İnsan ömrü orta hesabla 70 ildir. İnsanlar hər hansı bir qəza, sağlamlıq probleminə görə ölümlə qarşılaşırlar və ya gecə yatarkən heç bir səbəb olmadan yataqlarında son nəfəslərini verirlər. Sonsuz həyatın kiçik bir nümunəsi olaraq bizə verilən bu həyat bir gün mütləq sona çatacaq.
Altsaymer (Alzheimer) xəstəliyi tez-tez rast gəlinən bir xəstəlik növüdür. Son illərdə bir çox araşdırma ilə çarəsi axtarılan bu xəstəliyi bəzi insanlar ömürlərinin son illərində keçirirlər.
Bəs beyini, bədən funksiyalarını, yaddaşı tamamilə təsiri altına alan bu xəstəliyə səbəb olan şey nədir?
Bu günə qədər altsaymer xəstəliyinin beyinin “entorinal korteks” adlanan hissəsində başladığı düşünülürdü. Lakin xəstələr üzərində aparılan müşahidələr nəticəsində xəstəliyin lateral (yan) entorinal korteksdə başladığının ilk dəfə görüldüyü istiqamətində fikir formalaşdı. Yan entorinal korteks yəni “Lateral Entorhinal Cortex” qısaca “Lec” olaraq adlandırılır.
Beynimizdə uzunmüddətli yaddaşın gücləndirilməsini təmin edən "hipokampus" yan entorinal korteksin bir növ “keçid qapısı” hesab edilir. Yəni yan entorinal korteks olan “Lec”də bir problem olduqda bundan uzunmüddətli yaddaşı gücləndirən hipokampus də təsirlənir.
Kolumbiya Universiteti Altsaymer Araşdırma Mərkəzi rəhbəri və radiologiya mütəxəssisi Skot Smolun (Scott A. Small) apardığı araşdırmaya görə xəstəlik serebral (beyin) korteksin digər bölgələrinə də yayılır.
Tədqiqatda təsbit edilən əsas dəllilərdən biri bu bölgələrdə 2 növ zülalda eyni vaxtda dəyişikliyin reallaşmasıdır.
Bu dəyişikliklər tau (t) və amyloid (APP) adlanan aparıcı zülallarda meydana gəlir. Məhz sadalanan həmin iki zülalda eyni vaxtda reallaşan dəyişikliklər “Lec”də (yan entorinal korteks) funksiya pozuqluğuna səbəb olur. Tau zülalı “Lec”in amiloidə daha həssas olmasına səbəb olur.
Digər bir tədqiqatçı Nyu-York Psixiatriya İnstitutu patologiya və hüceyrə biologiyası professoru Karen E. Duff bu iki zülalın sinir hüceyrələrinə zərər verdiyini, bunun da altsaymer üçün uyğun bir zəmin yaratdığını bildirir.
Həm sağlam, həm də yaşlı fərdlərdən ibarət olan 96 nəfər üzərində aparılan tədqiqatlar 3,5 ildə 12 nəfərdə zaman ərzində yüngül formada altsaymer inkişaf etdiyini göstərdi. Bu 12 nəfərin MRT (maqnit rezonans tomoqrafiya) görüntüləri ilə LEC-deki serebral qan həcminin digər şəxslərə nisbətən mühüm dərəcədə azaldığı müşahidə edildi.
Heyvanlar üzərində laboratoriyada aparılan tədqiqatlarla LEC-də həm tau, həm də amiloid səviyyəsi yüksək olan heyvanlarda funksiya pozuqluğu yarandığı aşkar oldu.
Yəni bu iki zülalda eyni vaxtda meydana gələn dəyişiklik altsaymer xəstəliyinin başlamasına səbəb olur.
Bu tədqiqatlar altsaymerin dəqiq harada başladığının və yaranan dəyişikliklərin inkişaf etməsinin MRT ilə müşahidə edilə bildiyini, bu səbəbdən də xəstəliyin erkən diaqnoz edilib, digər bölgələrə yayılmadan müalicə olunması ehtimalının artdığı istiqamətində ümid verir.
Bütün həyatı boyunca Allaha möhtac olan, aciz yaradılan bir insan üçün yaddaş ən mühüm və həyati mövzulardan biridir. Bir insanı insan edən onun yaddaşı və xatirələridir. Əslində yaddaş insanın mənliyini təşkil edən ən əsas faktorlardandır. Yaddaşı məlumat bankı kimi qulları üçün yaradan Allahdır.
Sonsuz yaddaşı olan və hər şeyi bilən “Hafiz” sifətinin sahibi Uca Rəbbimizdir.
Biz hafizəmizdə yadda saxladıqlarımızla yaşayırıq. Əgər Allah diləməsə, kiçik bir zülalı vəsilə edər, kiçik bir funksiya pozuqluğunu səbəb kimi yaradar və bununla insanların hafizələrini ala bilər.
Bu kimi müqayisələrlə sağlamlığımıza nə qədər şükür etməli olduğumuzu xatırlayırıq.
Bir gün ömrü mütləq sona çatacaq insanın sağlam və şüuru açıq zamanlarında hər zaman Allahı sevərək, xatırlayaraq, ona şükür edərək yaşaması çox önəmlidir və bu yalnız özü üçün bir qazancdır. Yoxsa Allahın heç kimə və heç bir şeyə ehtiyacı yoxdur.
Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!” (Bəqərə surəsi 35)
Mənbə: Bilim Teknik, Mayıs 2014 – Alzheimer