Xüsusilə son vaxtlarda bir qisim kəslər, hörmətli Adnan Oktarın A9 tv-də yayımlanan gündəlik canlı söhbətləri ilə əlaqədar olaraq müxtəlif şərhlər edirlər. Bəhsi keçən şərhlərlə əlaqədar olaraq aşağıdakı xüsusların çox yaxşı anlaşılması lazımdır:
Hörmətli Adnan Oktar, Quran hökmlərinə və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə möhkəm bağlı olan və bunlarda əsla güzəştə getməyən son dərəcə səmimi bir insandır. Hazırladığı proqramlar, yazdığı kitablar, məqalələr və bu əsərlərdən faydalanılaraq hazırlanan internet saytları və videolarla bütün dünyaya Allahın Uca varlığının dəlillərini göstərmiş, insanların iman sahibi olmalarına, Allahı sevmələrinə və imanda dərinləşmələrinə vəsilə olmuşdur. Əsərləri və etdiyi qiymətli izahlar dünyada dərhal hər dilə çevrilir və internet nəşrləri ilə ÖDƏNİŞSİZ olaraq bütün dünyaya çatdırılır. Televiziyada etdiyi gündəlik söhbətlər hər gün həm peykdən, həm internetdən təxminən on milyonlarla insan tərəfindən izlənilir, eyni zamanda sinxron ingiliscə tərcümə ilə xaricilərə çatdırılır. İngiliscə Harun Yəhya internet saytı, türk dilində eynilə aktuallaşır və Türkiyə ilə bərabər xaricdən milyonlarla insan, hörmətli Adnan Oktarın qiymətli izahlarını və əsərlərini anında təqib edə bilir. Dünya səviyyəsində darvinist ideologiyaya qarşı bu qədər təsirli elmi mübarizə aparmış, Allahın varlığını elmi və imani dəlillərlə bütün dünyaya bu qədər təsirli şəkildə göstərmiş və hər seqmentdən hər insana xitab edərək insanların imanına vəsilə olmuş ən təsirli kəslərdən birinin hörmətli Adnan Oktar olduğu açıqdır.
Lakin hörmətli Adnan Oktar və özüylə birlikdə gündəlik canlı verilişlərə qatılan yoldaşları, heç bir zaman heç kimə özlərini nümunə götürmələrini nəsihət etməmişlər. Nümunə alınacaq kəslər peyğəmbərlərdir, səhabələrdir. Bu həqiqət, həmişə A9 tv canlı verilişlərində istər hörmətli Adnan Oktar, istərsə də yoldaşları tərəfindən açıq şəkildə dilə gətirilir. A9 canlı yayım proqramları Qurana və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə tam mənasıyla uyğundur. Lakin buna baxmayaraq, tənqid etməkdə israr edən kəslərdən gözlənilən oradakı şəxsi həyat şəklini mənimsəmələri deyil. "Həyat şəklini mənimsəmirəm o zaman izah edilənləri də təsdiq edə bilmərəm" məntiqi son dərəcə cahilcə və təhlükəli bir məntiqdir. Bu, "əgər Peyğəmbər deyilsə, kitabları oxunmaz, fikirləri mənimsənməz" deməklə demək olar eyni şeydir. İnsanların bəhsi keçən canlı yayımlarda əsas götürmələri lazım olan; Allahın varlığını göstərən doğru və təsiredici izahatlardır. Bəhsi keçən söhbət proqramlarında izah edilənlərin doğruluğu və hər təbəqədən hər insanda çox təsirli olduğu isə kimsənin rədd edə bilməyəcəyi açıq bir həqiqətdir.
Bundan əlavə, hörmətli Adnan Oktarın televiziya proqramları və əsərləri, müxtəlif təbəqələrdən insanların İslamı mənimsəmələrinə və dini yaşamalarına vəsilə olmuşdur. Daha əvvəl İslamı haradasa heç tanımayan universitet tələbələri, ateistlər, darvinistlər, xristian və yəhudi inancda olanlar, ailəsindən heç bir dini təhsil almayanlar, özü də dini tanımayanlar, kommunist marksist görüşə sahib olanlar, şübhə içində olanlar, qısacası, fərqli seqmentdən çox-çox sayda insan səmimi bir müsəlman olmuşlar. Çünki hörmətli Adnan Oktar, eynilə Peyğəmbərimiz (s.ə.v)-in Ukaz Panayırında etdiyi kimi, İslam dinindəki sevgi, şəfqət, qoruma və güclü təbliğ xüsusiyyətlərini gərəyi kimi yerinə yetirir və insanları paltarlarına, inanclarına, həyat tərzlərinə görə qiymətləndirmədən hər kəsə Rəbbimizin uca dinini izah edir. Bu vəsiləylə hər kəs İslam dinini yaşaya biləcəyini görür. Allahın icazəsiylə hörmətli Adnan Oktarın vəsiləsiylə İslam dininə girənlərin və imanda dərinləşənlərin sayı yaxın bir gələcəkdə daha çox artacaq. Bu səbəbdən, səmimi bir müsəlmanın, müsəlmanları qiymətləndirərkən əvvəl onun Allah üçün xidmətinə baxması lazımdır.