Adnan Oktarın 26 aprel 2011 A9 tv və Kaçkar Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Şəms surəsi, Rəhman və Rəhman olan Allahın adıyla, şeytandan Allaha sığınıram. "Günəşə və onun parıltısına and olsun, onu izlədiyi zaman aya," bəzi axmaqlar deyir; "Günəş və Ay mason simvoludur. Necə bəhs edirsiniz?" Allah, Quranda bəhs edir, axmaq. "Onu (Günəş) parıldadığı zaman gündüzə, onu örtdüyü zaman gecəyə," təbii, burada bir az işarə də var. Onu izlədiyi zaman Aya, onu (Günəşi) parıldattığı zaman gündüzə, onu örtdüyü zaman gecəyə;" onu, onu, onu. Hz. Mehdi (ə.s)-a da işarə var. "Göyə və onu bina edənə, yerə və onu yayıb döşəyənə, nəfsə və ona “bir nizam içində forma verənə”, sonra ona fücurunu və ondan çəkinməyi ilham edənə," deməli, insan pislik etdikdə pislik etdiyini bilir. Bax, Allah ayədə deyir; "sonra ona fücurunu və ondan çəkinməyi ilham edənə," "fücurunu da ilham edirəm" deyir Allah, "ondan çəkinməyi də ilham edirəm." "Mən şüurunda olmadım" sözü yoxdur. Bir insan pislik etdiyində bilir. Allah söyləyir bax, ayədə; "Sonra ona fücurunu (sərhəd tanımaz günah və pisliyə olan meylini) və ondan çəkinməyi ilham edənə (and olsun)." Necə ki, deyirlər; "mən bilsəydim, etməzdim." Nəyi bilmirsən? Çox yaxşı bilirsən. "Çəkinməyi bilmirdim." Çəkinməyi də bilirsən, Allah ilham edir. Bir az danışdıqda onsuz da etiraf edər. "Onu təmizləyən həqiqətən, nicat tapmışdır." Nəfsini təmizləyən nə deyəcək? Mən belə yaxşıyam, elə yaxşıyam deməyəcək. Əskiyini, qüsurunu səmimi qəbul edəcək. Və onu təmizləyəcək. O zaman nə deyir Allah; "nicat tapmışdır," qurtuluş tapmışdır. "Onu örtən də əlbəttə məhvə məruz qalmışdır." Bir şey söyləyirsən, "yox, o məndə yoxdur;" bir şey söyləyirsən, "yox, mən elə bir şey etmədim;" "yox, səhv başa düşüldüm." Müdafiə edir, daima nəfsini müdafiə edir. Baxın, "örtənə də" deyir. "Əlbəttə məhvə məruz qalmışdır" deyir. Örtməyəcək əksinə açacaq; "doğru söyləyirsən, Allah razı olsun. Səhv etdim, qüsurum var" deyəcək. Və yaxud belə, "dediyini edirəm, amma əskik olmuş demək ki, səhv olmuş; daha yaxşısını edəcəyəm, inşaAllah" deyəcək. "Məndə elə bir şey yoxdur" dedin mi, ayə nə deyir; "onu örtüb-müdafiə edən də, əlbəttə, məhvə məruz qalmışdır." Dəli olar Bədiüzzamanın ifadəsiylə. Fironlaşar, Allah əsirgəsin.