Ötən həftə elm dünyası böyük bir kəşflə sarsıldı. İsveçrədəki CERN laboratoriyalarında işləyən tədqiqatçıların məlum olan fizika qanunlarına görə kainatın mövcud olmamalı olduğunu sübut etdikləri aşkar olundu. (1) Kristian Smorranın rəhbərliyi ilə elm adamları "Nature" jurnalında yayımlanan tədqiqatda antimaddənin detallarını ortaya çıxarmağa müvəffəq oldular. Ortaya çıxan nəticə isə maddə ilə antimaddənin eyni fiziki xüsusiyyətlərə sahib olduqları, aralarındakı yeganə fərqin elektrik yüklərində olması idi. Bu nəticənin işarə etdiyi həqiqət çox vacib idi. Bu nəticə kainatın mövcud olmamalı olduğu mənasına gəlirdi.
Müasir fizika bizə kainatın “Big Bang” adlanan partlayışdan sonra yarandığını deyir. İlk partlayış anında eyni miqdarda maddə və antimaddə yaranmışdır. Bu halda eyni fiziki xüsusiyyətlərə malik maddə və antimaddənin bir-birilərini tamamilə yox etmələri və geridə təkcə parlaq işıq şüalanması qalmalıdır. Yəni hazırda içində yaşadığımız kainat, əslində, heç var olmamalı idi.
XX əsr materialist düşüncənin hakim olduğu bir dövr idi. Kainat həmin dövrdə fizika qanunları əsasında səbəb-nəticə əlaqələri ilə qavranılırdı. Lakin texnologiyanın inkişafı ilə klassik fizika qanunlarının əsassızlığı ortaya çıxmağa başladı.
Kvant fizikasının inkişafı ilə dünyada bilinən fizika qanunlarının əsassız olduğunu göstərən kəşflər bir-birinin ardınca elmi jurnallarda yer almağa başladı. Maddəni ən kiçik hissəciklər səviyyəsində tədqiq edən kvant dünyası gözlə görünən dünyamızdan fərqlidir. Kvant dünyasında maddə və sahə zərrəcikləri eyni anda iki yerdə yerləşirlər, bəzən maddə, bəzən işıq kimi davranır, divar səddini keçə bilirlər. Bu gün kvant səviyyəsində bilinən fizika qanunlarının etibarlı olmadığını deyən elm adamlarının sayı getdikcə artır. Surrey Universitetinin nəzəri fizika professoru Cim al Xalili (Jim al Khalili) bu həqiqəti belə dilə gətirir:
"Kvant dünyasında hissəciklər eyni vaxtda iki şeyi birdən etmək, divarların içindən keçmək və ya xəyalvari əlaqələr qurmaq kimi gerçək dünyada görünməyən davranışlar nümayiş etdirə bilirlər". (2)
Kvant dünyasının bu qəribə xüsusiyyətləri ilə makrokosmosa çıxdıqda da qarşılaşırıq. Astrofiziklər son dövrdə iki mühüm anlayışı elm dünyasına gətirdilər: "Qara maddə" və "qara enerji". Qara maddə fiziki olaraq varlığı heç vaxt müşahidə edilməmiş, amma məlum fizika qanunlarına görə var olmalı olan bir maddəni adlandırmaq üçün ortaya atılmış bir addır. (3) Qara enerji isə kainatda gizli bir yerdə var olmalı olan, amma heç bir şəkildə müşahidə olunmayan enerjiyə verilən addır. Yəni həm qara maddə, həm də qara enerjinin nəticələri görünür, amma özləri mövcud deyil.
Astronomlar qara enerji və qara maddənin miqdarını hesabladıqları zaman isə daha təəccüblü bir nəticə ortaya çıxdı. Eynşteyndən bəri qəbul edilən fizika qanunlarına görə, kainatın 68%-nin qara enerjidən, 27%-nin isə quru maddədən ibarət olması labüddür. Planetlərdən, ulduzlardan, qalaktikalardan ibarət müşahidə oluna bilən kainatda isə təkcə 5%-lik bir yer qalırdı. Yəni son elmi kəşflərə görə, kainatın 95%-i heç görmədiyimiz, heç bir şəkildə varlığını sübut edə bilməyəcəyimiz, haqqında heç bir məlumatımız olmayan bir maddə ilə dolu idi. Eynşteynin ortaya qoyduğu cazibə qanunları kainatın 95%-ni açıqlaya bilmir, belə nəhəng bir boşluq verirdi. Bu halda bir çox elm adamı bu günə qədər bilinən fizika qanunlarının düzgün olub olmadığını müzakirə etməyə başladılar. (4)
Bilinən fizika qanunlarından fərqli olan həmin kəşflər elm dünyasını maddə ilə bağlı bildiklərimizi mühakimə etməyə yönəltdi. Başda “SpaceX”in və “Tesla Motors”un qurucusu Elon Musk olmaqla bir çox elm adamı artıq maddənin bildiyimiz mənada mövcud olduğunu sorğulamağa başladı. Musk yaşadığımız dünyanın həqiqət olma ehtimalını milyardda bir olaraq xarakterizə edir. (5) "Scientific American" jurnalının redaktorlarından Maykl Moyer isə ikiölçülü dünyanı üçölçülü qavradığımızı müdafiə edir. (6) Oksford Universitetinin Bəşəriyyətin Gələcəyi İnstitutunun direktoru məşhur filosof Nik Bostrom isə kainatın saxta illüziyadan ibarət olduğunu bildirir. (7) Müasir elm adamlarının bu gün dilə gətirdiyi xəyal dünyasında yaşamış ola biləcəyimiz fikri, əslində, tarixin bir çox dövründə müzakirə edilmiş bir mövzudur. XVII əsr filosofu Rene Dekart bu mövzunun elm dünyasındakı qabaqcıllarındandır.
Elmi kəşflər istər kvant səviyyəsində, istərsə də makrokosmosda uzun müddətdir ki, bir Yaradıcının varlığını göstərir. Hər iki aləmdə də bilinən və maddənin mütləq varlığına əsaslanan fizika qanunları etibarlı deyil. Lakin bu reallıq qəbul edildikdə materializmin əsası olan səbəb-nəticə əlaqəsi ortadan qalxacaq və materialist elm adamları bütün dayaqlarını itirmiş olacaqlar. Materializmə olan kor-koranə bağlılıq isə kvantın işarə etdiyi həqiqətlərin bəzi təbəqələr tərəfindən göz yumulmasına səbəb olur.
Quran səbəb-nəticə əlaqəsinə "Furqan" surəsinin 45-ci ayəsində düşündürücü bir düşüncə tərzi ortaya qoymuşdur:
Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər istəsə idi, onu daim öz yerində saxlayardı. Sonra Biz günəşi (kölgəyə) bir əlamət etdik.
Ayədə Allah, əvvəlcə, kölgənin yaradıldığını, sonra Günəşin ona əlamət verildiyini bildirir. Yəni Allahın yaratma sənətində səbəb-nəticə əlaqəsi tərsinə baş verir. Əvvəl nəticə baş verir, sonra isə səbəb yaradılır. Əslində, elmin hazırda göstərdiyi cavab 1400 il əvvəl bu ayə ilə göstərilmişdir.
Gələcək dövrdə elm dünyası materialist düşüncəni mühakimə etmək məcburiyyətində qalacaq. "Maddənin mütləq olduğu, dünyanı səbəblərin və qanunların idarə etdiyinə" dair fikir ortadan qalxdıqda isə bir əsrə yaxın müddətdir ki, əsas mövzularda inkişaf etməyən elmdə böyük sıçrayış olacaq.
http://nationalpost.com/news/world/scientists-still-have-no-idea-why-the-universe-exists
https://www.amazon.com/Life-Edge-Coming-Quantum-Biology/dp/0307986829/ref=asap_bc?ie=UTF8
https://science.nasa.gov/astrophysics/focus-areas/what-is-dark-energy
https://www.quantamagazine.org/erik-verlindes-gravity-minus-dark-matter-20161129/
https://www.theguardian.com/technology/2016/oct/11/simulated-world-elon-musk-the-matrix
http://www.crystalinks.com/holographic.html
https://www.space.com/30124-is-our-universe-a-fake.html
Adnan Oktarın “BERNAMA”da (Malayziya) yayımlanan məqaləsi:
http://www.bernama.com/bernama/v8/fe/newsfeatures.php?id=1419127