Peyğəmbərimiz (s.ə.v.) hədisi şərifləri ilə, islam ümmətinin ömürünün 7000 il olduğunu bildirmiş və özünün yaşadığı dövrə qədər də bu ömürdən 5600 ilin keçdiyini açıq şəkildə ifadə etmişdir. Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən dünyanın ömürü ilə əlaqədar səkkiz hədis belədir:
• Dünyanın ömürünün yeddi min il olduğu H. 2 --- İbni Asakir deyir ki: Əbu Səid Əhməd b. Məhəmməd Bağdadi (aradakı ravi (hədisləri rəvayət edən) silsiləsi ilə) Ənəs b. Malik (r.a.)dan rəvayət etdi. O dedi ki, Rəsulullah (s.ə.v.) buyurdu: Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını qarşılasa, Allah onun üçün gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmişcəsinə bu dünyanın yeddi min illik ömrü müddəti boyunca savab yazılar. H. 3 --- İbni Abiyy deyir ki: Əbu İshak, İbrahim b. Abdullah Nebti, (aradakı ravi silsiləsi ilə) Ənəs b. Malik (r.a.)dan rəvayət etdi. O dedi ki, Rəsulullah (s.ə.v.) buyurdu: Dünyanın ömrü axirət günlərindən yeddi gündür. Allah Təala buyurdu ki; “Sənin Rəbbinin yanındakı bir gün, sizin saydığınız min il kimidir." H. 7 --- İbni Əbi Dünya, Zemmil əsərində deyir ki: Əli b. Səid, Həmzə b. Hişandan, O da Səid b. Cubeyrdən rəvayət etdilər ki, dünya axirət həftələrindən bir həftədir. H. 5 --- İbni Əbi Xatəm, Təfsirində İbni Abbasdan rəvayət etdi ki: Dünya, axirət həftələrindən bir həftədir. Dünyanın ömrü yeddi min ildir və bunun altı min ili keçmişdir. H. 6 --- İbni Abbasdan səhih olaraq nəql edilən belə bir rəvayət vardır. O dedi ki: Dünya yeddi gündür. Hər bir gün min il kimidir. Rəsulullah (s.ə.v)də onun sonunda göndərildi.
• Səhabeyi Kiramın gördüyü bir yuxu H. 4 --- Tabarani “Kəbir”ində deyir ki, Əhməd b. Nadr əl-Əsgəri və Cəfər b. Məhəmməd-ül Fəryabi (Ravi silsiləsi ilə) Dakkak b. Zeydi Cühenidən rəvayət etdilər. O dedi ki: Mən gördüyüm bir yuxunu Rəsulullaha (s.ə.v) izah etdim. Bu yuxuda Peyğəmbər (s.ə.v.) yeddi pilləli bir minbərin ən üst pilləsində idi. O buyurdu ki: Yeddi pilləli gördüyün minbər bu dünyanın ömrü olan yeddi min ildir. Mən də onun son min ilində olacağam. H. 8 --- İbni Abd-əl Həmid Təfsirində deyir ki; Məhəmməd b. Fadl, Hammad b. Zeyddən, O da Yəhya b. Cəlddən, O da Məhəmməd b. Sirindən, o da Müsəlman olan kitab əhli birindən rəvayət etdilər ki: Allah, göyləri və yerləri altı güdə yaratmışdır. Rəbbimin yanında bir gün, sizin dünya həyatında saydığımız min kimidir. Və dünyanın əcəli altı gündür, yeddinci günündə qiyamət qopacaq. Altı gün keçib getmişdir və siz yeddinci gündəsiniz.
• Peyğəmbər (s.ə.v.) zamanında, Adəm (ə.s.)dan bəri 5600 il keçməsi H. 28 --- Əhməd İbni Hənbəl İlelində nəql etdi. İsmayıl b. Abdülkərim, Abdüssameddən O da Vehbdən rəvayət etdi: Dünyadan beş min altı yüz il keçmişdir. (Axir Zaman Mehdisinin əlamətləri, Cəlaləddin Suyutinin təsnifindən hədislər, Əli min Hüsaməddin əl-Muttaki, sf. 88,89) |
Ancaq bəzi qardaşlarımız bu mövzunu oxuyarkən Peyğəmbərimiz (s.ə.v)in müəyyən bir təqvimə görə bildirdiyi bu zaman dilimlərini dünyanın ömürü kimi qəbul edir ya da burada bildirdiyi zaman dilimlərinə istiqamətli 7000 illik xüsusi bir təqvim istifadə etdiyini göz qarşısında saxlayırlar. Nəticə olaraq da ümmətin ömürü olan 7000 illik bu müddəti, dünyanın ömürünün, sözdə 7000 il olduğu şəklində səhv şərh edirlər.
Halbuki Peyğəmbərimiz (s.ə.v.) hədisi şəriflərində xüsusi bir təqvimə görə belə bir zaman məlumatı vermir. (Doğrusunu Allah bilir.) Necə ki, Hz. İsanın (ə.s.) ad günü, Peyğəmbərimizin (s.ə.v) Məkkədən Mədinəyə hicrətini bir təqvim başlanğıcı – sanki bir orientir götürərək Hicri və Miladi təqvimlər meydana gəlmişdir. Bunun üçün də Peyğəmbərimiz (s.ə.v)in o dövrdə istifadə edilən müəyyən bir təqvimə görə belə bir hesablama aparması güman edilir. Hal-hazırda 2010-cu ildə olduğumuzu deyərkən, necə ki, dünyanın yaşının 2010 il olduğunu nəzərdə tuturuqsa, Peyğəmbərimiz (s.ə.v.) də, hədislərində ümmətinə dünyanın ömürünün 7000 il olduğunu, özünə qədər də bu dövrdən 5600 il keçdiyi məlumatını verərkən dünyanın başlanğıcından etibarən keçən yaşını nəzərdə tutur. Daha əvvəlki yazılarımızda ifadə etdiyimiz kimi bu tarix bəlkə də Hz. Nuh və ya Hz. İbrahimin doğumu, bəlkə də Hz. İbrahim (ə.s.)a peyğəmbərlik vəzifəsinin verilməsi və ya Hz. İbrahim (ə.s.)ın bir yerdən başqa bir yerə hicrət etməsi, bəlkə də Hz. Nuh (ə.s.)ın gəmiyə minməsiylə tufanın başlaması və ya tufanın sona çatması və yaxud da digər peyğəmbərlərin həyatlarında reallaşmış bir çox tarixi əhəmiyyətli hadisənin başlanğıc və son tarixlərinə görə təyin olunmuş bir təqvimə görə hesablanmış ola bilər.
Burada əsas olan Peyğəmbərimizin (s.ə.v) ümmətinə bu təqvimin dünyanın ömürünün 7000 il olduğunu bildirməsi və özünə qədər də bu başlanğıcdan etibarən 5600 il keçdiyini dəqiq şəkildə bildirməsidir.
Deməli Peyğəmbərimizin (s.ə.v) dövründə dünyanın ömründən yalnız 7000 illik dövrü əhatə edən bir təqvim istifadə edilirdi. Peyğəmbərimiz (s.ə.v.) bu təqvimi əsas götürərək; öz dövründən, islam ümmətinin sonuna qədər olan dövrə aid bəzi məlumatlar vermişdir. Bu məlumatlar vəsiləsi ilə Hz. Mehdinin (ə.s.) zühur edəcəyi və İslam əxlaqının dünyaya hakim olacağı axır zamanın hansı hicri əsrə təvafüq edəcəyi mövzusunda müsəlmanları aydınlatmışdır. (Peyğəmbərimizin (s.ə.v) bu ifadələrini yuxarıda iştirak edən H2, H3, H5, H6, H4, H8 hədislərdən oxuya bilərsiniz.)
Peyğəmbər Əfəndimiz (səv) hədislərində Müsəlman aləminin
yaşayacağı əhəmiyyətli hadisələri əhatə edən
7000 illik bir təqvimdən bəhs etmişdir.
Peyğəmbərimiz (s.ə.v.), bu təqvimə görə özünə qədər bu ömürdən 5600 il keçdiyini belə ifadə etmişdir:
H. 28 --- Əhməd İbni Hənbəl İlelində nəql etdi. İsmayıl b. Abdülkərim, Abdüssaməddən o da Vehbdən rəvayət etdi: Dünyadan beş min altı yüz il keçmişdir. (Axır Zaman Mehdisinin əlamətləri, Cəlaləddin Suyutinin təsnifindən hədislər, Əli min Hüsaməddin əl-Muttaki, sf. 89) |
Peyğəmbərimiz (s.ə.v)in hədisi şəriflərindən şərhlər edən Suyuti həzrətləri və Əhməd min Hənbəl kimi böyük islam alimləri islam ümmətinin ömürünün hicri 1500-cü ilin ilk dövrlərini çox keçməyəcəyini- yəni hicri 1600-cü ilə çatmayacağını ifadə etmişdilər:
"Mənim ümmətimin ömrü 1500 ildən çox olmayacaq." (Suyuti, əl-Kəşfi an Mücavezeti Hazihil Ümməti əl-Elfu, əl-havi lil Fetavi, Suyuti. 2/248, təfsiri Ruhul Bəyan. Bursevi. (Ərəbcə) 4/262, Əhməd min Hənbəl, Kitabu'l-İlel, sh. 89.) |
"Bu ümmətin ömrü min (1000) ili keçəcək, lakin min beş yüz ili (1500) keçməyəcək." (Qiyamət Əlamətləri, sf. 299) |
Bu əhəmiyyətli izahlar üzərindən asan bir hesablama aparılsa, dünyanın 7000 illik ömründən hicri 1400-cü il ilə Hicri 1500-cü il arasındakı 100 illik bir dövrün qaldığı aydın olacaq. (Doğrusunu Allah bilir. )
7000 - 5600 = 1400 |
Bədiüzzaman Səid Nursi Həzrətləri də Peyğəmbərimiz (s.ə.v)in hədislərini belə şərh etmişdir və qiyamət vaxtı ilə əlaqədar hicri 1545-ci ilə işarə etmişdir:
"Ümmətimdən bir taife (tayfa)..." Bölməsinin cifr hesabına görə olan ədəd dəyəri 1542 (2117) edərək, varlığının sonuna eyham edər. "Haqq üzərində olacaq" (şəddə daxildir) ifadəsi də; cifr hesabına görə olan ədəd dəyəri 1506 (2082), bu tarixə qədər zahir və aşikaranə (açıq və ortada), bəlkə qalibanə; sonra da 1542 (2117) yə qədər gizli və məğlubiyyət içində aydınlatma vəzifəsinə davam edəcəyinə dair işarəyə eyham edər. "Allahın əmri gələnə qədər" (şəddə daxil olmaqla) bölməsi də; cifr hesabı isə 1545 (2120) isə kafirin başında qiyamət qopmasına ehyam edir. (Kastamonu Lahikası, s. 33) |
Məlum olduğu kimi Hz. İsa (ə.s.)ın doğumundan oncə insanlıq tarixində müxtəlif təqvimlər istifadə edilmişdir. Mesopotamiyada və Misir sivilizasiyalarında müxtəlif təqvimlər istifadə etmişdir. Bəşəriyyət zaman mövhumunu saat, gün, həftə, ay, mövsüm, il, əsr, millenium, dövr kimi müəyyən periodlara bölərək nizamlı bir sistem meydana gətirmişdir və bunu sosial həyatda istifadə etmişdir. Qədim dövrlərdən bəri Şumerliler, Babillilər, Misirlilər, Hititler, Yunanlılar, İbranilər, Romalılar, Azteklər, Mayalılar, Çinlilər, Hindlilər, Tibetliler, Türklər, Ərəblər kimi millət və birliklər müxtəlif təqvimlər meydana gətirmişdir. Xüsusilə bu cəmiyyətlər üçün həyati əhəmiyyət daşıyan müəyyən tarixi hadisələr bu cür təqvimlərdə başlanğıc tarixi olmuşdur və ya sanki “orientir, dayaq nöqtəsi” olaraq götürülmüşdür.
Məsələn; -İbranilər Yaradılışın (Yaratma) başlanğıcı olduğuna inandıqları e.ə. 3761-ci ili, -Yunanlılar ilk olimpiada oyunlarının təşkil edildiyi qəbul edilən e.ə. 776-cı ili, -Romalılar Roma şəhərinin inşa edildiyi tarix kimi bilinən e.ə 753-cü ili, -Xıristiyanlar Hz. İsanın doğumunu (Miladi 0-cı il) -Müsəlmanlar Peyğəmbərimizin (s.ə.v) b.e-nın 622-ci ilində Məkkədən Mədinəyə hicrətini təqvim başlanğıcı olaraq götürmüşlər. |
Məsələn, Peyğəmbərimizin (s.ə.v) hicrətini əsas götürən hicri təqvim Peyğəmbərimiz (s.ə.v.) dövründə deyil, sosial həyatla bağlı bəzi tənzimləmələrlə əlaqədar ehtiyaclar səbəbiylə Hz. Ömər (r.a.) dövründə yaradılmışdır.
Eynilə bu şəkildə Peyğəmbərimiz (s.ə.v.) də, öz yaşadığı dövrdə 7000 illik bir təqvimdən istifadə etmiş və islam ümmətinin ömürünə dair zaman təyin etməsini bu təqvimi əsas götürərək bizlərə bildirmiş ola bilər. Məsələn, Peyğəmbərimiz (s.ə.v.) öz yaşadığı dövrün bu təqvimə görə son 1000 illik zaman periodunun içində olduğunu bu hədisləri ilə müsəlmanlara xəbər vermişdir:
..."Yeddi pilləli gördüyün minbər bu dünyanın ömrü olan yeddi min ildir. Mən də onun son min ilində olacağam."
Allah, göyləri və yerləri altı gündə yaratmışdır. Rəbbimin yanında bir gün, sizin dünya həyatında saydığınız min il kimidir. Və dünyanın əcəli altı gündür, yeddinci gündə qiyamət qopacaq. Altı gün keçib getmişdir və siz yeddinci gündəsiniz.
Dünya, axirət həftələrindən bir həftə olub, yeddi min ildir və bunun altı mini keçmişdir.
Göründüyü kimi Peyğəmbərimiz (s.ə.v.) ümmətinə 7000 illik bu təqvimdən özünə qədər 6000 illik bir dövrün keçdiyini və son 1000-ci illər içində yaşanıldığını bildirmişdir. Peyğəmbərimizin (s.ə.v) bildirdiyi kimi 5600-cü il bu 1000 illik zaman dilimlərindən ibarət olan 7000 illik bu təqvimə görə 6-cı minilliyə işarət edir.
Peyğəmbərimiz (s.ə.v.) Hz. Mehdinin (ə.s.) zühurunun hicri 1400-cü ildə həyata keçəcəyini bildirmişdir. Bu yaşadığımız Hicri 1400-cü illər də, 7000 illik təqvimə görə son 1000 ilə daxildir.
Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən hədislər və böyük islam alimlərinin bu hədisləri dəstəkləyən izahlara nəzərən ümumiləşdirmə aparsaq, İslam ümməti ömürünün hicri 1500-cü illəri çox keçməyəcəyi və bu təqvimin sona çatmasıyla birlikdə İslam ümmətinin ömürünün də çox az bir zaman davam edəcəyi və sonra da sona çatacağı açıq bir şəkildə aydın olur.