ADNAN OKTAR: Türkiyə çox xeyirli, gözəl bir yoldadır, getdikcə təmizlənir, şəffaflaşır, dincləşir, sağlamlıq qazanır… BÜTÜN ORTA ŞƏRQ, BALKANLARIN, BÜTÜN İSLAM ALƏMİNİN, TÜRKLÜK ALƏMİNİN LİDERİ OLACAQ, İNŞAALLAH. Türk İslam Aləmi birləşəcək, böyük bir Türk-İslam Birliyi meydana gələcək, TÜRKİYƏ BAŞINDA DURACAQ, BÖYÜK QARDAŞLIQ EDƏCƏK, dünyada üçüncü güc olacaq, Amerika və Rusiyadan başqa bir tarazlıq ünsürü olacaq və dünyaya bir sülh və əmin-amanlıq çağı gətirəcək, inşaAllah. (“Adana CRT” TV, 30 sentyabr 2008)
Türkiyənin son vaxtlarda beynəlxalq sahədə ard-arda etdiyi əhəmiyyətli həmlələr, dünya səviyyəsində böyük əks-səda oyadır və Türkiyənin böyük və lider bir ölkə olduğunu təsdiq edir. Türk-İslam coğrafiyasında boynuna götürdüyü böyük qardaşlıq, dünyanın ən problemli mövzularında uzlaşdırıcı və barışdırıcı olması, bölgənin inkişafı üçün başlatdığı layihələr və bütün bunları böyük bir müvəffəqiyyətlə reallaşdırması, Türkiyənin gələcəkdə daha böyük məsuliyyətlər boynuna götürəcəyini göstərir. Bu məsuliyyətin ən əhəmiyyətlisi də Türkiyənin Türk İslam aləminin lideri mövqeyinə gələcək olmasıdır. Necə ki, hörmətli Adnan Oktar da etdiyi bütün açıqlamalarda bunu müjdələyir.
Hörmətli Adnan Oktarın təsbitlərinin nə qədər doğru və haqlı olduğunu göstərən bir-iki həftə ərzindəki son hadisələrdən bəziləri bunlardır:
1. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş yüksək səviyyəli mütəxəssislərindən və İslam dünyası haqqında kitablar yazan Graham Fuller, Türkiyənin həm Orta şərqdə, həm də Qafqaz regionunda izlədiyi siyasətin çox müvəffəqiyyətli olduğuna diqqət çəkmiş və: “YÜZ İL SONRA TÜRKİYƏ REGİONAL GÜC HALINA GƏLDİ... Türkiyə Suriya və İran ilə çalışmaq, ekspansiya meydana gətirmək, İranı dünyaya qazandırmaq, dünyanın o hissəsi İlə müzakirələr etmək istəyir” şərhini etmişdir.
“Yeni Şafak”, 31 oktyabr 2008-ci il
“Bu gün”, 31 oktyabr 2008-ci il
“Star” 1 noyabr 2008-ci il
ADNAN OKTAR: Yəni mən açıqca söyləyim, BU İŞİN BAŞI TÜRKİYƏDİR. YƏNİ LİDERİ, TÜRK İSLAM BİRLİYİNİN LİDERİ TÜRKİYƏDİR. Allah bu liderliyi, Allahu aləm, mənim gördüyüm Türk millətinə verdi. Çünki Osmanlı dövründə də belə idi. Bu işi də ən gözəl edəcək, liderliyi də hətta dünyanın liderliyini də ən gözəl edəcək millət yenə Türklərdir. Yəni Türk milləti məzlum, çilə çəkmiş, acı çəkmiş, eqoistlikdən uzaq, insanları sevən, fədakar, qonaqpərvər bir millətdir və gözəl əxlaqlıdır və hazırda İslamı da ən gözəl yaşayan millətdir, bu bir gerçəkdir. Hər kəs bunu qəbul edir. (“Səhər” TV, 3 oktyabr 2008)
2. AB Komissiyasının Türkiyə ilə əlaqədar son hesabatında Türkiyənin strateji əhəmiyyətinin artdığı ifadə edilir. Mövzu ilə əlaqədar mətbuata əks olunan bir xəbərdə isə, “AB-nin PAYTAXTI İSTANBUL OLACAQ” başlığı diqqət çəkir. Hörmətli Adnan Oktar da mövzu ilə əlaqədar etdiyi açıqlamalarda bu xüsusa xüsusilə diqqət çəkmişdir, İstanbulun gələcək dövrdə Türk İslam aləminin mədəniyyət paytaxtı olacağını, dünyanın da əhəmiyyətli bir mərkəzi halına gələcəyini söyləmişdir.
“Yeni Şafak”, 29 oktyabr 2008-ci il
“Taraf”, 31 oktyabr 2008-ci il
ADNAN OKTAR: Türk İslam Birliyi düşüncəsi içərisində inkişaf edən Türk cəmiyyəti getdikcə güc qazanır, yəni devrilməz, çökməz bir millətik. Türk İslam Birliyi inancına sahib bir milləti çökdürmək, ondan torpaq almaq, xəyal belə qurula bilməyəcək bir şeydir. Amma bizim mənəvi dəyərlərimiz olmasaydı, Türk İslam Birliyi düşüncəmiz olmasaydı, İstanbulu da alar, Kipri də alar, Cənub-şərqi Anadolunu da alar, məmləkəti də yıxardılar. Hər şeyi edə bilərdilər. Amma bizim bu mənəvi gücümüz, mənəvi dərinliyimiz, Türkiyə eşqimiz, Allaha olan sevgimiz, Allaha olan eşqimiz buna tam mənası ilə maneədir… Peyğəmbərimizin də açıq ifadəsi var, Konstantinapol olaraq keçir, İstanbul bizim əlimizdədir. İstanbul heç bir şəkildə müsəlman olmayanların əlinə keçməyəcək. Qiyamətə qədər bu baqidir. Peyğəmbərimizin açıq rəvayətləri var, açıq izahları var. Hətta əksinə, TÜRK İSLAM BİRLİYİNİN İNKİŞAFINDA İSTANBUL MƏRKƏZ ŞƏHƏRDİR. Mərkəz mövqeyində olacağını da Peyğəmbərimiz bildirir… Mədəniyyət paytaxtı İstanbuldur. Siyasi paytaxtımız Ankaradır, mədəniyyət paytaxtımız da İstanbul olacaq, inşaAllah. (“Haberbiz”, 26 oktyabr 2008)
“Yeni Asya”, 2 noyabr 2008-ci il
3. NATO-nun oktyabr ayı bülletenində Türkiyənin Qafqazda izlədiyi aktiv rol təriflənmiş, mətbuatda mövzu ilə əlaqədar xəbər bu cümlələrlə verilmişdir: “NATO-nun hesabatında, bölgədəki çətinliklərin həlli üçün Ankara ünvan göstərildi. TÜRKİYƏ QAFQAZ REGİONUNDA KİLİD ÖLKƏDİR”.
“Cumhuriyet”, 21 oktyabr 2008-ci il
Aparıcı: Yaxşı, Türkiyə hazırda sizin könülünüzdə hara doğru irəliləyir?
Adnan Oktar: Türkiyə böyük Türkiyə olacaq. Türkiyə Türk İslam aləminin lideri olacaq. Baxın, bu yayınımı saxlayın. Bu danışığımı lentdə saxlayın. Türkiyə həm türklərin, həm də İslam aləminin lideri olacaq. Sürətlə buna doğru gedir. (“Amasiya” TV, 21 iyul 2008)
ADNAN OKTAR: Hər kəs səmimi olaraq inansın, həqiqətən, Türkiyə yaxşıya gedir və həqiqətən, super dövlət olacağıq. Türkiyə heç tarixdə olmadığı dərəcədə böyük bir dövlət olacaq. Türk İslam aləminin lideri olacaq, inşaAllah. Bu tarixi missiyanın başlanğıc mərhələlərindəyik. Türk milləti bütün dünyanı anarxiyadan, terrordan, çətinlikdən, əzabdan, hər cür ağrıdan qurtaracaq bir millətdir. Həqiqətən, çox zadəgan, çilə ilə, acı ilə yoğrulmuş bir millətdir və dünyanı idarə etməyə, dünyaya faydalı olmağa istiqamətli bir ruhu vardır. Allah o vəzifəni bu millətə vermiş görünür, inşaAllah. Çox yaxın zamanda bunu görəcəyik, inşaAllah. (“Çay” TV, 23 iyul 2008)
4. Belçika Xarici işlər naziri “Türkiyə ilə davamlı ortaqlıq vaxtıdır” başlıqlı yazısında, Türkiyənin açar bir ölkə olduğunu dilə gətirmişdir. Avropanın Türkiyəyə baxışını də əks etdirən bu yazıda, “… bizə Türkiyənin də, dünyanın da dəyişməkdə olduğunu və mərkəzinin şərqə doğru meyl etməkdə olduğunu bildiyini göstərir. Türkiyə, bu dəyişən dünyada ÖZÜNÜN POTENSİAL ROLUNU ANLAYIR VƏ İTTİFAQLAR QURMAQ ÜÇÜN keçmişdən çox gələcəyə baxmağa meyillidir… Son aylarda Türkiyə bölgədəki bütün ölkələr arasında siyasi və iqtisadi bağların gücləndirilməsi adına başladılan Qafqaz cəhdinin ardındakı əsas güc olmuşdur”.
ADNAN OKTAR: Türkiyə mükəmməlliyə doğru gedir, yəni çox heyrət verici hadisələrin olması da bunu göstərir. Türkiyə dünyanın ən böyük dövləti olacaq. Ən böyük super dövləti olacaq. Bölgənin ən böyük gücü halına gələcək. Bu yolda çox sürətli irəliləyir. Diqqət etsəniz Türkiyədə hər gün bir möcüzə hadisə Türkiyədə, hər gün bir heyrət verəcək hadisə olur… Türkiyənin liderliyində də dünya qurtuluşa çatacaq, inşaAllah. Dünyanı da bu bəlanın içindən çıxaracaq olan Türkiyədir, inşaAllah. (“Erzincan Can” TV, 14 iyul 2008)
“Radikal”, 1 noyabr 2008-ci il
5. Dünya İqtisadi Forumunda çıxış edən ərəb məruzəçilər, Türkiyənin önümüzdəki dövrün lideri olacağını dilə gətirmişlər. Mətbuatda, “ORTA ŞƏRQİN LİDERLİK KÜRSÜSÜ SİZİN OLACAQ” və “TÜRKİYƏ GƏLƏCƏYİN LİDER ÖLKƏSİ OLA BİLƏR” başlıqları ilə yer alan xəbərdə, National Bank of Kuwait (Küveyt Milli Bankı) rəhbəri Dabdoubun, “Bu boşluqda Türkiyənin liderlik rolu üçün mühit meydana gəldi şərhi diqqət çəkir. Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Schwab isə “Türkiyə bölgənin lider ölkəsi” olaraq xarakterizə etmiş və önümüzdəki dövrdə Türkiyənin daha da güclənəcəyini düşündüyünü söyləmişdir.
“Tercüman”, 1 noyabr 2008-ci il
ADNAN OKTAR: Məsələn, Azərbaycan, Gürcüstan, Ermənistanın Türkiyəyə son zamanlardakı yanaşması çox dəqiq, çox düzgündür. İsrail: “Siz 10 əsgər, 1 çavuşla bölgəni idarə edirdiniz, biz bu qədər əsgərlə buranı idarə edə bilmirik” -deyir. Və Osmanlı dövrünün həsrətini çəkirlər. Suriya Türkiyə ilə birləşmək istəyir. Bu gün rəsmi təklif edilsə, Suriya bir həftənin içində qərar verər, sanki elə bir mövqedədirlər. İraq onsuz da qan gölü kimidir, bilirsiniz. Türkiyə böyük qardaşlıq edərsə, İraq dərhal düzələr və mövzu tamamilə kökündən həll olar. Bunu hamısı görür. Fələstinlilərdən gələn heyətlər, Türkiyəyə gələn heyətlər həmişə bunu təklif edirlər və həmişə bunu tələb edirlər. Türkiyənin bu bölgədə böyük qardaşlığı artıq çox vacib hala gəldi. ÇÜNKİ AMERIKA BU İŞİ EDƏ BİLMİR, AVROPA DA EDƏ BİLMİR, RUSİYA DA EDƏ BİLMİR, BİR BOŞLUQ VAR. BU BOŞLUĞU ANCAQ TÜRKİYƏ DOLDURA BİLƏCƏK MÖVQEDƏDİR. Bu da onsuz da insani, əxlaqi və imani bir vəzifədir. Türkiyə də onsuz da bu vəzifəyə namizəddir. Osmanlıdan gələn bir mirasın davamı olaraq bunu edəcək, bunu hər kəs görəcək, inşaAllah. (“Kipr Ada” TV, 1 avqust 2008)
“Star”, 1 noyabr 2008-ci il
ADNAN OKTAR: Türkiyənin də super bir dövlət olacağını düşünürəm, çünki Orta şərq və Balkanların ən güclü dövləti əslində Türkiyədir. Və hər kəs tərəfindən sevilən bir ölkədir. İslamı gözəl şərh edən bir ölkədir, yəni ifratçılıqdan çəkinən, hər kəsi qucaqlayan ruha sahib bir ölkədir. O istiqaməti ilə zənn edirəm Türk İslam aləminin də lideri olacaq, bu, mənəvi bir liderlikdir. Əlbəttə ki, bu liderlik bir təhkimlik liderliyi deyil. Sevgini, sülhü təmin edən bir liderlik olacaq. O istiqamətdə irəliləyirik kimi görünür. (“Cem” TV, 20 iyul 2008)
6. Türkiyənin əhəmiyyətini gündəmə gətirən digər hadisələr arasında İsrail prezidenti Şimon Peresin “TÜRKİYƏ İSLAM DÜNYASI ÜÇÜN BÖYÜK BİR ÜMİDDİR” ifadəsi, ABŞ-ın sabiq Ankara səfiri Mark Parrisin “Yeni Amerikan rəhbərliyi Türkiyəni üst sıralara qoymalıdır” başlıqlı açıqlaması, Almaniya sabiq baş naziri Schröderin “AB, Türkiyənin əhəmiyyətini anladı” açıqlaması da var.
ADNAN OKTAR: Türkiyənin izah etdiyi və yaşadığı İslam anlayışı Avropa üçün çox gözəl bir model oldu. Avropa Türkiyəni bu mövzuda gözəl görür, faydalı görür; yaşanan İslam modelini də dünya üçün ideal görür. Bu onsuz da mövzuya tam bir həll gətirmiş oldu. Türkiyənin öndərliyində aydın, ağlabatan, səmimi bir İslam anlayışı bütün dünyaya hakim olacaq, inşaAllah. (“İndoneziya Antara” xəbər agentliyi, 16 sentyabr 2008)
“Türkiye”, 31 oktyabr 2008-ci il
“Zaman”, 28 oktyabr 2008-ci il
“Milliyet”, 31 oktyabr 2008-ci il
ADNAN OKTAR: Mənim söyləmək istədiyim, mən hər kəsə bu müjdəni verirəm, Türkiyə çox yaxşıya doğru gedəcək, inşaAllah. Türk-İslam Birliyi meydana gələcək, Türkiyə super dövlət olacaq, inşaAllah… (“Oda” TV, 25 sentyabr 2008)
“Yeni Asiya”, 2 noyabr 2008-ci il