Adnan Oktarın Qaziantep Olay Tv-dəki canlı reportajı (7 dekabr 2010)
Adnan Oktar: Məryəm surəsi. Şeytandan Allaha sığınıram. "İnsan əvvəldən, heç bir şey deyilkən," Allah 67-ci ayədə deyir. "Həqiqətən, Bizim onu yaratmış olduğumuzu (heç) düşünmür mü?" "Heç bir şey deyildiniz" deyir. Daha əvvəl yox idiniz, indi varsınız. Tərtəmiz, rəngli bir görünüş, amma üçölçülü təsvir, görünüş dəqiqliyinə görə həqiqətən qarşısında var zənn edir, belə yəni bu şəkildə. Halbuki, maddənin əsliylə deyil, görünüşü ilə təmasda olur, lakin görünüşüylə əlaqəli olduğundan da xəbəri yoxdur. Dünyanın 99,99%-i bu həqiqətdən xəbərsizdir, elmi bir həqiqət olduğu halda. "Heç düşünmür mü" Allah deyir, nə etməsi lazımdır insanın? Düşünməsi lazımdır. Bax, "heç düşünmür mü?" Allah düşünmür mü demir bax, "heç düşünmür mü". Adam heç düşünmür. Lahmacun yeyir, yatır, işinə-gücünə baxır. Allah düşünmələrini söyləyir. "And olsun Rəbbinə, onları da, şeytanları da mütləq həşr edəcəyik," yəni hamsını axirətdə sorğu-sual edəcəyəm" Allah deyir. "Sonra onları cəhənnəmin ətrafında diz üstə çökmüş olaraq gətirəcəyik." Yəni qürurunu qırmaq üçün edilir. Diz üstə Allah "Cəhənnəmin ətrafında" yəni cəhənnəmin içərisində deyil, Allah əvvəl cəhənnəmin ətrafında diz üstə çökdürür. Çünki müsəlmanlar da o bölgəyə gəlir, cəhənnəmin ərazisinə gəlirlər, lakin küfr diz çökmüş olur. Allah müsəlmanları ayırır, onların önlərində və sağlarında işıq olur və yanlarında onlara köməkçi olan var. Köməkçi olan bir mələk var. Amma küfr diz üstə çökmüş olaraq gözlədilir. Müsəlmanlar alınırlar, onlar cənnətə alınır, onlar diz üstə çökmüşlər oradan alınıb cəhənnəmə aparılırlar. "Sonra, hər bir qrupdan Rəhman (olan Allah)a qarşı azğınlıq göstərənlərdən ən şiddətli olanını ayıracağıq." Yəni əsil liderlərini, məsələn, "Marks kimi, Lenin kimi, Apo kimi, Stalin kimi belə ən azğınlarını ayıracağıq" Allah deyir. "Sonra Biz ora (Cəhənnəmə) girməyə kimlərin ən çox uyğun olduğunu daha yaxşı bilirik." Allah kimlərin layiq olduğunu "Biz bilirik" deyir. Dünyada bu bilinmir, inşaAllah. Amma Peyğəmbərdən vəhy gəlirsə o bilinir, inşaAllah. Onun üçün Allah bunu ifadə edir; "Sonra Biz ona (Cəhənnəmə) girməyə kimlərin ən çox uyğun olduğunu daha yaxşı bilirik." Bu dünyada biz ancaq zahirinə görə hökm edə bilərik. Məsələn, küfr söyləsə kafir deyərik. Amma hökmünü bilmərik, Allah bilər. "Sizdən ora girməyəcək heç kim yoxdur" baxın, "bütün insanlar cəhənnəmin ərazisinə girəcək" Allah deyir. Yəni "Sizdən" deyərkən, Allah müsəlmanları da nəzərdə tutur" hər kəs girəcək" deyir. "Bu, Rəbbinin qəti olaraq aldığı bir qərardır" çünki bizim cəhənnəmi bilməməyimiz qəribə olar. Çünki Allah cəhənnəm yaradır, lakin biz cəhənnəmi heç bilmirik. Onun üçün Allah cəhənnəmin yanına aparıb cəhənnəmin yerini müsəlmanlara göstərir. "Mənim Quranda bəhs etdiyim cəhənnəm buradır" Allah deyir. İnşaAllah. "Bu Rəbbinin qəti olaraq aldığı bir qərardır" Mən bu qərarı tətbiq etdim, Allah deyir. Allahın hökmü budur. Bunu onsuz da müsəlmanlar etdi. Yəni bu iş oldu, bu mövzu oldu, biz xatırlamırıq, bunu görəcəyik, inşaAllah. "Sonra təqva sahiblərini qurtararıq" onları Allah ayırır. "Siz gəlin" deyir, o yanındakı köməkçiləri. Onsuz da onlar cənnətə girəcəklərini bilir. Çünki önlərində işıq, sağlarında işıq var, yanlarında da mələk var və canları gözəl alınmışdır, sevgiylə alınmışdır. Cənnətə girəcəkləri hər istiqamətdən aydın olur. "Zülm edənləri diz üstə çökmüş olaraq buraxarıq" Allah cəhənnəm ərazisində buraxır. "Onlara açıq-aşkar ayələrimiz oxunduğunda, o inkarçılar iman edənlərə deyərlər ki; "İki qrupdan hansı mövqe baxımından daha yaxşı, birlik baxımından daha gözəldir?" onlar da mal-mülk yarışına girir, küfr də. Məsələn, amerikan texnologiyasını müdafiə edir, başqa yerlərin texnologiyasını müdafiə edir, halbuki, əgər Amerikadakı adam hidayət əhlidirsə, müsəlmandırsa, onun bir dəyəri var. Çünki oradakı malı-mülkü yaradan da Allahdır. O zənn edir ki, o yaradır, amerikalılar yaradır zənn edir. Amerikanın mərmisini də, tankını-topunu da yaradan Allahdır. Amerikalıların hazırladığı atom bombası da Allahın yaratdığı atom bombasıdır. Düzəltdikləri anbarları da Allah yaradar. Atom bombasının təsiri; atom bombası dediyin, çöldə görsən atom bombası partladığında titrəşmə meydana gəlir, bir şey meydana gəlmir, yalnız bir titrəşmə. Atom bombasının yandırıcı hissini alan insanın beynidir. İşığı alan beynidir. Məsələn, atom bombası partladığında gündüz kimi işıqlıq meydana gəlir. Harada olur? İnsanın beynində olur. Yoxsa, normalda qapqara qaranlıqdır. Atom bombası partladığında işıq meydana gətirməz. İstilik də meydana gətirməz. Titrəşmə meydana gətirər. Yəni istilik, işıq ikisi də titrəşmədir. Onu beyin istilik və işıq olaraq qəbul edir, Allah yaradır. Bu səbəbdən, atom bombasının təsirini də, hər cür bombanın təsirini Allah meydana gətirər. "Onlardan əvvəl nə qədər insan- nəsillərini dağıtdıq, onlar mal" bəzəklər, kreslolar, paltarlar, yeməklər, içkilər, moda, dizayn cəhətdən də, "nümayiş baxımından da daha gözəl idilər" deyir. Daha bəzəkli idilər, deyir. Çünki məsələn, ipək geyinir, fövqəladə ehtişam var, qədim Misirdə də elədir, başqa dövrlərdə də elədir, yəni çox bəzəkli adamlardır.
"De ki: "Kim azğınlıq içindədirsə, Rəhman (olan Allah), ona bir müddət verər," yolunu azmışdırsa, müddət verər. Məsələn, bəzən 100 il, bəzən 150 il. Allah darvinizmə ən azı 150 illik müddət verir. "Özlərinə vəd ediləni-ya əzabı və ya Qiyamət saatını- gördükləri zaman artıq kimin yeri (mövqe, dərəcəsi) daha pisdir, kimin hərbi- gücü daha zəifmiş, öyrənəcəklər." Bax, burada-ya əzabı və ya qiyamət saatını- yəni burada Quran tərcüməsini hazırlayan insanın şərhidir. "Burada ya əzabı və ya qiyamət saatını gördükləri zaman artıq kimin yeri (mövqe, dərəcəsi) daha pis, kimin hərbi-gücü daha zəifmiş, öyrənəcəklər." Biz şərhlərə bir əlavə daha edirik. Çünki şərh etmiş, biz də bir şərh daha əlavə edirik. "De ki: "Kim azğınlıq içindədirsə," dəccal, dəccaliyyət "azğınlıq içindədirsə, Rəhman (olan Allah), ona müddət verər;" nə qədər? Məsələn, 150 il. "Özlərinə vəd ediləni" Mehdi (ə.s)-ı. Mehdi (ə.s)-ın zühurunu, İslam Birliyini və Türk-İslam Birliyini "gördükləri zaman artıq kimin yeri (mövqe, dərəcəsi) daha pis, kimin hərbi-gücü daha zəifmiş, öyrənəcəklər" deyir. Mehdi (ə.s)-ın ordusunu görüncə öz ordularının bir heç olduğunu anlamış olacaqlar. Hz. Mehdi (ə.s)-ın mənəvi gücünü görüncə bir heç olduqlarını anlamış olacaqlar. Mehdi (ə.s)-ın hərbi gücünün silahı sevgidir, mərhəmətdir, məhəbbətdir. Dəccalınkı qandır, barıtdır. Mehdi (ə.s) yalnız sevgiylə hakim olacaq, ağılla, elmlə, incəsənətlə.