Pakistanda aparılan qazıntı işləri 8 min il əvvəl stomatoloqların diş çürümələrini plombla müalicə etdiklərini göstərmişdir. Kolumbiya Universitetinin arxeoloqu Andrea Cucina Pakistanda apardığı qazıntı işlərində bundan 8-9 min il əvvələ aid kəsici dişlərdə kiçik dəliklər aşkar etdi. Təxminən 2.5 mmdiametrlik kiçik dəliklərin müntəzəmliyi Cucinanın araşdırmalarını dərinləşdirməsinə səbəb oldu. Elektron mikroskopları vasitəsilə aparılan araşdırmalar kiçik dəliklərin bakteriyaların meydana gətirə bilməyəcəyi qədər düz olduqlarını ortaya qoydu. Bunların şüurlu müdaxilə ilə, müalicə məqsədilə edildiyi müəyyən edildi. Kiçik dəliklərin tapıldığı dişlərin heç birində heç bir çürüyə rast gəlinməmişdir. New Scientist jurnalında dərc olunan məqalədə belə deyilir: “Bu, qədim stomatoloqların işlərində nə qədər müvəffəqiyyətli olduqlarının bir dəlilidir”. Philip Cohen, “Open Wide,” New Scientist, N 2286, 14 Aprel 2001, səh. 19
Arxeoloji qazıntılarda bu tarixdən əvvəl, təxminən 12-13 min il əvvəl edilmiş beyin əməliyyatlarının izinə də rast gəlinmişdir. Anadoluda ən qədim əməliyyatlı kəllə Aşıklıhöyükdə (Aksaray) tapılmışdır. Təxminən 12 min illik 20-25 yaşlarında bir qadın kəlləsində düz şəkildə açılmış bir dəliyə rast gəlinmişdir. Kəllədəki dəliyin düzgünlüyü və nəzərə çarpan yaxşılaşma izləri bu insanın əməliyyatdan sonra da yaşadığını göstərmişdir.
Anadoluda olan bir başqa nümunədə də kəllənin breqma (alın sümüyü ilə hər iki yan baş sümüyün birləşdiyi yer) nayihəsində aparılan əməliyyatda 13 kiçik dəlik açılaraq ellips şəklində bir hissə çıxarılmışdır. Çıxarılan hissə əməliyyatdan sonra yenidən həmin nahiyəyə qoyulmuşdur. Bu da əməliyyatın müalicə məqsədilə edildiyini göstərir. Bu əməliyyatlarda obsidian (vulkanik şüşə növü), çaxmaq daşı, mis, dəmir, gümüş kimi mədənlərdə istifadə edilən trepan alətlərindən istifadə edilmişdir. Bundan əlavə, arxeoloji qazıntılarda dərman qabı, küret (infeksiyalı dərilərin qazılmasında) kimi istifadə edilən qaşıqlar, qulaq içindəki yaraların, xarici cisimlərin təmizlənməsində istifadə edilən alətlər, maqqaş, bisturi, bıçaq, dağlama alətləri, məlhəmlər və iynələr kimi müxtəlif tibbi vəsaitlər də tapılmışdır. (Bilim ve Teknik dergisi, Mayıs 2008)
Təkamülçülərin dünyagörüşünə görə, bu dövr insanların meymunlardan hələ təzəcə ayrıldıqları, primitiv şəraitdə yaşadıqları bir dövrdür. Təkamülçülərə görə, bu cür primitiv şəraitdə yaşayan insanların heç bir texnologiya olmadan, bəzi daş alətlərlə kəllədə dəlik açıb əməliyyat aparmaları, dişlərdə dəliklər açıb plomblar qoymaları bir müəmmadır. Aydındır ki, beyin əməliyyatları aparan, dişləri müalicə edən insanlar nə primitiv idilər, nə də primitiv şəraitdə yaşayırdılar. Əksinə, xəstəliyə diaqnoz qoyan, müalicə üsulları ortaya qoyan düşüncəyə və bu üsulları müvəffəqiyyətlə tətbiq edən texniki imkanlara sahib idilər. Bu da bir daha darvinistlərin cəmiyyətlərin bəsitlikdən müasirliyə doğru təkmilləşdiyi yanılmasını əsassız edir.