“... peyğəmbərlərinə dedilər: “Bizə bir hökmdar təyin et”...”
(Bəqərə surəsi, 246)
“... bizə qatından himayəçi təyin et, bizə qatından yardımçı təyin et”
(Nisa surəsi, 75)
Quranda bildirilən bu ayələr müsəlmanların, Allahın özlərinə mənəvi lider istəmələri; yəni sevgi paylayan bir qoruyucu, dostluq və anlayışlı olma ruhunu onlara yönəldən, döyüş ruhunu aradan qaldıran, sevgi ruhunu onlara aşılayan, çox sevilən hamisini göndərməsi üçün etdikləri dualarıdır. Allah bizlərə Mehdi gözləmənin, mənəvi lider gözləmənin müsəlmanlar üçün nemət olduğunu, gözəllik olduğunu, ibadət olduğunu, müsəlmanların bu istiqamətdə necə dua etməli olduğunu Quranda bu ayələrlə açıq şəkildə bildirmişdir.
Allah, tarix boyunca hər qövmü lideri ilə birlikdə yaratmışdır. Quranda bildirilən heç bir qövm lidersiz deyil və şəxsi mənəvi ilə idarə edilməmişdir. Hz. Nuh (ə.s), hz. İbrahim (ə.s), hz. Musa (ə.s), hz. Yusif (ə.s), hz. İsa (ə.s) və hz. Məhəmməd (s.ə.v) dövründə iman edənlərin öndəri olaraq Allahın mübarək elçiləri İslam cəmiyyətlərinin başında olmuşdur. Yəni hər peyğəmbər, hər elçi dövründə bu elçilər və camaatlarının şəxsi mənəvisi olmuş, lakin onlar da camaatlarının şəxsən başında olublar, onlara rəhbərlik etmişdilər. Hz. Talut (ə.s) dövründə, hz. Zülqərneyn (ə.s) dövründə müsəlmanların həmişə lideri olmuşdur. Axırzamanda müsəlmanların lideri isə hz. Mehdi (ə.s) olacaqdır.
İslam aləminin mənəvi lider olmadan birləşməsi mümkün deyil.
Bir öndər olmadan İslam aləmi bir araya gəlsin deyən insanların, İttihadi İslamı həqiqətən istəmədikləri aydındır. Üstəlik, belə üslub, Quran əxlaqına, sünnəyə, ağla və məntiqə də ziddir. Bu insanların düşüncələrinə görə, lider olmadan müsəlmanların nə şəkildə və kimin rəhbərliyi altında birləşəcəyi naməlumdur. Bu birliyin hansı ölçülərə görə yaranacağı da naməlumdur. Çünki əgər Quran əxlaqını və sünnəni əsas götürürlərsə, bu halda İslam aləminin bir başı olması açıqdır.
Həmçinin bu insanlara, bir araya gələn ən kiçik qrupun belə lideri olması normal gəlir. Katoliklərin papası olmasını, pravoslavların patriarxı olmasını, yəhudilərin lideri olmasını, hətta masonların ustadı olmasını normal görürlər, ancaq 1,5 milyardlıq İslam aləminin mənəvi lideri olmasını anormal qarşılayırlar.
Bu səbəblə ağızları “Müsəlmanlar birləşsələr nə qədər yaxşı olar, İslam aləminin birləşməsi lazımdır” deyən ancaq ortaya qoyduqları sistemlə ayrılığı və parçalanmanı qızışdıran, hz. Mehdi (ə.s)-ı xatırlamayan, hz. Mehdi (ə.s)-dan bəhs etməyən və ya mehdiyyətin üstünü örtməyə çalışan üslub istifadə edən bu insanlar, “başı olmayan bədənin əsla yaşamayacağını” unutmamalıdırlar.
Peyğəmbərimiz (s.ə.v) hədislərində hz. Mehdi (ə.s)-ı müjdələmişdir
Peyğəmbər əfəndimiz (s.ə.v) bir hədisində “Mehdi (ə.s) ilə müjdələnin” buyurur.
“HZ. MEHDİ İLƏ MÜJDƏLƏNİN. O Qüreyşdən və Əhli Beytimdən bir şəxsdir.”
(Kitab-ul Burhan Fi Alamet-il Ahir zaman, səh.13)
Bu səbəblə müsəlmanların hz. Mehdi (ə.s)-ın gəlişini ört-basdır etmək kimi yanlışa düşməmələri və Peyğəmbər əfəndimiz (s.ə.v.)-in “Sizdən ona kim yetişsə, qar üzərində sürünərək belə olsa ona gəlsin. Ona qatılsın. Çünki o, Mehdidir.” (İbn Mace, Fiten, B 34, H 4082; İbn Ebi Şeybe, c. VII, sf.527; Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 14) hədisində bildirdiyi kimi hz. Mehdi (ə.s)-ı axtarmaları əsas şərtdir.
Peyğəmbərimiz (s.ə.v) hədislərində hz. Mehdi (ə.s)-ın zühurunu gözləmənin ibadətlərin ən üstünü olduğunu bildirmişdir
Əmir-əl Möminin hz. Əli Kərəmullahi Vəchə Rəsulullahdan nəql edərək, “Rəsulullah (s.ə.v) fərman buyurdu: “İbadətlərin ən üstünü Mehdinin zühurunu gözləməkdir, dedi”.
Yəni Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s)-ı gözləmənin, müsəlmanların başlarına bu sevgi birliyini təmin edəcək lider keçməsini gözləmənin, İttihadi İslamı, müsəlmanların birliyini bərabərliyini istəmənin ibadətlərin ən üstünü olduğunu bildirir.
Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərini, fiziki əlamətlərini çox təfərrüatlı şəkildə bildirmişdir. Peyğəmbərimiz (s.ə.v) bu əlamətləri gözləyin, bu əlamətlər çıxanda hz. Mehdi (ə.s)-a tabe olun deyə xəbər vermişdir. Quran ayələrində isə Allah lider gözləməyimizi, müharibələrə, zülmə, axan qana və ədalətsizliyə son verəcək olan bu müqəddəs şəxsin gəlişi üçün dua etməyimizi, bunu məhəbbətlə, həvəslə istəməyimizi bildirmiş və bunun gözəllik olduğunu, Müsəlman aləminə və bütün dünyaya sevinc gətirəcəyini buyurmuşdur.
Talut qissəsindəki əbcəd hesabları mehdiyyətin tarixini göstərir.
Allah sizə Talutu Məlik olaraq, göndərdi. Şəddəli 1979. Hicri 1400.
Doğrusu Allah sizə onu seçdi. 1996.
Allah kimə dilərsə mülkünü verər. 1989.
Allah rahməti geniş olandır, biləndir. 2036.
Peyğəmbərimiz (s.ə.v), “Axırzamanda mənim soyumdan bir şəxs gələcək, dünyadan zülmü və haqsızlıqları qaldıracaq, müsəlmanları bir yerə gətirəcək və əsarətdən xilas edəcəkdir” buyurmuşdur. Bu, Allahın Peyğəmbər (s.ə.v)-ə vəhyidir və axır zamanda yaşayan müsəlmanlara göstərdiyi həll yoludur. Əgər müsəlmanlar, Allahın bildirdiyi bu yolu görməzlikdən gələr, Allahın gəlişini müjdə verdiyi hz. Mehdi (ə.s)-ı yox saymağa çalışar və öz başlarına fərqli məntiqlər çıxardaraq hərəkət edərlərsə, bu vəziyyətin Allah Qatında qarşılığı çox böyük ola bilər.
Allah Quranda müsəlmanların birlik olmasını fərz qılmışdır. Tarix boyu müsəlmanların hər zaman lideri olmuşdur. Axırzamanda da hz. Mehdi (ə.s) müsəlmanların mənəvi lideri olacaqdır. Buna görə də müsəlmanların birlik olmasını izah edən hər ayə, mehdiyyəti izah edir. Allah Quranda İslam əxlaqının yer üzünə hakim olacağını müjdələyir. İslam əxlaqının bütün dünyaya hakim olmasının hz. Mehdi (ə.s) vəsiləsi ilə, bu əsrdə olacağı hədislərdə açıqlanmışdır. Buna görə də İslam əxlaqının hakimiyyətini danışan hər ayə, mehdiyyəti izah edir.
Fitnə dünyaya hakim olmuş, dinsizlik bəşəri bəlaları ilə əhatə etmiş, dünyanın dörd bir tərəfindəki məzlum qadınlar, yaşlılar və uşaqlardan “Rəbbim bizə Qatından kömək edən yolla, bizi xilas et” fəryadları yüksəlmişkən müsəlmanların etməli olduğu ətalət içində olmaq deyil. Müsəlmanların etməli olduqları bütün gücləri, bütün imkanları, elmi, ağlı və texnologiyanı ən fəal şəkildə istifadə edərək, elmi və fəlsəfi olaraq bu fitnənin qaynağı olan darvinizmi və materializmi ortadan qaldırmaqdır.
Müsəlmanların elmi mübarizələrində qələbə qazanmaları üçün Allahın göstərdiyi yollardan biri də bu mübarizənin mütləq birlik halında edilməsidir. Yəni İslam aləminin hamısının, məzhəb, mədəniyyət, tətbiq, irq, etnik mənşə, camaat, qrup ayrı-seçkiliyi qoymadan birlik olması, mənəvi liderin ətrafında toplanması, Allah yolunda qurğuşun ilə qaynadılmış binalar kimi səf bağlayaraq fikrən mübarizə etmələridir.