1. Təkamül əleyhdarlarının fikirlərinin elmi olmadığı, biologiyanı bilmədikləri istiqamətindəki iddialara cavablar:
Sözü gedən iddia, elmi dəlillərə cavab verə bilməyən hər darvinistin sığındığı iddiadır. Təkamülü çürüdən və Yaradılış gerçəyinin qəti doğruluğunu göstərən 250 milyon fosil qarşısında bircə ədəd belə dəlil gətirə bilməyən darvinistlər, çıxış yolunu ümumiyyətlə elmi olmayan belə ittihamlarda görürlər.
Sözü gedən iddiaya daha əvvəl bir çox dəfə cavab vermişdik. Mövzu ilə əlaqədar yazıları buradan oxuya bilərsiniz.
2. Gözün mükəmməl olmadığına dair darvinist iddialara cavablar:
Darvinist müdafiə olunma mexanizmlərindən biri, hələ zülalların meydana gəlməsini açıqlaya bilməmiş, bircə ədəd belə ara fosil gətirə bilməmiş olan darvinistlərin, ən çıxılmaz vəziyyətləri və əsla açıqlaya bilməyəcəkləri mövzulardan birini seçib üzərində spekulyasiya etmələridir. Darvinistlərin göz üzərindəki spekulyasiyalarının səbəbi də eyni müdafiə olunma mexanizminin nəticəsidir. Darvinistlər hələ bircə zülalını belə açıqlaya bilmədikləri göz haqqında, “amma eynək istifadə edirik” kimi yan mövzularla insanların diqqətini yayındıra biləcəklərini və beləliklə bu fövqəladə kompleks quruluş ilə əlaqədar izah vermək məcburiyyətində qalmayacaqlarını zənn edərlər. Halbuki darvinistlər, gözün sahib olduğu ən kiçik quruluşu belə açıqlamaqdan acizdirlər. Lakin bunun da xaricində gözlə əlaqədar ən aciz qaldıqları mövzu, görənin kim olduğu mövzusudur.
Mövzu ilə əlaqədar daha əvvəl verilmiş açıqlamaları buradan oxuya bilərsiniz.
3. Minlərlə aralıq forma var yalanına cavablar:
Darvinistlərin bir başqa aciz müdafiə olunma mexanizmləri isə minlərlə ara fosil oluduğuna dair iddialarıdır. Nəzəriyyələrini təsdiqləyəcək fosil gətirə bilməyincə həlli yalnız “ara fosil var, həm də minlərlə” kimi gülünc iddiaları ortaya atarlar. Lakin bunun əksinə “bircə ədəd gətirin, 10 trilyon pul mükafatı var” çağırışına qarşı da davamlı susqundurlar. Təkamül muzeylərində bircə ədəd belə gerçək ara fosil sərgiləyə bilmirlər. Soruşulduqda yenə eyni gülünc iddia ilə ortaya çıxaraq “anbardadır” deyərlər. Nədənsə var olduğunu iddia etdikləri bu “xəyali minlərlə fosildən” bircə dənəsini belə görə bilmək mümkün deyil.
Əgər darvinizm doğru olsaydı, darvinistlərin iddia etdikləri sözü gedən ara fosillərdən deyil minlərlə, milyonlarla hətta milyardlarla olmalı idi. LAKİN BİRCƏ ƏDƏD BELƏ ARA FOSİL YOXDUR. Yaradılışı isbat edən fosillər hər yerdə, küçələrdə belə açıqca sərgilənərkən, bircə ədəd belə ara fosilin göstərilə bilməməsinin səbəbi budur. Darvinistlər baxımından böyük bir çöküşə işarə edən bu gerçək elə əzici bir gerçəkdir ki, bircə nəfər darvinistin bunu etiraf etməsi, nəzəriyyənin bitdiyinin etirafı mənasını verəcək. Buna görə darvinistlər baxımından tək yol, fosil filan göstərməyib, “minlərlə var” deməklə kifayətlənməkdir. Lakin bu bir gerçəkdir ki, artıq darvinistlərin bu sözləri, insanlar üzərində tamamilə təsirsizdir. Çünki insanlar, fosillərin təkamülü yalanladığını və darvinistlərin bu izahlarla insanları aldatmağa çalışdıqlarını çox yaxşı bilirlər.
Mövzu ilə əlaqədar cavabımızı buradan oxuya bilərsiniz.
4. Hər elmdə saxtakarlar çıxdığı, bunların sayının bir-iki nəfər olduğu iddiasına cavablar:
Darvinistlər saxtakarlıqlara sığınarlar, bunun səbəbi nəzəriyyənin ayaqda qala bilməsi üçün elmi dəlilə ehtiyac olması, elmi dəlil olmadığı üçün də saxtakarlıqlarla dəlil varmış təəssüratı yaratmalarıdır. Sözü gedən proqramda “hər elmdə saxtakarlıq edənlərin çıxdığı, bunların da sayının bir-iki nəfər olduğu” iddia edilmişdir. Halbuki, darvinizmdən söhbət gedirsə vəziyyət belə deyil. Əvvəla darvinizm elm deyil. İkincisi, darvinizmin tarixində önə çıxmış son dərəcə saxtakarca oyunlar olduğu doğrudur. Lakin ən əhəmiyyətlisi, darvinistlərin, aralıq forma xüsusiyyəti heç göstərməyən fosilləri aralıq forma deyə dünyaca məşhur jurnallarda dərc etdirərək, nəsli tükənmiş canlı kəllə sümüklərini insanın təkamülünə dəlil göstərməyə çalışaraq, “təkamül davam edir”, “itkin halqa tapıldı”, “həyat kosmosda başladı”, “atamız mikrobdur” kimi cəfəngiyyatı yayaraq İNSANLARI DAVAMLI OLARAQ ALDATMALARIDIR. Əgər bir insan darvinistdirsə, mütləq bu yalanların müdafiəçisi olmaq məcburiyyətindədir. Çünki darvinizm başdan sona yalana əsaslanar. Bir darvinistin müdafiə etdiyi şey yalan olduğuna görə, etdiyi şey bir kütlə yalanından başqa bir şey deyil.
Mövzu ilə əlaqədar şərhlərimizi buradan, buradan və buradan oxuya bilərsiniz.
5. “Faydalı mutasiya nümunəsi vardır” iddiasına cavablar:
Bir çoxu elm adamı olmasına və variasiyaların növ içində növlərə ayırılmaqdan başqa bir şey olmadığını və yeni bir növ meydana gətirməsinin qeyri-mümkün olduğunu çox yaxşı bilmələrinə baxmayaraq darvinistlər, növ daxili variasiyaları israrla faydalı mutasiya olaraq göstərməyə çalışarlar. Halbuki növ içində dəyişmələr canlının onsuz da genlərində olan bir şeydir, bunun sonradan qazanılması, canlıya yeni məlumat əlavə etməsi kimi bir şeydən söhbət gedə bilməz. Lakin darvinistlər, bunu təkamül adına istifadə edə biləcəklərini zənn edərlər. Buna əsaslanaraq 3 qat böyük siçan əldə etmənin siçanı başqa bir növə təkamülləşdirdiyi kimi bir yalanı insanlara təlqin edirlər. GDO-ları (Geni dəyişdirilmiş orqanizmləri) bu iddialarına dəlil göstərir, lakin almanın başqa bir meyvəyə və ya ağaca çevrilmədiyini insanlara izah etmirlər. GDO-ların heç bir şəkildə təkamülləşmə mənasını vermədiyini, yalnız məhsullara gen əlavə olunması ilə əldə edildiyini söyləyə bilmirlər. Məhz bu da darvinistlərin aldatma üsullarından biridir. İNDİYƏ QƏDƏR MÜŞAHİDƏ EDİLMİŞ BİRCƏ ƏDƏD BELƏ FAYDALI MUTASİYA NÜMUNƏSİ YOXDUR. Darvinistlər, variasiyaları dəlil göstərərək insanları təkamülləşmə var deyərək aldatmaqdan imtina etməlidirlər.
Mövzu ilə əlaqədar şərhlərimizi buradan oxuya bilərsiniz.
6. “Rudiment orqanlar təkamülün dəlilidir” yalanına cavablar:
Darvinistlərin rudiment orqanlar (funksiyasını itirmiş lakin saxlanılan orqanlar) olaraq iddia etdikləri bir neçə orqanın hələ də darvinistlər tərəfindən spekulyasiya aləti olaraq istifadə edilməsi həqiqətən, çarəsiz vəziyyətdə olduqlarının bir göstəricisidir. Sözü gedən orqanların funksional olduğu dünyanın ən tanınmış elm jurnallarında da açıqlanmış, hətta darvinistlər tərəfindən etiraf edilmişdir. Orqanların rudiment olduğu iddiasının yalnız cəhalətdən qaynaqlandığı, insanların elmi detalları bilməməsinin bir nəticəsi olduğu, elmdə irəlilədikcə sözü gedən orqanların funksiyaları haqqında olduqca əhəmiyyətli məlumatlar əldə edildiyi hazırda ortaya çıxmış və bütün elm adamları tərəfindən qəbul edilmişdir. Sözü gedən proqrama qatılan darvinistlərin, ya bu əhəmiyyətli nailiyyətlərdən xəbərləri yoxdur, ya da bu nailiyyətləri qəsdən görməməzlikdən gəlirlər.
Mövzu ilə əlaqədar şərhlərimizi buradan oxuya bilərsiniz.
7. “Qabarıq fosil yoxdur” iddiasına cavablar:
Dem TV-də olduqca maraqlı bir iddia ortaya atılmış və iştirakçı darvinistlərdən biri “qabarıq fosil olmadığı” iddiasını irəli sürmüşdür. Bu iddia, olduqca təəccüblü və son dərəcə cahilcə bir iddiadır. Sözü gedən məruzəçi dünyada hansı paleontoloqa soruşursa soruşsun paleontoloq bu iddianı olduqca gülünc qarşılayacaq. Dünyada layların arasından çıxan düz fosillər olduğu kimi, “3-D fossils” adı verilən üç ölçülü fosillər də var. Bunlar qapaqlı, iki parçadan ibarət olan, bir qisimi nodül fosil olaraq adlandırılan üç ölçülü qalıqlardır. Sözü gedən iddianı ortaya atan adam, istədiyi muzeyə getsin, istədiyi muzeyin internet səhifəsini araşdırsın, trilobitlərin, dinozavrların, meymun kəllələrinin, çanaqlı bağaların, dovşanların qalıqlarını görəcək. Onsuz da bu fosillər, dünyanın müxtəlif yerlərində olduğu kimi ölkəmizdə də müxtəlif fosil sərgilərində bütün vətəndaşlarımıza sərgilənmiş, insanlar özləri şəxsən, toxunaraq bu qalıqları araşdırmışlar. Bu səbəbdən darvinizmi qurtarmaq üçün belə bir iddia ilə ortaya çıxmaq, darvinistlərin yalnız özlərini hörmətdən salır. İddialarının nə qədər elmilikdən uzaq olduğunu sübut edir.
Yaradılışın ən əhəmiyyətli dəlillərindən olan 250 milyon fosildən bir qisimini araşdırmaq üçün bu saytı ziyarət edə bilərsiniz.
8. Platipusu (Ördəkburun) aralıq forma olaraq göstərmə iddialarına cavablar:
Elm adamları canlıları müəyyən bənzər xüsusiyyətlərinə görə kateqoriyalara ayıraraq bir təsnifat meydana gətirmişlər. Bəzi canlılar isə, sözü gedən təsnifatın bir neçəsinə birdən uyğun xüsusiyyət göstərərlər. Bu canlılara mozaika canlılar deyilir.
Platipus (Ördəkburun), bir mozaika canlıdır. Belə ki, Avstraliyada yaşayan Platipus, bir məməli olmasına baxmayaraq, sürünənlər kimi yumurtlayaraq çoxalar, quşlara bənzər bir dimdiyi vardır, eyni zamanda tüklərə, süd vəzilərinə və qulağında üç sümüyə sahib olması səbəbiylə də məməlidir. Canlı, fərqli növlərə aid xüsusiyyətlərin hamısına sahibdir və indiki vaxtda yaşayan, bütün orqanları mükəmməl funksionallıqda olan mükəmməl bir canlıdır. Lakin darvinistlər, ümumiyyətlə mövzu haqqında məlumatsız insanları aldada bilmək adına, fərqli xüsusiyyətlərə sahib bu mükəmməl canlını aralıq forma olaraq göstərməyə cəhd edirlər. Dem TV-dəki sözü gedən proqramda da edilmiş olan da bu yalanın bir parçasıdır. Halbuki Platipus milyonlarla ildir eyni bugünkü halı ilə yaşayan tam və mükəmməl bir canlıdır.
Mövzu ilə əlaqədar şərhlərimizi buradan oxuya bilərsiniz.
9. Fərqli canlıların embrion hallarının bir-birinə bənzər olduğu iddiasına cavablar:
Dem TV-də maraqlı bir şəkildə Ernst Hekkelin illər əvvəl əsassızlığı sübut edilmiş iddiası təkrar gündəmə gətirildi. Hekkelin XIX əsrdə ortaya atmış olduğu rekapitulyasiya nəzəriyyəsi, həm elmi olaraq əsassızlığı sübut edilmiş (hazırda bu nəzəriyyə elm dünyası tərəfindən qəbul edilmir) həm də Hekkelin özü bu mövzu ilə əlaqədar saxtakarlıq etdiyini etiraf etmişdir. Buna baxmayaraq, elmi ədəbiyyatdan tamamilə çıxarılmış bir saxtakarlıq, Dem TV-də sanki bir elmi gerçəkmiş kimi xalqımıza izah edilmişdir. Bu vəziyyət, darvinistlərin aldatma üsullarının nə qədər geniş ölçülərə çata bildiyini bir daha sübut etməkdədir.
Mövzu ilə əlaqədar daha əvvəlki şərhlərimizi buradan oxuya bilərsiniz.
10. Xətalı dizayn (Allahı tənzih edirik) iddiasının etibarsızlığı:
Darvinistlər elmi dəlil gətirə bilmədiklərindən, məntiqsiz də olsa qarşı hücumların özlərinə bir qazanc gətirəcəyini düşünürlər. Bu mövzuda etdikləri darvinist təbliğatın ən bilinənlərindən biri, canlılarda mükəmməl dizayn olmadığına dair iddialarıdır. Halbuki darvinistlərin bilmədikləri və ya düşünə bilmədikləri mövzu budur: Dünyada acizliklərin olması normaldır. Bu Allahın təqdiridir. Uca Allah bu dünyada acizlikləri də qüsursuzluqları da birlikdə yaratmışdır. Qüsursuzluqların varlığı da, qüsurların varlığı da dünya həyatında bir səbəb üçündür. Allah qüsursuzluqları, qüsursuz yaratmağa qadir olduğunu göstərmək, cənnət həyatının qüsursuzluq və mükəmməlliklərlə təchiz edildiyini göstərmək üçün yaratmışdır. Qüsurlar isə, bu dünya həyatının keçiciliyini insanların görməsi, insanların Allaha güvənib etibar etmələri, axirətə həsrət duymaları üçün xüsusi olaraq yaradılmışdır. Əlbəttə bunu, ancaq Allahın qədrini gərəyi kimi təqdir edənlər görə bilər. Şübhəsiz ki, köpəkbalığını xəstəliklərdən uzaq yaradan Allah, insanı da bu şəkildə yaratmağa qadirdir. İnsanın, xəstəliklərə açıq olaraq yaradılmasının hikməti, yalnız və yalnız Allaha qarşı acizliyini görə bilməsi, təkəbbürlənib lovğalanmaması və axirətə həsrət duymasıdır. Hər varlıq, Allahın icazəsiylə cənnətdə qüsursuz yaradılacaq.
Mövzu ilə əlaqədar daha əvvəlki şərhlərimizi buradan və buradan oxuya bilərsiniz.
11. “Sosial darvinizm darvinizm deyil” iddiasına cavablar:
Sosial darvinizmin təməli, mənşəyi, bütün fikir sistemi darvinizmə əsaslanır. Sosial darvinizmin tətbiq ediciləri Marx, Hitler, Lenin, Stalin, Mao və bütün digər faşist və kommunist liderlərin cəmi 350 milyon insanı şəhid etmələrinin və ya qətl etmələrinin səbəbi darvinizmdir. Çünki darvinizm, sosial darvinizmin fikir sistemini meydana gətirmişdir. Darvinizm, həyatın guya mübarizə yeri olduğu, insanların bu mübarizəni qazanmaq ya da heç olmasa bu sözdə vəhşi mühitdə həyatda qalmaq üçün yaşamalı olduğu kimi azğın bir düşüncə tərzini cəmiyyətlərə daşımışdır. Darvinizmin gətirdiyi bu inanc sistemi, darvinist zehniyyətli şəxslər tərəfindən adi qarşılanıb tətbiq sahəsi tapmasının ardından mərhəmətsizlik, vəhşilik və zülm bütün dünyada hakim bir sistem halını almışdır. Zülmün tətbiq ediciləri -özlərincə- zalımlıqlarının elmi bir təmələ sahib olduğunu iddia etmiş, etdikləri vəhşiliyin bu şəkildə məqbul qarşılana biləcəyini zənn etmişlər. Əlbəttə, bu iddiaları və zənləri, çox böyük bir yalan və yanılmadan ibarətdir. Çünki əsaslandıqları sistem, köhnə Misir və Şummerlərdən bəri var olan azğın bir yalan, yəni darvinizmdir. Bu səbəbdən sosial darvinizmin dayağının darvinizm olmadığını iddia etməklə ibtidai sinif uşaqlarının belə inanmayacağı açıqdır.
Sosial darvinizmin, darvinizm ilə əlaqəsinin detallarını buradan oxuya bilərsiniz.