Cahil əxlaqında qısqanclığın özünəməxsus bir yeri vardır. Ancaq əvvəlcə bunu ifadə etmək lazımdır ki, bu xüsusiyyət cahil cəmiyyətlərdə müsbət bir xüsusiyyət kimi qəbul edilir. Qısqanclığı bir sevgi və bağlılıq əlaməti kimi göstərməyə çalışırlar. Əgər bir insan sevdiyi insanı qısqanmırsa, onlara görə bu həqiqi bir sevgi deyil. Bu səhv anlayışa görə insanın qarşı tərəfin göstərdiyi sevgiyə qane ola bilməsi üçün, qarşıdakı adam bütün insanlar içində yalnız özünə sevməlidir.
Halbuki bu düşüncə olduqca səhvdir. Çünki hər şeydən əvvəl sevgi çox yüksək bir duyğu və üstün bir əxlaq xüsusiyyətidir. İnsanın sevgidə qısqanclıq etməsi Quran əxlaqına uyğun olmaz. İnsan sevdiyi bir adama sevgisini, ona duyduğu sədaqət, bağlılıq, şəfqət və ona yönəltdiyi gözəl söz və rəftarlar ilə göstərər. Bu da qarşı tərəfdə sevildiyinə dair qəti bir qənaət meydana gətirər. Bundan başqa insanın özündən başqa heç kimin sevilməsini istəməməsi isə böyük bir eqoizm nümunəsidir.
Cahil cəmiyyətlərdə xüsusilə də ailə həyatında qısqanclıqdan ötrü böyük problemlər yaşanır. Evli olduqları kəslərin analarına, atalarına, bacılarına, yoldaşlarına və hətta uşaqlarına duyduqları sevgi belə bu xarakteri yaşayan insanlar üçün əhəmiyyətli bir narahatlıq qaynağıdır. Belə kəslər heç kimin özlərindən çox və ya özləri kimi sevgi sevilməsini istəməzlər.
Evdar qadın xarakterində sıx olaraq yaşanan bu qısqanclığın ikinci bir növü də cahillikdəki evlilik sisteminin yanlışlığını bilmələrindən qaynaqlanır. Çünki təməli Allah rizasına, qorxusuna və sevgisinə əsaslanmayan heç bir birlikdə həqiqi sevgi və sədaqət yaşana bilməz. Cahil qadınlar da bu əhəmiyyətli həqiqəti bildiklərindən ötrü hər an aldadılmaq, ikinci plana atılmaq, ya da unudulmaq qorxusuyla yaşayarlar. Bu səbəblə də şübhəli gördükləri hər hadisədən narahat olur və qısqanclıq hissinə qapılarlar.
Buna çıxış yolu olaraq göstərdikləri rəftarlar isə vəziyyəti yaxşılaşdırmaq əvəzinə daha çox çıxılmaz bir hala salır. Səbəbsiz kaprizlər, küsmə və xoşagəlməz hərəkətlərlə qarşı tərəfə mesaj verməyə çalışırlar. Hər an mənasız bir hadisədən çox məntiqsiz əlaqələr qura bilər və bunlar haqqında yaratdıqları xəyali ssenarilərə əsaslanaraq kəskin qərarlar verə bilərlər. Bütün bu rəftarlar isə həyatlarını daha da çətinliklərlə dolu bir hala gətirməkdən başqa bir fayda verməz. Həmçinin istədiklərinin tam əksinə qarşı tərəfi özlərindən daha da uzaqlaşdırmış olarlar. Çünki nə vaxt hansı hadisədən nə kimi nəticə çıxaracağı bilinməyən bir insanla yaşamaq olduqca narahatlıq vericidir. Bu səbəblə də cahil əxlaqdakı evdar qadınların qısqanclıq halları, adətən boşanmayla nəticələnir. Halbuki bütün bunların həlli çox asandır. Quranda hər insanın nəfsində qısqanclıq hisləri olduğu, amma məqbul olanın bu hisdən təmizlənmək olduğu bildirilmişdir:
...Nəfslər isə 'qısqanclığa və eqoist ehtiraslara' hazır (əlverişli) dır. Əgər yaxşılıq etsəniz və çəkinsəniz, Şübhəsiz ki, Allah, etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 128)
Bu səbəblə də Quran əxlaqını dəqiqliklə tətbiq edən mömin üçün qısqanclıq kimi bir vəziyyət mümkün ola bilməz. Allah qorxusundan qaynaqlanan qarşılıqlı sədaqət və güvən hissləri belə bir gərginliyin yaranmasına qabaqcadan mane olar.