insanlar qətl edilmədikcə Mehdi çıxmayacaq və baş verən qırğınlara yerdəkilər və göydəkilər artıq dözülməz bir hala gələndə zühur edəcək...” (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 37)
"Cinayətlər artmadıqca... qiyamət qopmaz." (Ölüm Kıyamet ve Diriliş, s. 468)
20-21-ci əsrlərdə tez-tez yaşanan bütün zülmlər, əzablar, döyüşlər, qırğınlar və cinayət hadisələri, xarici-siyasi ixtilaflar, ədavət, kin, nifrət, daha çox torpağa sahiblənmək, daha çox mənfəətlənmək məntiqləri kimi səbəblərdən yaranmış kimi görünürlər. Ancaq zahirən hansı səbəblərlə yaranmışsa da əslində hamısı hz. Mehdi (ə.s)-ın zühurunun yaxın olduğunu müjdələyən əlamətlərdir. Bütün bu hadisələr onun Quran əxlaqını dünyaya hakim etməyi, sevgini, sülhü, qardaşlığı, birliyi, həmrəyliyi, mərhəmət və dostluğu yaymağı, Allaha iman edən bir dünyanın meydana gəlməsinə vəsilə olmağı üçün reallaşan hadisələrdir. Allah dünyanın qədərində bütün bu hadisələri hz. Mehdi (ə.s)-ın zühurunun lazımlı bir səbəbi kimi yaratmışdır.
- 1990-cı ildə ermənilərin, Dağlıq Qarabağ üzərində haqqa sahib olmaqları üçün iddia qaldırdıqdan sonra azərbaycanlıların müstəqil olmaq istədiklərini dilə gətirməyə başlayanda, Azərbaycanda tarixi bir qırğın yaşanmışdır. 20 Yanvar 1990-cı ildə, massonların və ateist sionistlərin sui-qəsdi nəticəsində yüzlərlə azərbaycanlı müsəlman şəhid olmuşdur.
... Əbu Basar, İmam Əbu Abdullah Cəfəri Sadiq əleyhissalamın belə buyurduğunu bildirir: “Atam mənə belə buyurdu: AZƏRBAYCANDAN MÜTLƏQ BİR ATƏŞ ÇIXACAQ və heç bir şey onun qarşısını ala bilməyəcək. BELƏ BİR ŞEY OLANDA EVİNİZDƏ QALIN. Biz nə etsək siz də onu edin. (Yəni biz evdə qalarkən siz də qalın) və bizim qiyam edənimiz (hz. Mehdi (ə.s)) hərəkət edəndə sürətlə və heç dayanmadan ona doğru tələsin...” (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani s. 311)
Azərbaycan torpaqlarında meydana gələn bu işğal hadisəsi zahirən, iki ölkə arasındakı ciddi bir torpaq problemi kimi görünməsinə baxmayaraq, əslində dünyanın qədərində hz. Mehdi (ə.s)-ın əhəmiyyətli bir zühur əlaməti olaraq meydana gəlmişdir. Peyğəmbərimiz (s.ə.v) öz dövründən təxminən 1410 il sonra baş verəcək olan bu hadisəni, Azərbaycanda reallaşacağını ifadə edərək təfərrüatı ilə xəbər vermişdir. Bu cəhətdən Azərbaycanın işğalı hz. Mehdi (ə.s)-ın zühur etdiyini göstərən əlamətlərdən biridir. Hz. Mehdi (ə.s)-ın dövründə qan tökülməyəcəyi, hər problemin sakit, dinc və sülh yolu ilə, Quran əxlaqı ilə həll ediləcəyi Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdə bildirilmişdir. Bu hədislərdən birində Peyğəmbərimiz (s.ə.v) belə buyurmuşdur:
-“(Hz.Mehdi (ə.s)-ın) Dövründə nə bir kəs yuxusundan oyandırılacaq, nə də bir kəsin burnu qanayacaqdır.” (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 44)
Hz. Mehdi (ə.s) dövründə Azərbaycan-Ermənistan arasındakı bu problemlər də sülh, qardaşlıq, birlik, həmrəylik və Quran əxlaqı əsas tutularaq gözəlliklə həll ediləcək, Peyğəmbərimiz (s.ə.v)-in hədisdə xəbər verdiyi kimi heç kim əziyyət çəkmədən, zorakılıqdan istifadə edilmədən, səmimiyyət və sevgiylə, mülayim yolla bu problem Allahın izni ilə həll olunacaq.
- Hədisdə "şərq tərəfdən bir alov görünəndə, insanların hz. Mehdi (ə.s)-ın çıxışını gözləməyə başlamaları" bildirilmişdir.
Əbu Cəfər ibn Məhəmməd ibn Əli (r.ə)-dən belə rəvayət edildi:
“Siz üç və ya yeddi gün, ŞƏRQDƏN BİR ATƏŞİ (ALOVU) GÖRDÜYÜNÜZ VAXT ALİ MƏHƏMMƏDİN (HZ. MEHDİ (Ə.S)-IN) ÇIXMAĞINI GÖZLƏYİN, inşaAllah bir münadi (göydən bir mələk) Mehdinin adı ilə səmadan (göydən) nida edəcək və şərqdə, qərbdə olan hər kəs bu səsi eşidəcək. Beləliklə, qorxudan yuxuda olanlar oyanacaq, ayaqda olan çökəcək, oturan isə dik ayağa atılacaq.” (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 32)
Bilindiyi kimi 15 noyabr 1979-cu ildə, dünyanın dördüncü böyük tankeri olan “Independenta” adlı 150 min qros tonluq (ölçü vahidi) 95.530 ton xam neft ilə yüklənmiş Roma tankeri, İslam aləminin son mərkəzi olan İstanbula gələrkən Yunan gəmisiylə toqquşması nəticəsində neft alovlanmış və Haydarpaşa qarşısında, dənizdə günlərlə davam edən böyük bir alov yaranmışdır. Hədisdə verilən məlumatlara görə:"... ŞƏRQDƏN BİR ATƏŞİ (ALOVU) GÖRDÜYÜNÜZ VAXT ALİ MƏHƏMMƏDİN (HZ. MEHDİ (Ə.S)-IN) ÇIXMAĞINI GÖZLƏYİN..." ifadəsiylə bu partlayışın ardından, hz. Mehdi (ə.s)-ın İstanbula qədəm qoyacağı aydın olur.
Bu hadisə ilə hz. Mehdi (ə.s)-ın İstanbula gəlişi, bir müjdə olaraq hər kəsin eşidəcəyi şəkildə bütün dünyaya, həm cin aləminə, həm də insan aləminə elan edilmişdir. (Doğrusunu Allah bilir.) Beləcə, həm göy gurultusu kimi şiddətli bir səslə, həm günlərlə davam edən nəhəng alovla, işıq və tüstü buludlarıyla və arada bir davam edən partlayışlarla hz. Mehdi (ə.s)-ın İstanbula gəldiyi Allah tərəfindən insanlara xəbər verilmişdir. Zahirən böyük bir qəza olaraq qiymətləndirilən bu partlayış, əslində hz. Mehdi (ə.s)-ın İstanbula gəlişini xəbər verən bir əlamətdir. Beləcə, Peyğəmbərimiz (s.ə.v)-in xəbər verdiyi hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən biri də reallaşmışdır. Bu hadisə dünyada görünən digər partlayış hadisələrindən biri kimi deyil, bütün dünyaya İslam əxlaqını hakim edəcək, müsəlmanların və digər bütün insanların arasında böyük bir birlik, sülh və ədalət yaradacaq olan hz. Mehdi (ə.s)-ın gəlişini xəbər verən olduqca əhəmiyyətli bir əlamətdir.
- 24 fevral 2009-cu ildə dünyanın yaxınlığından keçən Lulin kometası digər quyruqlu ulduzlara bənzəməyən xüsusi quruluşu və hərəkət istiqaməti ilə hər kəsin nəzərini cəlb etmiş, mütəxəssislər bu kometanın ancaq 1000 ildə bir keçdiyini və böyük bir göy hadisəsi kimi qiymətləndirmişlər. Halbuki, bu hadisə həmişə baş verən bir göy hadisəsi deyil. Ancaq 1000 il sonra yenidən dünyanın yaxınlığından keçəcəyi düşünülən bu kometanın, hicri 1430-cu il tarixi ilə üst-üstə düşməyi hz. Mehdi (ə.s)-ın zühurunu müjdələmişdir. Lulin kometası, böyük əhli sünnə alimi Rəbbani Həzrətlərinin “Məktubat -ı Rabbani” əsərində hz. Mehdi (ə.s)-ın zühur əlamətlərindən biri olaraq xəbər verdiyi "iki dişli münəvvər ulduz" -dur.
Səhabələrin verdiyi xəbərə görə, Rəsulullah (s.ə.v) belə buyurmuşdur:
"Vəd edilən Mehdinin zühur müqəddimələri (çıxış əlamətləri) olan Abbasi Məlik Xorasana çatdığı vaxt, ŞƏRQ TƏRƏFDƏN İKİ DİŞLİ (1) MÜNƏVVƏR (2) BİR BUYNUZ (3) ÇIXAR."
"ŞƏRQ TƏRƏFDƏ BİR QUYRUQLU ULDUZ DOĞULUB İŞIQ SAÇACAQ."
Bu ulduz artıq doğulmuşdur. Amma odurmu, yoxsa onun bir bənzəri ola bilərmi?
Bu ulduza:
-Kometa adının verilməsi ehtimal edilir ki, bu izahlara əsaslanır:
-Sabitlərin seyri, MƏĞRİBDƏN (QƏRBDƏN) MƏŞRİQƏDİR (ŞƏRQƏDİR) (4)...
Bu ulduzun vəziyyəti də, onun seyr edilməyinə bağlıdır. Yəni, üzü məşriqə (şərqə) doğru, arxası da, məğrib tərəfədir. Bu uzun parıltı da onun arxa tərəfindədir. Bu, məna zərurəti ilə, ona:
-Quyruqlu... adının verilməsi yerinə düşmüşdür.
ONUN HƏR GÜNKİ İRTİFİ (HƏRƏKƏT İSTİQAMƏTİ) İSƏ, MƏŞRİQDƏN MƏĞRİBƏDİR. (5) Ancaq o, kısri (özünə xas vəziyyətdə ağırlıq daşıyan) seyri ilə fələki (səmavi) üzvün seyrinə bağlıdır. Həqiqi halını (həqiqi vəziyyətini), ən yaxşı bilən Sübhan Allahdır. (İmam-ı Rabbani, Mektubat-ı Rabbani, 381. Mektup, s.1184)
Lulin quyruqlu ulduzunun arxa hissəsindəki quyruğun ikihaçalı olması, hədisdəki iki dişli ifadəsinə tamamilə uyğun gəlir.
(2)... münəvvər (parlaq)...:
Hədisdə bəhs edilən münəvvər (parlaq) sifəti, Lulin quyruqlu ulduzunun dünyaya yaxınlaşdıqca 6 ulduzun parlaqlığı qədər, parlaqlığının çoxalmasına işarə edir.
(3)... bir buynuz...:
Lulin quyruqlu ulduzunu digər kometalardan fərqləndirən ən əsas xüsusiyyəti, ulduzun nüvəsinin arxa hissəsində olan quyruğunun qarşısında, nüvənin ön qismində, yəni hərəkət istiqamətində də bir quyruğunun olmasıdır. Lulin quyruqlu ulduzunun çəkilmiş fotoşəkillərinə baxanda da əks istiqamətdəki iki quyruğun forma etibarilə bir buynuza bənzədiyi ilk baxışdan görünür.
“(4) Sabitlərin (göy cisimlərinin) seyri məğribdən (qərbdən) məşriqədir (şərqədir)...”: Hədisin ardında keçən “Sabitlərin seyri məğribdən (qərbdən) məşriqədir (şərqədir)..." ifadəsi göy cisimlərinin hərəkət istiqamətinə işarə edir hansı ki, bu məlumat 20-ci əsrdə əldə edilən astronomiya məlumatlarıyla tam uyğun gəlir. Necə ki, bütün göy cisimləri “MƏĞRİBDƏN (qərbdən) MƏŞRİQƏ (şərqə)” hərəkət edir.
“(5) Onun hər günkü irtifi (hərəkət istiqaməti) isə, məşriqdən (şərqdən) məğribədir (qərbədir)...” Burada isə "onun hər günkü irtifi (hərəkət istiqaməti) isə..." ifadəsi ilə, Lulin quyruqlu ulduzunun digər göy cisimlərindən fərqli olaraq şərqdən qərbə tərəf hərəkət etdiyi bildirilmişdir.
- 1980-ci ildə İran-İraq arasında başlayan müharibə də hz. Mehdi (ə.s)-ın zühur əlamətlərindəndir. Hədisdə Peyğəmbərimiz (s.ə.v) bu döyüşün hazırlıq və başlama tarixini ay olaraq bildirmiş və həqiqətən də bildirdiyi aylar ərzində bu döyüş mühiti yaranmışdır və ardından da İran-İraq arasında müharibə başlamışdır. Döyüş ümumi mənada şiələrlə sünnilər arasındakı məzhəb ayrılıqları, siyasi ixtilaf və iki ölkə arasındakı torpaq problemi kimi görünürdü. Halbuki, Allah, İran və İraq dövlətləri arasındakı anlaşılmamazlığı, döyüşə səbəb olan şərtləri, döyüşün yaranma formasını qədərdə təyin etmişdir və döyüşün yaranmasını da hz. Mehdi (ə.s)-ın çıxış əlaməti kimi təsbit etmişdir. Bu, Allah qatında dünya yaradılmamışdan əvvəl müəyyən olan, hər təfərrüatı təsbit edilmiş bir hökmdür. Allah, Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-ə 1400 il əvvəl, hicri 1400-cü ildə zühur edəcək olan hz. Mehdi (ə.s)-ın bir çıxış əlaməti olaraq bu döyüşü bildirmişdir.
"Şəvval ayında qiyam, zilqədədə hərbi danışıqlar, zilhiccədə isə hərb (müharibə) olacaq." (Kıyamet Alametleri, s. 166)
Hədisdə göstərilən şəvval, zilqədə və zilhiccə ayları İran-İraq müharibəsinin inkişaf mərhələləri ilə eyni tarixlərlə uyğun gəlir. İran şahına qarşı olan ilk qiyam bilindiyi kimi hədisdə göstərilən 5 şəvval 1398-ci ildə (8 sentyabr, 1976) olmuşdur. Hicri 1400-cü ilin zilhiccə (Oktyabr,1980) ayında İran-İraq arasında müharibə artıq başlamışdır.
"Faris" (farslar, İran) tərəfdən gələcək olan bir qövm belə deyəcək: "Ey Ərəblər! Siz çox fanatizmə (dində aşırılığa, qatı dinçiliyə) qaçdınız! Siz bunlara lazımi qədər haqq tanımasanız, sizinlə heç kim birlik qurmayacaq…" Bir gün onlara və bir gün də sizlərə verilsin sonra qarşılıqlı söz verilsin, verilən sözlər tutulsun..." Onlar "Mutık"-a (bölgədə bir dağ) çıxacaqlar, müsəlmanlar oradan Yazıya (düzənliyə) enəcəklər... Müşriklər o biri tərəfdəki Rakabe (neft quyuların çox olduğu bölgə) deyilən bir qapqara olan çayın kənarında dayanacaqlar... Aralarında döyüş olacaq. Hər iki ordudan, Allah, zəfəri qaldıracaq…” (Kıyamet Alametleri, Berzenci, s. 179)
Bu ikinci hədisdə, bəhs edilən iki qövm arasında irqçilikdən qaynaqlanan bir ixtilafın yaranacağına diqqət çəkilmişdir. Bu anlaşılmamazlıq səbəbiylə Yazıya (İraq düzənliyinə) enməklə döyüş başlayır. Həmçinin, hədisin də işarə etdiyi kimi, İran-İraq müharibəsi 8 il davam etmiş və minlərlə itki verilməsinə baxmayaraq bir nəticəsi olmamışdır. Heç bir tərəf heç bir üstünlük qazanmamışdır, yəni zəfər qazanan olmamışdır.
Peyğəmbərlərdən qalan müqəddəs əmanətlər də hz. Mehdi (ə.s)-ın zühur əlamətlərindəndir
Dövrümüzdən 1430 il əvvəl Peyğəmbərimiz (s.ə.v) tərəfindən bildirilən Axırzaman əlamətləri ardıcıl qopan bir boyunbağının muncuqları kimi bir-bir reallaşır. Hətta yalnız Peyğəmbərimiz (s.ə.v)-in dövründə deyil, digər peyğəmbərlər dövründə də hz. Mehdi (ə.s)-ın mənəvi kölgəsi, mənəvi varlığı o dövrlərdə hiss edilmişdir. Peyğəmbərlər və onların ümmətləri həmişə hz. Mehdi (ə.s)-ın gələcəkdə zühur edəcəyini bilərək yaşamışlar. O dövrlər hələ hz. Mehdi (ə.s)-ın zühur vaxtı olmamağına baxmayaraq hz. Mehdi (ə.s)-ın şəxsi mənəvisi, Allaha iman edən qövmlər üzərində hiss edilmişdir.
Məsələn, rəvayətlərdə hz. Mehdi (ə.s) tərəfindən tapılacağı bildirilən əhd sandığı, şəxsən hz. Musa (ə.s) tərəfindən hz. Mehdi (ə.s)-a çatması üçün çox böyük bir diqqətlə o dövrdə saxlanmış ola bilər. İçində hz. Musa (ə.s)-dan qalan məsh yağı, Tövrat, özünə və qardaşı hz. Haruna aid əsalar və hz. Harunun sarığı olan bu sandıq etinayla (diqqətlə qorunmuş) o zamandan etibarən günümüzə kimi gəlib çıxa bilər. Allah, bu qızıl əhd sandığını, hz. Musa (ə.s.)-ın ardından hz. Süleyman (ə.s) vəsiləsi ilə də böyük bir diqqətlə qoruyub qədərdə, hz. Mehdi (ə.s)-ın bir əlaməti olması üçün saxlamışdır. (Doğrusunu Allah bilir.) Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bir hədisdə hz. Musa (ə.s.)-ın əsasının və hz. Süleyman (ə.s)-ın üzüyünün hz. Mehdi (ə.s)-da olacağı bildirilmişdir.
“... Musanın əsası və Süleymanın üzüyü ondan.... Allah dilədiyi dövrə qədər onu gözdən uzaq tutar. Sonra isə zühur edər və yer üzünü əvvəldən zülmlə dolduğu kimi ədalətlə doldurar.” (Bihar-ul Envar, c. 52, s. 32; İsbat-ul Hudat, c. 6, s. 19)
Yuxarıda təfərrüatı ilə bildirdiyimiz bütün bu əmanətlərin tapılması inşaAllah hz. Mehdi (ə.s)-ın çıxışının ən əsas əlamətlərindən olacaq.
Əhd sandığı, istər müqəddəs mətnlərə, istərsə də tarixi qeydlərə görə Antakyadadır. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində, hz. Mehdi (ə.s)-ın həmin bu Əhd sandığı Antakyada tapacağı xəbər verilmişdir:
"Ona hz. Mehdi (ə.s) deyilməsinin səbəbi, gizli olan bir şeyin yolunu göstərə bilməyindən irəli gəlir. Antakya deyilən bir yerdən tabutu (müqəddəs əmanət sandığını) ortaya çıxardacaq." (Suyuti, el- Havi li'l Feteva, II. 82)
"O, heç kimin bilmədiyi bir vəziyyətə yol göstərə bildiyi üçün (yaranmış problemi həll edə bildiyi üçün) ona "hz. Mehdi" deyilmişdir. O, TABUTU SƏKİNƏNİ (əhd sandığını) Antakya mağarasından çıxardacaq." (Naim bin Hammad, Kitab-ül Fiten)
"O (HZ. MEHDİ), TABUTU SƏKİNƏNİ DƏ Antakya mağarasından çıxardar." (Naim bin Hammad, Kitab-ül Fiten)
"Hz. Mehdi, Tabutu Səkinəni Antakya mağarasından çıxaracaq." (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 54)
Eyni ilə hz. Musa (ə.s) kimi hz. İsa (ə.s) da İncilin Allah tərəfindən ona vəhy edilən əslini saxlayaraq hz. Mehdi (ə.s)-a kömək edə bilər. Hədislərdə Peyğəmbərimiz (s.ə.v), hz. İsa (ə.s)-ın, nüzulunun ardından hz. Mehdi (ə.s)-ın arxasında namaz qılacağını bildirmişdir. Bu, hz. Mehdi (ə.s)-ın, Axırzamanın gözlənilən Mehdisi olduğuna qətilik qazanmağına səbəb olan ən əhəmiyyətli bir hadisədir.
Naim ibn Hammad, Abdullah ibn Əmrdən belə rəvayət etdi:
“Mehdi, İsa ibn Məryəmin ardından enəcək və arxasında namaz qılacaq olan kəsdir.” (Celaleddin Suyuti’nin Tasnifinden Hadisler, Ahir Zaman Mehdisi’nin Alametleri; Kitabül Burhan fi Alametil Mehdiyyil Muntazar, s. 79, Tercüme: Müşerref Gözcü - Kahraman Neşriyat)
İbn Macə, Ravyanı, İbn Huzeymə, Əbu Avan, Hakim və Əbu Naim, Əbu İmamədən etdikləri rəvayətə görə, Rəsulullah (s.ə.v) onlara Dəccalı xatırladaraq belə buyurdu: “...Orada imamları onlara səhər namazını qıldırmaq üçün önə keçdiyi vaxt, bir də baxıb görərlər ki, İsa ibn Məryəm (ə.s) səhər vaxtında enmişdir. Bu imam (hz. Mehdi (ə.s.)) hz. İsa (ə.s)-ı önə keçirmək üçün geri çəkilər. Hz. İsa (ə.s) onun çiyinlərinə əlini qoyaraq, belə deyər: "Keç önə namazı qıldır. Çünki iqamə sənin üçün gətirilmişdir. Bundan sonra İmamları (Mehdi) onlara namaz qıldırar.” (Celaleddin Suyuti’nin Tasnifinden Hadisler, Ahir Zaman Mehdisi’nin Alametleri; Kitabül Burhan fi Alametil Mehdiyyil Muntazar, s. 79, Tercüme: Müşerref Gözcü - Kahraman Neşriyat)
Peyğəmbərimiz (s.ə.v) də, əvvəl çox az bir qismini qeyd etdiyimiz Axırzaman əlamətləri ilə əlaqədar hədisləri bildirərək, içində köynəyinin, qılınclarının, bayrağının da olduğu müqəddəs əmanətlərin bu günə kimi və hz. Mehdi (ə.s)-ın əlinə keçməsi üçün xüsusilə saxlatdıraraq ona mənəvi cəhətdən kömək etmiş ola bilər.
Bilindiyi kimi Rəsulullah (s.ə.v)-in bu mübarək əmanətləri İstanbuldakı Topqapı sarayındadır. Hədisi şəriflərdə bildirilən heç açılmamış bayraq da həmin Topqapı sarayındadır. Əli ibn Hüsaməddin, Əl Muttaki Həzrətlərinin “Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman” adlı əsərinin 23-cü səhifəsində hz. Mehdi (ə.s)-ın Peyğəmbərimiz (s.ə.v)-in bayrağı ilə çıxacağını, yəni bu bayrağın olduğu yerdən, İstanbuldan çıxacağını bildirilmişdir.
Peyğəmbər (s.ə.v)-in bayrağı ilə çıxacaq. O bayraq dördbucaqlı, tikişsiz və qara rəngdə olacaq. Onda bir hicr (hale) olar (yəni açılmağı qadağan edilmişdir). O Rəsulullah (s.ə.v)-in vəfatından bəri açılmamışdır, Mehdi çıxanda açılacaq. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, sf. 23)
Hz. Mehdi (ə.s)-ın digər çıxış əlamətləri üçün bax: http://www.hazretimehdi.com/cikis.php
Muzeyin Müqəddəs Əmanətlər şöbə rəhbərliyindən əldə edilən məlumata görə, Topqapı sarayı muzeyində Peyğəmbərimiz (s.ə.v)-ə aid iki bayraq var. Bunlardan biri sonradan tikilmişdir, üzərində köhnə bayraqdan götürülmüş parçalar (hissələr) vardır. Digəri isə xalqa nümayiş edilmir. Hədisi-şərifin işarə etdiyi və hz. Mehdi tərəfindən açılacaq olan bayraq bu ola bilər. (Doğrusunu Allah bilir.)
Bütün peyğəmbərlər, saleh, səmimi müsəlmanlar, vəlilər, övliyalar, mücəddidlər həmişə hz. Mehdi (ə.s)-ı görmək, onun gözəl, əmin-amanlıq, ədalət və sülh, qardaşlıq, sevgi dolu, bərəkətli dövründə yaşamaq istəyiblər. Həmişə bir-birlərinə, müəllimlərinə, vəlilərə öz dövrlərində hz. Mehdi (ə.s)-ı görüb görməyəcəklərini soruşaraq gözəl bir ümidlə yaşayıb gözləmişlər. Osmanlı tarixini araşdıranda mehdiyyət mövzusunun 600 il hakimiyyətdə olan Osmanlı imperatorluğu dövründə də böyük əhəmiyyət kəsb etdiyi görünür. Hz. Mehdi (ə.s)-a böyük hörmət bəsləyən Osmanlı hökmdarlarından biri də Fatih Sultan Mehmetdir. Fatih Sultan Mehmet, mehdiyyət mövzusuna çox əhəmiyyət vermiş, İstanbulun əsl fəthini ancaq hz. Mehdinin İstanbulu mənəvi cəhətdən fəth edəcəyinə inandıqdan sonra qəbul etmişdir. Fatihin müəllimi Akşəmsəddinin, hz. Mehdi (ə.s)-dan əvvəl Fatihin İstanbulu fəth etdiyini tənqid edənlərə, dediyi bu söz, müsəlmanlar üçün hz. Mehdi (ə.s)-ın şəxsi mənəvisinin o dövrdə də nə qədər təsirli olduğunu göstərir.
"İstanbulu əvvəl Mehmet fəth edəcək, sonra İstanbul əhli -səlibin (xaçlılar) əlinə keçəcək, sonra da hz. Mehdi (ə.s) İstanbulu təkrar fəth edəcək" (Risaletü'n- Nuriye, Akşemseddin, A. İhsan Yurd, İstanbul, 1972)
HZ. İSA (Ə.S) VƏ HZ. MUSA (Ə.S) PEYĞƏMBƏRLƏR DƏ, HZ. MEHDİ (Ə.S)-IN ZÜHURUNA MƏNƏVİ CƏHƏTDƏN KÖMƏK ETMİŞDİLƏR
Hələ hz. Mehdi (ə.s) zühur etməmişdən minlərlə il əvvəl Allah hz. Musa (ə.s) və hz. İsa (ə.s)-ı və onlara tabe olan insanları hz. Mehdi (ə.s.)-ın zühuru ilə müjdələmişdir. Həm Tövratda, həm də İncildə bəhs edilən hz. Mehdi (ə.s) ilə əlaqədar zühur əlamətləri Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən zühur əlamətləri ilə tamamilə üst-üstə düşür.
1. Tövratda hz. Mehdi (ə.s)-ın zühuru belə xəbər verilir:
“... Onun (Mehdinin) dövründə (Tövratın) bütün qanunları əvvəlki, əsl halına gətiriləcək...” (Maimonides, Mişna Tora, Kralların Kanunları 11:4)
“Məsihin (Mehdinin) gəlişinə inanmayan və ya onun gəlişini gözləməyən bir adam, yalnız bütün peyğəmbərlərə qarşı çıxmış olmur, eyni zamandaTövratı və Musanı da inkar etmiş olar.” (Maimonides, Mişna Tora, Kralların Yasaları, 11:1)
“... (Mehdi) bütün dünya kafir olana qədər gəlməyəcək...” (Talmud, Sanhedrin 97a)
“(Mehdinin) gələcəyi nəsildə... bütün dövlətlər Mini dinini (ateizmi) qəbul edəcək və verilən öyüdlərdən üz döndərəcək...” (Talmud, Sanhedrin 97a)
“(Mehdinin) gələcəyi nəsildə... Haqdan uzaqlaşacaqlar.” (Talmud, Sanhedrin 97a)
“... (Mehdinin) dövründən əvvəlki müddətdə... Günah etməkdən qorxan insanlardan nifrət ediləcək...” (Talmud, Sota 49:2)
“... (Mehdinin) gələcəyi nəsildə... pis insan təqdir ediləcək (bəyəniləcək)...” (Talmud, Sanhedrin 97a)
“... (Mehdinin) dövründən əvvəlki müddətdə... krallar kafir olacaq və heç bir üsyanı duymayacaqlar...” (Talmud, Sota 49:2)
“... (Mehdi) bütün hakimlər və idarəçilər gedənə kimi gəlməyəcək...” (Talmud, Sanhedrin 98a)
“(Mehdi)... ciblərdə qəpik bitənə kimi gəlməyəcək...” (Talmud, Sanhedrin 97a)
“... (Mehdinin) gəlişi yeddi illik müddətin sonunda... aclıq oxları göndəriləcək... böyük bir qıtlıq olacaq və buna görə kişilər, qadınlar, uşaqlar, dindar adamlar və əzizləri (doğmaları) öləcək...” (Talmud, Sanhedrin 97a)
“... (Mehdinin) gəldiyi nəsildə...Təxribatçılıq yaradan və pisliyi dəstəkləyən qərarlar təkrarlanaraq qüvvəyə minəcək...” (Talmud, Sanhedrin 97a)
“(Mehdi) yenidən xilas olacaqlarına dair ümidlərini itirmədikcə gəlməyəcək...” (Talmud, Sanhedrin 97a)
“(Mehdinin) gələcəyi nəsil, toplanmaq üçün məclis evləri, fahişəlik evlərinə çevriləcək...” (Talmud, Sanhedrin 97a)
“(Mehdinin) gələcəyi nəsil... atası onları (övladları) danlayanda utanmayacaqlar...” (Talmud, Sanhedrin 97a)
“... (Mehdi) yalnız... tamamilə pis yolda olan bir nəsil gələndə çıxacaq...” (Talmud, Sanhedrin 98a)
“(Mehdinin) dövründən əvvəlki müddətdə... bir insanın ailəsi öz düşməni olacaq...” (Talmud, Sota 49:2)
“(Mehdi, iman edənlərə) xəyanət edənlərin sayı çoxalmadıqca gəlməyəcək...” (Talmud, Sanhedrin 97a)
“... (Mehdinin) gəldiyi nəsildə, alimlərin sayı azalacaq...” (Talmud, Sanhedrin 97a)
“... (Mehdinin) dövründən əvvəlki müddətdə... alimlərin ağlı pozulacaq...” (Talmud, Sota 49:2)
“... Göylərdə və yerdə əlamətlər göstərəcəyəm. (Bunlar) Qanlı, alovlu və tüstülü dirəklərdir.” (Yoel, 2:30)
“... (Mehdinin) dövründən əvvəlki müddətdə... Cəlilə * dağılacaq və Qablan ** bölgəsi tərk ediləcək...” (Talmud, Sanhedrin 97a ; Sota 49:2)
* Cəlilə: İordaniya çayının qərbində olan bölgədir. Hal-hazırdakı İsrail və qədim Fələstin torpaqlarını əmələ gətirən bölgə.
** Qablan: Bugünkü Colan təpələrinin bir qismini əhatə edən, şimal-qərb İordaniya və cənub-qərb Suriyadakı bölgədir.
“(Mehdinin) gələcəyi nəsildə, gənc kişilərin simaları yaşlılar kimi solğun olacaq, kişilər gənc olmamışdan əvvəl yaşlanacaqlar...” (Talmud, Sanhedrin 97a)
“... İnsan oğlunun sevinci yox oldu.” (Yoel, 1:12)
“Göydəki ulduzlarla ulduz topluluqları parıldamayacaq. Doğan günəş qaralacaq, ay işıq saçmayacaq.” (Yeşaya, 13:10)
“Dünyanın təməli sarsılacaq (zərbədən dağılacaq). Yer üzü tamamilə çatlayıb yarılacaq, dağıldıqca dağılacaq. Dünya... qərarsızlıq göstərəcək, bir daxma kimi yellənəcək...” (Yeşaya, 24:18-20)
... (Mehdinin) gələcəyi yeddi illik müddətin sonunda, birinci ildə bu hədis reallaşacaq: “Bir şəhərin üzərinə yağış yağdırarkən, digərinin üzərinə yağış yağdırmayacağam...” (Talmud, Sanhedrin 97a)
“... (Mehdi) yalnız, (dünyəvi) bədənlərdəki bütün ruhlar yorğun düşəndə gələcək...” (Talmud, Abodah Zarah, 5a)
“Tutulan bədən dəlik-deşik ediləcək, ələ keçən qılıncdan keçiriləcək. Balaları gözləri qarşısında parçalanacaq...” (Yeşaya, 13:15-16)
“... Krallıqların ən gözəli olan Babili də yerlə bir edəcəyəm.” (Yeşaya, 13:19)
(Ətraflı məlumat üçün bax):
http://us2.harunyahya.com/Detail/T/7EZU2FZ0164/productId/4955/
2. İncildə hz. Mehdi (ə.s)-ın zühuru belə xəbər verilir:
“... İmandan dönmədikcə... o gün gəlməyəcək.” (Saloniklilərə II. Məktup, 2:3)
“... Dünyanın son günlərində... Allahsızlığa yönəlib öz ehtiraslarına görə yaşayanlar olacaq." (Yahudanın Məktuu, 1:18)
“Nə var ki, göylərin çox əvvəldən Allahın sözüylə var olduğunu, yerin sudan və su vasitəsilə formalaşdığını bilə-bilə unudurlar.” (Peterin II. Mektupu, 3:5)
“Sonrakı vaxtlarda bəziləri imandan irtidad edib (dindən üz döndərib), aldadıcı ruhları və cinlərin təlimini dinləyəcəklər.” (Timoteya I. Məktub, 4:1)
“... Uca varlıqlara küfr edirlər.” (Yahudanın Məktupu, 1:8)
“Çünki elə bir dövr gələcək ki, düzgün təlimə dözə bilməyəcəklər... Qulaqlarını həqiqət səsinə tıxayacaq, dönüb əfsanələrə inanacaqlar.” (Timoteya II. Mektup, 4:3-4)
“Allah yolunu tutan adam kimi görünüb bu yolun gücünü inkar edənlər olacaqlar. Belələrindən uzaq durun.” (Timoteyə II. Məktup, 3:5)
“... günlər gələcək ki, o vaxt burada yıxılmayan daş üstündə daş qalmayacaq.” (Luka, 21:6)
“Əsla qorxmayın! Bunlar olmalıdır, amma bu daha son demək deyil... zəlzələlər olacaq. Bütün bunlar, doğum sancılarının başlanğıcıdır.” (Matta, 24:6-8)
“... göydə fövqəladə (qeyri-adi) əlamətlər olacaq.” (Luka, 21:11)
“Günəş, keçi tükündən hazırlanmış qara bir çul kimi qaraldı. Ay, başdan-ayağa qan rənginə çevrildi.” (Vəhy, 6:12)
“O günlərin çətinliyindən dərhal sonra günəş tutulacaq, ay işıq saçmayacaq, ulduzlar göydən düşəcək və səma (şiddətli zərbədən) dağılacaq.” (Matta, 24:29; Markos, 13:24-25)
“Bütün bunlar, doğum sancılarının başlanğıcıdır. O vaxt sizi çətinliyə salacaqlar, öldürəcəklər. Mənim adıma görə bütün millətlər sizə nifrət edəcək.” (Matta, 24:8-9)
(Ətraflı məlumat üçün bax : http://us2.harunyahya.com/Detail/T/7EZU2FZ0164/productId/4955/)