Hədisdə hz. Mehdi (ə.s)-ın tələbələrinin də təzyiq ilə qarşılaşacaqlarına diqqət çəkilmişdir. İslam əxlaqını yaymaq üçün səmimi səy içində olan hər möminin qarşılaşdığı çətinliklərin bənzəri hz. Mehdi (ə.s)-ın tələbələrinin də başına gələcəkdir. Hz. Mehdi (ə.s)-ın köməkçiləri özlərinə ediləcək təzyiqlərdən qorxmayacaqlar və iradəli olacaqlar. Hz. Mehdi (ə.s)-ın köməkçilərinin əleyhlərində məhkəmə hökmlərinin də çıxa biləcəyinə hədisdə işarə edilir. Hz. Mehdi (ə.s)-ın köməkçiləri əleyhlərinə çıxa biləcək qərarlardan təsirlənməyəcəklər və Allah rizası üçün etdikləri elmi işlərdə, şövqlərində heç bir azalma olmayacaq.