Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi / 55)
Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur. (Saff surəsi / 9)
Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstəricisi və haqq din ilə göndərən Odur. (Tövbə surəsi / 33)
Allahın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (Nəsr surəsi / 1-3)
Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri bununla müjdələ. (Saff surəsi / 13)
De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!” (İsra surəsi / 81)
... Onların ardınca Yer üzünün varisləri sizi təyin etdik... (Yunus surəsi, 13-14)
Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra nazil etdiyimiz kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar. (Ənbiya surəsi / 105)
Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi: “Həqiqətən, onlara kömək göstəriləcəkdir. Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”. (Saffat surəsi / 171-173)
Allah əzəldən belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Mücadilə surəsi / 21)
Allahın Öz elçilərinə verdiyi vədə xilaf çıxacağını sanma. Həqiqətən, Allah Qüdrətlidir, intiqam almağa qadirdir. (İbrahim surəsi / 47)
İslamı bütün dinlərdən üstün etsin deyə Öz Elçisini hidayətlə və həqiqi dinlə göndərən Odur. Şahid kimi Allah kifayətdir. (Fəth surəsi / 28)
Və onlardan sonra sizi o yerdə sakin edəcəyik. Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir”. Elçilər qələbə istədilər. Hər bir inadkar dikbaş da ziyana uğradı. (İbrahim surəsi / 14-15)
Həqiqətən, Biz sənə aydın bir qələbə verdik ki, Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin və Allah sənə böyük bir qələbə ilə kömək etsin. (Fəth surəsi / 1-3)
... Allah sizin bilmədiklərinizi bilir. O, bundan qabaq (Məkkəyə girməzdən əvvəl sizə) yaxın bir qələbə də bəxş edəcəkdir. (Fəth surəsi / 27)
... Kafirlər Axirət yurdunun kimin olacağını biləcəklər. (Rad surəsi / 42)
Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra dini müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər. (Şuəra surəsi / 227)
Sonra elçilərimizi və möminləri xilas edərik. Möminləri xilas etmək Bizə vacibdir. (Yunis surəsi / 103)
Musa ilə olan zəif qövmü isə yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb bölgələrinə varislər təyin etdik... (Əraf surəsi / 137)
Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə buna yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar. (Tövbə surəsi / 32)
Onlar Allahın nurunu öz ağızlarından çıxanlarla söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır. (Saff surəsi / 8)
Allah sizi onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir. (Əhzab surəsi / 27)
De: “Hamı gözləyir, siz də gözləyin. Yaxında siz kimin doğru yol sahibi olduğunu və kimin haqq yola yönəldiyini biləcəksiniz!” (Taha surəsi / 135)
Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər. (Zumər surəsi / 61)
Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi / 18)
Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək. (Yunis surəsi / 82)
Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir. (Həcc surəsi / 41)
Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız. (Ali İmran surəsi / 139)
Allah bu ayələrdə İslam əxlaqının dünyaya hakim olacağını vəd edir. Yaşadığımız əsrdə bunun baş verməyəcəyini düşünmək Qurana ziddir. Müsəlmanlar Allah'dan əsla ümid kəsməzlər. Allah bunu bir ayədə belə bildirmişdir:
... Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər. (Yusif surəsi / 87)
Müsəlmanlar Allah'dan İslam əxlaqının bütün dünyaya hakim olmasını ümid etməlidirlər. Bu zaman isə İslam aləminin bir lideri olacaq və o, hz. Mehdidir (ə.s). Bu əsrdə hz. Mehdinin (əs) zühur etməyəcəyini deyənlər bütün bu ayələrin ziddinə gedir.