Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (14 dekabr 2011, 01:00)
Adnan Oktar: "Onlar Ədn bağlarına daxil olarlar. Atalarından, həyat yoldaşlarından və nəsillərindən "saleh əməllər işləyənlər" də həmçinin". Həyat yoldaşı necə olacaq? Səmimi əməllər işləyəcək, mömin olacaq, xurafatçı olmayacaq. Allah: “Onları da birlikdə cənnətə daxil edəcəyəm” deyir, həyat yoldaşıyla birlikdə, evləndiyi, halalı olan həyat yoldaşıyla.
"Mələklər onların yanına hər bir qapıdan girər və belə deyərlər", mələklər həmişə cənnəti ziyarət edirlər, qapılarını açıb girirlər, yəni cənnət qapısı həmişə qapalı qalmır, həmişə mələklər ziyarət edirlər.
"Səbir etdiyinizə görə sizə salam olsun! (Dünya) yurdu(nun) sonu nə gözəldir", (Rad surəsi, 23-24). Mələklər gəlib-gedib həmişə təqdirlərini, təhsinlərini, sevgilərini ifadə edib geri qayıdırlar. Yəni cənnətdə həmişə qonaq gəlir, ziyarət edilir, inşaAllah. Ayədə: “Qapılardan girər” deyir, inşaAllah.