TƏKAMÜL NƏZƏRİYYƏSİ YALNIZ MATERİALİST BİR ZƏRURƏTDİR
ucgen

TƏKAMÜL NƏZƏRİYYƏSİ YALNIZ MATERİALİST BİR ZƏRURƏTDİR

2439

Dialektik materializmin mütləq və əhatəli doktrinalarına olan inanc, həyatın mənşəyi ssenarilərində çox əhəmiyyətli bir rol oynamaqdadır... Həyatın nə cürsə meydana gəlmiş olması... bu haqda heç bir dəlil olmamasına, hətta bunun dəlillərə zidd olmasına rəğmən müdafiə olunmaqdadır. (Hubert Yockey)

 

DARVİNİZM VƏ MATERİALİZM

Bütün bu yazılar boyu ələ aldığımız məlumatlar, bizlərə təkamül nəzəriyyəsinin heç bir elmi dayağı olmadığını, əksinə təkamülün iddialarının elmi tapıntılarla açıqca zidd olduğunu göstərməkdədir. Yəni təkamülə dəstək olan güc, elm deyil. Təkamül nəzəriyyəsinin bəzi "elm adamları" tərəfindən müdafiə olunmasının təməlində başqa bir faktor vardır. O başqa faktor, materialist fəlsəfədir.

Materialist fəlsəfə, tarixin ən qədim düşüncələrindən biridir və təməl xüsusiyyəti maddəni mütləq varlıq saymasıdır. Bu düşüncəyə görə maddə sonsuzdan bəri vardır və var olan hər şey də maddədən ibarətdir. Bu düşüncə əlbəttə bir Yaradıcıya inanmağı da imkansızlaşdırır. Bu məntiqə görə, materializm tarixin ən qədim çağlarından bəri hər cür Allah inancına və İlahi dinə qarşı olmuşdur.

Bəs materializm doğrudurmu? Bir fəlsəfənin doğruluğunu ya da səhv olmasını yoxlamağın bir üsulu, o fəlsəfənin elmi maraqlandıran iddialarını elmi üsulla araşdırmaqdır. Məsələn 10-cu əsrdə bir fəlsəfəçi ortaya çıxıb, Ayın səthində müqəddəs bir ağac olduğunu, bütün canlıların əslində o nəhəng ağacın budaqlarında meyvə kimi yetişdiklərini və oradan dünyaya düşdüklərini iddia edə  bilərdi. Bəzi insanlar da bu fəlsəfəni inandırıcı saya bilər və bunu mənimsəyə bilərdilər. Ancaq 20-ci əsrdə Aya gedildiyində artıq bu cür fəlsəfə iddia etməyin imkanı qalmır, çünki orada elə bir ağac olub olmadığı elmi üsulla, yəni müşahidə və təcrübə ilə araşdırılması mümkün hala gəlib.

Materializm iddiasını da elmi üsulla sorğulaya bilərik. Maddənin sonsuzdan bəri var olub olmadığını, maddənin maddədən üstün bir Yaradıcı olmadan özünü yaradıb-yarada bilməyəcəyini və canlıları meydana gətirib gətirməyəcəyini araşdıra bilərik. Bunu etdiyimizdə görərik ki, materializm əslində çökmüşdür. Çünki maddənin sonsuzdan bəri var olduğu düşüncəsi, kainatın yoxdan var edildiyini isbat edən Big Bang nəzəriyyəsi ilə yıxılmışdır. Maddənin özünü yaratdığı və canlıları meydana gətirdiyi iddiası isə; "təkamül nəzəriyyəsi" dediyimiz iddiadır və əvvəldən bəri araşdırdığımız kimi o da çökmüşdür.

Ancaq əgər bir insan materializmə inanmağa qərarlıdırsa, materialist fəlsəfəyə olan bağlılığını hər şeydən üstün  tutursa, o zaman belə davranmaz. Əgər "əvvəl materialist, sonra elm adamı" isə, təkamülün elm tərəfindən yalanlandığını gördüyündə materializmi tərk etməz. Əksinə, təkamülü nə olursa olsun bir yolla dəstəkləməyə çalışaraq materializmi əsalandırmağa  çalışar. Bax, bu gün təkamül nəzəriyyəsini müdafiə edən elm adamlarının halı budur.

Maraqlıdır, bunu bəzən özləri də etiraf etməkdədirlər. Harvard Universitetindən məşhur bir genetikçi və açıq sözlü bir təkamülçü olan Richard Lewontin, "əvvəl materialist, sonra elm adamı" olduğunu belə etiraf edir:

Bizim materializmə bir inancımız var, 'a priori' (əvvəldən qəbul edilmiş, doğru fərz edilmiş) bir inancdır bu. Bizi dünyaya materialist bir açıqlama verməyə məcbur edən şey, elmin üsulları və qaydaları deyil. Əksinə, materializmə olan a priori bağlılığımız səbəbiylə, dünyaya materialist bir izahat verən araşdırma üsullarını və anlayışları hazırlayırıq. Materializm mütləq doğru olduğuna görə də, İlahi bir izahatın səhnəyə çıxmasına icazə verə bilmərik. (Richard Lewontin, "The demon-Haunted World", The New York Review of Books, 9 Yanvar, 1997, s. 28)

Lewontinin istifadə etdiyi "a priori" termini olduqca əhəmiyyətlidir. Bu fəlsəfi termin, heç bir təcrübi məlumata əsalanmayan bir ön fərziyyəni ifadə edir. Bir düşüncənin doğruluğuna dair bir məlumat yox ikən, onu doğru fərz edir və o düşüncəni elə qəbul etsəniz, bu "a priori" bir düşüncə olar. Təkamülçü Lewontinin açıq olaraq ifadə etdiyi kimi, materializm də təkamülçülər üçün "a priori" bir qəbuldur və elmi bu qəbula uyğunlaşdırmağa çalışmaqdadırlar. Materializm bir Yaradıcının varlığını qəti olaraq rədd etməyi zəruri etdiyi üçün də, əllərindəki tək alternativ olan təkamül nəzəriyyəsinə sarılmaqdadırlar. Təkamül elmi məlumatlar tərəfindən nə qədər yalanlanırsa yalanlansın fərq etməz; sözü gedən elm adamları onu qəti olaraq "a priori doğru" olaraq qəbul etmişlər.

Bu ön mühakiməli davranış, təkamülçüləri "şüursuz maddənin öz özünü təşkil etdiyinə inanmaq" kimi elmə və ağla zidd bir inanca aparır. New York Universiteti kimya professoru və DNT mütəxəssisi Robert Shapiro, təkamülçülərin bu inancını və təməlindəki materialist doqmanı belə açıqlayır:

Bizi sadə kimyəvi birləşmələrin olduğu bir qarışıqdan, ilk təsirli replikatöre (DNT və ya RNT-yə) aparacaq bir təkamülə əsaslanan qanuna ehtiyac vardır. Bu qanun "kimyəvi təkamül" ya da "maddənin özünü təşkil etməsi" olaraq adlandırılır, amma heç zaman ətraflı  şəkildə təsvir edilməmiş, ya da varlığı göstərilə bilməmişdir. Belə bir prinsipin varlığına, dialektik materializmə bağlılıq uğruna inanılır. ( Robert Shapiro, Origins: A Sceptic's Guide to the Creation of Life on Earth. Summit Books, New York: 1986, s. 207)

 

Budur dünya səviyyəsindəki təkamülçü təbliğatın təməlində bu materialist doqma vardır. Qərbin öndə gələn media təşkilatlarında, məşhur və "hörmətli" elm jurnallarında davamlı olaraq qarşılaşdığınız təkamül təbliğatı, bu cür ideoloji və fəlsəfi zərurətlərin bir nəticəsidir. Təkamül, ideoloji baxımdan imtina edilməsi imkansız olduğu üçün, elmin standartlarını təyin edən materialist qruplar tərəfindən müzakirə edilməyən bir tabu halına gətirilmişdir.

Digər elm adamları isə, öz karierlərinin davamı üçün, bu zorakı nəzəriyyəni müdafiə etmək, ya da heç olmasa zidd bir fikir bildirməməyə məcburdurlar. Qərb ölkələrindəki alimlər, "dosent", "professor" kimi dərəcələrə çatmaq və bunları qorumaq üçün hər il müəyyən elm jurnallarında məqalə yayınlatmaq məcburiyyətindədirlər. Biologiya ilə maraqlanan bəhs olunan jurnalların hamısı da materialist təkamülçülərin idarəsindədir. Bu kəslər təkamül əleyhdarı bir yazının nəşr olunmasına icazə verməzlər. Bu səbəbdən hər bioloq, bu suveren inanca bağlı qalaraq iş görmək məcburiyyətindədir. Çünki onlar da təkamülü ideoloji bir lazımlılıq olaraq görən, qurulmuş materialist nizamın bir parçasıdırlar. Buna görə, kitab boyunca araşdırdığımız bütün "qeyri-mümkün təsadüf"ləri gözü bağlı bir şəkildə müdafiə edirlər.

 

Materialist Etiraflar

Məşhur bir təkamülçü olan Alman bioloq Hoïmar Von Dithfurtun yazdığı bəzi sətirlər, bu gözü bağlı materialist anlayışın yaxşı bir ifadəsidir. Dithfurt canlıların son dərəcə kompleks quruluşuna bir nümunə verdikdən sonra, bunun təsadüflərlə ortaya çıxıb çıxa bilməyəcəyi sualı qarşısında bunları söyləyir:

Təsadüf nəticəsində ortaya çıxmış belə bir uyğunlaşma, həqiqətən də mümkündürmü? Bu, bütün bioloji təkamülün ən fundamental sualıdır... Müasir təbiət elmini müdafiə edən bir kimsə, bu suala "bəli" cavabını verməkdən başqa bir varianta sahib deyil. Çünki təbiət hadisələrini aydın olacaq şəkildə şərhi özünə hədəf etmiş, canlıları, fövqəltəbii müdaxilənin köməyinə müraciət etmədən tamamilə təbiət qanunlarına əsaslanaraq  törətməyi qarşısına məqsəd qoymuşdur. (Hoimar Von Ditfudrth, Dinozavrların Səssiz Gecəsi, cild 2, Çev. Veysəl Atayman, 2.b. İstanbul: Alan Nəşriyyat, Mart 1995, s. 64.)

Dithfurtun da ifadə etdiyi kimi, materialist elm anlayışı, həyatı "fövqəltəbii müdaxilənin" yəni yaradılışın varlığını rədd edəcək şəkildə şərhi özünə ən fundamental prinsip olaraq təyin etmişdir. Bu prinsip bir dəfə mənimsəndikdən sonra, ən qeyri-mümkün ehtimallar belə asanlıqla qəbul edilə bilər. Bu doqmadiq zehniyyətin nümunələrinə hardasa hər təkamülçü işdə rast gəlmək mümkündür. Təkamülün Türkiyədəki öndər müdafiəçilərindən Prof. Əli Demirsoy bir çox nümunədən biridir. Əvvəlki hissələrdə də ifadə etdiyimiz kimi, Demirsoya görə, həyat üçün mütləq var olması lazım olan təməl zülallardan Sitokrom-C”nin təsadüfən meydana gəlməsi ehtimalı "bir meymunun makinada heç səhv etmədən insanlıq tarixini yazma ehtimalı qədər azdır." ( Əli Demirsoy, Varislik və Təkamül, Ankara: Meteksan Nəşrləri, 1984, s. 61)

Şübhəsiz belə bir ehtimalı qəbul etmək, ağıl və sağlam fikrin ən fundamental prinsiplərini tapdalamaq mənasını verər. İnsan, bir kağız parçası üzərinə yazılmış bir hərf gördüyündə belə, o hərfin şüurlu biri tərəfindən yazıldığına əmindir. İnsanlıq tarixini izah edən bir kitab gördüyündə, bunun bir yazıçı tərəfindən qələmə alındığından daha da əmindir. Ağlı yerində olan heç kim, bu nəhəng kitabın içindəki hərflərin "təsadüfən" yan-yana gəldiyini iddia etməyəcək.

Ancaq son dərəcə maraqlıdır, "təkamülçü elm adamı" Prof. Dr. Əli Demirsoy, bunu qəbul etməkdədir: Bir Sitokrom-C” nin düzülməsini meydana gətirmək üçün ehtimal sıfır deyiləcək qədər azdır. Yəni canlılıq əgər müəyyən bir düzülüşü tələb edirsə, bu bütün kainatda bir dəfə meydana gələcək qədər az ehtimala malikdir, deyilə bilər. Ya da meydana gəlməsində bizim təyin edə bilməyəcəyimiz fövqəltəbii güclər yer almışdır. Bu sonuncusunu qəbul etmək elmi məqsədə uyğun deyil. O halda birinci fərziyyəni araşdırmaq lazımdır.( Əli Demirsoy, Varislik və Təkamül, s. 94)

Qısacası Demirsoy, "fövqəltəbii gücləri qəbul etməmək", yəni Allahın yaratmasını rədd etmək üçün, qeyri-mümkünü seçməkdədir. Bu yanaşmanın elmlə heç bir əlaqəsinin olmadığı isə açıqdır. Necə ki, Demirsoy, bir başqa mövzudan, hüceyrədəki mitoxondrilərin mənşəyindən danışarkən, təsadüf izahını "elmi düşüncəyə olduqca tərs olmasına baxmayaraq" qəbul etdiyini açıqca ifadə edir:

Problemin ən can alan nöqtəsi, mitoxondrilərin bu xüsusiyyəti necə qazandığıdır. Çünki tək bir fərdin belə təsadüf nəticəsində bu xüsusiyyəti qazanması ağılın ala bilməyəcəyi qədər həddindən artıq ehtimalların bir yerə toplanmasını tələb edir... Tənəffüsü təmin edən və hər addımda dəyişik şəkildə katalizator olaraq tapşırıq alan fermentlər, mexanizmin əsasını meydana gətirməkdədir. Bu ferment silsiləsini bir hüceyrə ya tam ehtiva edir, ya da bəzilərini ehtiva etməsi mənasızdır. Çünki fermentlərin bəzilərinin əskik olması hər hansı bir nəticə verməz. Burada elmi düşüncəyə olduqca tərs olan daha doqmatik bir şərh və fərziyyə deməmək üçün bütün tənəffüs fermentlərinin eyni anda hüceyrənin içərisində və oksigenlə təmas etmədən, əskiksiz yerləşdirildiyini istər istəməz qəbul etmək məcburiyyətindəyik.( Əli Demirsoy, Varislik və Təkamül, s. 94)

Bütün bu sətirlərdən anlayırıq ki, təkamül, gerçəkdə elmi araşdırmaların nəticəsində ortaya çıxan bir nəzəriyyə deyil. Əksinə, bu nəzəriyyə materialist fəlsəfənin gərəklərinə görə çıxarılmış və sonra da elmi gerçəklərə baxmayaraq qəbul etdirilməyə çalışılan bir tabuya çevrilmişdir. Yenə təkamülçülərin yazdıqlarından anladığımız kimi, bütün bu səyin həm də "məqsədi" vardır və bu məqsəd, canlıların bir Yaradıcı tərəfindən var edildiyini inkar etməyi zəruri etməkdir.

Təkamülçülər bu məqsədi "elmi məqsəd" olaraq ifadə edirlər. Halbuki sözünü etdikləri şey elm deyil, materialist fəlsəfədir. Materializm, maddədən-kənar (ya da "fövqəltəbii" nin) var olduğunu qətiyyən rədd edir. Elm isə, belə bir doqmanı qəbul etmək məcburiyyətində deyil. Elm, təbiəti araşdırmaq və nəticələr çıxarmaqla məsuldur. Bu nəticələr təbiətin yaradıldığı gerçəyini ortaya çıxarırsa, elm bunu qəbul edər. Gerçək bir elm adamının etməsi lazım olan da budur; 19-cu əsrin köhnə materialist doqmalarına bağlanaraq qeyri-mümkün ssenariləri müdafiə etmək deyil.


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr