Tunisdə yeni konstitusiyaya uyğun olaraq aparılan parlament seçkilərində seçilən partiya laik-liberal Nida Tunis partiyası oldu. Partiyanın lideri isə 2011-ci ildə Zeynəl Abidin ibn Əli hökumətinin dağılmasından sonra qurulmuş müvəqqəti hökumətdə baş nazir vəzifəli və Burqiba hökuməti dövründə də nazir vəsifəsində olan Baci Kaid əs-Səbsidir. Əs-Səbsi eyni zamanda 23 noyabrda keçiriləcək prezident seçkilərində Nida Tunis Partiyasının namizədidir.
Müstəqil Yüksək Seçki Şurası prezident seçkisi üçün 70 nəfərin namizəd kimi iştirak etdiyini açıqladı. İddialı namizədlərdən biri mərkəz sol xəttdəki Respublika Konqres Partiyasından insan hüquqları müdafiəçisi, siyasətçi və həkim olan prezident Dr. Munsif əl-Mərzukidir. İbn Əli dövrünün sonuncu Xarici İşlər Naziri Kamal Murcan isə Milli Konstitusiya Təşəbbüs Partiyası adına seçkilərdə iştirak edəcək. Birinci turda heç bir namizəd 50%-dən yuxarı səs toplaya bilmədiyindən 31 dekabrda ikinci tura gediləcək.
Seçkilərdəki istəkli namizəd əs-Səbsidir. 1926-ci il təvəllüdlü, təcrübəli siyasətçinin ilk dəfə xalq tərəfindən seçilən yeni prezident olmasına demək olar ki, qətiyyətlə inanılır.
Prezident seçkilərində namizəd göstərməyən Nahda Hərəkatı və partiyanın lideri Rəşid əl-Qannuşini necə bir gələcək gözləyəcəyi ağıllarda qalan bir sualdır.
Heç şübhə yoxdur ki, mühafizəkar-demokrat Nahda Hərəkatının iqtidarı Nida Tunis Partiyasına təslim etməsi Tunisdə bəzi həqiqətlərin, ən başda da ölkədə dəyişiklik gözləyənlərin nə qədər çox olduğu həqiqətini aşkara çıxardı.
Əslində nəticələr elə də gözlənilməz olmadı. Əl-Qannuşi nə qədər sabit bir şəkildə müxaliflərə qarşı razılıq mesajları vermiş və istər ifadələrindən, istərsə də fəaliyyətlərində demokratiyanın ən uyğun və faydalı üsul olduğuna dair inancını səmimi olaraq ortaya qoysa da, Nahda Hərəkatının bu seçimi ala bilməyəcəyi ehtimal edilirdi. Belə ki, uzun zamandan bəri mediada yazılanlar partiyanın ictimai, mədəni, siyasi təşkilatlanma və hökuməti idarə etmə baxımından zəif olduğunu göstərir. Digər tərəfdən, iqtidarı boyu yaşanan iqtisadi problemlərdən və siyasətçilər və əsgərlərə qarşı yaranan silahlı hücumlar və bu səbəbdən yaranan şiddət hadisələrindən Nahda Hərəkatı məsul tutulurdu. Təbii ki, bu məqamda ölkədəki medianın tək səsli (birtərəfli) və ideoloji yanaşmasının təktərəfli olduğunu da vurğulamaq lazımdır.
Nahda Hərəkatının ölkənin demokratikləşməsi uğrunda hökumətdən imtina etməsi barədə gedən ifadələr də xüsusi maraq oyandırıb. Həqiqətən də güclü bir müxalifət və mütəşəkkil seçki siyasətləri ilə seçimi yenidən almaları mümkün ikən, başda əl-Qannuşi olmaqla Nahda nümayəndələri güclənən hərbi inqilabın qarşısını almaq üçün fədakarlıq edir, seçimi almaqdan çox ölkənin demokratik gələcəyi adına tarazlıqları qorumağı hədəf alıblar. Bu ifadə həmçinin, partiyanın və əl-Qannuşinin ümumi siyasi davranışı da üst-üstə düşür.
Nahda Hərəkatı və lideri Rəşid əl-Qannuşinin ölkə demokratiyasına böyük töhfə verdikləri müxaliflər tərəfindən belə qəbul edilən bir həqiqətdir. Sülh siyasəti, qarşılıqlı razılaşmaya əhəmiyyət verən, tolerant və demokrat mövqeləri Nahda Hərəkatı və əl-Qannuşinin müsbət tərəflərindəndir. İslam dövləti içində hüquqi, bundan əlavə marksist bir partiyanın belə qurula biləcəyi, qadının dövlət başçısı ola biləcəyi kimi mövzuları müdafiə etməsi, seçki bitdikdə prezident olaraq sol fikirli əl-Mərzukini təyin etməsi və yenə sol fikirli partiyaları koalisiya tərəfdaşı olaraq hökumətə daxil etməsi, yeni konstitusiyanı digər siyasətçilərlə birlikdə hazırlaması əl-Qannuşinin ölkə demokratiyasının irəliləməsini təmin edən təqdirə layiq fəaliyyətləri olaraq tarixdə yerini aldı. Hərbi inqilablara və vətəndaş müharibəsinə zəmin yaradan hər cür cəhddən çəkinməsi və təkidlə ölkə içində siyasi bir nizam meydana gətirməyə çalışması da əl-Qannuşinin və partiyasının müvəffəqiyyətlərindən sayılır.
Seçkinin dərhal ardınca Nida Tunis Partiyasını təbrik edən Nahda və əl-Qannuşinin Tunisin gələcəyinə töhfə verməyə davam edəcəkləri aydın görünür. Bunu edərkən də sülh və razılığa zəmin yaradan rəftarlarından əl çəkməyəcəkləri qətidir. Dəqiq olan başqa bir mövzu isə ard-arda təşkil edilən seçkilərin Tunisin demokratikləşməsi və siyasətin normallaşması prosesində çox müsbət təsirlərinin olmasıdır. Ümid edirik ki, Ərəb Baharından ən az zərərlə çıxan ölkə olan Tunis inkişaf etməyə davam edər, qazanan Tunis xalqı, universal sülh və demokratiya olar.